Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1281/2024 25.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Əlisahab oğlunun cavabdehlər Cavabdeh1 Əlisahab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Əlisahab oğlu cavabdehlər Cavabdeh1 Əlisahab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 2 ünvanda yerləşən mənzilin, ünvan 3 Yeni qaydalarla: AZ 1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X1 küçəsi, 120 ünvanda yerləşən torpaq sahəsinin, Zaqatala rayonu, Əlilabad qəsəbəsində yerləşən müəssisənin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirlməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi barədə qətnamə çıxarılmassını xahiş etmişdir. Ərizəyə əlavə olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 1/6 hissə pay hüququ ilə İddiaçı Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh1 Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh2 və 3/6 hissə pay hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Ərizəyə əlavə olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilxüsusi mülkiyyət hüququ ilə 1/6 hissə pay hüququ ilə İddiaçı Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh1 Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh2 və 3/6 hissə pay hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. Ərizəyə əlavə olunan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 Yeni qaydalarla: AZ 1041, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X1 küçəsi, 120 ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 1/6 hissə pay hüququ ilə İddiaçı Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh1 Əlisahab oğlunun, 1/6 hissə pay hüququ ilə Cavabdeh2 və 3/6 hissə pay hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddia ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, iddiaçı paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirlməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsinə dair iddia tələbi irəli sürmüşdür. Halbuki, elektron kabinet vasitəsi ilə göndərilmiş ərizə üzrə e-2(003)-1281/2024 saylı işdə tərəflər barədə məlumat pəncərəsindən görünür ki, İddiaçı Əlisahab oğlu-ünvan 6 ünvanında, cavabdehlər, yəni Cavabdeh1 Əlisahab oğlu-Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 176, mənzil 8A, Cavabdeh2-Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 176, mənzil 11 və Cavabdeh3- Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 176, mənzil 8A,5.7.10.11.12. Göründüyü kimi, cavabdehlər Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdehlər Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehlərin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Ona görə ki, iddia ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, iddiaçı – “paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda əmlakların qiymətləndirlməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi”nə dair iddia tələbi irəli sürmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia tələbi müstəsna aidiyyətə görə mübahisəli əmlakın Bakı şəhəri Xəzər rayonu ərazində yerləşməsi əsasına görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi olmayıb, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə görə ərazi aidiyyəti üzrə baxılmalı olan iddia tələbidir. Qeyd edilməlidir ki, MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-in 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət şamil olunur. Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı Əlisahab oğlu tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da özünə qaytarılmalıdır. Beləki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzə əsasən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri aytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Əlisahab oğlunun cavabdehlər Cavabdeh1 Əlisahab oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan əmlakın paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin qiymətləndirilməsi və açıq hərracdan satılaraq vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Əlisahab oğlun tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1281/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1281/2024
25.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver