Məhkəmə qərarları › İş №e-2(002)-2669/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2669/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2669/2025 17.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı bəraəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı onun bərəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 tərəfindən onun barəsində tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qətnamə qəbul olunmasınıi xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi “onun bərəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi” barədə olmaqla, bu da öz növbəsində iddiaçının inzibati orqanın (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2) inzibati xətalara dair işlər üzrə fəaliyyətindən narazılığı əks olunmaqla-onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar və inzibati xəta haqqında protokolun ləğvinə yönəldilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını əsas götürərək, qeyd edir ki, İddiaçı hazırkı tələbi inzibati tənbeh vermə haqqında qərarın mübahisələndirilməsi ilə əlaqədar olduğundan hesab edir ki, hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və iddiaçıya barəsində olan inzibati tənbeh vermə haqqında qərarlardan müvafiq məhkəməyə protokoldan və ya qərardan şikayət vermə hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı bəraəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə barəsində olan inzibati xəta haqqında qərardan və ya protokoldan şikayət vermə hüququ izah edilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar