Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-816/2022 23.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakların mənzildən çıxarılaraq cavabdehə qaytarılması» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlakların mənzildən çıxarılaraq cavabdehə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 116 adda əmlakların Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə Cavabdeh məxsus, «Roza» adlı, Bakı istehsalı olan, 2005-ci ildə alınmış yataq mebel dəstinin və çilçırağın Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilində yerləşən ona məxsus iddia ərizəsində qeyd olunan 116 ədəd əşyalardan əlavə olaraq dəyəri 250 manat olan 1 ədəd çilçıraq, dəyəri 20 manat olan plastik qablar və vannalar, dəyəri 25 manat olan ətçəkən maşın, dəyəri 15 manat olan 2 ədəd (göy və ağ) taslar, dəyəri 50 manat olan tefal ütü, dəyəri 180 manat olan 82 predmet yemək dəsti, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabı, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qabları, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabı, dəyəri 120 manat olan 6 predmet qara rəngli çay servisi, dəyəri 170 manat olan Samsung markalı tozsoran, dəyəri 850 manat olan ağ rəngli Samsung markalı paltaryuyan maşının özü və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilində yerləşən ona məxsus iddia ərizəsində qeyd etdiyi 116 ədəd əşyalardan yararsız vəziyyətdə olan yataq mebel dəstinə görə 2.000 manat, çilçırağa görə 200 manat, qarşılıqlı iddia üzrə dəyəri 250 manat olan 1 ədəd çilçırağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan Tefal ütünün, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabının, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan Samsung markalı tozsoranın və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun oğlu X9 24.04.2005-ci il tarixdə ailə həyatı qurmuşlar. Sonuncuların birgə nikahdan doğulmuş iki yetkinlik yaşına çatmamış qızları vardır. Ailə həyatı quran vaxt cavabdeh onların yaşadığı Bakı şəhəri S.Ə.Şirvani küçəsi 12 saylı evin onun mülkiyyətində olan 15 nömrəli mənzilinə gəlin köçmüşdür və özünə məxsus cehiz avadanlıqlarını da bu mənzildə yerləşdirmişdir. Ailə həyatı qurandan sonra onlar bir müddət mehriban münasibətlərdə olmuşlar. Lakin sonradan cavabdehin ona qarşı münasibəti pisləşmiş və cavabdeh 09.09.2014-cü il tarixdə oğlu ilə birlikdə kirayə mənzilə köçmüşlər. Cavabdehlə oğlu 2014-cü ilin sentyabr ayından müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Onlar kirayədə yaşamağa gedərkən, yaşamaq üçün zəruri olan xeyli əmlakları özləri ilə aparmışlar, cavabdehə məxsus cehiz əşyalarının bir qismi isə hal-hazırda yaşadıqları mənzildə qalmışdır. Onun həyat yoldaşı X10 vəfat etmişdir. Ərinin dəfn və yas mərasimləri yaşadıqları darısqal mənzildə keçirilmişdir. Bu səbəbdən də, cavabdehə məxsus əmlakların sınıb-dağılmaması və yararsız vəziyyətə düşməməsi üçün həmin əmlakların bir qismini səliqə ilə qablaşdıraraq, qutulara yığılaraq yaşadıqları blokun birinci mərtəbəsində yerləşən xidməti otağa yığaraq qapısını qıfıllamışdır, qalan əşyaları isə yenə də qutulara yığaraq mənzildə yerləşdirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu X9 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh 2014-cü ilin sentyabr ayından yaşadıqları mənzilə gəlmir, onların qohumluq münasibətləri pozulmuşdur. Cavabdeh özünə məxsus avadanlıqları aparmaması səbəbindən onun mənzildən istifadə hüququna maneçilik törədir. Həmin əmlaklar aşağıdakılardır:
1. Yataq mebeli (şifoner, taxt, trümo, 2 ədəd dolabça); 2. Qorka; 3. Masa; 4. Miz, 6 ədəd; 5. Palaz, 1 ədəd; 6. Taxt döşəyi; 7. Yorğan-döşək dəsti (yataq); 8. Hamam dəsti; 9. Ədyal, 1 ədəd; 10. Balaca yastıq; 11. Divan-kreslo üstü vilyurdan; 12. Qazan dəsti; 13. Şirəçəkən maşın; 14. Çaydan dəsti; 15. Kofe servisi; 16. Balış üzü; 17. Fincan, nəlbəki ilə;
18. Çay servisi Madonna; 19. Xüsusi çantada çəngəl-bıçaq dəsti; 20. Qazan, 2 ədəd; 21. Çay termosu; 22. Yemək termosu; 23. Süfrələr 5 ədəd, dəsmallar 5 ədəd; 24. Pərdə; 25. Vaza Madonna, 2 ədəd; 26. Su stəkanları, zərli + 6 ədəd büllur; 27. Döşəkağılar, 1 dəst;
28. Ayaqqabılar, çəkmə, uşaq ayaqqabısı; 29. Termos; 30. Aşsüzən. Qab-qaşıq; 31. Vaza;
32. Blender; 33. Saç buran; 34. Çörək qabı, 2 ədəd; 35. Çətir; 36. Çilçıraq; 37. Güldan; 38. Çanta (çemodan), içində paltarlar; 39. Şüşə tava; 40. Bulud, 2 ədəd; 41. Bulud, 1 ədəd və nimçə, 6 ədəd dəst; 42. Bulud, 1 ədəd 6 nimçə ilə; 43. Gümüş qaşıqlar, balaca, 6 ədəd;
44. Tərəvəz kəsən; 45. Dəftərlər, kitablar; 46. Nəlbəki, 6 ədəd; 47. Canamaz; 48. Kasa, 6 ədəd; 49. Bulud, 6 ədəd; 50. Serviz nimçəsi; 51. Stəkan, 6 ədəd; 52. Su qızdırıcı (kipitilnik); 53. Nimçələr 6 ədəd + 6 ədəd; 54. Meyvə qabı, 3 ədəd; 55. Nəlbəki, 6 ədəd; 56. Qaşıq-çəngəl dəsti; 57. Vaza, yaşıl rəngli, Bohemia; 58. Vaza Madonna; 59. Bulud Madonna, 2 ədəd; 60. Güldan, büllur, 2 ədəd; 61. Kül qabı; 62. Peçenye qabı; 63. Bulud qaşığı, 2 ədəd; 64. Nimçə, 1 ədəd; 65. Bulud Madonna, 2 ədəd; 66. Serviz nimçələri, 6 ədəd; 67. Balaca nimçələr, 6 ədəd; 68. Badə, 2 ədəd; 69. Qrafin, 2 ədəd + 2 ədəd; 70. Dolça, 2 ədəd; 71. Fincanlar, 2 ədəd + 2 ədəd; 72. Qaşıq, 6 ədəd; 73. Mətbəx avadanlıqları; 74. Büllur stəkan, 2 ədəd + güldan; 75. Çay qaşığı, 6 ədəd; 76. Balaca nimçələr, 6 ədəd; 77. Dolça, 6 stəkanı ilə, Bohemia; 78. Stəkan, 6 ədəd; 79. Armudu stəkan, 10 ədəd; 80. Çanta, layka çanta; 81. Qədəh, 6 ədəd + aş nimçəsi, 10 ədəd; 82. Lampa; 83. Ləpəçəkən maşın; 84. Balaca qazan; 85. Balaca bıçaq, 3 ədəd; 86. Yumşaq oyuncaqlar + ayı; 87. Yaşıl rəngli Bogemia + mürəbbə qabı; 88. Layka plaş; 89. Başmaqlar + nimçələr, 9 ədəd + 12 ədəd; 90. Layka çanta; 91. Mikser, qab-qaşıq; 92. Böyük vaza + büllur güldan; 93. Meyvə qabı, 2 ədəd; 94. Vedrə; 95. Nikel qazan dəsti; 96. Uşaq arabası (kolyaska); 97. Çəngəl, 5 ədəd; (Qeyd: İddia ərizəsində əşyalar sıralanarkən 97 sayından birbaşa 100 sayına keçilmişdir, güman ki, mexaniki səhvdir. Məhkəmə qeyd olunan halı əlavə bu məqamla bağlı əlavə mübahisə yaranmasın deyə vurğulamağı zəruri hesab edir. Belə ki, istər ilk iddia ərizəsində, istər qarşılıqlı iddia ərizəsində ilk iddia üzrə iddiaçının 116 saylı siyahısına istinad edilsə də, əslində 114 saylı siyahıdır). 100. Bıçaq, 6 ədəd + bulud böyük; 101. Duz qabı, 7 ədəd; 102. Piyalə, 16 ədəd; 103. Kasa, 9 ədəd; 104. Sup qabı, Madonna; 105. Çaynik; 106. Madonna nimçə, 6 ədəd + nəlbəki, 1 ədəd; 107. Şam, 1 ədəd; 108. Büllur badə, 6 ədəd + 6 ədəd qədəh; 109. Bohemia bəzəkli badə, 6 ədəd; 110. Bohemia yaşıl; 111. Bohemia yaşıl rəngli, 2 ədəd; 112. Servis 6 nəfərlik, ağ rəngli; 113. Madonna şəkər tozu qabı; 114. Qara serviz Madonna; 115. Salat qabı, 2 ədəd; 116. Penüar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal-hazırda cavabdehə məxsus olan əmlakların bir qismi yerləşdirilmiş mənzildə təmir işləri aparılmalıdır, lakin qeyd etdiyi səbəbdən bu mümkün deyildir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq ona məxsus 116 adda əmlakının Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı iddia ərizəsində ona məxsus 116 ədəd cehiz əşyalarını göstərsə də, həmin ərizədə ona məxsus cehiz əşyaları tam göstərilməmiş və aşağıda qeyd etdiyi cehiz əşyalarının da qaytarılmasını istəyir. Belə ki, iddia ərizəsində 36-cı sütunda çilçıraq qeyd edilsə də, onun hazırda cavabdehə məxsus evdə 1 deyil, 2 ədəd çilçırağı vardır və hər ikisinin qaytarılmasını istəyir. Bundan başqa, dəyəri 250 manat olan 1 ədəd çilçıraq, dəyəri 20 manat olan plastik qablar və vannalar, dəyəri 25 manat olan ətçəkən maşın, dəyəri 15 manat olan 2 ədəd (göy və ağ) taslar, dəyəri 50 manat olan tefal ütü, dəyəri 180 manat olan 82 predmet yemək dəsti, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabı, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qabları, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabı, dəyəri 120 manat olan 6 predmet qara rəngli çay servisi, dəyəri 170 manat olan Samsung markalı tozsoran, dəyəri 850 manat olan ağ rəngli paltaryuyan maşın hal-hazırda cavabdehin evindədir və cavabdehin iddia ərizəsində göstərdiyi əşyalarla bərabər hazırda qeyd etdiyi əmlakların da qaytarılmasını istəyir. Qarşılıqlı iddia ərizəsi ilə bərabər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə də təqdim edir. İddiaçı ərizədə onun əmlaklarının siyahısını qeyd etmişdir. Lakin iddiaçı əmlaklarının adını və miqdarını düz qeyd edib-etmədiyini dəqiq bilmir. Həmin əmlaklar siyahıya alındıqdan sonra əmlaklarının dəqiq sayı müəyyən ediləcəkdir. Gələcəkdə, əmlakların dəqiq sayı və adı müəyyən edildikdən sonra iddia tələbinin həcminin artırılması və ya azaldılması barədə ərizə təqdim edəcək. İndiki halda isə qeyd etdiyi səbəbdən bunu edə bilmir. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və öncəki məhkəmə iclaslarında əlavə olaraq bildirdi ki, Cavabdeh ona qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilində yerləşən özünə məxsus əmlakların özünün və ya dəyərinin ondan alınaraq Cavabdeh verilməsini xahiş etmişdir. Bildirir ki, Cavabdeh 24 aprel 2005-ci il tarixdə ona məxsus olan Bakı şəhəri S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilinə gəlin köçmüşdür və 2014-cü ilin sentyabr ayının 20-nə qədər bu mənzildə yaşamışdır. 2014-cü ilin sentyabr ayında oğlu X9 ilə birlikdə kirayədə yaşamaq üçün bu mənzildən çıxıb getmişlər və gedən zaman özünə məxsus olan avadanlıqların bir hissəsini aparmışdır. 2014-cü ilin sentyabr ayının 20-də oğlu ilə Günay kirayədə yaşamaq üçün getdikdən 1 həftə sonra onun əri Hüseynov Sabir vəfat etmişdir, ərinin dəfn və yas mərasimləri 2 otaqdan ibarət olan bu mənzildə olmuşdur. Yasa gələnlər tərəfindən Cavabdeh məxsus əşyaların xarab olmaması, zədələnməməsi məqsədi ilə o, həmin əşyaları qablaşdırmışdır və yaşadıqları blokun 1-ci mərtəbəsində yerləşən xidməti otaqda yerləşdirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qarşılıqlı iddia ərizəsində: 1) dəyəri 250 manat göstərilmiş 1 ədəd çilçıraq vardır, lakin həmin çilçırağın qiyməti 250 manat deyil, 180 manatdır. Həmin çilçıraq alınan ərəfədə Cavabdeh heç bir yerdə işləmirdi, çilçırağı o, öz vəsaiti ilə almışdır və həyat yoldaşı ilə birlikdə yaşadıqları böyük otaqda asmışdır. Gəlin qayınana kimi Günayla birlikdə mağazaya getmişlər, lakin həmin çilçırağı bəyənərək özünün vəsaiti hesabına almışlar; 2) dəyəri 20 manat göstərilmiş plastik qablar vardır və 12 aprel 2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin qabları da digər əşyalarla birlikdə aparmışdır; 3) vannanı isə kirayədə yaşamağa gedəndə özü ilə aparmışdır; 4) dəyəri 25 manat göstərilmiş ətçəkən maşın kirayədə yaşamağa gedəndə özü ilə aparmışdır; 5) dəyəri 15 manat göstərilmiş 2 ədəd (göy və ağ) taslar vardır və 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin tasları aparmışdır; 6) dəyəri 50 manat göstərilmiş Tefal ütü olmamışdır, Günay gəlin gələndə adi ütü gətirmişdir, həmin ütü də xarab olmuşdur, sonradan onun ütüsündən istifadə etmişdir, kirayəyə gedəndən sonra isə onun oğlu, Günayın keçmiş əri X4 ütü almış, kirayədə yaşadıqları vaxt həmin ütüdən istifadə etmişlər, Tefal ütü heç vaxt ona məxsus olan mənzildə olmamışdır; 7) dəyəri 180 manat göstərilmiş 82 predmet yemək dəstinin yarısını aparmışdır, qalan hissələri isə 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 8) dəyəri 50 manat göstərilmiş 2 ədəd büllur qənd qabını 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 9) dəyəri 18 manat göstərilmiş 12 ədəd mürəbbə qabları (rozetka) olmuşdur, lakin kirayəyə gedən zaman rozetkaların bir neçəsini özü ilə aparmışdır, qalanları isə 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 10) dəyəri 30 manat göstərilmiş 1 ədəd böyük büllur qayıq formalı konfet kabı olmamışdır, o, belə bir qab görməmişdir; 11) dəyəri 120 manat göstərilmiş 6 predmet qara rəngli çay servizi olmuşdur və 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin servizi də aparmışdır; 12) dəyəri 170 manat göstərilmiş Samsung markalı tozsoran xarab olmuşdur, onların evində yoxdur, cavabdeh özü hara aparıb, kimə təmir üçün təhvil verib, onun xəbəri yoxdur, sonradan kirayədə yaşayan vaxt onun oğlu, Günayın keçmiş əri X9 tozsoran almışdır, kirayədə yaşayan vaxt həmin tozsorandan istifadə etmişlər, hal-hazırda da cavabdehin özündədir; 13) dəyəri 850 manat göstərilmiş ağ rəngli Samsung markalı paltaryuyan maşını 12.04.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparılmışdır, qeyd edir ki, gəlini oğlu ilə birlikdə kirayədə yaşayan vaxt oğlu Siemens markalı paltaryuyan maşın almışdır, həmin paltaryuyan maşından istifadə etmişlər və hal-hazırda Günayın özündədir. Müşavirə otağına gedən zaman Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsində adları qeyd edilmiş Tefal ütünün və qayıq formalı konfet qabının heç olmadığını, həmin əşyaların ona məxsus mənzildə heç vaxt olmadığını, digər əşyaların, o cümlədən Samsung markalı paltaryuyan maşını isə apardığının nəzərə alanmasını xahiş edir. Son məhkəmə iclasında İddiaçı izahatında əlavə olaraq qeyd etdi ki, Cavabdeh özünə məxsus olan və məhkəməyə təqdim edilmiş siyahıda adları göstərilmiş əmlakları aparmışdır. Lakin hazırda mübahisəsi gedən çilçıraq və yataq dəstini aparmamışdır və səbəbini də göstərmişdir ki, guya həmin əmlaklar yarıtmaz vəziyyətdədir. Halbuki, həmin əmlaklarda heç bir sınıq, əzik və yaxud qabarma olmamışdır. Sadəcə yataq dəstinin dolabçalarının kənarındakı kantlar qopmuş olmuşdur ki, bunu da aradan qaldırmaq mümkün olmuşdur. Məhkəməyə cavabdehin nümayəndəsi E.Nəcəfov tərəfindən mübahisəsi gedən əmlakların fotoşəkilləri təqdim edilmişdir və həmin fotoşəkillərdə də yataq dəstində hər hansı bir sınığın və yaxud aradan qaldırılması mümkün olmayan zədələrin olması görünmür. Həmin əmlaklarda sınıqların olmaması, bir neçə yerdə qopuq izləri olduğundan razılığa gəlinmişdir ki, həmin nasazlıqlar aradan qaldırılsın. O, usta dəvət edərək, yataq dəstində olan qopuq hissələri tamamilə təmir etdirmişdir, çilçırağı da tam təmir etdirib işlək vəziyyətə saldırmışdır. Bundan sonra, məhkəmənin 05.05.2022-ci il tarixə təyin edilmiş iclasında hakim növbəti məhkəmə baxışını 16.05.2022-ci il tarixə təyin etmiş və ilk iddia üzrə Cavabdeh təklif etmişdir ki, mübahisəsi gedən əmlaka baxış keçirib onların hansı vəziyyətdə olmasını müəyyənləşdirsin ki, bundan sonra qərar qəbul edilsin. Lakin Cavabdeh qərəzli olaraq mebelə və çilçırağa baxış keçirməmişdir. Bundan sonra hakim yenə də növbəti məhkəmə iclasını 23.05.2022-ci il tarixə təyin etmişdir və bir daha ilk iddia üzrə cavabdehə mübahisəsi gedən yataq dəstinə və çilçırağa baxış keçirilməsini Cavabdeh təklif etmişdir. Lakin Cavabdeh bu dəfə də qəsdən mübahisəsi gedən əmlaklara baxış keçirməmiş, həmin əmlakların təmirdən sonrakı vəziyyəti ilə maraqlanmamışdır. Bundan belə bir nəticəyə gəlinir ki, ilk iddia üzrə Cavabdeh yataq mebelini qəsdən olaraq aparmamış, ondan bunun əvəzində pul qoparmaq istəyir. Bildirir ki, mübahisəsi gedən yataq dəstində heç bir sınıq, özlərinin iddia etdiyi kimi heç bir nəmişlikdən qabarma yoxdur. Mebel 2005-ci ildə alınmışdır, 2014-cü ilə qədər həmin mebel ilk iddia üzrə Cavabdeh ailəsinin (əri, 2 uşağı ilə birlikdə) istifadəsində olmuşdur. 2014-cü ildə onun həyat yoldaşı vəfat etmişdir, mənzilləri darısqal olduğundan özünə və Cavabdeh məxsus əmlakların bir hissəsini yaşadıqları evin yaşadıqları blokunun birinci mərtəbəsində yerləşən xidməti otağa yerləşdirmişdir. Qeyd edir ki, həmin otaq zirzəmi deyil, birinci mərtəbədə yerləşir, tamamilə quru bir otaqdır. Cavabdeh özünə məxsus olan əmlakları həmin otaqdan aparmışdır və həmin əmlakların heç bir nə kif atmış, nə qabarmış, nə də yararsız vəziyyətdə olmamışdır. Ona görə də, heç bir mübahisə olmadan həmin əmlaklar cavabdeh tərəfindən aparılmışdır. Mübahisəsi gedən yataq mebel dəsti və çilçırağı isə cavabdeh ondan pul qoparmaq məqsədi ilə qəsdən aparmamışdır. Məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mülki işə baxılması vaxtı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə razılaşdıqları kimi əmlakların yerləşdiyi ünvanda olmuşlar. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onun əmlakını binanın zirzəmisində yerləşən otağa yığmışdır. Əmlakları götürərkən nabor dəstlərin bəzilərinin yerində olmadığı, dəmir qabların isə nəmişlikdən nəm çəkdiyi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq, o, həmin əmlakları götürmüşdür. Mebelini isə zirzəmidə olduğundan nəm çəkərək yararsız vəziyyətə düşmüşdür. Mebellərdən masa, 6 ədəd miz, güzgülü siyirtmə qismən yararlı olduğundan onları da götürmüşdür. Həmçinin iddiaçının öz iddia ərizəsində qeyd etdiyi çilçıraq isə qırıq vəziyyətdə idi. Bu səbəbdən də, o, İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlaklarından yataq mebel dəstini və çilçırağı götürməmişdir. Ona görə də, həmin əmlakın dəyərinin ona verilməsini xahiş edir. Bundan əlavə, o, öz qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əmlaklardan bəzilərini götürmüş, digərləri isə İddiaçı tərəfindən ona təqdim edilməmişdir. Məhkəmədən ilk iddianın qismən təmin, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə cehizlik mebel əşyalarını almağa o, getmiş, həmin əşyalar mebel mağazasından 3500 manata dəyərləndirilməklə götürülmüş, dəyəri 1 il ərzində hissə-hissə ödənilmişdir. Həmin mebellərə qorka, stol-stul, yataq mebelinə isə 2 tumba, güzgü və s. daxil idi. O, həmin mebellərin alınmasına zamin durmuş, alğı-satqı rəsmiləşdirildikdən sonra mebellər aidiyyəti üzrə ünvana çatdırılmışdır. Lakin hal-hazırda yataq mebeli istifadə üçün yararsız vəziyyətədir. X1 ifadə verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır, mebel 2500 manata kreditlə onun adına alınmış, məbləği 1 il ərzində hissə-hissə mağazaya ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin ilk iddia üzrə iddiaçı tərəfindən mübahisə edilən halı onunla bağlıdır ki, ilk iddia üzrə cavabdeh onun mülkiyyətində olan mənzildə olan yataq mebel dəstini və çilçırağı yararsız vəziyyətdə olduğunu əsas gətirərək, götürmək istəmir. İşin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisə edilən halı onunla bağlıdır ki, qarşılıqlı iddia üzrə cavabdehdən ona məxsus, yararsız vəziyyətdə olan yataq mebel dəstinə görə 2.000 manat, çilçırağa görə 200 manat, qarşılıqlı iddia üzrə dəyəri 250 manat olan 1 ədəd çilçırağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan Tefal ütünün, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabının, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan Samsung markalı tozsoranın və ya onların dəyərinin tutulmasını tələb edir. Məhkəmə ilk öncə ilk iddiaya münasibət bildirərək vurğulayır ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, ilk iddia üzrə iddiaçının mənzilində qalan yataq mebel dəsti və çilçıraq istifadəyə yararlı olmaqla, onların götürülməsindən imtina edilməsi üçün əsaslı səbəb yoxdur. Həmin əşyaların iddiaçının mənzilində qalması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Bu səbəbdən, ilk iddia təmin edilməli və həmin əşyalar cavabdehin vəsaiti hesabına çıxarılaraq aparılmalıdır. Məhkəmə qarşılıqlı iddiaya münasibət bildirərək vurğulayır ki, qarşılıqlı iddia üzrə iddiaçı yataq mebel dəstinin və 1 ədəd çilçırağın yararsız vəziyyətdə olmasına, həmçinin dəyəri 250 manat olan 1 ədəd çilçırağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan Tefal ütünün, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabının, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan Samsung markalı tozsoranın ilk iddia üzrə cavabdehdə olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlər ilk iddia üzrə cavabdehlə yaxın münasibətlərdə olan şəxslər olmaqla, işin nəticəsində maraqlıdırlar. Digər tərəfdən, şahid ifadələri iş üzrə toplanmış və tədqiq olunmuş digər sübutlarla təkzib olunur. Ödəniş qəbzlərindən göründüyü kimi, məhkəməyə ilk iddia ərizəsi təqdim olunması üçün ilk iddia üzrə iddiaçı tərəfindən 50 manat, məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim olunması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əmlakların qaytarılması» tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh məxsus olan ümumi dəyəri 700 manat (məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə təyin edilmiş dəyəri) olan yataq mebeli (şifoner, tax, trümo və iki ədəd dolabça) və 1 ədəd dəyəri 200 manat olan çilçıraq İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən cavabdehin vəsaiti hesabına çıxarılmalı, ilk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli, Cavabdeh İddiaçı qarşı «əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «əmlakların qaytarılması» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh məxsus olan ümumi dəyəri 700 manat (məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə təyin edilmiş dəyəri) olan yataq mebeli (şifoner, tax, trümo və iki ədəd dolabça) və 1 ədəd dəyəri 200 manat olan çilçıraq İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən cavabdehin vəsaiti hesabına çıxarılsın. İlk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Əsədov