Məhkəmə qərarları › İş №e-2(002)-3293/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3293/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3293/2021 13.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu əvəzinə tələbkar tərəfindən çəkilən xərclərin əvəzinin tələbkara ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu əvəzinə tələbkar tərəfindən çəkilən xərclərin əvəzinin tələbkara ödənilməsi» tələbinə dair iddiası ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 401,63 (dörd yüz bir, 63) manat məbləğində icra ödənişi, 286,88 (iki yüz səksən altı, 88) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 688,51 (atı yüz səksən səkkiz, 51) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçünödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN məbləğində xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Acıq Səhmdar Cəmiyyəti iddia ərizəsini belə əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli 2(002)-2290/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh (bundan sonra mətndə Cavabdeh) qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 12.110 ABŞ dolları məbləğində əsas borc, 1.258 ABŞ dolları 22 sent məbləğində faiz, 36 ABŞ dolları 26 sent məbləğində cərimə olmaqla, cəmi 13.404 ABŞ dolları 48 sentin ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi; tələbin Cavabdeh məxsus olan, “Kia Rio” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; avtomobilin açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin İddiaçı ASC-yə ödənilməsi; İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğinin Cavabdeh qaytarılması; avtomobilin satışından əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 7588-156038/18-15-4 saylı, 02.07.2020-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh məxsus "Kia Rio minik" markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7- ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur.Hərrac təşkilatçısı "xxxx" MMC-nin 22 oktyabr 2020-ci il tarixli 31/05 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus «Kia Rio minik” markalı, ** VU *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir.Hərrac təşkilatçısı "xxxx" MMC-nin 12 oktyabr 2020-ci il tarixli 108 saylı hesab-fakturasında Cavabdeh məxsus avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 243,12 (iki yüz qırx üç, 12) manat məbləğində xidmət haqqı və 43,76 (qırx üç, 76) manat məbləğində vergi ödənişinin (18 % ƏDV) ödənilməsi nəzərdə tutulmuşdur.22 oktyabr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin"xxxx" ASC-nin Nərimanov rayon filialında olan hesabına 12.10.2020- ci il tarixli 108 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus avtomobilin hərrac xidmətinin dəyəri olaraq 243,12 (iki yüz qırx üç, 12) manat ödənilmişdir.22 oktyabr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı AS rəfindən X1 hesabına 19.10.2020-ci il tarixli EQ seriya EBAR № 458876 əsasən 43,76 (qırx üç, 76) manat ƏDV ödənilmişdir.22 oktyabr 2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 401,63 (dörd yüz bir, 63) manat məbləğində icra ödənişi ödənilmişdir.Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 286,88 (iki yüz səksən altı, 88) manat məbləğində hərracın keçirilməsi xərci və 401,63 (dörd yüz bir, 63) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir.Qeyd olunan halların nəzrə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, qeyd edilən xərclərin hamısının aşkar olduğunu, bu halların nəzərə alınaraq, müvafiq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayənədsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Qaradağ Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli 2(002)-2290/2016 nömrəi qətnaməsinin sürətindən görünür ki,İddiaçı ASC-in Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilərək,12110 ABŞ dolları məbləğində əsas borc,1258 ABŞ dolları 22 sent məbləğində faiz,36 ABŞ dolları 26 sent məbləğində cərimə,cəmi 13404 ABŞ dolları 48 sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-ə ödənilsin.Tələb Cavabdeh məxsus olan, “KİA Rio” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin.Avtomobil açıq hərracda satılsın.Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği “Bank VTB(Azərbaycan)” ASC-ə ödənilsin.”Bank VTB(Azərbaycan)” ASC-in tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın.Avtomobilin satışından əldə olunan vəsait tələbin ödənilməsini üçün yetərli olmadıqda,borcun qalıq hissəsi Cavabdeh alınaraq “Bank VTB(Azərbaycan)” ASC-ə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında təqdiq olunmuş Hərrac təşkilatçısı "xxxx"MMC-in 12.10.2020-ci il tarixli 108 nömrəli hesab-fakturasında E.H.Nağıyevə məxsus avtomobilin açıq hərracda satılması ilə əlaqədar 243,12 manat məbləğində xidmət haqqı və 43.76 manat məbləğində vergi ödənişinin (18 % ƏDV), cəmi 286,88 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 22 oktyabr 2020-cu il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki,”Bank VTB(Azərbaycan)” ASC tərəfindən Nərimanov rayonu İcra və Probasiya şöbəsinin hesabına Cavabdeh 31.03.2016 saylı icra sənədi üzrə 401,63 manat məbləğində ödəniş etmişdir. İş materialalrında olan və məhkəmə baxışında tədqiq edilmiş ********* № li 22.10.2020-ci il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, ,”Bank VTB(Azərbaycan)” ASC tərəfindən "xxxx"MMCin 12.10.2020-ci il tarixli 108 nömrəli hesab fakturası üzrə onun hesabına 243,12 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 22 oktyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki,”Bank VTB(Azərbaycan)” ASC tərəfindən "xxxx"MMC-in hesabına 19.10.2020-ci il tarixli EQ seriya EBAR N-li 458876 əsasən 43.76 manat məbləğində ƏDV ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Bank VTB(Azərbacan)” ASC-in Cavabdeh ünvanladığı 1 icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin çəkilən xərclərin ödənilməsinə dair pretenziya məktubunun məzmunundan görünür ki,məcburi icra tədbirləri zamanı tələbkar “Bank VTB(Azərbacan)” ASC tərəfindən ödənilmiş 401.63 manat məbləğində icra ödənişi,286.88 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi üçün) 5 iş günü ərzində “Bank VTB(Azərbacan)2 ASC-ə ödənilməsi Cavabdeh tələb olunmuş,əks təqdirdə, “Bank VTB(Azərbacan)” ASC icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin cavabdeh şəxsdən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş ********* nömrəli mədaxil qəbzindən görünür ki,”Bank VTB(Azərbaycan)” ASC tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir; 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İcra haqqında’’ Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş ödəniş tapşırıqlarından göründüyü kimi 401.63 manat məbləğində icra ödənişi,286.88 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) cəmi 688.51 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar “Bank VTB(Azərbacan)” ASC tərəfindən ödənilmişdir.Halbuki,hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həm icra ödənişi,həmdə icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi,borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş,həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində,borclu Cavabdeh tərəfindən tələbkar ”Bank VTB(Azərbaycan)” ASC-ə maddi zərər yetirilmişdir. Hesab edilir ki,məcburi icra tədbirləri zamanı tələbkar ”Bank VTB(Azərbaycan)” ASC tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq ”Bank VTB(Azərbaycan)” ASC-ə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, ”Bank VTB(Azərbaycan) ASC-in hazırki iddiası əsaslıdır,iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş,həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi təmin edildiyindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu iddiaçı ”Bank VTB(Azərbaycan)” ASC-in xeyrinə Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki,iddia təmin edilməli,məcburi icra tədbirləri zamanı tələbkar ”Bank VTB(Azərbaycan)” ASC tərəfindən ödənilmiş 401.63 manat məbləğində icra ödənişi,286.88 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçiriləsi xərci),cəmi 688.51 manat həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və xidmət haqqı Cavabdeh tutularaq ”Bank VTB(Azərbaycan)” ASC-ə ödənilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 401,63 manat məbləğində icra ödənişi, 286,88 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 688,51 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pul vəsaiti iddiaçı ”Bank VTB(Azərbaycan)” ASC-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar