Məhkəmə qərarları › İş №e-2(002)-933/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-933/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-933/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə X7” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul vəsaitinin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxx» ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1462,70 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu, ümumilikdə 1492,60 manat tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı ** GH *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun 25-ci km-liyi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “xxxxxxxxxxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə 6712,70 manat maddi zərər dəymişdir. MİB 1700058_20 saylı sığorta şəhadətnaməsinə və AKS 180123 saylı xx xxxxxx 2018-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 6462,70 (altı min dörd yüz altmış iki manat, 70 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti “xxxxxxxxxxxxxxx” ASC-də sığortalandığından 5000 manat sığorta ödənişi “xxxxxxxxxxxxxxx” ASC-dən alınmışdır. Qeyd olunan halları nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, izahatında cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 6462,70 manat məbləğində maddi ziyan vurulduöunu, həmin vurulmuş ziyanın məbləğindən 5000 manat məbləğində pul vəsaiti müvafiq sığorta şirkəti tərəfindən ödənilmişdir, qalan məbləğ isə indiyədək cavabdeh tərəfindən onlara ödənilməmişdir, ona görə də həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmaısnı xahiş etdi. Cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə baxış iclasında etiraz ərizəsini təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, xx xxxx 2018-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E200» markalı 90-GH 156 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan yolunun 25-ci km ilə hərəkət edən zaman «Toyota Hilux» markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma zamanı cavabdeh «Toyota Hilux» markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünə təklif etdi ki, maşına dəyən ziyan cavabdeh tərəfindən bərpa olunacaq və maşının təmir olunması üçün ona verilməsini xahiş etdi. Lakin maşını cavabdehə vermədi və aralarında olan danışığa əsasən 5000 manat məbləğində pul maşının təmiri üçün kifayət etdiyini bildirmişdir. cavabdeh «xxxxxxxxxxxxxxx» ASC-də sığortalandığından 5000 manat sığorta ödənişi «xxxxxxxxxxxxxxx» ASC-dən alınmışdır.Yol-nəqliyyat hadisəsindən 2 ilə yaxındır ki, baş verməsinə, aralarında tam 5000 manat məbləğində razılaşmağımıza baxmayaraq Toyota Hilux» markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü ona yaxınlaşaraq cavabdehdən yenə də pul tələb etməyə başladı, o isə ona bildirdi ki, nəyə borcu varsa qəbzləri göstər, o, isə ona özəlservisin olduğunu və onlarda heç nəyin qiyməti yoxdur bildərərək cavabdehə hədə ilə bildirdi ki, “bununla bağlı məhkəmədə görüşərik.” Cavabdeh göstərilən iddia tələbinə etiraz edir, ona “Toyota Hilux» markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilin təmiri ilə bağlı heç bir sənəd və ya ödədiyi qəbzlər barədə məlumatı yoxdur. Ona görə də vurulmuş ziyanın məbləğinin yalnız ekspert rəyi əsasında müəyyən edilə biləcəyini bilirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhadətnaməsinin məzmunundan görünür ki, sığortaçı «xxxxxxxxxxxx» ASC tərəfindən X6 sığortalı edilmişdir və sığorta predmeti olaraq “Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası üzrə: Qoşma №1-ə əsasən avtonəqliyyat vasitələri çıxış edir. Sığorta haqqı qismi zərərdə 250,00 manat, oğurluq və ya tam zərərdə 15% manat təşkil etmişdir. İş materiallarına xx.xx.2017-ci il tarixli MİB 1700058_20 saylı sığorta şəhadətnaməsi üzrə Qoşma №1-də AzfenBirgə Müəssisəsinə məxsus olan avtonəqliyyat vasitələrinin siyahısı əlavə olunmşdur. Həmin sığortalanmış avtonəqliyyat vasitələrinin içərisində “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobil də vardır. İş materiallarında olan 180123 saylı xx xxxxxx 2018-ci il tarixli Sığorta ödənişi aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən 6462,70 (altı min dörd yüz altmış iki manat, 70 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Təmir xərcinin məbləği isə 6712,70 manat, təmir xərci məbləğinin sığortalının üzərində qalan hissəsi 250 manat təşkil etmişdir. İş materiallarında olan 046 nömrəli xx.xx.2018-ci il tarixli Qiymətləndirmə aktından görünür ki, Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6712,70 manat təşkil edir. İş materiallarında olan “Azfen MMC tərəfindən «xxxxxxxxxxxx»xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Azfen MMC-yə məxsus olan “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 25-ci km-də X2 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi nəticəsində qəzaya uğramışdır. Şirkətlər arasında bağlanmış olan xx.xx.2017-ci il MİC1700058 saylı müqaviləyə əsasən müvafiq tədbirlər görülməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1773 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablamalar yolu ilə təqdim edilən “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-ci il buraxılışlı “Toyota Hilux” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 5687 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı ** GH *** dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun 25-ci km-liyi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş, nəticədə “xxxxxxxxxxxx” ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı BDYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz E200” markalı ** GH *** dövlət nömrə nişanlı avtomobillə “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Bununla yanaşı, Cavabdeh barəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 40 manat məbləğində cərimə edilmişdir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş 046 nömrəli xx.xx.2018-ci il tarixli Qiymətləndirmə aktı əsasında “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 6712,70 manat müəyyən edilmişdir. Cavabdehin mülki məsuliyyəti xxxxxxxxxxxxxxx” ASC-də sığortalandığından 5000 manat məbləğində sığorta ödənişi “xxxxxxxxxxxxxxx” ASC-dən alınmışdır. Qalan sığorta məbləği iddiaçıya ödənilmədiyindən iddiaçı cavabdehdə qarşı belə bir tələb irəli sürmüşdür. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona vurulmuş maddi ziyanın məbləği müstəqil ekspert tərəfindən deyil, “X8” tərəfindən tərtib edilmiş qiymətləndirmə aktı əsasında müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə araşdırması çərçivəsində təyin edilmiş müvafiq ekspertizanın rəyinə əsasən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Hilux” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 5687 manat məbləğində, aparılmış tədqiqatın dəyəri isə 100 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən avtomobilə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsinə dair hər hansı mötəbər, təkzib olunmaz sübutlar təqdim edilmədiyindən, habelə avtomobilə vurulmuş ziyanın məbləğinin onun özünün müəyyən etdiyi “Toyta Bakı Mərkəzi” tərəfindən tərtib edilmiş hesablama aktı əsasında müəyyən edildiyindən, həmin qiymətlərin real bazar qiymətlərinə uyğun olub-olmamasının aşkar etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, bu halda həmin zərərin tam həcmi müəyyən edilərkən ekspert rəyi əsas götürülməli və sığorta ödənişinin əsası olan vurulmuş ziyanın məbləği bu rəy əsasında müəyyən eidlməlidir. Bu halda, məhkəmə iddiaçıya vurulmuş ziyanın məbləğinin müvafiq ekspert rəyi əsasında 5687 manat müəyyən edildiyini, habelə həmin vurulmuş ziyanın məbləğinin 5000 manat məbləğində olan hissəsinin müvafiq sığorta şirkəti tərəfndən iddiaçıya ödənilməsi halının aşkar olduğunu əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan vurulmuş maddi ziyanın məbləği 687 manat məbləğində müəyyən edilməli, iddia tələbi məhz bu hissədə təmin eidlməli, qalan hissədə təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən,ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 687 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı « xxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd ediməlidir, 100 manat ekspertiza xərci cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Toyota Hilux” markalı ** AB *** dövlət nömrə nişanlı avtomobillə vurulmuş zərərin əvəzi qismində ödənilmiş 687 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxxxxx» ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar