Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3400/2024 17.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı1 və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Bakı şəhəri Qaradağ rayonu, Qobu Park 2, 12 saylı binanın 71 nömrəli 3 otaqlı yaşayış sahəsi Cavabdeh və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir. Kirayəçinin ailə üzvləri: İddiaçı1, oğlu- İddiaçı2, oğlu- X6 və qızı-X4.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-955/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə İddiaçı1 ilə Cavabdeh arasında 09 aprel 2003-cü il tarixdə Azərbaycan Respublikası Lənkəran şəhər Nikah evində 115 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014cü il təvəllüdlü X6 cavabdeh İddiaçı1 himayəsində və yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iddiaçı Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi və əlavə olaraq hər uşağa görə 20 manat olmaqla, cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Qaradağ Rayonu “Qobu Park” Yaşayış Kompleksinin Mənzil Kommunal İstismar Sahəsinin 68/1 №-li, xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Qaradağ rayonu, Qobu park-2 yaşayış kompleksi bina-12, mənzil-71 ünvanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci 24 fevral tarixli 65№-li qərarı əsasında 2019-cu il tarixində ailə başçısı Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh və aşağıda göstərilən ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmaq üçün verilmişdir. xx.xx.2021-cü il tarixində Qaradağ Rayon Məhkəməsində №2(002)-955/2023 sənədinə əsasən nikahları pozulmuşdur. Həmin tarixdən Qobu park-2, bina 12, mənzil 71 ünvanında qeydiyyatda olan İddiaçı1 və Cəbrayıl rayonunda məcburi köçkün olan övladları həmin mənzildə yaşamırlar. İddia tələbi
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 iki nəfər yetkinlik yaşına çatmayan övladları X5 və X2 qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksi, 12 saylı evin 71 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı2 xx.xx.2024-cü il tarixində iddia tələbinin geri qaytarılması barədə məhkəməyə ərizə ünvanlamışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3400/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı2 münasibətdə geri qaytarılmışdır.
7. İddiaçı ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)-955/2023 saylı qətnaməsilə onunla iddiaçı Cavabdeh Cahanğir oğlunun arasında 09 aprel 2003-cü ildə Azərbaycan Respublikası Lənkəran şəhər Nikah evində 115 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahda doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun himayəsində və yaninda saxlanılmaları, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay iddiaçı Cavabdeh Cahanğir oğlunun qazancının və başqa ğəlirlərinin 1/3 hissəsi və əlavə olaraq hər uşağa ğörə 20 manat almaqla, cəmi 40 manat sabit pul məbləğində aliment tutularaq, onun xeyrinə ödənilməsi, alimentin tutulması 21 iyul 2023-cü il tarixdən hesablanması qət edilmişdir. Ailəsi Cəbrayıl rayonunda yaşayırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 saylı qərarına əsasən məcburi köçkün olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2” yaşayış kompleksi, 12 saylı evin 71 saylı mənzili ailəsinə verilmiş və bu günə kimi həmin mənzilin pasport qeydiyyatındadırlar. Lakin, nikahı pozulduqdan sonra Cavabdeh onu övladları ilə həmin mənzilə buraxmır. Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsi Mənzil istismar departamentinin Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksinin mənzil kommunal istismar sahəsinin 02 sentyabr 2024-cü il tarixli, 68/1 saylı məktubundan görünür ki, cavabdeh və o üç övladları ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobu park-2 yaşayış kompleksi bina 12, mənzil 71-in pasport qeydiyyatındadır, lakin, xx.xx.2023-cü il tarixdən o övladları ilə həmin mənzildə yaşamır. Qeydiyyatda olduğu mənzildə yaşamamağının səbəbi odur ki, Cavabdeh onu övladları ilə həmin mənzildən qovub, oraya buraxmır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 215.3, 215.3.1, 215.3.2, 215.4, 215.5, 215.6, 135.4; Mənzil Məcəlləsinin 30.2-ci maddələrinə istinad etmişdir.
9. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh keçmiş həyat yoldaşıdır, ondan boşanıb. Mübahisəli mənzil dövlət tərəfindən onların ailəsinə ayrılmışdır və orderdə ailə üzvləri qismində onun və uşaqlarının adları qeyd edilmişdir. “Qobu Park- 2” yaşayış kompleksindəki evdə əvvəllər yaşayıb, lakin cavabdeh indi onlara evdə yaşamağa icazə vermir. Hazırda Biləcəri qəsəbəsində yerləşən evdə yaşayırlar, lakin həmin ev qardaşının evidir. Biləcəri qəsəbəsində yerləşən ev 2010-cu ildə alınıb və evin alınmasında cavabdeh iştirak etməyib, ona sadəcə vasitəçi kimi pul verilib. Belə ki, cavabdeh 2010-cu ildə həbs olunub və ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. O, həbsdə ola-ola neçə ev üçün pul verə bilər. Mübahisəli evdə yaşamaq istəsə də cavabdeh buna imkan vermir. Evdə əşyaları var. Evə köçürülmək istəyir. Cavabdeh mənzilə onları buraxmır.
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Evin mülkiyyətçisi dövlətdir. Kirayə müqaviləsində iddiaçı və uşaqların adı var. İddiaçı mübahisəli evə köçmək istəyir, lakin cavabdeh iddiaçı və uşaqlarına evdə yaşamağa icazə vermir. İddiaçının nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh tərəf məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Əvvəl boşanmamışdan öncə yataqxanada qeydiyyatda idilər, üç-dörd ay yataqxanada yaşadılar. Daha sonra dövlət məcburi köçkün olduqları üçün “Qobu Park-2” yaşayış kompleksindən onlara ev verdi, lakin həmin vaxt onlar Biləcəri qəsəbəsində yaşayırdılar. Həmin evdə yaşamadıqlarına görə dövlət orqanı onlara verilən evi onlardan aldı. Ancaq çoxsaylı xahişlərindən sonra evi ona geri qaytardılar. Həmin evin açarlarını həm iddiaçıya, həm də oğlu Əliyə vermişdi. Lakin onlar evin açarlarını itirdilər. Bundan sonra evin kilidini dəyişdi. Biləcəri qəsəbəsindəki evə iddiaçı 15000 manat, özü isə 5000 manat xərcləmişdir. İddiaçının bildirdiyi kimi həbs olunub, lakin həbsdə ola-ola ev üçün hissə-hissə olmaqla 5000 manat ödəyib. Həmin birmərtəbəli evi ikimərtəbəli ev etmişdir. İddiaçıya təklif edir ki, “o ya Biləcəri qəsəbəsindəki evdə, ya da Qobu Park 2 yaşayış kompleksində bizə verilən evdə yaşasın, mən də o biri evdə yaşayım”. X11 2 yaşayış kompleksində onlara verilən evdə yaşayır. İddiaçı hazırda evə köçmək istədiyini bildirsə də əvvəl ona evə köçməyi təklif etsə də o, həmin evdə yaşamaq istəməyib, ona deyirdi ki, “nə var e o evdə, oraya da köçüm, Biləcəri qəsəbəsində yaşayıram da”. Uşaqlar da həmin evə köçmək istəmirlər, çünki onların məktəbi Biləcəri qəsəbəsində yerləşir. Uşaqlar iddiaçının himayəsinə verilib, lakin ona iddiaçı demişdi ki, “uşaqları özün ilə apar”. O isə iddiaçıya dedi ki, “əgər uşaqların mənim himayəmə verilməsini istəyirsənsə bunu məhkəmə qərarı ilə et”. Əslində Biləcəri qəsəbəsində yerləşən evi özü qaynının adına keçirib, çünki dövlətin ona ev verməsini istəyirdi. 2010-cu ildən Biləcəri qəsəbəsində yerləşən evdə uşaqlarla və iddiaçı ilə birlikdə yaşayıb, lakin iddiaçı və anası həmin evdə yaşamağa icazə vermirlər. İddiaçı ya Biləcəri qəsəbəsində yerləşən evdə, ya da “Qobu Park- 2” yaşayış kompleksində yerləşən evdə yaşasın, digərini isə ona versin. O, iddiaçıya evlə bağlı təklifini bildirib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 91.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir: ...91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;... Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər; Maddə 68.2 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edə bilər. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”: Maddə 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Maddə 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Maddə 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. b) Əsaslandırma
17. İddia əsaslıdır.
18. İşin faktiki halları bundan ibarətdir ki, tərəflər xx.xx.2003-cü il tarixdə nikah bağlamışlar, birgə nikahlarından üç övladları var- xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2014cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü İddiaçı2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-955/2023 saylı qətnaməsi ilə tərəflərin aralarında bağlanmış nikah pozulmuşdur. İddia tələbinin obyekti qismində çıxış edən, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X12 2, bina 12, mənzil 71 dövlət mənzil fonduna aid olmaqla xx.xx.2019-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh və ailə üzvləri qismində İddiaçı1, İddiaçı2, X6 və X1 istifadəsinə verilmişdir. İddiaçı aralarında olan nikahın pozulmasından sonra mənzildə yaşamaq hüququnun cavabdeh tərəfindən pozulduğunu iddia edərək, yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mənzilə köçürülmə tələbini irəli sürmüşdür.
19. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.
20. Məhkəmə mənzil qanunvericiliyinin xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi, həmin mənzilə dair kirayəçinin ailə üzvlərinin hüquqları, həmin hüquqların hansı hallarda xitam edilib-edilməməsi ilə bağlı normalarının təhlilindən bu nəticəyə gəlir ki, qanunverici kirayə müqaviləsində göstərilən və kirayəçi ilə birlikdə yaşayan ailə üzvlərinin bərabər hüquqlara malik olduğunu (Mənzil Məcəlləsi 99.5; 68.2; 68.4) qeyd etmişdir.
21. Bundan əlavə, Mənzil Məcəlləsinin 100.3-cü maddəsinin tələbinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
22. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.
23. Hazırkı iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh arasında bağlanmış, xx.xx.2019-ci il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qüvvədə olmaqla, Komitənin müvafiq qurumu tərəfindən mübahisələndirilməmiş; kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməmiş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən ev boşaldılıb digər məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməmişdir.
24. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının və iddiaçı ilə birgə nikahdan doğulmuş övladlarının mübahisəli mənzildə yaşamadıqlarını, onların Biləcəri qəsəbəsində inşa edilmiş özbaşına tikilidə yaşadıqlarını, keçmiş həyat yoldaşı Rigina Eyvazovanın ya Bilcəri qəsəbəsindəki evdə, ya da mübahisələndirilən evdə yaşamasına razı olduğunu; cavabdeh isə Biləcəri qəsəbəsində özbaşına tikilinin qardaşı tərəfindən inşa etdirildiyini, qardaşına məxsus həmin evdə övladları ilə birgə yaşadığını, cavabdehin onları mübahisəli evə buraxmadığını bildirmişdir.
25. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan qanun normalarını işin göstərilən hallarına tətbiq edərək bu qənaətə gəlir ki, İddiaçı1 və övladları X6 və X5 xx.xx.2019-cu il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri qismində göstərilməklə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduqlarından və həmin müqavilə əsasında mənzildən istifadə hüququna malik olduqlarından, sözügedən müqavilə qüvvədə olduğundan, eləcə də, iddiaçının və onun övladlarının kirayəçi ilə birlikdə mübahisəli mənzildə yaşamamaları onların könüllü seçimi deyil, tərəflərin nikahı pozulduqdan sonra yaranmış vəziyyətlə əlaqədar olduğundan iddiaçının övladları ilə birlikdə sözgüedən mənzilə köçürülməsi üçün hüquqi əsaslar vardır.
26. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçı Əli Eyvazova münasibətdə iddianın geri qaytarılmasına dair qüvvədə olan məhkəmə qərardadının mövcudluğunu da nəzərə alır. Məhkəmə xərcləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
28. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
29. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, hər iki tərəf məcbur köçkün statusuna malik olmaqla dövlət rüsumundan azaddırlar. Nəticə
31. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 və xx.xx.2008-c il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X12 2, bina 12, mənzil 71-ə köçürülməlidir.
32. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı1, yetkinlik yaşına çatmayan övladları X5 (FİN 8CRQ9H6), X6 (FİN 6NCN82G) Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X12 2 yaşayış kompleksi, bina 12, 71 nömrəli mənzilə köçürülsünlər. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova