Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1243/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 15 dekabr 2006ciildə rəsmi nikaha daxil olub evlənmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(003)-462/2022 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinin verdiyi 16 iyun 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən aralarında olan nikahın ləğv edilməsi 16 iyun 2022-ci il tarixdə 158 nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. 04 dekabr 2020-ci ildə birgə yaşadıqları dövrdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqlarına 0, 0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan tikilini əldə etmişlər. Birgə nikah dövründə əldə etdikləri hazırki mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə məqsədli təyinatı yaşayış məntəqələrinin torpaqlarına aid olan 0, 0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan birgə əmlak kimi aralarında bölünməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(003)-27/2023 nömrəli qərardadı ilə mübahisəli əmlakın 28 fevral 2023-cü il tarixinə qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 torpaq sahəsi və üzərində anbar kimi istifadə olunan tikilinin girov və ipoteka qoyulması və sair formada özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Bununla belə, iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qətnamə qəbul edilənə qədər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə 0, 0881 ha torpaq sahəsi və onun üzərində anbar kimi istifadə olunan tikilinin girov və ipoteka qoyulması və sair qaydada özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi davam etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, birgə nikah dövründə əldə edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə yerləşən 0, 0881 ha torpaq sahəsi və üzərində anbar kimi istifadə olunan tikilinin aralarında bölünməsi və 1/2 hissədə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahədə üzərində anbar tikilisi olan 0,0881 ha torpaq sahəsinin, ** OF *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə AA705218), buraxlış ili 1979, rəngi limon, mühərriki dizel olan “MERCEDES 200” minik markalı nəqliyyat vasitəsinin, qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272), buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqunun aralarında bölünməsinə və ikidə bir hissələrində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsindəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizəyə etiraz edərək bildirdi ki, qeyd edilən avtomobil birgə nikah dövrünə aid deyil, nikahdan əvvəl alınmışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh vəkili X6 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. İş materallarında olan AN-1№ ******* saylı xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahəni Cavabdeh satmışdır. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-462/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh və X7 arasındakı nikah ləğv olunmuşdur. Bu barədə Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 158 sayla qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Ələkbərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2005-ci il tarixdə ** OF *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə AA705218), buraxlış ili 1979, rəngi limon, mühərriki dizel olan MERCEDES 200 minik markalı nəqliyyat vasitəsinin, qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272) avtomobil əldə etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu əldə etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPMin)14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 462/2022 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Məhkəmədə müəyyən olundu ki, tərəflər xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi nikahda olmuşlar və bu müddət ərzində əldə edilmiş əmlak onların birgə əmlakı hesab edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahəni və üzərində anbar kimi istifadə olunan tikilinin və xx.xx.2017-ci il tarixdə buraxılış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iddianın qeyd edilən hissəsinə qiymət verərək, qeyd edir ki, həmin əmlaklar birgə nikah dövründə aldə edildiyindən, iddia bu hissədə təmin edilməlidir. Bundan əlavə iş üzrə olan sübutlarla müəyyən edildi ki, Cavabdeh ** OF *** qeydiyyat nömrə nişanlı (şəhadətnamə AA705218), buraxlış ili 1979, rəngi limon, mühərriki dizel olan MERCEDES 200 minik markalı nəqliyyat vasitəsinin, qeydiyyat nömrə nişanı 99ZC45 (şəhadətnamə AC973272) avtomobili xx.xx.2005-ci il tarixdə əldə etmişdir. İş üzrə olan sübutlarla tərəflərin birgə nikah dövründə mübahisəli avtomobilin əldə etmələri halı təsdiq edilməmişdir və buna görə də iddia bu hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir Azərbaycan Respublikası Ailə Məcəlləsin 34.1-ci maddəsinə əsasən nikaha daxil olarkən onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Qanunvericliyin göstərilən müddəalarının tələbləri baxımından da məhkəmə hesab edir ki, mübahasilə avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə bütün qeyd olunanları rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə, onun üzərində anbar kimi istifadə olunan tikili və xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu tərəflərin birgə mülkiyyəti olmaqla birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 36T saylı sahə, onun üzərində anbar kimi istifadə olunan tikili və xx.xx.2017-ci il tarixdə buraxlış ili 2016, rəngi qara olan KRD 050110 markalı yarımqoşqu üzərində İddiaçı mülkiyyət hüququ tanınmaqla 1/2 hissədə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1243/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1243/2023
25.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver