Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1284/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 21148,93 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 154,65 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 21703,58 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankının Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-779 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016--ci il üzrə 2 akt olmaqla cəmi 341,40 manat, 2017- ci il üzrə 5 akt olmaqla cəmi 762,20 manat, 2018- ci il üzrə 12 akt olmaqla cəmi 2419,80 manat, 2019- ci il üzrə 9 akt olmaqla cəmi 631,80 manat, 2020-ci il üzrə 6 akt olmaqla cəmi 1756,80 manat, 2021- ci il üzrə 12 akt olmaqla cəmi 4010,40 manat, 2022- ci il üzrə 12 akt olmaqla cəmi 6281,28 manat, 2023cü il üzrə 9 akt olmaqla cəmi 4760,64 manat, ümumilikdə 20964,32 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-nə 184,61 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 21148,93 manat təşkil etməkdədir. İddiaçı Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə nüraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsini, İddiaçı İB tərəfindən onun abonent koduna hesablanmış 21148,93 manat borcun silinməsini, 2016-cı ildən 2023-cü ilə qədərki döcr üzrə sərf edilməsi mümkün olan qazın ödəniş məbləğinin hesablanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, daimi olaraq Azərbaycanda yaşamır. O, hərdən Azərbaycana gəlir və çox zaman ancaq bir neçə gün Azərbaycanda olur. Evin faktiki sahibi kimi ona məlumat vemrəklə məsələnin qarşısını almaq mümkün olardı. Hadisənin qarşısını almaq məqsədi ilətədbir görülməli idi. Ödənilməli olan qaz sərfiyyatının məbləği orta hesabla aylıq 50-60 manat, illik 600-700 manat hesablanmalı idi. Aktlar tərtib olunarkən təyin olunan cərimələr əsaslandırılmamış və dəyişkən olmuşdur. Akt tərtib edən İddiaçı İB-nin əməkdaşları aktı ya evin faktiki sahibi kimi Cavabdeh, ya da onun səlahiyyətli nümayəndəsinə təqdim etməli idilər. Heç bir aktda nə Cavabdeh özünün, nə də onun səlahiyyətli nümayəndəsinin imzası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçınə borcunun olduğunu etiraf etmiş, təbii qazdan istifadəyə görə debitor borcunun və təbii qazdan sayğacdan kənar istifadəyə görə ödəməli olduğu məbləğin 3000 manat olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, ******* nömrəli təbii X4nın pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. 28 iyun 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 666 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 iyul 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 666 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 30 noyabr 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 972 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. 28 fevral 2019-cu il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnamədən görünür ki, 972 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı İstehsalat Biriliyi ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13 mart 2020-ci il tarixli müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıdan aldığı qazın dəyərini tam həcmdə ödəmədiyindən onun iddiaçı qarşısında öhdəlikləri qalmışdır. X5 tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsinə görə iddiaçı tərəfindən itirilmiş qazın dəyəri hesablanmaqla cavabdehdən dəymiş ziyan tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, ikin iddia üzrə iddiaçı sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında Cavabdeh 21148,93 manat məbləğində borcunun yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin məbləğdə pulun tutulması hissəsində əsaslandıran, yəni Cavabdeh məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin etirafına əsasən cavabdeh tərəfindən 3000 manat dəyərində təbii qazdan istifadə olunmuşdur. Məhkəmə hesab edir ki, 3000 manat məbləğində dəymiş zərər Cavabdeh alınıb İddiaçı İB-nə ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardım üçün 400 manat məbləğində pulun ödənilməsi hissəsini nəzərdən keçirərək hesab edir ki, iddia tələbinin həmin hissəsi iş materialları ilə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın ilkin iddia ilə birbaşa əlaqəli olduğunu nəzərə almaqla qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə 21148,93 manat borcun silinməsinə dair iddia tələbi 3000 manat borcun silinməsi hissəsində təmin oluna bilməz. İddia tələbi 18148,93 manat borcun silinməsi hissəsində isə təmin olunmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməklə Cavabdeh qaz sərfinə görə (abonent kodu: **********10000) hesablanmış 3000 manat məbləğində borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddiaçı tərəfindən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu, iddianın təmin edilmiş hissəsinə münasib olaraq tərəflərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyinə görə ödənilmiş 154,65 manat dövlət rüsumunun 21,93 manatı Cavabdeh alınaraq İddiaçınə ödənilməli, dövlət rüsumunun qalan 132,72 manat hissəsi İddiaçınə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 3000 manat dəymiş zərər və 21,93 manat dövlət rüsumu olmaqla cəmi 3021,93 manat tutularaq İddiaçı hesabına ödənilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən təbii X4nın pozulmasına görə Cavabdeh (abonent kodu: **********10000) hesablanmış 18148,93 (on səkkiz min yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat məbləğində borc silinməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə 3000 manat borc və 21,93 manat dövlət rüsumu olmaqla cəmi 3021,93 (üç min iyirmi bir manat, doxsan üç qəpik) manat tutularaq İddiaçı hesabına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən təbii X4nın pozulmasına görə Cavabdeh (abonent kodu: **********10000) hesablanmış 18148,93 (on səkkiz min yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-1284/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1284/2024
01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver