Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3314/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən yanlışlığın düzəldilməsinə dair ərizəni nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: X1 vəkili və nümayəndəsi Osmanov X4 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-1930/24 saylı qətnaməsində edilmiş yanlışlığın düzəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Yəni hazırkı ərizə iddia ərizəsi kimi məhkəməyə daxil olmuşdur. Bu vəkilin səhvi nəticəsində elektron məhkəmə sistemində ərizə formasını seçməli olduğu halda iddia ərizəsinin formasını seçmişdir ki, bu da elektron qaydada məhkəməyə 8 indeksi ilə daxil olmalı olduğu halda, səhvən 2 indeksi ilə daxil olmuşdur ki, bu da ərizənin formasına təsir edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu təsbit olunmuşdur: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, məhkəmə qeyd edir ki, vətəndaş X2 vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərmiş, lakin ərizənin məzmunundan görünür ki, həmin ərizə məhkəmənin icraatında olmuş müvafiq mülki iş üzrə qətnamədə olan yanlışlığın düzəldilməsinə dairdir. Belə ki, həmin ərizə müvafiq iş üzrə verilərək, mülki işin materiallarına əlavə edilməlidir, yəni hazırda vəkil tərəfindən ərizə elektron kabinetə düzgün yerləşdirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində təsbit olunmuş iddia ərizəsinin forması və məzmununa əməl edilmədiyindən ərizə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi geri qaytarılır. Hazırkı iddia ərizəsindən göründüyü kimi, iddia ərizəsi (ərizə) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 149, 150-ci maddələrində təsbit olunan qaydalara əməl edilməmişdir. İddia ərizəsi (ərizə) prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyindən sözü gedən nöqsanlar aradan qaldırılması üçün iddia ərizəsi (ərizə) və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, X2 vəkili və nümayəndəsi Vəkil tərəfindən yanlışlıqla elektron kabinetə yerləşdirilmiş ərizə geri qaytarılmalıdır. https://e-qanun.az/framework/47287 Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3314/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3314/2024
30.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver