Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-537/2021 16.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 vəCavabdeh1 müştərək olaraq subroqasiya qaydasında iddiaçı ‘PAŞA Sığorta” ASC-nin xeyrinə 1 227 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus (** ZS *** KN) ** ZZ *** dövlət qeydiyyat nişanlı İnfiniti FX35 markalı avtonəqliyyat vasitəsi 09.06.2016- cı il tarixində "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 16.05.2017-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** ZZ *** dövlət qeydiyyat nişanlı İnfiniti FX35 Sonata markalı avtonəqliyyat vasitəsilə ** CZ *** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydmlaşdınlarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 məxsus olan nəqliyyat vasitəsinin idarə olunması üçün Cavabdeh3 MMC tərəfindən digər Cavabdeh1 səlahiyyəti olmayan şəxs tərəfindən yol vərəqəsi verilmiş sürücü avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir "xxxx" tərəfindən tərtib olunmuş 19.05.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** CZ *** dövlət qeydiyyat nişanlı Lexus GX460markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1 227,00 (bir min üd yüz iyirmi yeddi) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin 06.06.2017-ci il tarixli sığorta aktına 1227,00 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır köçürmə həyata keçirilmişdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 23.02.2021-ci il tarixdə iddia tələbinin həcmini artiraraq, Cavabdeh3 MMC-nin cavabdeh qısmində cəlb edilməsi xahiş edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək olaraq subroqasiya qaydasında iddiaçı ‘PAŞA Sığorta” ASC-nin xeyrinə 1 227 (bir min iki yüz iyirmi yeddi) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.Əlavə olaraq, qeyd etdi ki, ekspertiza rəyi ilə razılaşmır, belə ki detallarla bağlı qiymət dəyişməmiş ancaq əl əməyi ilə bağlı qiymətlər dəyişilmişdir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 MMC- yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 474889 nömrəli 08.06.2016-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, müvafiq şəhadətnamə ilə iddiaçı "xxxx" ASC tərəfindən **-ZS-*** dövlət qeydiyyat nişanlı İnfiniti FX35 markalı avtonəqliyyat vasitəsi 09.06.2016-cı il tarixində avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 08.06.2017cı il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 19.05.2017-ci il tarixli qiymətləndirməsinin surətindən görünür ki, “Lexus GX460 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 1227 manat məbləğində vəsait tələb olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında 06.06.2017-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC sığortanın predmeti qismində **-CZ-*** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı avtonəqliyyat vasitəsinə,habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 1227 manat məbləğində göstərilməklə, X3 oğluna faydalanan şəxs qismində həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 29.05.2017-ci il tarixli Plastik kartların təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən **-CZ-*** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı avtonəqliyyat vasitəsinin sahibi X3 oğluna 1227 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 09.10.2020-ci il tarixli məktubunun surətindən görünür ki, **-ZZ-***(** ZS *** KN) dövlət qeydiyyat nişanlı İnfiniti FX35 markalı avtomobilin sahibi Cavabdeh2dur.Qeyd edilən avtomobilin etibarnamə ilə verilən şəxslər arasında Cavabdeh1 adı tapılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İXP seriyalı ******* inzibati xəta haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh1 barəsində AR İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yol vərəqəsinin və izahatın surətindən görünür ki, **-ZS-*** dövlət qeydiyyat nişanlı İnfiniti FX35 markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə olunurdu və nəqliyyat vasitəsi ona Cavabdeh3 MMC tərəfindən yol vərəqəsi əsasında verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2021-ci il tarixli 9/2576 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə iş materiallarında olan qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Lexus GX460” markalı **- CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 1157 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 16.05.2017-ci il tarixdə Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "**-ZS-*** dövlət qeydiyyat nişanlı İnfiniti FX35 markalı avtomobil X2 tərəfindən idarə olunan **-CZ-*** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehlərdən geri tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş 16.05.2017-ci il tarixli inzibati xəta haqqında qərarı ilə sübuta yetirildiyindən, həmçinin iş materiallarında avtomobilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirilmədiyindən, in Mülki Məcəllənin 1108-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehlər Cavabdeh1,Cavabdeh2 qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada ekspertiza rəyi ilə müəyyən edilən məbləğdə, 1157 manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə iddia tələbini Cavabdeh3 aid hissədə əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh3 MMC qeyd edilən avtomobilin mülkiyyətçisi olmadığından, ondan subroqasiya qaydasında pul tələbinin heç bir qanuni əsası yoxdur, bu səbəbdən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1,Cavabdeh2 1157 manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməli, 100 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 1157(bir min bir yüz əlli yeddi) manat məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 100 manat ekspertiza xərci cavabdeh Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-537/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-537/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver