Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1271/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlk iddia üzrə cavabdeh, digər idda üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”; Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə iddiaçı, digər idda üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehtərəfindən İddiaçı İB-yə vurulmuş 10322.95 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 122.17 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 10845.12 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnınAzərbaycan X4 şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99********) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, digər idda üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair hesablanmış (**********00040 saylı abonent) 10322,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1403/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair 2(003)-1403/2024 nömrə mülki iş, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2(003)-1271/2024 mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. İlk iddia üzrə iddiaçı, digər idda üzrə cavabdeh İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-ci il tarixində AK1- 32647 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X7 Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********971 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarım bəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 2019-ci il üzrə 1 akt olmaqla cəmi 17.60 manat 2. 2022- ci il üzrə 1 akt olmaqla cəmi 8812.80 manat 3. 2023- ci il üzrə 1 akt olmaqla cəmi 1036.80 manat Ümumilikdə 9867,2 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda göstərilənlərə əlavə olaraq bildirmək istəyirlər ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə455.75 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 10322.95 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlk iddia üzrə cavabdeh, digər idda üzrə iddiaçı Cavabdeh iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. İddiaçı İB ilə aralarında 08 aprel 2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı” müqaviləsi bağlanmışdır. İddiaçı İB tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsi Poçt küçəsi ev 0040 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 10322,95 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçını “Azəriqaz44 İB tərəfindən ona məxsus olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 10322,95 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********00040 saylı abonent hesabına hesablanmış 10322,95 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "Azəriqaz” İB-nin əməkdaşları onun xəbəri olmadan qaz 10322,95 manat cərimə yazılmışdır. İddiaçı İB-yə tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmamış, heç vaxt məlumat verməyiblər ki, onun borcu var. İlk iddia üzrə iddiaçı, digər idda üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ilk iddia üzrə iddiaçı, digər idda üzrə cavabdeh İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, digər idda üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməmiş, iddiasını isə müdafiə edərək təmin olunmasını xahiş etdi. O, mütəmadi olaraq qaz sərfiyatına görə borcunu vaxtı-vaxtında ödəmişdir. Lakin qaz sayğacını qaz paylayıcının nümayəndələrinin labaratoriyaya aparması səbəbindən 3 gün müddətində qazdan qeyri-qanuni istifadə etmişdir. xx.xx.2022-ci il tarixli akt üzrə olan dövrdə sayğacdan kənat qaz xəttindən 3 gün istifadə etmişdir. Lakin 360 günə hesablanıq həddən artıq çoxdur. Buna görə ona əsassız hesablanmış borc silinməlidir. Odur ki, ilk iddianın rədd, öz iddiasının isə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X7 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə Cavabdeh məxsus **********00040 sayla qeydiyyata alınmış abonent koduna 2023-cü ilin dekabr ayına 10322,95 manat borcu vardır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə 1**********00040sayla qeydiyyata alınmış abonent koduna (Cavabdeh) 2023-cü ilin dekabr ayınadək ümumilikdə 10322,95 (9867,2 manat aktlar əsasında hesablanmış borc, 455,75 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacdan qaz keçir, hesablama mexanizminin keçən qazın həcmin qeyd etməməsi” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,8 (8640 m3 x 0,12 manat = 1036,8 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli, ******* saylı görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii X5nın pozulması haqqında xx.xx.2022-cü il tarixli, ******* saylı akt asasında Cavabdeh 8812,8 (73440 m3 x 0,12 manat = 8812,8 manat) manat borc hesablanmışdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 122,17 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X7 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 8812,80 manat və xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 1 036,8 manat, cəmi 9849,6 manat məbləğində cavabdehə dəymiş ziyan hesablanmışdır. İddiaçı iddia tələbinin hüquqi əsasını təşkil edən akt əsasında hesablanmış 17,60 borca dair hər-hansı sənəd (akt) təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında tərəflərin izahatları ilə Cavabdeh 2022-ci ildə təxminən 3 gün sayğacdan kənar qaz xəttindən istifadə etdiyini bildirmişdir. Məhkəmə iddia tələblərin araşdırarkən mülki qanunvericilik, mülki prosessual qanunvericilik və digər qanunvericilik akt normalarına əsasən birlikdə qiymətləndirərək hesab edir ki, İddiaçıin, Cavabdeh mübahisələndirdiyi akt(lar) məhz hər iki iddia tələblərinin predmetlərini təşkil edir. Buna görə də, məhkəmə hesab edir ki, mövcud tələblər məcmu halında qiymətləndirilərkən hər iki iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, abaonent saldosu üzrə yaranmış borcun 9867,20 manat məbləğində olan hissəsi aktlar əsasında, 455,75 manat məbləğində olan hissəsi isə təbii qazdan istifadəyə görə yaranmış borcdur. Məhkəmə ilk öncə hər iki tələb üzrə borcun hesablanmasına əsas olmuş aktalara ayrı-ayrılıqda qiymət verərək hesab edir ki, Cavabdeh 2019-cu ildə və 2023-cü ilin yanvar ayında aktlar əsasında hesablanmış borc silinməlidir. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borca münasibətdə qeyd edir ki, sayğacdan keçın qazın hesablama mexanizminin qazın həcmin qeyd etməməsi abonentin günahı deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə 2019-cu ildə akt əsasında 17,60 manat borca münasibətdə qeyd edir ki, ilk iddia təmin edilməməli, digər iddia isə təmin edilməlidir. Belə ki, İddiaçı İB-i tərəfindən iddia ərizəsində Cavabdeh 2019-cu ildə akt əsasında 17,60 manat borcun hesablanmasını göstərsə də, həmin borcun hesablanmasına əsas olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hər iki iddiaların predmetini təşkil edən, tutulması və silinməsi tələb olunan xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə hesablanmış 1036,80 manat zərərlə bağlı hesab edir ki, iddia tələbləri bu hissədə hüquqi mövqe baxımından ayrılıqda qiymət verilməlidir. Çünki, ilk iddiada Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə tələb olunan 1036,80 manat ziyanın məhz onun tərəfindən yetirilməsini sübuta yetirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, istehlakçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1036,80 manat məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Yuxarıda qeyd olunan qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan ik akt üzrə 1054,4 manat borc (1036,8 + 17,6) İddiaçı İB-i tərəfindən Cavabdehun abonent hesab ına əsassız hesblandığından ilk iddia bu hissədə təmin edilməməli, digər iddia isə bu hissədə əsaslı olduğundan təmin edilərək, 1054,4 manat Cavabdeh abonent hesabından silinməlidir. Məhkəmə xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 8812,8 manat borca münasibətdə qeyd edir ki, hər iki iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X5”nın: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək akt tərtib edilmiş, iddiaçıya ümumilikdə xx.xx.2022-ci il tarixli akt əsasında 8812,80 manat məbləğində borc hesablanmışdır. Cavabdeh 2022-ci ilin dekabr ayında sayğacdan kənar qaz xətdindən istifadə etdiyini bildirir. Cavabdeh həqiqətən də aktın tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında iddiaçı X2 8812,80 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə müvafiq qaydada cavabdeh tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 8812,80 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, aktla əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 73.440 m3 həcmində sərfiyyat hesablanmaqla dəyəri 8812,80 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat və 360 gün götürülməklə iddiaçıya zərər hesablanmışdır. Məhkəmə qeyd edir ki, qaz avadanlıqlarının orta günlük iş rejminin 24 saat və dəymiş zərərin 360 günə görə hesablanması ağlabatan hesab etmək olmaz. Belə ki, Cavabdeh özüdə qaz xəttdindən qanunsuz istifadə etdiyini bildirsə də bu halın 2022-ci ilin dekab ayında etdiyini bildirmiş, cavabdeh təşkilat isə bunun əksini sübut edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də və həmin an hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, məhkəmə orta günlük iş rejiminin PQ4 qaz avadanlığı üçün 8 saat, qənaətli su qızdırıcısı qaz avdanlığı üçün 12 saat, dəmir soba qaz avadanlığı üçün 24 saat, İran sobası qaz avadanlığı üçün 24 saat olaraq 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ4 qaz avadanlığı üzrə günlük orta iş rejimi 8 saat, QSSQ qaz avadanlığı üzrə günlük orta iş rejimi 24 saat, dəmir soba üzrə qaz avadanlığı üzrə günlük orta rejim 24 saat, İran sobası qaz avadanlığı üzrə günlük orta rejimi 24 saat olmaqla hesablanmalıdır. Odur ki, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0,12), QSSQ qaz avadanlığı üçün 3x12x30=1080 kub metr olmaqla 129,6 manat (1080x0,12), dəmir soba üçün 1,4x24x30= 1008 kub metr olmaqla 120,96 manat (1008x0,12), İran sobası üçün 1,5x24x30=1080 kub metr olmaqla 129,6 manat (1080x0,12) həmin akt üzrə cəmi 414,72 manat məbləğində borcun Cavabdeh hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ilk iddia tələbi və digər iddia tələb bu hissədə qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00040 olan) xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 414,72 (8812,80- 8398,08=414,72) manat məbləğində qaz sərfiyyatı Cavabdeh tutularaq İddiaçı İstehsalay Birliyinə ödənilməli, 8398,08 manat borc silinməlidir. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə Cavabdeh hesablanmış 10322,95 manat borcun 455,75 manatı (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur. Məhkəmə iddia tələbini həmin hissəsinə qiymət verərək hesab edir ki, ilk iddia bu hissədə əsaslı olduğundan 455,75 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməli, digər iddia isə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunan qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, ilk və digər iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 870,47 (414,72 + 455,75) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, digər iddia üzrə isə İddiaçı tərəfindən Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00040 olan) hesablanmış 9452,48 (17,60 + 1036,8 + 8398,08) manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 400 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5 və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmətlə bağlı 400 manat məbləğində pul vəsait ilə bağlı hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən və iddiaçı məhkəmə xərclərindən azad edilmədiyindən iddia bu hissədə də, təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin 122,17 manat dövlət rüsumunun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbləri qismən edildiyindən, ödənilmiş 122,17 manat dövlət rüsumunun iddianın təmin olunmasına münasibətdə, yəni məhkəmə xərclərindən azad edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 122,17 manat rüsumunun 10 Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumunun 112,17 manatı İddiaçınə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia və digər iddia ərizələri qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 870,47 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, digər iddia üzrə isə İddiaçı tərəfindən Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00040 olan) hesablanmış 9452,48 manat məbləğində borc silinməli, ödənilmiş 122,17 manat rüsumunun 10,0 manatı Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumunun 112,17 manatı Azəriqaz” İstehsalat Birliyinə aid edilməli, iddia tələbləri qaln hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. Cavabdeh 870,47 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 10,0 manat ümumilikdə 880,47 manat alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 112,17 manat hissəsi iddiaçının özünə aid edilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddiası qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh məxsus ünvana aid qaz sağacına (abonent kodu: **********00040 olan) hesablanmış 9452,48 manat məbləğində borc silinsin. Digər iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1271/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1271/2024
14.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver