Məhkəmə qərarları › İş №e-2(002)-2659/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2659/2024

09.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2659/2024 09.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus **-BC-*** dövlət qeydiyyat nişanlı, “Şhağman” markalı yük avtomobilindən istifadəyə görə odəməli olduğu 21.000 manat pulun ödənilməmiş 16.000 manat hissəsinin, avtomobildən istifadə müddəti ərzində vurulmuş 18.000 manat maddi ziyanın, cəmi 34.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı mümayəndəsi və vəkili Nümayəndə mülki işin aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçını nümayəndəsi və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, mülki işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Cavabdeh isə Kəlbəcər rayonunun Sarıdaş Ə/D, Sarıdaş kəndində qeydiyyatdadır və bu o deməkdir ki, iddia ərizəsi ərazi aidiyyət qaydalarına uyğun verilməmişdir. Məcburi köçkünlərin qeydiyyatda olduqları işğaldan azad edilmiş rayonlarda sakinlərin kütləvi yerləşdirilməsi hələ tam təmin edilmədiyindən məcburi köçkünlərin demək olar hamısı respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar – lakin bu o demək deyil ki, məcburi köçkünlətin işlərinə birmənalı olaraq müvəqqəti məskunlaşdıqları rayonun məhkəməsində baxılmalıdır. Əgər belə olsa idi məcburi köçkünlərin rəsmi qeydiyyatda olduqları məhkəmələrin fəaliyyətinə ümumiyyətlə zərurət qalmazdı. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Kəlbərər rayonu olan məhkəmə - Kəlbəcər Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Kəlbəcər rayonunda qeydiyyata alınmış cavabdehlərin işlərinə də ümumi aidiyyət qaydasında həmin məhkəmə baxmalıdır. Kəlbəcər rayonundan məcburi köçkün olan və rəsmi olaraq Kəlbəcər rayonunda qeydiyyatda olan cavabdehin faktiki olaraq Qaradağ rayonu ərazisində yaşaması onun cavabdeh olduğu işə ümumi aidiyyət qaydasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalı olduğu mənasina gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, hazırki iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən, aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 40.1, 44.2.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar