Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1275/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB – nin Cavabdeh qarşı “dəymiş maddi zərərin və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 18043.40 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 145.33 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 18588.73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nınAzərbaycan X2 şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020 -ci il tarixində 03-854 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01430 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindənfoto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, 2019-ci il üzrə 9 akt olmaqla cəmi 1627.20 manat, 2020-ci il üzrə 12 akt olmaqla cəmi 2937.60 manat, 2021-ci il üzrə 10 akt olmaqla cəmi 3952.80 manat, 2022-ci il üzrə 9 akt olmaqla cəmi 6588 manat, 2023 ci il üzrə 1 akt olmaqla cəmi 2937.60 manat ümumilikdə 18043.20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği(itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 18043.20 təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* saylı aktın, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı aktlardan görünür ki, abonent təbii qazdan qeyri-qanuni istifadə etmişdir. İş materiallarında olan seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, X4 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 475 saylı bağ evinə ½ hissədə pay ayrılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli yerində müayinə protokolundan görünür ki, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə 31 may 2024-cü il tarixdə İddiaçı İB-nin mühəndisi Qəzənfər Məmmədovun və Cavabdeh iştirakı ilə qaz sayğacının quraşdırıldığı Xəzər ray., Mərdəkan qəs., R.Qasımov 0960-1430 ünvanına baxış keçirilmişdir. Müəyyən olundu ki, torpaq sahəsi 2 yerə ayrılıb, Cavabdeh Əvər Nuriyevə aid olan sayğac xətti bağlıdır. Torpağın digər hissəsi cavabdehin qardaşı X4 məxsusdur. Nuriyev Emin özü də etiraf etdi ki, kənar xətt çəkilib (sayğac olmadığına görə) Cavabdeh öz həyətinə giriş-çıxışı yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, abonentin qaz sərfinə dair saldosundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramil Qasımov 0960-1430 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi 2013-cü ildən etibarən İddiaçı İB-də qeydiyyatda olmasına baxmayaraq təbii qazdan istifadəyə görə istehlakçı tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. Abonentin saldosuna əsasən 2023-cü ilin oktyabr ayı tarixinə ümumi borc məbləği 18043,40 manat təşkil edir. Qaz paylayıcısı tərəfindən sayğacdan kənar qazdan istifadəyə görə 2019-cu il ərzində 9 akt olmaqla (16272 m3) 1627,20 manat, 2020-ci il ərzində 12 akt olmaqla (29378 m3) 2937.60 manat, 2021-ci il ərzində 10 akt olmaqla (37368 m3) 3952.80 manat, 2022-ci il ərzində 9 akt olmaqla (54900 m3) 6588 manat, 2023-cü il ərzində 1 akt olmaqla (24480 m3) 2937,60 manat, ümumilikdə 18043.,40 manat məbləğində dəymiş ziyan hesablanaraq abonentin hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X3”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “X3”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan da, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının mənzilində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, ilin mövsümü və istifadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: PQ-4 məişət tipli qaz plitəsi üçün — 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Su qızdırıcı (QSSQ) üçün -1,5 m3 x 12 saat x 30 gün = 540 m3, Dəmir sobası üçün -1,4 m3 x 12 saat x 30 gün= 504 m3, İran sobası — 1,5 m3 x 12 saat x 30 gün = 540 m3 Yay ayları üzrə aylıq qaz sərfiyyatı: PQ-4 məişət tipli qaz plitəsi üçün — 1,2 m3 x 12 saat x 30 gün = 432 m3, Su qızdırıcı (QSSQ) üçün -1,5 m3 x 12 saat x 30 gün= 540 m3. Bu qayda ilə aktlarda qeyd olunmuş qaz qurğuları nəzərə alınmaqla illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2019-ci il üzrə - 18612 m3, 2020-ci il üzrə - 14688 m3, 2021-ci il üzrə - 16272 m3, 2022-ci il üzrə - 20952 m3, 2023-cü il üzrə - 10080 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” göstərilən illər üzrə müvafiq Qərarını nəzərə alaraq qaz xəttinə qeyri qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2019-cu il üzrə - 18612 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 16412 m3-i x 0,20 manat 3282,40 manat, cəmi 3502,40 manat, 2020-ci il üzrə - 14688 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 12488 m3-i x 0,20 manat = 2497.60 manat, cəmi 2717,60 manat, 2021-ci il üzrə - 16272 m3 qaz həcminin 1200 m3-i 0,10 manat (1200 x 0,10 = 120), 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat (1300 x 0,20 = 260), qalan 13772 m3-i isə 0,25 manat (13772 x 0,25 = 3443), cəmi 3823 manat, 2022-ci il üzrə - 20952 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0.12 = 144), 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat (1300 x 0,20 = 260), qalan 18452 m3-i isə 0,25 manat (18452 x 0,25 = 4613,50), cəmi 5017 manat, 2023-cü il üzrə - 1080 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144 manat), 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat (1300 x 0,20 = 260 manat), qalan 7580 m3-i isə 0,25 manat (7580 x 0,25 = 1895), cəmi 2299 manat, ümumilikdə yuxarıda göstərilən illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan qaz həcminin dəyəri 3502,40 + 2717,60 = 3823 + 5017 + 2299 = 17359 manat məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Həmin Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 3.1.7-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «X3»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Mülki işin materialarından görünüdüyü kimi İddiaçı tərəfindən abonentə aktlar tərtib edilmişdir. Həmin aktlarda abonentin qazdan qeyri-qanuni istifadə etdiyi qeyd edilmişdir. Aktlarda abonentin aktları imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın tələblərinə əsasən qaz qurğularına texniki baxış keçirilməsinin nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməli, həmçinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Lakin işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi qeyri-qanuni qaza qoşulma halları aşkar edilməsinə baxmayaraq, yenidən qazın verilməsi təmin edilmiş və abonentə növbəti aktlar tərtib edilmişdir. Bundan başqa, yerində müayinə zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi 2 yerə ayrılmış, avabdehə aid olan sayğac xətti bağlıdır. Torpağın digər hissəsi cavabdehin qardaşı X4 məxsusdur. Nuriyev Emin özü də etiraf etmişdir ki, kənar xətt çəkilib (sayğac olmadığına görə) Cavabdeh öz həyətinə giriş-çıxışı yoxdur. Həmçinin də iddiaçı «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 2022-ci ilin may ayından dəyişiklərə uyğun həmin Qanunun 8-1-ci maddəsinin tətələblərinə uyğun 2022-ci ildən qaz xəttinə qanunsuz qoşulması barədə aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq orqana (quruma), cinayət tərkibinin əlamətinə görə isə cinayət təqibi orqanına təqdim etməsi barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir. İddiaçı tərəfin özünü istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən onun üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin əvəzi olaraq hesablanmış 18043.40 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 145.33 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 18588.73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nınAzərbaycan X2 şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 145.33 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 145.33 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 400 manat pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərclərə görə ödənilmiş 400 manat pul iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş zərərin əvəzi olaraq hesablanmış 18043.40 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 145.33 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 18588.73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nınAzərbaycan X2 şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1275/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1275/2024
17.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver