Məhkəmə qərarları › İş №e-2(003)-1256/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1256/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1256/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 14734.44 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 135.40 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 15269.84 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 03-154 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00290 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********81 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarım bəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindənfoto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında:

1. 2020-ci il üzrə 6 akt olmaqla cəmi 1310.4 manat

2. 2021-ci il üzrə 12 akt olmaqla cəmi 3952.80 manat

3. 2022- ci il üzrə 5 akt olmaqla cəmi 5927.04 manat

4. 2023- ci il üzrə 2 akt olmaqla cəmi 2937.60 manat Ümumilikdə 14127.84 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 606.60 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği(itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 14734.44 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh izahat verərək göstərmişdir ki, o, iddianı qismən etiraf edir. Belə ki, o, 4 dəfə kənar xətlə qoşulmuşdur. Bu hal 19,20,21-ci illərdə baş vermişdir. O, axşam qoşulmuş və səhəri günün axşamı isə qaz idarəsinin nümayəndəsi tərəfindən aşkarlanmışdır. Onun evi 2 otaq, 1 hamam və 1 mətbəxdən ibarətdir. Həyəti 12 sotdur, lakin orada hər hansı parnik yoxdur. Evdə ikigözlü qaz plitəsi, hamamda samovar və köhnə soba var. O, 2 aydan bir soyuq aylarda bir gün bir gün olmaqla işlətmiş, bir gündən artıq işlətməmiş, ümumilikdə 4 dəfə işlətmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş iş materiallarından görünür ki, 2020-ci il üzrə 6 akt olmaqla cəmi 1310.4 manat, 2021-ci il üzrə 12 akt olmaqla cəmi 3952.80 manat, 2022-ci il üzrə 5 akt olmaqla cəmi 5927.04 manat, 2023-ci il üzrə 2 akt olmaqla cəmi 2937.60 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 və 2-ci suallar üzrə: İddiaçı İB-nin əməkdaşları tərəfindən qazdan qanunsuz istifadəyə görə abonent Cavabdeh 2020-ci ilin dekabrından 2022-ci ilın iyuluna qədər 8 aktla 5240,16 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir “X2”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli Məhəmmədov nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Abonent saldosunda iddiaçı tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 -1 ədəd dəmir soba maksimal qaz sərfiyyatı 1.4 m3 -1 həcmli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 0.75 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “X2”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünə maksimum 3 ay nəzərə almaqla (“Qazdan istıfadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 + 0.75 m3 ) x12 saat x 30 gün =1206 m3. Yay ayları üçün ayda (1.2 m3 + 0.75 m3) x12 saat x 30 gün = 702 m3 İtirilmiş qazın həcm: 2020-ci ildə tərtib edilmiş 6 akt üzrə: 2 qış ayı x 1206 m3+ 4 yay ayı x 702 m3 = 5220 m3 2021-ci ildə tərtib edilmiş 12 akt üzrə: 5 qış ayı x 1206 m3 +7 yay ayı x 702 m3= 10944 m3 2022-ci ildə tərtib edilmiş 5 akt üzrə: 5 qış ayı x 1206 m3 = 6030 m3 2023-cü ildə tərtib edilmiş 2 akt üzrə: 2 qış ayı x 1206 m3 = 2412 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3 x 0,12 manat illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3 x 0,20 manat illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2020-cü ildə tərtib edilmiş aktlar üzrə hesablanmış 5220 m3 qaz həcminin dəyən (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 3404 m3 x 0.25 manat = 1084) 1084 manat, 2021-ci ildə hesablanmış 10944 m3 qaz həcminin dəyəri (1200 m3 x 0,12 manat + 1300m3 x 20 manat + 8444 m3 x 0.25 manat = 2515) 2515 manat, 2022-cı ildə hesablanmış 6030 m3 qaz həcminin dəyəri (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 3530 m3 x 0.25 manat=1286,5) 1286,5 manat 2023-cü idə hesablanmış 2412 m3 qaz həcminin dəyəri (1200 m3 x 0,12 manat + 1212m3 x 20 manat =386,4) 386,4 manat cəmi 2020-2023-cü illər üzrə tərtib edilmiş aktlar üzrə 1084+2515+1286,5+386,4 = 5271,9 manat teşkil edər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa (abonent tərəfindən sayğac vasitəsilə istehlak edilmiş qaz həcminin reallıqdan uzaq olması, qazdan qanunsuz istifadə halını istisna etmir) qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 5271,9 manat müəyyən edilə bilər. Abonent saldosunun təhlili, qaz sayğacının göstəricisinə görə xx.xx.2024-cü il tarixə abonentin qaz paylayıcısına 606,6 manat borcunun olduğunu müəyyən etmişdir. Bu məbləğ abonent tərəfindən ödənilməlidir. Beləliklə, abonentin istehlak borcunun 606,60 manat təşkil etdiyini, qazpaylayıcısına dəyən zərərin məbləğinin 5271,9 manat təşkil edə biləcəyini və ötən dövr ərzində heç bir ödəniş edilmədiyini nəzərə alsaq, abonentin borcu xx.xx.2024-cü il tarixə 606,60 manat (istehlak borcu) + 5271,9 manat( ehtimal olunan) = 5878,5 manat təşkil edər. xx.xx.2024cü il tarixindən sonra olan borc qaz xətti üzərində istifadədə olan qaz sayğacının göstəricisinə əsasən ödənilməlidir. Azərbaycan Respubliasının Mülki Məcəlləsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirməsi hesab edilir (maddə 445.2.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Həmçinin Mənzil Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1). Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (maddə 136.4). Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir (maddə 139.1). Məhkəmə iclasında cavabdeh 2019-2021-ci illərdə təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etmişdir. Beləliklə cavabdehi etirafı nəzərə alınmaqla, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfində təbii qazdan istifadə nəticəsində 5271,9 manat borcu yaranmışdır. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozmuş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni istifadə etdiyi təbii qaza görə yaranmış 5271,9 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 135,40 manat məbləğində dövlət rüsumundan 72,63 manat məbləğində pul cavabdehdən alınıb iddiaçının hesabına ödənilməli, 62,77 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Beləliklə, İddiaçı İB-yə vurulmuş 5271,9 manat, iddiaçı tərəfindən ödənilmiş 135,40 manat məbləğində dövlət rüsumundan 72,63 manat hissəsi olmaqla, ümumilikdə 5344,53 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. İddiaçı İB-yə vurulmuş 5271,90 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 72,63 manat hissəsi olmaqla, ümumilikdə 5344,53 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar