Məhkəmə qərarları › İş №e-2(002)-3172/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3172/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3172/2022 22.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızınınsədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1559 (min beş yüz əlli doqquz) manat pulun, vəkilə ödədiyim 350 (üç yüz əlli) manat pul vəsaitinin və ödədiyim 40 (qırx) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh Məmmədəoliğlu arasında 15 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış və mənim həmin bankda olan depozitimin altında ona kredit verilmişdir. Eyni zamanda həmin kredit müqavləsinə əlavə olaraq mənimlə 15 yanvar 2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC ləğv prosesesində olduğundan, bankda olan əmanətlərin vətəndaşlara qaytarılmasına başlanılmış, lakin mənim əmanətimin (depozit) altında cavabdehə kredit verildiyindən və həmin kredit ödənilmədiyinə görə, mənim əmanətimin geri qaytarılmasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalıb, cavabdehin banka olan 1559 (min beş yüz əlli doqquz) manat borcunu ödəmişəm. Cavabdehdən banka ödədiyim 1559 (min beş yüz əlli doqquz) manat pulun qaytarılmasını dəfələrlə xahiş etsəm də həmin məbləği mənə qaytarmamışdır. 15 yanvar 2020-ci il tarixli Zaminlik Müqaviləsinin 3.6-cı bəndinə əsasən, bu müqavilənin 1.1ci bəndində nəzərdə tutulan öhdəliyi icra etmiş “Zamin”ə “Bank”ın həmin öhdəlik üzrə hüquqları və “Bank”a girovsaxlayan kimi mənsub hüquqları “Zamin”in “Bank”ın tələbini ödədiyi həcmdə keçir. Bundan başqa, “Zamin” həmçinin “Borclu”dan “Bank”a ödənilmiş məbləğdən faiz ödəməyi və “Borclu”nun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında cavabdeh və cavabdehin oğlu ilə başqa bir neçə kredit müqaviləsi bağlanıldığını, bununla bağlı sübutların təqdim edildiyini, həmin ödəniş qəbzlərinin də məhz həmin kredit müqaviləsinə aid olduğunu, cavabdeh özü də bu barədə məlumatlı olduğunu bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, onun "xxxx" ASC-yə kredit borcunun olduğunu, iddiaçının onun əvəzinə 1559 manat kredit borcunu ödədiyini, həmin məbləği ona geri qyatardığını, ona borcunu 5 ay qabaq qaytardığını, borcunu qaytarmağı barədə qəbzlərinin olduğunu, iddiaçı tərəfin həmişə bu cür işlərlə məşğul olduğunu, başqalarının borcunu bağladığını, sonra pulu tələb etdiyini, onu tanımadığını, ona zamin olduğunu bilmədiyini, onun həyat yoldaşı olan Hüseynov Cəfəri tanıdğını, bank bağlandıqdan sonra Cəfər ona banka olan borcunun onlar tərəfindən ödənildiyini deidyini, bundan sonra borcunun onlara ödəməli olduğunu, o da onlara müxtəlif bank kartları göndərdiklərini, borcunu ora köçürməli olduğunu, bununla bağlı ödəniş qəbzlərinin olduğunu, həmin kartlara 3832 manat ödədiyini,Cəfərlə başqa borc məsələsi olmadığını, bütün ödənişlərinin iddiaçıya olan borcuna aid olduğunu,, bankda olan bütün müqavilələri Cəfər də imzaladığını, bankda sənəlləri ona vermədiklərini, həmin bankda başqa kredit müqavilələrinin də olduğunu, həmin müqavilələrdə də iddiaçı zamin olduğunu, iddiaçı onun maaş kartından pulu çıxaraq, orada borcunu götürdüyünü, qalan pulu da ona verdiyini, Cəfər başqa şəxslərə də borc verdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: 00/14732/DİK nömrəli, xx.xx.2020-ci il tarixli kredi tmüqavilənin məzmunundan görünür ki, "xxxx" ASC Gənclik filialı Cavabdeh 12 ay müddətinə 2000 manat məbləğində kredit vermişdir. İddiaçı ilə "xxxx" ASC arasında 15 yanvar 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış, zamin qimsində İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. 00/14732/DİK nömrəli, xx.xx.2020-ci il tarixli pul vəsaitinin girovu haqqında müqavilənin məzmunundan görünür ki, girov saxlaayn qismində "xxxx" ASC Gənclik filialı ilə “Girov qoyan” qismində İddiaçı aarsında müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı 15 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində hesabında olan pul vəsaiti yüklü etmiş, yarana biləcək hər cür tələb, fazi dəbbə pulu və sa üçün məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-in hesabına Cavabdeh hesabı üzrə xx.xx.2020-ci il tarixdə cəmi 1559 manat məbləğində ödəniş etmişdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə dair Hesabdan çıxarış məlumatından və kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh tərəfindən 2000 manat məbləğində kredit təhvil almışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin məzmunundan görünür ki, X2 adına olan kredit müqaviləsi üzrə 16852 manat ödəniş İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə "xxxx" ASC arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir.Bundan əlavə öhdəliyin icrasının təminatı qismində "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Həmçinin müqavilənin şərtlərinə əsasən borcalan tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və zamin bu barədə bankdan xəbərdarlıq aldıqdan sonra bank qarşısında həmin öhdəlikləri icra edə bilər, habelə bu halda yerinə yetirdiyi öhdəlik həcmində kreditorun borcalan qarşısında olan hüuqqları əldə etmək hüququna malik olduğu qeyd olunmuşdur (Müqavilənin 2.5.2 və 2.5.5-ci bəndləri). Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zamin qismində çıxış edən iddiaçı tərəfindən cavabdehin bank qarşısında yaranmış 1559 manat məbləğində borc öhdəliyi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən, habelə müqavilə şərtlərinə uyğun olaraq zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinnə ödənilməsini reqress qaydasında tələb etmək hüququna malik olmuşdur. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə etirazın əsası ilə bağlı onu qeyd edir ki, cavabdeh qeyd edilən pul vəsaitinin iddiaçıya ödənildiyini bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi qəbzlərlə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı qeyd edilən qəbzlərin məhz mübahisə premdeti olan kredit müqaviləsi üzrə iddiaçıya ödənilməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, cavabdehin özünün izahatı əsasında müəyyən edilmişdir ki, onunla bank arasında bir neçə kredit müqaviləsi bağlanılmış, həmin müqavilələr üzrə də iddiaçı zamin qismində çıxış etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçı zamin qismində qeyd edilən məbləğdə pul vəsaitinin bank qarşısında icra etməsi halı aşkar olduğundan,habelə cavabdehin həmin məbləği iddiaçıya öədnilməsi halı aşkar edilmədiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı çəkilmiş xərcin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı 350 manat məbləğində xərc çəkildiyini bidirsə də, qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 150 manat məbləğində pul vəsaitinin ağlabatan məbləğ kimi qəbul edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, iddia tələbinin təmin eidlmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun 37,09 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçının özünə aid olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 1559 manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 37,09 manat məbləğində olan hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 1559 manat məbləğində pul vəsaiti, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 37,09 manat məbləğində olan hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid olsun. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar