Məhkəmə qərarları › İş №e-2(002)-4743/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4743/2025

23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4743/2025 23.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, İddiaçı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reystrində qeydiyyata alınmasına” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin binasında yazılı icraat qaydasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış evi və ona bitişik torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət reystrində qeydiyyata alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında uzun müddətdir ki, yaşayır, kommunal xidmətlərdən istifadə edir və həmin əmlak barəsində hər hansı mübahisə mövcud deyildir. Mülkiyyət hüququnun qeydiyyata alınması məqsədi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə iki dəfə rəsmi qaydada müraciət etsə də imtina cavabı almışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə icraata qəbul edilməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Sözügedən iş üzrə iddiaçı daçınmaz əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etsə də imtina cavabı almışdır. Buradan da görünür ki, iddia iddiaçının tələbinin mahiyyəti inzibati orqanin üzərinə öhdəlik qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçının tələbi inzibati orqanın üzərinə sözügedən əmlaka mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair öhdəliyin qoyulmasından ibarətdir. Bu qəbildən olan tələblərə isə yalnız inzibati məhkəmələrdə baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 153.2.1ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göründüyü kimi, İddiaçı inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbə mülki icraatda baxıla bilməz. Belə olan halda iddiaçı ilkin olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə inzibati orqana müraciət etməli, əlverişsiz inzibati akt qəbul edildikdə isə həmin orqanın hərəkət və ya hərəkətsizliyini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Hal-hazırda inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edildiyi üçün İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etməlidir. Hazırki iş üzrə İddiaçı ilkin olaraq inzibati orqana müraciət etsə də, daha sonra rayon (şəhər) məhkəməsinə müraciət etməklə prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Beləliklə, İddiaçı izah edilməlidir ki, o, inzibati orqanın üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair vəzifə qoyulması ilə bağlı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materialına əlavə olunmuş sorğunun surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Bu səbəbdən dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.2-ci və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən “yaşayış evi və ona bitişik torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar