Məhkəmə qərarları › İş №e-2(003)-1257/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1257/2024

01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1257/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 18144,30 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 145,64 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 18689,94 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan X3 şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-1174 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00012 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə “Zenner Mexaniki G-4” markalı, 12531851 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında - 2019-ci il üzrə 4 akt olmaqla cəmi 642,60 manat, 2020-ci il üzrə 12 akt olmaqla cəmi 2856,90 manat, 2021-ci il üzrə 12 akt olmaqla cəmi 3909,60 manat, 2022-ci il üzrə 12 akt olmaqla cəmi 6281,28 manat, 2023-cü il üzrə 8 akt olmaqla cəmi 4453,92 manat, ümumilikdə 18144,30 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 18144,30 manat təşkil etməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək 2022-ci ildə təxminən 1 il 2 ay müddətində təxminən 1000 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini, sonra onun yaşadığı ünvana qaz sayğacı quraşdırıldığını bildirmişdir. Cavabdeh ay ərzində təxminən 60 manat dəyərində təbii qazdan istifadə etdiyini qeyd etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Paylayıcı İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış 03-1174 nömrəli, 07 aprel 2020-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, ******* nömrəli təbii X1nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 1728 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 324 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 1422 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 2952 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 mart 2020-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 2952 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00012 nömrəli abonent koduna (abonent Cavabdeh) ümumilikdə 18144,30 manat zərər hesablanmışdır. X2 ********** nömrəli, xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı İstehsalat Biriliyi tərəfindən 145,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı İstehsalat Biriliyi ilə arasında bağlanmış 03-1174 nömrəli, 07 aprel 2020-ci il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıdan aldığı qazın dəyərini tam həcmdə ödəmədiyindən onun iddiaçı qarşısında öhdəlikləri qalmışdır. Həmçinin Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsinə görə iddiaçı tərəfindən itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehdən dəymiş ziyan tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iddianın “18144,30 manat məbləğində zərər tələbi” barədə hissəsinə araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, ikin iddia üzrə iddiaçı sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında Cavabdeh 18144,30 manat məbləğində borcunun yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin məbləğdə pulun tutulması hissəsində əsaslandıran, yəni Cavabdeh məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, 18144,30 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin etirafına əsasən cavabdehin evində təxminən 1000 manat dəyərində təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, 1000 manat məbləğində dəymiş zərər ilkin iddia üzrə cavabdehdən alınıb İddiaçı İB-nə ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardım üçün 400 manat məbləğində pulun ödənilməsi hissəsini nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin həmin hissəsi iş materialları ilə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 145,64 manat dövlət rüsumunun 8,02 manatı Cavabdeh alınaraq İddiaçınə ödənilməli, dövlət rüsumunun qalan 137,62 manat hissəsi İddiaçınə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 1000 manat manat dəymiş zərər və 8,02 manat dövlət rüsumu, ümumilikdə 1008,02 manat tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat dəymiş zərər və 8,02 manat dövlət rüsumu olmaqla cəmi 1008,02 (min səkkiz manat, iki qəpik) manat tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBA AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar