Məhkəmə qərarları › İş №e-2(003)-1189/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1189/2024

07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1189/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 15770 (on beş min yeddi yüz yetmiş) manat 07 (yeddi) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 88 (səksən səkkiz) AZNməbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarasınız. çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 458 saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 036 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 18 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı MMCnin – OBA Şüvəlan 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 11654 (on bir min altı yüz əlli dörd) manat 64 (altmış dörd) qəpik və xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4966 (dörd min doqquz yüzaltmış altı) manat 63 (altmış üç) qəpik təşkil edir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 15770 (on beş min yeddi yüz yetmiş) manat 07 (yeddi) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 15770 (on beş min yeddi yüz yetmiş) manat 07 (yeddi) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında İddiaçı X4 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Keşirilmiş məhkəmə iclaslarında Cavabdeh iddianı etiraf etməyərək bildirmişdir ki, sentyabr ayında mağazada baş satıcı kimi işə başlayanda sayım keçirilmişdir və 5700 manat kəsir çıxmışdır. Kəsirin də səbəbi orda işləyənlərin oğurluq etməsi idi. O, dəfələrlə yenidən sayım keçirilməsini tələb etsə də sayıma gəlməmişlər. O da sayım keçirilənədək işə gəlməmişdir. Yerinə müvəqqəti adminstrator təyin edilmişdir. İşçilər o, işə çıxanadək mal qəbulunu dayandırmaqlarını demiş amma onlar faktiki malı qəbul eləməsələr də sistem üzərindən malı qəbul etmişlər. Sonra dekabr ayında yenə sayım keçirilmiş və 10000 manatlıq kəsir çıxmışdır. Daha sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı X2 nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı xx.xx.2021-ci il 86 saylı əmrdən görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2021-ci il 458 saylı əmrdən görünür ki, Cavabdeh Baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh müddətli əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il 036 saylı əmrdən görünür ki, İmanzadə X1 vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “X6” haqqında müqavilədən görünür ki, sonuncu tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il 18 saylı əmrdən görünür ki, Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bənidinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Həsənqulu oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2022-ci il tarixində 11.654,64 (on bir min altı yüz əlli dörd manat 64 qəpik) AZN,xx.xx.2022-ci il tarixində 4.966,63 (dörd min doqquz yüz altmiş alın manat, 63 qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 15.770,07 (on beş nin yeddi yüz yetmiş manat,07 qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh Həsənqulu oğlunun 15 iyun 2023-ci il tarixinə İddiaçı MMCə olan ümumi borcu 15.770,07 (on beş min yeddi yüz yetiş manat 07 qəpik) AZN təşkil edir. İş materiallarında olan MŞB/4-2023/00205 saylı xx.xx.2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışdan ki, Cavabdeh İMS-də iştirak etməmişdir. İş materiallarında olan İddiaçı İnventarizasiya komissiyasına iltizamnamələrdən görünür ki, Cavabdeh sayımlarda iştirak etmiş və sayımın qaydalara uyğun aparılmasına dair imza etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh OBA Market” MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətinin yoxlanılması və 15770.07 AZN əskikgəlmə aşkar edilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsin görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi iddia müddəti ötürüldüyündən, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki işin materiallarından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə satıcı-kassir, xx.xx.2021-ci il tarixdə baş satıcı və xx.xx.2022-ci il tarixdə isə administrator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il 18 saylı əmrlə Cavabdeh Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bənidinə əsasən işdən azad edilmişdir. Cavabdeh Həsənqulu oğlu ilə bağlı xx.xx.2022-ci ildə aparılan təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq ümumi olaraq 15.770,07 (on beş nin yeddi yüz yetmiş manat,07 qəpik) manat borc hesablanmışdır. Müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə 1 illik iddia müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürənə maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş maddi ziyanla bağlı tələblər üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar