Məhkəmə qərarları › İş №e-2(002)-73/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-73/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-73/2022 24.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı ‘PAŞA Sığorta” ASC-nin xeyrinə 6561,40 manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 oğhı tərəfindən idarə olunan K0292TR18 dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtonəqliyyat vasitəsi ilə 25.08.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** NN *** dövlət qeydiyyat nişanlı Opel Zafıra markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati Xəta haqqında protokol və qərar tərtib olunmuşdur."xxxx" MMC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** NN *** dövlət qeydiyyat nişanlı Opel Zafıra markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6 561,40 (ahı min beş yüz altmış bir manat qırx qəpik) manat məbləğində müəyyən edilmişdir."xxxx" ASC-nin 15.07.2019-cu il tarixli sığorta aktına əsasən, ** NN *** dövlət qeydiyyat nişanlı Opel Zafıra markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 6 561,40 (altı min beş yüz altmış bir manat qırx qəpik) manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən 17.07.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin həcmini artiraraq, Cavabdeh3 cavabdeh qısmində cəlb edilməsi xahiş edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək olaraq subroqasiya qaydasında iddiaçı ‘PAŞA Sığorta” ASC-nin xeyrinə 6561,40 manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ekspertiza rəyi ilə razı deyil , belə ki, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş, belə ki, o maşının yalnız mülkiyyətçisi olmuş, o maşını etibarnamə ilə verdiyinə görə vurulmuş ziyana görə o məsuliyyət daşımalı deyil.Bu səbəbdən iddia tələbinin ona dair hissədə rədd edilməsini xahiş etmişdr. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 20.12.2019-cu il tarixli plastik kartların təhvil təslim aktlarından görünür ki, müvafiq şəhadətnamə ilə iddiaçı "xxxx" ASC tərəfindən «Opel Zafira» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 25.08.2018-cı il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində 6561,40 manat sığorta ödənişi edilmişdir. Paşa Sığorta» ASC tərəfindən 5000manat məbləğində sığorta ödənişi **********452240 nömrəli plastik karta,qalan 1561,40 manat sığorta ödənişini isə sığortalıya təqdim olunan **********042702 saylı karta edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 06.09.2018-ci il tarixli qiymətləndirməsinin surətindən görünür ki, «Opel Zafira» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 6561,40 manat məbləğində vəsait tələb olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında 20.12.2019-cu il tarixli sığorta aktından görünür ki, PAŞA Sığorta” ASC sığortanın predmeti qismində «Opel Zafira» markalı **- NN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə,habelə sığorta ödənişi və əmlaka dəymiş zərər 6561,40 manat məbləğində göstərilməklə, X2 faydalanan şəxs qismində həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş TP seriyalı ******* saylı 26.11.2018-ci il tarixli inzibati xəta haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh1 oğlu barəsində AR İXM-nin 332,2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar verilmiş və 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 637732 seriyalı etibarnamədən və izahatlardan görünür ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 bütün daşınar əmlakını idarə etmək və sərəncam vermək (K02292TR18 dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtonəqliyyat vasitəsinin idarə etmək) səlahiyyətləri verilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 25.09.2018-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 öz izahatında bildirmişdir ki, K02292TR18 dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 məxsusdur və o , həmin avtomobili onun dayısı Cavabdeh3 etibarnamə ilə vermişdir.Hadisə zamanı onun sürücülük vəsiqəsi olmamışdır. Cavabdeh3 öz izahatında bildirmişdir ki, Cavabdeh2 K02292TR18” dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtomobili Cavabdeh2 etibarnamə əsasında ona vermişdir, o isə həmin avtomobili bacısı oğlu Cavabdeh1 idarə etmək üçün vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2021-ci il tarixli 9/6562 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə iş materiallarında olan 06.09.2018-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il buraxılışlı «Opel Zafira» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 5569,80 manat müəyyən edilir.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 25.08.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 tərəfindən idarə olunan "K02292TR18” dövlət qeydiyyat nişanlı Renault Megane markalı avtomobil X1 tərəfindən idarə olunan «Opel Zafira» markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehlərdən geri tələb edir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 təqsiri, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq digər avtomobilə maddi ziyan vurması qanuni qüvvəyə minmiş 26.11.2018-ci il tarixli inzibati xəta haqqında qərarı ilə sübuta yetirildiyindən, həmçinin Cavabdeh3 avtomobili idarə etmək hüququ avtomobilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən etibarnamə ilə verildiyindən, Cavabdeh2 isə etibarnamə olmadan avtomobili Cavabdeh1 idarə etmək üçün verdiyindən, Mülki Məcəllənin 1108-ci, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ekspertiza rəyi ilə müəyyən edilən məbləğdə, 5569,80 manat sığorta ödənişi tutulmalıdır. Məhkəmə iddia tələbini Cavabdeh2 aid hissədə əsassız hesab edərək qeyd edir ki, Cavabdeh2 qeyd edilən avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobili digər cavabdehə (Cavabdeh3) etibarnamə əsasında verdiyindən iddia tələbinin ona dair hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5569,80 manat məbləğində verilmiş sığorta ödənişi və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməli, 100 manat ekspertiza xərci cavabdehlərə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5569(beş min beş yüz altmış doqquz) manat 80(səksən) qəpik məbləğində verilmiş sığorta ödənişi və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci tərəflərə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar