Məhkəmə qərarları › İş №e-2(003)-120/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-120/2025

23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-120/2025 23.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və Vəkil1 iştirakı ilə, İddiaçı X9 cavabdehlər X2, X3, X4, X5 və X10 qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdehlər X2, X3, X4, X5 və X10 qarşı “mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evi tam hüquqi əsaslarla ona məxsus olmuşdur. Bir müddət bundan əvvəl oğlunu evləndirmək qərarına gəlmişdir. Oğlu ona bildirmişdir ki, o, yeni tikilmiş binadakı mənzildə yaşamaq istəyir. Oğlunun istəyini nəzərə alaraq ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 108.3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini satmaq, satışdan əldə olunmuş vəsait hesabına oğluna yeni binalardan mənzil almaq qərarına gəlmişdir. Fərdi yaşayış evi bazar dəyərinə uyğun olaraq 150.000 manata satdığa qoymuş, lakin tanışları evi tez satmaq üçün ona dəyərindən biraz aşağı satmağını məsləhət bildilər. Evi 120.000 manata satmağı qərarlaşdırmış, evin satılmasından bütün qonşuları, qohum-əqraba, tanışlar hamısı məlumatlı olmuşdur. Evi satışa qoyduqdan bir müddət sonra qohumu Cavabdeh1 ondan evinin satılıb-satılmadığını soruşmuş, ona evin hələ satılmadığını, real alıcı olarsa sata biləcəyini bildirmişdir. Cavabdeh1 ona demişdir ki, tikinti işi ilə məşğul olur, beton zavodu vardır. Evi almaq niyyətində olduğunu bildirmiş və ondan evi biraz aşağı qiymətə satmağını xahiş etdi. Ona hələ 120.000 manatın aşağı olduğunu və oğluna ev alacağını demişdir. Cavabdeh1 isə evi 120.000 manata alacağını, lakin pulun yarısının yəni 60.000 manatını notariusda sənədləşdirmə işinin aparıldıqdan sonra, qalan 60.000 manatını isə bundan iki ay sonra ona verəcəyini bildirdi. Cavabdeh1 bir qohum və iş adamı kimi inanaraq mənzili ona satmaq qərarına gəlmişdir. Daha sonra Cavabdeh1 ona bildirdi ki, o məzili öz adına deyil, başqa şəxsin adına rəsmiləşdirəcək və bu məqsədlə evin satılması üçün ona notarial qaydada etibarnamə verməyini xahiş etdi. O, evdə ailə üzvləri ilə məsləhətləşmiş və Cavabdeh1 həm qohum olduğu üçün, həm eyni kənddən olduğu üçün, özünün dediyinə görə həm də iş adamı olduğu üçün ona inanmış və etibarnamə vermək qərarına gəlmişdir. Bu məqsədlə o, 21 may 2020-ci il tarixində Bakı şəhəri 50 notariat kontoruna getmiş və Cavabdeh1 evin satılması üçün səlahiyyət verən notarial qaydada etibarnamə vermişdir. Cavabdeh1 ona evi aldığını, lakin başqa adamın adına rəsmiləşdirəcəyini demişdir. 24 may 2020-ci il tarixində Cavabdeh1 ona zəng vuraraq, evin alqı-satqısını rəsmiləşdirdiyini, evin satış qiymətinin əvvəlcədən razılaşdığı kimi 120.000 manat olması barədə məlumat vermiş və evin pulunu səhərisi gün, yəni 25 may 2020-ci il tarixdə gətirəcəyini bildirmişdir. Səhərisi gün görüş zamanı isə Cavabdeh1 ona 30.000 manat pul verərək, qalan 30.000 manatı 2 günə, 60.000 manatı isə 2 aya ona verəcəyini vəd etdi. Qohum və kəndli kimi Cavabdeh1 inanmış, iki gündən sonra Cavabdeh1 vəd etdiyi 30.000 manatla bağlı onunla əlaqə saxlamadığına görə, onunla özüm telefon əlaqəsi yaratmış və pulunun ödənilməsini xahiş etmişdir. Ona biraz səbirli olmağını, bir neçə günə pulu ona verəcəyi barədə yenə də vəd vermişdir. Bundan sonra davamlı olaraq hər gün günün müxtəlif saatlarında Cavabdeh1 mobil nömrələrinə zəng vuraraq pulunu tələb etdiyində, ona narahat olmamağını, tezliklə pulunun qaytarılacağını demişdir. Daha sonra ortaq qohumları ilə onun evinə getmiş, ona nə üçün belə etdiyini, 90.000 manat pulunu nə vaxt ödəyəcəyini soruşmuşdur. Cavabdeh1 isə onlara işlərinin yaxşı getmədiyini, əlinə pul düşən kimi pulu qaytaracağını bildirmişdir. Bir müddət sonra isə telefonlarıma cavab verməməsinə başlamış, daha sonra isə telefonlarını ümumiyyətlə söndürmüş və artıq Cavabdeh1 tərəfindən aldadıldığını anlamışdır. Daha sonra şikayət ərizəsi ilə Bakı şəhəri, Nizami rayon polis idarəsinə müraciət etmiş, uzun müddət şikayət ərizələrim demək olar ki, baxılmamış, onun Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsinə, Azərbaycan Respublikası Baş prokurorluğuna ünvanladığım çoxsaylı şikayət ərizələrindən sonra ona polis idarəsindən bildirilmişdir ki, Cavabdeh1 bölməyə çağrılıb tezliklə üzləşmə keçiriləcəkdir. Bir müddət sonra polis idarəsindən onunla əlaqə saxlanılaraq idarəyə getməyini istəmişdirlər. Nizami Rayon Polis İdarəsinə getmiş, orada Maqsudla üzləşmiş, Cavabdeh1 İdarədə ona və rəisin otağında həqiqətən onu aldatdığını, ona məxsus evi başqa şəxsə satdığını, satışdan əldə etdiyi pulu ələ keçirdiyini etiraf etmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh1 Nizami rayon Polis idarəsinin rəisinin otağında iltizam yazaraq ona məxsus evi sataraq ələ keçirdiyini, 90.000 manat pulu xx.xx.2022-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürməsi, ələ keçirdiyi pulu qeyd edilən tarixdə ödəməyəcəyi təqdirdə, özünə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Samir Əliyev ünvanında olan yaşağış evini onun adına keçirəcəyi barədə iltizam yazmışdır. Lakin qeyd edilən tarixdə Cavabdeh1 yenə pulu ona ödəməmişdir. Daha sonra araşdırma nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə Cavabdeh1 məxsus heç bir yaşayış evi mövcud deyildir. Cavabdeh1 nəinki onu aldatmış, hətta polis idarəsində belə yalan, ifadə vermiş, onunla yanaşı polis orqanlarına da yalan danışmış, iltizam versə də onun pulunu qaytarmamışdır. Göründüyü kimi Cavabdeh1 onun pulunu mənimsəmiş, ona maddi ziyan vurmuş, onun pulunu əsassız olaraq varlanmaqla ələ keçirmişdir. Daha sonra o, Nizami Rayon Polis İdarəsi ilə əlaqə saxlayaraq Cavabdeh1 barəsində hansı tədbirin görülməsini öyrənmək istəmiş, ona bildirilmişdir ki, Cavabdeh1 polis orqanının çağrışına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Polis şöbəsinə axtarış qərarını tələb edəndə ona bildirilmişdir ki, onun ünvanladığı şikayət ərizəsi əsasında Nizami Rayon Polis İdarəsinin, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərar belə əsalandırılmışdır ki, tərəflər arasında olan mübahisə mülki mübahisədir. Daha sonra məo, iş materiallarını Nizami Rayon Polis İdarəsindən tələb etmişdir. İş materialları ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şikyəti əsasında Nizami RPİ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması barədə qərar qəbul edilmiş, həmin qərar Nizami Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilərək araşdırılması üçün Nizami RPİ 25-ci Polis Şöbəsinə qaytarılmışdır. Nizami rayon Polis İdarəsinin, xx.xx.2023-cü il tarixli qərarı ilə yenidən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərar belə əsalandırılmışdır ki, tərəflər arasında olan mübahisə mülki mübahisədir. Cavabdeh1 onun uzaq qohumu, digər Cavabdeh2 isə yaxın qohumudur. Cavabdeh1la o tanış etmiş, onun bu işlərdə daha təcrubəli olduğunu bildirmiş, Maqsudla mənzili satmaqda ona məsləhət bilmiş, hətta Maqsuda kömək sənədləşmə üçün Cavabdeh2 1000 manat verməyini xahiş etmiş, onlara inanıb həm mənzilin satılması üçün Cavabdeh1 etibarnamə, Cavabdeh2 isə 1000 manat məbləğində pul vermişdir. Cavabdehlərə dəfələrlə müraciət etməyinə baxmayaraq onun pulunu qaytarmamışlar. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iltizamdan görünür ki, “Mən Cavabdeh1 İddiaçı evini sataraq ələ keçirdiyim 90.000 manat pulu 31 avqust 2022-ci il tarixədək ödəmyi öhdəmə götürürəm, qeyd elədiyim tarixdə pulu ödəmədiyim təqdirdə, mənə məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Samir Əliyev ünvanında yerləşən özümə məxsus yaşayış evimi İddiaçı adına keçirilməsinə etiraz etmirəm.” Cavabdeh1 ona 90.000 manat borc pulunun olduğunu etiraf etmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş CD-də olan “WhatSap” proqramı vasitəsi ilə səs yazışmalarından, tərəflər arasında olan danışıqda da Cavabdeh1 iddiaçıya məxsus evi sataraq əldə etdiyi 90.000 manat pulu tezliklə ödəyəcəyi barədə vədlər verir. Polis idarəsində araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tək ona yox, bir çox adamları aldadaraq pulunu almış, mənimsəmiş və geri qaytarmamışdır. Hesab edir ki, iddia ərizəm tam əsaslıdır və təmin edilməlidir. İddiaçı nümayəndəsi və Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 90000 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq 364 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddia tələbi baxılmamış saxlanmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və Vəkil1 iddianın Cavabdeh1 münasibətdə müdafiə edərək, təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində açılmış 4Ə-516 reyestr nömrəli notariat işindəki RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.03617 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisində açılmış 4Ə-516 reyestr nömrəli notariat işindəki AN-İ seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında Cavabdeh1 imzalamışdır) ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m, yaşayış sahəsi 47.2 kv.m, yardımçı sahəsi 61.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0.03617 ha olan torpaq sahəsini 73900 manata X1. Məhkəmənin sorğusu əsasında AR DİN-nin Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci polis şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli müşayiətedici məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 25-ci polis şöbəsi təhqiqatçısı, polis baş leytenantı Ramal Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətlərinn olması müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan, eləcədə müşayiət edici məktuba əlavə edilmiş Cavabdeh1 verdiyi iltizamdan görünür ki, o, İddiaçı evini sataraq ələ keçirdiyi 90.000 manat pulunu xx.xx.2022-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən özünə məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m, yaşayış sahəsi 47.2 kv.m, yardımçı sahəsi 61.1 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0.03617 ha olan torpaq sahəsini satmış, sonuncu razılaşdırılmış məbləğdə borclu qaldığı 90.000 manatı ona geri qaytarmamışdır. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə qeyd edir, iddiaçının 90.000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən geri qaytarılmaması sonuncunun AR DİN-nin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsində verdiyi iltizamla sübuta yetirilmişdir. Cavabdeh tərəfindən həmin pulun qaytarılmadığı müəyyən edildiyindən, cavabdeh tərəfindən qaytarılmamasının heç bir əsası olmadan iddiaçının əmlakını (pulunu) əldə etməklə, yəni əsassız varlanmaqla onun iddiaçı qarışısında öhdəliyi yaranmışdır. Bundan başqa Cavabdeh1 isə fərdi yaşayış evinin alqı-satqısından borclu qaldığı pul vəsaitini geri qaytarılması barədə hər hansı əsaslı və mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 90.000,0 manat pulun iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh, əsassız varlanmış şəxs kimi həmin pul məbləğini iddiaçıya qaytarılmalıdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 90.000,0 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 360 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə onlara əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 90000 manat məbləğində pul vəsaiti və 360,0 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 90000 manat məbləğində pul vəsaiti və 360,0 manat dövlət rüsumu olmaqla, cəmi 90360 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar