Məhkəmə qərarları › İş №e-2(003)-1003/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1003/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1003/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Cavabdeh və onun vəkili X2 iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) barışıq sazişinin təsdiq olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə aralarında bağlanmış “barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, birgə nikah dövründə əldə edilmiş mənzilin və fərdi yaşayış evinin bölgüsü tələbi ilə mediasiyaya müraciət etmiş və müraciəti qeydə alınmışdır. Bundan sonra həm ərizəçi (birinci tərəf), həm də Cavabdeh (ikinci mediasiya prosesində iştirakı baş tutmuş və aralarında Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru mediasiya reyestrində Mnömrəsi il qeydiyyatdan keçmiş Raman Abışovun iştirakı ilə 17 avqust 2022-ci il tarixli Barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən ikinci tərəf, Saziş imzalandıqdan sonra 250 (iki yüz əlli) manat məbləğində ödənilməsini təmin edəcəkdir. Sazış ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 14 saylı evin 14 saylı mənzilinin Birinci tərəfin daimi istifadəsində və sərəncamında qalmasını, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İkinci tərəfin daimi istifadəsində və sərəncamında qalmasını, Birinci tərəf İkinci tərəfin daimi istifadəsində olan fərdi yaşayış evinin, İkinci tərəf Birinci tərəfin daimi istifadəsində olan mənzilinin uzərində sərəncam vermir (aralarında ayrı bir yazılı razılaşma istisna olunmaqla), uşaqlar xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 istəklərinə uyğun olaraq Birinci tərəfin daimi istifadəsində və sərəncamında olan mənzildən və İkinci tərəfin daimi istifadəsində və sərəncamında olan fərdi yaşayış evindən daimi Sərbəst şəkildə istifadə etmələrini, uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və xoşbəxt həyatının təmin edilməsini, İkinci tərəfin Birinci tərəfin daimi istifadəsində və sərəncamında olan mənzilin kommunal xərclərinin ödənilməsini, - Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd istifadə etməmələrini, uşaqların ad günlərində, şənliklərində və digər tədbirlərində əvvəlcədən razılaşmaqla mənzildə və ya fərdi yaşayış evində birlikdə iştirak etməklə keçirmələrini, uşaqlarla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşaqların rifahı üçün birgə fəaliyyət göstərilməsini, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onların sağlamlığının qayğısına qalmasını, hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirmələri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixolofi sağlamlığına xələl gətirməməyi qəbul edirlər. Tərəflər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vurarlarsa qanunvericiliklə müəyyən nmuş qaydada məsuliyyət daşıyırlar. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, illərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllu icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Səzişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq huquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, nofarisun icra qeydinə əsasən həyata keçirilə bilər.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nufuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya tə yol verməyəcəkdir. Aşağıdakı mövcud təminat ve üstunlük huquqları, o cümlədən, girov, ipoteka, mülkiyyet və zaminlik hüquqları qüvvədə qalır: Əmlakların ipotekası ilə yüklü edilmiş kredit borclarını İkinci tərəf ödəyir və borc tam ödənildikdən sonra yüklülükdən azad olunmasını təmin edir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi ul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bır daha təsdiqləyirlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi ödəyicilərinə, bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik şəxslərə, mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara qarşı tərəfin yazılı icazəsi ilə, yaxın qohumlara, Sazışın təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazışin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə ki, məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Tərəflər arasında digər razilaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya cəmiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyın pozulması hesab edilməyəcək. X13 bu sazişin şərtlərini yerinə yetirməmişdir və bu səbəbdən ərizəçi məhkəmyə müracət etmək məcnuriyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh ərizəyə etiraz edərək bildirdi ki, qeyd edilən əmlakları girov qoyaraq kredit götürmüşdür. Bağ sahəsi isə qardaşına məxsusdur. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh vəkili X5 əmlakların hazırda girovda olduğunu, buna görə də həmin əmlaklar barəsində hər hansı hərəkətin həyata keçirilməsinin üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb olacağını bildirərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər İddiaçı (bundan sonra birinci tərəf) və Cavabdeh (bundan sonra ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediator X8 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, onlar aşağıda qeyd edilmiş barışıq şərtləri ilə razılığa gəlmişlər: Sazişin şərtlərinə əsasən ikinci tərəf, Saziş imzalandıqdan sonra 250 (iki yüz əlli) manat məbləğində ödənilməsini təmin edəcəkdir. Sazış ilə Tərəflərin üzərinə götürdüyü öhdəliklər: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 14 saylı evin 14 saylı mənzilinin Birinci tərəfin daimi istifadəsində və sərəncamında qalmasını, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İkinci tərəfin daimi istifadəsində və sərəncamında qalmasını, Birinci tərəf İkinci tərəfin daimi istifadəsində olan fərdi yaşayış evinin, İkinci tərəf Birinci tərəfin daimi istifadəsində olan mənzilinin uzərində sərəncam vermir (aralarında ayrı bir yazılı razılaşma istisna olunmaqla), uşaqlar xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X3 istəklərinə uyğun olaraq Birinci tərəfin daimi istifadəsində və sərəncamında olan mənzildən və İkinci tərəfin daimi istifadəsində və sərəncamında olan fərdi yaşayış evindən daimi Sərbəst şəkildə istifadə etmələrini, uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və xoşbəxt həyatının təmin edilməsini, İkinci tərəfin Birinci tərəfin daimi istifadəsində və sərəncamında olan mənzilin kommunal xərclərinin ödənilməsini, - Azərbaycan Respublikası Ailə Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarından uşaqların maraqlarına zidd istifadə etməmələrini, uşaqların ad günlərində, şənliklərində və digər tədbirlərində əvvəlcədən razılaşmaqla mənzildə və ya fərdi yaşayış evində birlikdə iştirak etməklə keçirmələrini, uşaqlarla bağlı münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurulmasını, uşaqların rifahı üçün birgə fəaliyyət göstərilməsini, uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılmasını və onların sağlamlığının qayğısına qalmasını, hər iki tərəf valideyinlik hüquqlarını həyata keçirmələri zamanı uşaqların mənəvi inkişafına, fiziki və psixolofi sağlamlığına xələl gətirməməyi qəbul edirlər. Tərəflər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vurarlarsa qanunvericiliklə müəyyən nmuş qaydada məsuliyyət daşıyırlar. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. İş materallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 14 saylı evin 14 saylı mənzil və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materallarında olan 25NAR/21 saylı kredit müqaviləsindən görünür ki, borcluya və ya İpoteka qoyana məxsus ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən “ 06 "Avqust 2016ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus daşınmaz əmlak, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 14, mənzil 14 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən “ 01 "Mart 2011ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh məxsus daşınmaz əmlak (bundan sonra — girov/ipoteka predmeti) Kreditorun xeyrinə girovla/ipoteka ilə yüklü edilir, Borclunun Kreditor qarşısında bu müqavilə üzrə öhdəliyini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda, bu öhdəliyi tamamilə icra etməsi barədə məsuliyyəti zamin qismində öz üzərinə götürməsinə dair dair Cavabdeh (Ş/V: seriya.AA******* , Asan 4 tərəfindən “09” Oktyabr 2020-ci ildə verilib, qeydiyyat ünvanı: Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 14, mənzil 14), X1 (ş/v: seriya AA2877611 , Asan 4 tərəfindən “16” Aprel 2021-ci ildə verilib, qeydiyyat ünvanı: ünvan 4 Kreditor arasında zaminlik müqaviləsi bağlanılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırkı ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanunda göstərilən əsaslarla barışıq sazişinin icra olunmamasına görə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin barışıq sazişində barəsində razılığa gəlinmiş əmlakın məhkəmə iclasında girov qoyulması faktı müəyyən edildi. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, hazırda qeyd olunan barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılması, mahiyyət etibarilə əmlakların yüklü olması səbəbi ilə 3-cü şəxslərin maraqlarının pozulması qərarı olacaqdır. Təsdiq olunmalı olan barışıq sazişində qeyd edilən əmlakların yüklü olması, saziş təsdiq olunarsa gələcəkdə icrası mümkünsüz olmaqla, həmçinin qanunvericiliyin tələblərinə zidd olacaqdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar