Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-295/2025 23.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 505 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 3830/2024 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 19.30-da Bakı şəhəri Nəsimi rayonu Məhərrəmov küçəsində "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış «Mitsubishi Lancer» markalı ** HB *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Lexus LX450» markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər dəymişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5567899 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, «Lexus LX450» markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş maddi zərər 505 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci il 1 noyabr tarixdən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş «Yol-nəqliyyat hadisəsində zərərçəkən idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsi»nə dair qaydasına əsasən "xxxx" ASC zərər çəkənə dəymiş zərərə görə 505 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına qanunvericiliyin tələblərinə uyğun olaraq lotto sisteminin müəyyən etdiyi 713,33 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli, PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh məxsus olan «Mitsubishi Lancer» markalı, ** HB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus olan «Lexus LX450» markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19.30-da Bakı şəhəri Nəsimi rayonu Məhərrəmov küçəsində «Mitsubishi Lancer» markalı ** HB *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə «Lexus LX450» markalı ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə maddi zərər dəymişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi araşdırılmış, TP5567899 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) törətməkdə təqsirli bilinmişdir. xx.xx.2023-cü il tarixli qüsur aktı ilə müəyyən olunur ki, «Lexus LX450» markalı, ** UY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş zərərin aradan qaldırılması üçün 505 manat pul vəsaiti tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli, ZBT/4510 saylı sığorta ödənişi aktından görünür ki, 505 manat sığorta ödənişi aidiyyəti şəxsə ödənilmişdir (bank hesabına köçürülmüşdür). Göründüyü kimi, Cavabdeh idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə «Lexus LX450» markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022-ci il 1 noyabr tarixdən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş «Yol-nəqliyyat hadisəsində zərərçəkən idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsi»nə dair qaydasına əsasən "xxxx" ASC zərər çəkənə dəymiş zərərə görə 505 manat məbləğində sığorta ödənişi həyata keçirmiş, "xxxx" ASC isə öz növbəsində "xxxx" ASC-nin hesabına qanunvericiliyin tələblərinə uyğun olaraq lotto sisteminin müəyyən etdiyi 713,33 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bununla da iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. xx.xx.2024-cü il tarixli, 05/02-617 pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 505 manat sığorta ödənişini subroqasiya qaydasında tələb edərək, müvafiq hesaba köçürülməsini tələb etmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 505 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 505 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-295/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-295/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver