Məhkəmə qərarları › İş №e-2(002)-449/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-449/2023

01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-449/2023 01.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 15 may 1942-cu il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızının xx.xx.2022-ci il tarixində faktiki yaşadığı evdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, anası X2 yaşadığı evdə vəfat etmiş və onun ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixində Təcili və X3 Stansiyasının 22 saylı Bölməsinin həkimi tərəfindən “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” verilmişdir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə anası T.H.Hüseynovanın qeydiyyatda olduğu Bakı şəhəri Maraqlı şəxs müraciət olunaraq onun adına “Ölüm haqqında şəhadətnamə”nin verilməsi xahiş olunmuşdur. Sözügedən ərizə ilə əlaqədar yuxarıda qeyd olunan şöbənin rəis vəzifəsini icra edən Nurlana Rəşidova tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/Q-1278/15 № li məktubda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətiaktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edildiyini istinad edərək göstərmişdir ki, həmin Qaydaların 8.15-ci bəndinə əsasən ölmüş şəxsin yaxın qohumları məhkəməyə müraciət edə bilər. Eyni zamanda qeyd edir ki, tərəfindən anası X1 ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Təcili və Təxirəsalınmaz Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X4 22 saylı Bölməsinin həkimi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vəsiqəsi”ni Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 23 saylı Birləşmiş şəhər xəstəxanasına təqdim edilərək onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixli yuxarıda sözügedən müraciətinə 23 saylı BŞX-nın Baş həkimi E.İ.Abbasov tərəfindən imzalanmaqla verilmiş xx.xx.2022-ci il tarixli, 340 № li cavab məktubunda xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızını qeydiyyatı, müraciəti, eləcə də heç bir sənədin olmadığına istinad olunaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Qeyd etməyi zəruri hesab edir ki, anası Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızı vəfat etdikdən sonra O, xx.xx.2022-ci il tarixində Lökbatan qəbiristalığında dəfn edilmişdir ki, bu hal da hazırkı ərizəyə əlavə edilən Bakı şəhəri Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 02/571 № li arayışla təsdiq edilir. Ərizəçinin İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-1278/15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Bakı Baş Səhiyyə Mərkəzi” X7i 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, 15 may 1942-ci il təvəllüdlü və xx.xx.2022ci il tarixdə vəfat etmiş Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızının ölümü haqqında 23 nömrəli Şəhər Xəstəxanasına müraciət olmadığından ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayonu Lökbatan qəsəbəsinin bələdiyəsinin 02/571 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, həqiqətən xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızı xx.xx.2022-cı il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızı xx.xx.2022-cı il tarixində həkim gələnə qədər ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir:-ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi İddiaçı anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızının xx.xx.2022-cı il tarixdə tarixində vəfat etmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun anası olan xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızı xx.xx.2022-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1942-ci il təvəllüdlü Hüseynova (Qəniyeva) Tamilə Hüseyn qızının xx.xx.2022-cı il tarixində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar