Məhkəmə qərarları › İş №e-2(003)-1041/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1041/2022

01.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1041/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “ipoteka predmeti olan fətdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-1 saylı əlavə kredit müqaviləsinə əsasən 100.000 ABŞ dolları məbləğində kredit verilmiş (36 ay müddətinə, xx.xx.2016-cı il tarixədək, illik 22% ödəmək şərtilə), kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi rəsmiləşdirilən xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən icra edilməməsi və lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq, iddiaçı "xxxx" KB ASC kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12295/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikaytətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilən kassasiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı icra vərəqəsi icra olunması üçün Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məlum qətnamələrin çıxarılmasına baxmayaraq borclu Cavabdeh tərəfindən sözügedən kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilən icra sənədinə əsasən kredit borcunun ödənilməsi məqsədilə tutma ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilsə də, borclu Cavabdeh qanunsuz əməlləri nəticəsində həmin fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsinə baxmayaraq, ipoteka saxlayan "xxxx" KB ASC-nin məlumatı olmadan tamamilə sökülərək, istifadədə olan həmin torpaq sahəsində başqa texniki göstəricilərə malik, bankda ipoteka ilə yüklü edilən əmlak ilə heç bir uyğunluğu olmayan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçməyən, özbaşına qeyriyaşayış sahəsi olan obyekt inşa etdirmiş və qeyd edildiyi kimi həmin özbaşına tikili dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda sənədi müəyən olunmayan əmlakın hərracda satılması qeyri-mümkündür. Qeyd olunan bu hal məhkəmə qətnaməsinin də icrasını qeyrimümkün edir. Belə ki, qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə borcun ödənilməsi hal-hazırda mövcud olan dövlət qeydiyyatına alınmayan və bankda ipoteka ilə yüklü edilməyən qeyri-yaşayış sahəsinin hərracda satılmasını deyil, mənzil poteka ilə yüklü edilən lakin hal-hazırda qanunsuz olaraq borclu tərəfindən sökülən ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılmasını nəzərdə tutur. Göründüyü kimi, hal-hazırda mövcud olmayan ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda satılması mümkün deyildir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddanın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Həmçinin həmin tikilinin cizgisinin icra hakmiyyəti tərəfindən təsdiqləndiyi, həmin tikili ipoteka ilə yüklü edilmiş əmlakla eyni olduğu və hər hansı əlavə tikili olmadığı qeyd edilmişdir. Mülki iş üzrə üçüncü şəxs Xəzər rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə üçüncü şəxs Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 69B8/13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 22% olmaqla 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 69B8/13-İ nömrəli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh 36 ay müddətinə xx.xx.2016-cı il tarixədək, illik 22% ödəmək şərtilə 100000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respulikası Ali Məhkməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 100000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, iddia tələbinin qalan hissəsinin rədd edilməsi və iş üzrə 70 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-158/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-12295/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikaytətinin qismən təmin edilməsi, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən "xxxx" KB ASC tərəfindən verilən kassasiya şikayətinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1681/2020 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında illik 22% olmaqla 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında xx.xx.2013-cü il tarixli 69B8/13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlaəv olaraq bağlanmış xx.xx.2013-cü il tarixli 69B8/13-İ nömrəli əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh 36 ay müddətinə illik 22% ödəmək şərtilə 100000 ABŞ dolları kredit vermişdir. Kreditin təmintı olaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, məhkəmə qətnamələrinə əsasən "xxxx" KB ASC-nin xeyrinə 48691,98 ABŞ dolları əsas borc, 7419,38 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 56211,36 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 200000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" KB ASC-yə olan borcun qaytarılmasına yönəldilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küşəsi, dalan 3-də yerləşən 2 saylı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Hazırda iddiaçı, Cavabdeh üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin tələblərindən görünüdüyü kimi mülkiyyət dövlət tərfindən tanınan və qorunan hüquqdur. Hazırkı mübahisə predmeti olan əmlak mülki iş üzrə Cavabdeh mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki işin materiallarından da göründüyü kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi öhdəliyin təminatı üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “... Kredit xətti müqavilələri, habelə gələcək tələblər üzrə ipoteka təminatı ilə bağlı müraciətlərdə qaldırılan məsələyə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda, borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddənin mətnindən göründüyü kimi, girov və ipoteka hüququ girov və ipoteka qoyanla girov və ipoteka saxlayan arasında yaranan hüquq münasibətidir. Bu hüquq girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur, eyni zamanda, borclunun kreditor (girov saxlayan və ipoteka saxlayan) qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasıdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı İpoteka müqaviləsində ipoteka predmeti olan əmlakın təmiri, rekonsturksiyasının və ya dəyərinin artırılması üçün xərclərin çəkilməsinin qadağan edilməsini əks etdirən müdəa yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 285.1-ci maddəsinə əsasən əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov qoyanın üzərinə düşür. Hazırkı mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin məhv olması, zədələnməsi və itirilməsi halının mövcudluğu barədə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması barədə iddiası rədd edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 218, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh üzərinə xx.xx.2013-cü il tarixli 69Bİ8/13 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş və mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin öz vəsaiti hesabına ilkin vəziyyətə qaytarılması öhdəliyinin qoyulması barədə iddiası rədd edilsin. İddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 100 (bir yüz) manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar