Məhkəmə qərarları › İş №e-2(002)-3169/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3169/2025

24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3169/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı «hüquqi əhəmiyyətli olan faktın-sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Ələt Qəsəbəsində 600,0 kv metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mərhum X1 mülkiyyətinə ayrılmasını nəzərdə tutan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən keçmiş Duvanlı rayon ZDS İK-nın arxiv fondu üzrə xx.xx.1956-cı il tarixli 16 saylı protokolundan çıxarışın və Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisinin mərhum X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinin tələblərinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə görə, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Belə ki, məhkəmə elektron qaydada tərtib edilmiş iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmişdir. Hüquqi əhəmiyyətli olan faktın-sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizə verilərkən həmin ərizənin kağız daşıyıcı formasında düzgün ünvanlansada, elektron imzalı nüsxəsində xüsusi icraat qaydasında baxılmalı olduğu halda iddia icraatı kimi, həmçinin ərizə olaraq qeyd olunmalı halda iddiaçı olaraq elektron sistem vasitəsilə göndərilmişdir. Hazırkı halda, İddiaçı sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbi ilə bağlı iddia ərizəsini məhkəməyə göndərən zaman iddia icraatı qaydasında deyil xüsusi icraat qaydasında göndərilməli və həmin zaman tərəflər iddiaçı-cavabdeh deyil, ərizəçi-maraqlı şəxs olmalıdır. Göstərilən uyğunsuzluq elektron məhkəmə informasiya sistemində məhkəmə tərəfindən aradan qaldırıla bilməyən haldır. Odur ki, hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə iddia icraatı qaydasında baxılması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan hazırki ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.1 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Qaradağ rayonu Ələt Qəsəbəsində 600,0 kv metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mərhum X1 mülkiyyətinə ayrılmasını nəzərdə tutan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən keçmiş Duvanlı rayon ZDS İK-nın arxiv fondu üzrə xx.xx.1956-cı il tarixli 16 saylı protokolundan çıxarışın və Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsi tərəfindən torpaq sahəsinin yerləşmə cizgisinin mərhum X2 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi:**********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, FİN:xxxxxxx) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardad ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İddiaçıya izah edilsin ki, iddianın geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar