Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-56/2024 16.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X23 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsənin paylı mülkiyyətinə kompensasiya yolu ilə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sutanov küçəsində istifadədə olan 0.01788 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 50.3 kv.m köməkçi sahədən ibarət 13a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 10190 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 3 saylı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən təsdiq edilmiş 17 sentyabr 2019-cu il tarixli Vəsiyyətnaməyə əsasən, X10 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğlu – İddiaçı vəsiyyət etmişdir.
3. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən, X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: şəhadətnamə verilən miras əmlak: X11 (qızı) 1/8 hissə, X1 (qızı) 1/8 hissə; X5 (oğu) 5/8 hissə; X12 (oğu) 1/8 hissə və onların hər biri miras əmlakdan yuxarıda göstərilən pay almalıdırlar. Miras əmlakı: ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli real vaxt rejimində sorğu əsasında alınmış yüklülüyün olubolmaması barədə arayışa və ƏMDK-ın yanında Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X6 verilmiş **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr köməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən ibarətdir.
5. X13, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 42.4 kv. metr köməkçi sahəsi 50.3 kv metr (iki) otaqlı fərdi yaşayış evindən hər birinə məxsus 1/8 hissə payın qardaşları İddiaçı bağışladılar. Pay verilən tərəf qardaşı İddiaçı payı qəbul etmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 7/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 92,70 m2, torpaq sahəsinin ölçüsü 0,519 ha göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli evin 1/8 hissəsi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 161,70 m2, torpaq sahəsinin ölçüsü 0,1492 ha göstərilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh, X7 və X15 cavabdehlər İddiaçı və X2 qarşı “evə köçmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi” barədə iddia tələbi təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(103)-2697/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsi yoxlanılan hissədə ləğv olunmaı, həmin hissədə iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsi 13A nömrəli evə köçürülməsi qət edilmişdir. İddia tələbi
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum analarından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturada bölgüsü, naturada bölgü mümkün olmadığı halda miras əmlakın qiymətləndirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1\8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkdakı pay hüququna, istifadə hüququna, habelə yaşamaq hüququna xitam verilməsi barədə xahiş etmişdir.
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, mərhu anası X3 miraz qalmış ünvan 3 ünvanında yerləşən 42.4 Kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış Evi 8 saylı notarial ofisində acılmış 2V-163 və 2V-165 vərəsəlik işi üzrə verilmiş vəsiyətnamə üzrə vərəsəlik hüququ haqında və məcburi paya şəhadətnamələrə əsasən 5/8 hissədə ona, 1\8 cavabdeh Fətəliyev Böyükağa oğluna məxsusdur. Həmin yaşayış sahəsi onun yeganə yaşayış yeridir, lakin cavabdeh özünə məxsus yaşayış yeri vardır, hazırki vəziyətdə miras əmlakın yaşayış sahəsi onun və cavabdehin ailə üzvləri ilə birlikdə yaşamasına imkan vermir. Ona görə də miras əmlakda cavabdehin payına uyğun kompensasiya verilmeklə pay və istifadə hüququna xitam verilməsinə dair cavabdehə bildiriş (pritenziya) göndərilmiş lakin cavabdeh tərəfindən həmin məktuba münasibət bildilməmişdir. Buna görə də o mərhum anasından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 Kvadrat metr yaşayış 50,3 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturadan bölgüsü, bölgü mümkün olmadığı halda miras əmlakı qiymətdirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1\8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkda pay hüququna, istifadə hüququna,habelə yaşamaq hüququna xitam verilməsinə dair iddia ərzəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
12. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.06 və 221-ci maddələrinin bəzi müddəaləarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 220, 11.1-ci maddələrinə istinad etmişdir.
13. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, tərəflər qardaşdır, ev analarından miras qalıb, iddiaçı digər bacılardan payları alıb və 7/8 hissədə iddiaçının, 1/8 hissədə isə cavabdehin payı var. Əvvəllər də tərəflər arasında mənzilə köçürülmə mübahisəsi olmuşdu, cavabdeh iddiaçıya qarşı mənzilə köçürülmə tələbi irəli sürmüşdü, ancaq iddia tələbi təmin edilməmişdi. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək cavabdehin iddia tələbi qismən təmin edildi. Ev tərəflərin anası X3 miras qalıb, vərəsəlik şəhadətnaməsi verilib. Əvvəllər miras payda başqa pay sahibləri vardı, daha sonra tərəflərin bacıları Ruhəngiz və Natəvan öz paylarını iddiaçıya bağışladı. Hazırda əmlakın 7/8 hissəsi iddiaçının, 1/8 hissəsi cavabdehin mülkiyyətindədir. İddiaçı evin natural bölgüsünün aparılmasını istəyir. Bundan başqa iddiaçı evdəki payına uyğun olaraq kompensasiya verməyə razıdır. Naturada bölgü alınmasa ev hərracda satılsın. Cavabdehin evdə payı cüzidir. Cüzi payıa pay sahibinin razılığı olmadan kompensasiya verilərək xitam verilməsi qanunla mümkündür. Evin yerləşdiyi torpaq sahəsi bələdiyyəyə aiddir. İddiaçı evə köçə bilmir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti versə də həmin şikayəti təmin edilmədi. İddiaçının evdə 7/8 payı, cavabdehin 1/8 payı var. İddiaçı cavabdehə payına münasib olaraq 7000 manat kompensasiya verməyə razıdır. Mübahisəli evdə böyük pay sahibi iddiaçıdır. Məhkəmə qətnaməsi icra edilsə də tərəflər heç vaxt birlikdə yaşaya bilməzlər. Onlar arasında tez-tez mübahisə yaranır. Cavabdehin özünün evi və geniş təsərrüfatı var, onun mübahisəli evə ehtiyacı yoxdur. Həyətdəki tikililər çıxarışa daxil deyil. Həmin köməkçi sahələri iddiaçı tikib. Miras əmlakın sahəsi 90 kv.m-dir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Ev həyət evidir, evin ərazisi 161 kvadrat metrdir. Evin yanında əlavə tikili var. Həmin ərazidəki evlərin sotu 30000 manatdır. İddiaçı evdəki payını kirayəyə verib. Evə əlavə giriş-çıxış qapısı açıla bilər. Evin naturada bölgüsü mümkündür, evin naturada bölgüsünün aparılmasını xahiş edir. O, öz evində yaşamaq istəyir, amma evdə yaşaya bilmir. Evin satılmasına razı deyil. İddiaçının təklif etdiyi 7875 manat məbləğlə razı deyil. Həmin ərazinin sotu 30000 manatdır. Həyətdə köməkçi evlər var. Həyət bölünüb. Mübahisəli ev ona anasından qalıb. Miras əmlakın sahəsi 161 kv.m-dir. Məhkəmə qərarı ilə evə bir gün köçürüldü, ancaq daha sonra Mirzağa evin açarlarını ondan aldı. O da evdən köçməyə məcbur qaldı. Mirzağa evdə yaşamağa ona icazə vermir. Hal-hazırda kirayədə qalır. Vəkilin bildirdiyi kimi özünün nə evi, nə də təsərrüfatı var. Cavabdeh tərəf iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Maddə 13. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
18. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
18. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasına 1 saylı Protokolu:
19. Maddə 1. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
23. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
24. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
25. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
26. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
27. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
28. Maddə 220.6 Bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
31. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
33. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
39. İddia təmin edilməməlidir.
40. Belə ki, işin mübahisəsiz hallarına əsasən, mübahisə predmeti olan əmlak vərəsəlikdən yaranan ümumi paylı mülkiyyət hüququ əsasında 7/8 hissədə pay hüququ ilə iddiaçıya, 1/8 hissədə pay hüququ ilə cavabdehə məxsusdur. İddiaçı cavabdehin fərdi yaşayış evi üzərində pay hüququnun cüzi olmasına istinad edərək həmin pay hüququna xitam verilməsi tələbi ilə müraciət etmişdir. Cavabdeh kompensasiya verilməsi yolu ilə payına xitam verilməsinə razı olmadığını bildirmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.
42. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
43. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
44. Qeyd edilən maddi hüquq normalarının tələbinə görə, paylı mülkiyyətçinin razılığı olmadan onun payına kompensasiya verilməsi ilə xitam verilməsi üçün üç şərt birlikdə mövcud olmalıdır: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda.
45. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6735 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qəraradadın 1-ci və 2-ci sualları üzrə, ünvan 4 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin real paylar üzrə naturada 1/8 və 7/8 hissələrə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X14 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Qəraradadın 3-cü sualı üzrə, ünvan 4 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 63,000 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir. Qərardadın 4-cü sualı üzrə ünvan 4 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyərinin təqribən 63000 manat təşkil etdiyini nəzərə alaraq həmin fərdi yaşayış evinin 1/8 hissəsinin dəyəri təqribən 7875 manat (63000:8), 7/8 hissəsinin dəyəri isə təqribən 55123 manat (63000:8) məbləğində müəyyən olunur.
46. Göründüyü kimi, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 4 saylı fərdi yaşayış evinin cavabdehin 1/8 hissədə payının real surətdə ayrılması mümkün deyil.
47. Məhkəmə, cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 15 saylı evin 40 saylı mənzilində 1/8 hissədə payının cüzi olması və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyinin olmaması məsələsini hazırkı işin faktiki halları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, həmin hissədə iddiaçının dəlilləri əsassızdır.
48. Belə ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş qətnamə olmaqla o, faktiki olarq həmin evdə yaşayır. Bundan başqa, miras əmlakın aktivinə Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, Sultanov küçəsində yerləşən 13A nömrəli ev daxil olmaqla, həmin evin yerləşdiyi torpaq sahəsi miras aktivinə daxil olmamış, beləliklə, torpaq sahəsi üzərində tərəflərin paylı mülkiyyəti müəyyən edilmədiyindən cavabdeh həmin torpaq üzərində əlavə tikililər inşa etməklə oradan istifadə edir. Göstərilənlərdən aydın olur ki, cavabdeh mənzil hüququnu paylı mülkiyyətçisi olduğu əmlakda realizə etdiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olması aşkardır.
49. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətçinin razılığı olmadan onun pay hüququna kompesasiya verilməsi yolu ilə xitam verilməsi üçün yuxarıda göstərilən şərtlər hazırkı işdə mövcud olmadığından və cavabdeh 7875 manat kompensasiya müqabilində payından məhrum edilməsinə razı olmadını bildirdiyindən öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən Cavabdeh əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçi İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə ziddir. Məhkəmə xərcləri
50. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
51. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
53. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
54. Məhkəmə qanunun göstərilən tələblərinə əsasən hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəf iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
55. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı mərhum analarından miras qalmış ünvan 2 ünvanında yerləşən 42.4 m2 yaşayış 50,3 m2 köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin paylarına uyğun naturada bölgüsü, naturada bölgü mümkün olmadığı halda miras əmlakın qiymətdirilməsi və cavabdehə onun payına uyğun yəni miras əmlakın dəyərinin 1/8 miqdarında (məbləğində) kompensasiya verilməklə onun miras əmləkdakı pay hüququna, istifadə hüququna, habelə yaşamaq hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X9, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova