Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-798/2024 05.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əmək haqqı kimi əvəzləşdirilmiş 83.000 manat məbləğində pulun, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək olan dövr üzrə orta aylıq əmək haqqının, məzuniyyət pulunun və işdən çıxarma barədə son haqq-hesab ödənişlərinin, mənəvi zərərə görə 10.000 manat vəsaitin, eyni zamanda gecikdirilmiş əmək haqqının və digər odənişlərin qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla, tutularaq ona ödənilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 369 manat dövlət rüsumunun, həmçinin dəyəri 5000 manat olan bir ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla, cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan “LG” markalı bir ədəd televizorun, dəyəri 550 manat olan “Samsung” markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter stolu və dolabının, 1500 manat olmaqla, cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, dəyəri 800 manat olan 2 ədəd “LG” markalı tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrodalğalı sobanın, dəyəri 900 manat olan “Samsung” markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyan maşının, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan “Tefal” markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd peçin, dəyəri 1500 manat olan divan dəstinin (yazı masası ilə birlikdə), dəyəri 3500 manat olan yataq dəstinin (1 ədəd taxt çarpayı, iki ədəd tumba, bir ədəd güzgülü kamod, bir ədəd şifoner daxil), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd stol, 8 ədəd stul, bir ədəd bar, bir ədəd qorka, bir ədəd güzgülü kamod daxil), dəyəri 2000 manat olan bir ədəd güzgülü paltar şkafinin, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suvenirlər, yorğanlar, döşəklər, ədyallar, pakrıvallar daxil olmaqla) cavabdehdən alınaraq ona verilməsi, həmin əşyalar mövcud olmadıqda və ya yararsız hala salındıqda onların dəyərinin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin alınması” tələbi məhkəmənin icraatında olan əmək mübahisəsinə dair e-2(002)-798/2024 saylı mülki işdən ayrıca icraata ayrılmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-798/2024 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-1113/2024 saylı mülki işə bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 vəsatəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-1113/2024 saylı mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan mülki işdən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsində icraata götürülmüşdür. xx.xx.2024-cü il tarixdə isə iddiaçı eyni tərəflərə qarşı əmək mübahisəsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi də məhkəmənin icraatına qəbul edilmişdir. Hesab edir ki, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Bu baxımdan həmin işlərin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-798/2024 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-1113/2024 saylı mülki işə bir icraatda birləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-798/2024 saylı mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-1113/2024 saylı mülki işə bir icraatda birləşdirilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə vəsatəti və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərdən keçirərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, işlərin bir icraatda birləşdirilməsi haqqında vəsatət təmin olunaraq hazırkı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavadeh X3 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə e-2(010)-1113/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilən halllarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.1.1 və 395.1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan göstərilən mülki işlər bir-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi bir-biri ilə əlaqəli olan həmin işlərdən birini ilkin olaraq icraata qəbul etdiyindən hazırkı mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı əmək mübahisəsinə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavadeh X3 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə e-2(010)-1113/2024 saylı mülki işlə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı Cavabdeh əmək haqqı kimi əvəzləşdirilmiş 83.000 manat məbləğində pul vəsaitinin, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək olan dövr üzrə orta aylıq əmək haqqının, məzuniyyət pulunun və işdən azad olunma barədə son haqq-hesab ödənişlərinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 369 manat dövlət rüsumunun, habelə mənəvi zərərə görə 10.000 manat vəsaitin, eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər ödənişlərin qətnamə icra olunan günədək faizləri hesablanmaqla, tutulub iddiaçıya ödənilməsinə dair iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavadeh X3 qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə e-2(010)-1113/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Bu qərardaddan şikayət verilə bilməz, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-798/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-798/2024
05.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver