Məhkəmə qərarları › İş №e-2(003)-130/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-130/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-130/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin qaytarılması, dəymiş maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ona məxsus “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobilimin geri qaytarılmasını, 4.200 (dörd min iki yüz) manat məbləğində əldən çıxmış faydanın, 2.000 (iki min) manat məbləğində mənə vurduğu mənəvi zərərin, 210 (iki yüz on) manat faiz borcunun mənim xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobil onun xüsusi mülkiyyətindədir. Ailəni dolandıra bilmədiyindən 2022-ci ilin noyabr ayında avtomobilini tanışı Tərlan adlı şəxsin vasitəsi ilə aralarında olan razılığa əsasən Cavabdeh2 ayda 600 (altı yüz) manat ödənilməklə 2 il 6 aymüddətinə icarəyə vermişdir. Cavabdeh2 2023-cü ilin fevral ayında ona bildirdi ki, avtomobillə qəza törədib, avtomobili müvəqqəti saxlama dayanacağına aparıblar. Bir neçə gün sonra isə ona zəng edib dedi ki, bir nəfər maşınını almaq istəyir. Cavabdeh2 ona məxsus avtomobili satdıqdan sonra, 5500 (beş min beş yüz) manatı və özünə məxsus, 12000-13000 manat dəyərində torpaq sahəsini satıb pulunu ona verəcəyini bildirdi, o da razılaşmışdır. Allahverdi Bakı şəhəri 23 saylı notariat kontorunda görüş təyin etmiş, lakin Allahverdi notariat kontoruna tək özü gəlmiş, amma əlindəki şəxsiyyət vəsiqəsini göstərib demişdir ki, alıcı sənədlərini göndərib, özü gələ bilməmiş, etibarnaməni aparıb ona verəcək, pulunu alıb sənə gətirəcəkdir. Allahverdiyə inanıb həmin adamın adına etibarnamə rəsmiləşdirib, lakin Allahverdi gəlib çıxmamışdır. Ona zəng etdikdə bildirdi ki, bəs alıcı Xəlil avtomobilin pulunu 1-2 günə verəcək. Lakin yenə ona pul çatdıran olmamışdır. Odur ki, aldandığını yəqin edib notariat kontoruna gedərək etibarnamələri ləğv etdirmişdir. Sonradan Cavabdeh2 dəfələrlə zəng etsə də, müxtəlif bəhanələrlə yayınaraq, nə avtomobilini, nə də pulumu vermirlər. Bir ay sonra Xəlil ona zəng edib demişdir ki, “sən niyə etibarnaməni ləğv etdirmisən?”. Demişdir ki, “Bəs pulunu verməmisən, avtomobilimi qaytar. Dedi avtomobilə görə Allahverdiyə 5500 (beş min beş yüz) manat pul vermiş, avtomobil artıq onundur. O vaxta kimi onun nömrəsini bilməmişdir. Allahverdi də onun zənglərinə cavab verməmişdir. Bundan sonra, Baş Dövlət Yol Polisinə, Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan “KİA RİO” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı istehsal ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobilini dələduzlardan alıb ona qaytarılmasını və təqsirkar şəxslər barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işi başlanılmasını xahiş etmişdir. Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin 21 may 2023cü il tarixli qərarı ilə mübahisənin mülki xarakterli olduğu bildirilərək, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda əmlakını tələb edir. Cavabdehlərin onlara olan inamından istifadə etməklə aldatması, pulunun alınması üçün məhkəməyə müraciət etməklə ona maddi ziyan vurmuşdur. Mülkiyyətində olan, hazırda isə cavabdehlərdə olan ona məxsus avtomobili başqa bir şəxsə icarəyə versəydi, həmin müddətdə 4200 (dörd min iki yüz) manat məbləğində gəlir götürərdi. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən tutulmalıdr. Bundan başqa, cavabdehlərin onlara olan inamından istifadə etməklə onu aldatmaları, pulunun alınması üçün məhkəməyə müraciət etməyi, cavabdehlərə etibar etdiyinə görə ailədə narazıçılıqların yaranması, eləcə də cavabdehlərin uzun müddət ərzində onu aldatması nəticəsində mənəvi sаrsıntı və iztirab keçirmişdir ki, bununla da cavabdehlər ona mənəvi ziyan vurmuşdur. Cavabdehlərin sadaladığı qanunsuz hərəkət və hərəkətsizlikləri nəticəsində uzun müddət sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ona görə də, ona vurulmuş mənəvi zərəri 2000 (iki min) manat məbləğində qiymətləndirir. Hesab edir ki, həmin məbləğ də cavabdehlərdən tutulmalıdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Kia Rio” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE **********40 olan avtomobilin Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılması, Cavabdeh2 isə 4200 (dörd min iki yüz) manat məbləğində əldən çıxmış faydanın, 2000 (iki min) manat məbləğində vurduğu mənəvi zərərin, 210 (iki yüz on) manat faiz borcunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdeh İddiaçı 9300 manat pulun və 113 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Evakuator” xidməti göstərən şirkətdə “Evakuator” sürücüsü kimi işləyir. Təxminən 2023-cü ilin fevral qəza etmiş avtomobili “Evakuasiya” xidməti göstərmək üçün yollanmışdır. Cavabdeh2 idarə etdiyi "KİA RİO" minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı, avtomobil qəzaya düşmüşdür. Evakuasiya etdikdən sonra Cavabdeh2 onunla gedərkən avtomobili bu vəziyyətdə satacaqlarını bildirdi. Həmin ərəfələrdə o, özünə maşın almaq üçün fikirləşdiyini bildirdi. O isə bu maşının özünə məxsus olmasa da ona çox şəxsə məxsus olduğunu bildirdi. O, maşının sahibi ilə danışıb maşını satmaq istəyirlərsə almaq istədiyini ona çatdırmasını bildirdi. Daha sonra həmin şəxs onunla əlaqə saxlayaraq mülkiyyətçinin yəni İddiaçı avtomobili satmaq istəyini bildirdi. İddiaçı ilə əlaqə saxlayıb razılaşdırdılar. Mövcud avtomobilin təmir dəyərini müəyyən etmək üçün qüsr aktı çıxardaraq hesabladılar. İddiaçı ilə əlaqə saxlayıb maşının qəzalı vəziyyətdə 5500 manata alqı-satqı edilməsi barədə razılaşmışdır. Bütün razılaşmalar və danışıqlar İddiaçı Şirəli oğluna verilmişdir. Həmin fakt X11 və X3 təsdiq edə bilər. Avtomobili üçün 5500 manat pulu Cavabdeh2 verildikdən sonra təkrar İddiaçı ilə əlaqə saxlayaraq pulun ona çatdığını bildirdikdən sonra gedib ona maşın üçün nəqliyyat vasitəsinə sərəncam vermək haqqında etibarnamə vermişdir. İddiaçı Cavabdeh2 yalnız sürmək üçün etibarnamə verdiyi halda guya onun sözünə görə ona nəqliyyat vasitəsinə sərəncam vermə haqqında etibarnamə verməsi ağlabatan deyil, faktiki olaraq yalan dediyi aydın görünür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddiaya isə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, mübahisəli avtomobilə dair etibarnaməyə xitam verilmiş, lakin avtomobil Cavabdeh1 qanunsuz sahibliyində qalmaqda davam edir. Avtomobilin Cavabdeh1 satılmasından əldə edilmiş pul İddiaçı çatmamışdır və bu günki tarixə kimi avtomobilin Cavabdeh1 qalmasına görə İddiaçı ziyan çəkmişdir. Ona görə də, iddia əsaslıdır və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, ona məxsus avtomobili aralarında olan razılaşmaya əsasən ayda 600,0 manat ödəmək şərti ilə 2 il 6 ay müddətinə Cavabdeh2 icrarəyə vermişdir. O, Cavabdeh2la notariusa gedərək Cavabdeh1 etibarnamə vermişdir. Notariusda etibarnamə verərkən Xəlil orda olmayıb. Demişdilər 5500 manat pul bir də torpaq sahəsi verəcəklər amma vermədilər. Xəlil ona zəng edəndə etibarnaməni ləğv etdiyini bildirmişdir. Allahverdinin 2700 manat borcu var idi. 2700 manat pulu qaytarmadı. Maşın qəzalı olduğuna görə satmışdır. Etibarnaməni satdığına görə vermişdir. Xəlilə demişdi ki, etirazı yoxdur. Onun haqq-hesabı Allahverdi ilə olub. Maşının Xəlilə satıldığından xəbəri var idi. Allahverdiyə 5500 manat pul verdiyindən xəbəri olmayıb. Allaverdi onan avtomobilə görə Cavabdeh1 5500,0 manat alıb ona verəcəyini bildirmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddiasının təmin, ilkin iddianın isə təmin edilməməsini xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, avtomobili Cavabdeh2 almış, həmin avtomobilin pulun Allahverdiyə vermişdir. Belə ki, o, avtomobili almaq məqsəsdi ilə gəldikdə orada Cavabdeh2la İddiaçı onu gözləyirdilər. Ora çatanda artıq onun adına etibarnamə verilmişdir. Sonradan onlar Cavabdeh2la ona məxsus avtomobilə əyləşib avtomobilin pulunu sayıb Allahverdiye vermişdir. Pulu Allahverdiyə verən zaman İddiaçı onların yanında olmayıb. İddiaçı maşının arxasında öz masının yanında durmuşdur. O, pulu sayıb Allahverdiye verdikdən sonra avtomobildən düşərə İddiaçı yaxınlaşmış ondan halallıq almışdır. İddiaçılə pul barədə hərhansı söhbət olmamışdır. Lakin İddiaçı bilirdi ki, mən həmin avtomobili almaq üçün həmin yerə gəlmişəm və Allahverdi ilə aramızda olan razılaşmaya əsasən avtomobilin pulunu Cavabdeh2 vermişəm. Ancaq indi avtomobili Samir geri istəyirsə, oda avtomobilə görə ödədiyi pulu və avtomobilin təmir bərpası üçün çəkdiyi xərci geri istəyir İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddiasının təmin, ilkin iddianın isə təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, mübahisəli avtomobil Cavabdeh1 tərəfində alınmış və bunun müqabilində 9300 manat pul ödənilmişdir. Avtomobil hazırda Cavabdeh1 istafədəsindədir. Avtomobil mülkiyyətçiyə qaytarıldığı təqdirdə, ödənilmiş pulda geri qaytarılmalıdır. Eyni zamanda izahatına əlavə olaraq bildirdi ki, qarşılıqlı iddiasının tərəflər hissəsində Cavabdeh2 adını səhvən qeyd etmişdir. İddiasının əsası İddiaçılə bağlıdır və qarşılıqlı iddiasının yalnız İddiaçı münasibətdə baxılaraq təmin olunmasını, ilk iddianın isə rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində X5 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Onların arasında maşın alqı-satqısı olmuşdur. Avtomobil Samirin adına olmuş, lakin Samir Xəlilə etibarnamə verməmişdir. Bunların arasında Allahverdinin danışıq aparmasını eşitmiş, lakin Xəlilin Samirə pul verməsini nə görməmiş, nədə ki, eşitməmişdir. Ancaq Xəlilin pulu Allahverdiyə verməsini eşitmişdir. Lakin Allahverdinin pulu Samirə verib-verməməsini bilmir. İlkin iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində X13 ifadəsində göstərmişdir ki, Samirlə qonşuluqda yaşayır. Samirin maşını satmaq istəməsini eşitmiş, Tərlan ondan soruşan zaman Samirin maşın satmasını bildirmişdir. Lakin Samirin maşını kimə və neçiyə satmasından məlumatı yoxdur. Məhkəmə iclasında Cavabdeh1 təşəbbüsü ilə dindirilmiş şahid X11 ifadəsində göstərmişdir ki, Samiri maşının alqı-satqısı zamanı tanımışdır. Rəşad, Xəlil və o, birlikdə pulu gətirdik. Orada pul Xəlilə verildi, Xəlilnən Allahverdi maşında ikisi birlikdə söhbət etdilər və Xəlildə pulu Allahverdiye verdi. Ancaq orada Xəlil maşının sahibinin Samir olduğunu eşidib, ondan halallıq almışdır. Məhkəmə iclasında Cavabdeh1 təşəbbüsü ilə dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, Xəlili uzun müdətdir tanıyır, Samiri sonradan tanımışdır. Belə ki, avtomobil almaq üçün 3200 ABŞ dollar və 60 manat pulu Xəlilə vermiş, Xəlil isə Bakı “ASAN” Xidmətində sonradan tanıdığım Allahverdiyə pulu vermişdir. X6 nə qədər pul verməsindən xəbəri yoxdur. Ancaq Samirdən halallıq alınmışdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan BB271736 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə qeydiyyat alınmış və avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. Qərarın surəti məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və İddiaçı göndərilsin. Material saxlanması üçün Yasamal RPİ-nin 29-cu PŞ-nin arxivinə təhvil verilsin. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı müdafiəçisi 16 Saylı Vəkil Bürosunun vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı hüquqlarının müdafiə olunması ilə bağlı ona müraciət etmişdir. Belə ki, 2022-ci ilin noyabr ayında ailəsini dolandıra bilmədiyi üçün “Kia Rio” markalı **-EG-*** d.q.n-lı avtomobilini tanışı Tərlan adlı şəxsin vasitəsi ilə Cavabdeh2 aralarında olan razılığa əsasən 2 il 6 ay müddətində ayda 600 manat olmaqla icarəyə vermişdir. 2023-cü ilin fevral ayında Cavabdeh2 həmin avtomobillə qəza törətdiyini və avtomobili müvəqqəti dayanacağa aparıldığını bildirmişdir. Bir neçə gün sonra isə Cavabdeh2 ona zəng edərək, avtomobili Xəlil adlı şəxsin almaq istədiyini bildirmişdir. Lakin, İddiaçı ondan avtomobili əvvəlki vəziyyətə qaytarmasını və icarə haqqını verməsini tələb etmişdir. Sonradan Cavabdeh2 onu aldadaraq avtomobili, torpağını sataraq pulunu verəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh2 23 saylı notariat konturunda görüş təyin etmiş, lakin, o, özü tək gələrək Xəlilin işlərinin olması səbəbindən gələ bilmədiyini sənədlərini göndərdiyini, etibarnamə verildikdən sonra ondan pulu alıb İddiaçı verəcəyini bildirmişdir. İddiaçı ona inanıb Cavabdeh1 adına etibarnamə vermişdir. Bundan sonra o, Cavabdeh2 zəng edərək pulunu tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra İddiaçı aldadıldığını düşünərək etibarnaməni ləğv etdirmişdir. Həmin qərardan görünür ki, material üzər izahatı alınan Cavabdeh1 bildirmişdi ki, təxminən 3 ildir evakuator sürücüsü işləyr. 2023-cü ilin fevral ayının 11-12-də Hövsan qəsəbəsində “Kia Rio" markalı avtomobil qəza törətdiyi üçün avtomobili cərimə meydançasına aparırmış Həmin avtomobili almaq məqsədilə avtomobilin sahibi Cavabdeh2la danışıq aparmış və 5500 manat qarşılığında razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 19 saylı notariat konturunda İddiaçı onun adına neqliyyət vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir. Etibarnamə verildikdən sonra o, A.M.Şərifzadə küçəsi 157 ünvanında Allahverdi və Samirlə görüşərək 5500 manat pulu Allahverdiyə vermişdir. Allahverdi isə pulu avtomobildən düşərək İddiaçı vermişdir. O, qəzalı avtomobili təmir etdirməklə məşğul olmuş və 8 gündən sonra ona etibarnamənin ləğv olunması ona müəyyən olmuşdur. Bu səbəbdən Samir adlı şəxslə əlaqə saxlamış və Samir ona Allahverdi tərəfindən aldadıldığı üçün etibarnaməni ləğv elətdirdiyini bildirmişdir. Həmçinin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh2 izahatında bildirmişdir ki, 2022-ci ilin noyabr ayında Tərlan adlı şəxsin vasitəsi ilə Samirlə tanış olmuşdur. Tərlan ona sürməsi üçün avtomobili vermiş, lakin bir ay olmadan avtomobili geri alıb başqasına vermiş və 1100 manat pul almışdır. Daha sonra isə avtomobil qəzaya düşmüşdür. O, Samirlə danışan zaman Samir ona avtomobili satmasını bildirmişdir. O, avtomobili Xəlil adlı şəxsə 5500 manata satmış və pulu Samirə vermişdir. Samirə 2500 manat borcu qalmışdır. Samirə olan borcunu tam ödəyə bilməməyinin səbəbinin mülkiyyətində olan torpaq sahəsini sata bilməməsi ilə əlaqədar olduğunu bildirmişdir. İş materiallarında olan ƏN-Vİİ seriyalı, 747649 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobildən Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq üçün ərizə vermək hüquqları vermişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən İddiaçı, “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobil üzrə Cavabdeh1 nəqliyyat vasitəsinin sərəncam hüququna dair verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan AYP seriyalı, 041532 nömrəli nəqliyyat vasitəsiin zədələnməsi barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 07:15-də Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes” markalı avtomobillə və Cavabdeh2 tərəfindən idarə olunan “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi zədələnmişdir. İş materiallarında olan “Elgül” avtoservis tərəfindən verilmiş zərər aktının surətindən görünür ki, “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3760 manat dəyərində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8488 nömrəli rəyindən aydın olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Elgül” avtoservis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Kia Rio” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3460,0 manat müəyyən edilir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobil İddiaçı mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh2 tərəfindən idarə olunan zaman avtoqəza törətmiş, nəticədə avtomobilə ümumilikdə 3460,0 manat dəyərində ziyan dəymişdir. Sonuncu avtomobili satmaq üçün Cavabdeh1 ilə razılaşmış və avtomobili ona satılması barədə şifahi qaydada alqı-satqı müqaviləsi bağlamışdırlar. Hal-hazırda mübahisəli avtomobil Cavabdeh1 istifadəsindədir. Hazırda İddiaçı Cavabdeh1 verdiyi etibarnaməni notariat ofisində xitam vermiş və avtomobilin qaytarılmasını tələb edir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 tərəfindən avtomobilinin dələlduzluq yolu ilə ələ keçirilməsi barədə Yasamal RPİ-nə ünvanladığı müraciəti, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə müraciət etmiş və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə ilk öncə ilkin iddia tələbinin avtomobilin Cavabdeh1 faktiki istifadəsində olan avtomobilin geri qaytarılması hissəsin qiymət verərək hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE**********40 olan avtomobil İddiaçı mülkiyyətində olamasına baxmayaraq, faktiki olaraq Cavabdeh1 istifadəsindədir. Həmçinin iş materiallarından o da müəyyən olunur ki, İddiaçı Cavabdeh1 verilmiş olduğu etibarnaməni xitam etdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, Cavabdeh1 verilmiş etibarnaməyə xitam verildiyindən, hazırda avtomobil Cavabdeh1 qanunsuz sahibliyində olduğundan, İddiaçı avtomobili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli avtomobil hazırda Cavabdeh1 qanunsuz sahibliyində olduğundan, ilkin iddia bu hissə qismən təmin edilərək, qeyd edilən avtomobil Cavabdeh1 alınaraq, İddiaçı verilməlidir. Məhkəmə ilkin iddianın “Cavabdeh2 əldən çıxmış faydaya görə 4200 manat məbləğində pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı 2022-ci ilin noyabr ayında “Kia Rio” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilini tanışı Tərlan adlı şəxsin vasitəsi ilə Cavabdeh2 2 il 6 ay müddətində ayda 600 manat olmaqla icarəyə verməsi ilə bağlı razılıq əldə olunmasına istinad etmiş olsa da, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı avtomobilindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddianın “Cavabdeh2 mənəvi zərərə görə 2000 manat məbləğində pulun tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, iddianın qeyd edilən hissəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Mahmudov Rusiyaya qarşı işüzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı işüzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslışübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranmasıəsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansışəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin 3-cü abzasında izah edilmişdir ki, Mənəvi zərərin ödənilməsi iləəlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bənində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisəüzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki halda məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddiaçıya mənəvi zərər vurulmasına dair iddiaçının dəlilləri inandırıcı və iş hallarına uyğun deyil. Cavabdeh2 tərəfindən iddiaçıya zərərin vurulması halı sübuta yetirilməməklə mövcud olmadığından iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hər hansı qanunsuz hərəkətləri və ya hərəkətsizlikləri ilə bağlı olması halı müəyyən edilmədiyindən iddia tələbinin mənəvi zərərə aid hissəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhz Cavabdeh2 hərəkətləri nəticəsində İddiaçı mənəvi ziyan dəyməsi öz təsdiqini tapmadığından və iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 210,0 manat faiz borcunun Cavabdeh2 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassızdır və təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən hər hansı bir sübutu istər iddiasında istərsə də, məhkəmə iclasları gedişində təqdim etməmiş, tələbinin bilvasitə nədən irəli gəlməsini sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında iddiaçıya iş üzrə sübutlarını təqdim edilməsi təklif olunmuş, iddia tələbində 210,0 manat faiz məbləğin yaranma səbəbini əsaslandıra bilməmişdir. Digər tərəfdən məhkəmə hesab edə bilər ki iddiaçı bunu iddia tələbində Cavabdeh2 tələb etdiyi 4200,0 manat pulun 5 % kimi tələb etmişdir ki, bu halda da məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçının iddia tələbinin 4200,0 manat hissəsi də təmin olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının 210,0 manat faiz borcunun Cavabdeh2 tələb etməsinə dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddia bu hissədə də, təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Cavabdeh1 İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. İlk öncə məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı tələb etdiyi 9300,0 manat pulun 5500,0 manatını mübahisəli maşına almaq üçün Cavabdeh2 verdiyi pula görə, 3800,0 manatını isə yararsız vəziyyətdə olan maşının təmirinə çəkilmiş xərclə əsaslandırır. Məhkəmə iclasında tərəflərin izahatı, şahidlərin ifadələri və toplanmış materiallarla müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 sözügedən avtomobilin alınması üçün İddiaçı 5500,0 manat pul verməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə vurğulayır ki, yuxarıda qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə iclasında tərəflərin izahatları, şahidlərin ifadələri və toplanmış mülki işin materialları ilə müəyyən edilən hallar ondan ibarətdir ki, sözügedən “KİA RİO” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı Cavabdeh1 Cavabdeh2la danışıqlar aparmış, yalnız İddiaçı etibarnamə almışdır. Bilavasitə 5500 manat pulu İddiaçı verməsi həm özünün, həm İddiaçı izahatları və şahidlərin ifadələri ilə təsdiq olunmamışdır. Eləcədə Cavabdeh1 məhkəmədə verdiyi izahatında həmin avtomobili almaq məqsədilə Cavabdeh2la danışıq apardığını və 5500 manat qarşılığında razılaşdığını, 5500 manat pulu Allahverdiyə verdiyini bildirmişdir. Bundan başqa, Cavabdeh2 təhqiqat orqanında verdiyi izahatında 2022-ci ilin noyabr ayında Tərlan adlı şəxsin vasitəsi ilə Samirlə tanış olduğunu, Tərlan ona sürməsi üçün avtomobili verdiyini, lakin bir ay olmadan avtomobil ilə qəza törətdiyini, Samirlə danışan zaman Samir ona avtomobili satmasını bildirdiyini, avtomobili Xəlil adlı şəxsə 5500 manata satdığını və pulu Samirə verdiyini, Samirə 2500 manat borcu qaldığını bildirmişdir. Eyni zamanda mülki işin materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, mübahisəli avtomobil Cavabdeh2 tərəfindən idarə olunarkən zədələnmiş və Cavabdeh1lə aralarında olan razılaşmaya əsasən avtomobil həmin zədəli vəziyyətdə Cavabdeh1 verilmişdir. Məhkəmə iclasında Cavabdeh1 cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunsa da razı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir. Göründüyü kimi, İddiaçı qeyd olunan avatomobili zədələməmiş, həmçinin həmin avtomobilin dəyəri kimi Cavabdeh2la Cavabdeh1 arasında şifahi razılaşdırılmış 5500,0 manat pul İddiaçı verilməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Xəlil Rzayev ilə İddiaçı arasında hər hansı müqavilə (razılaşma) bağlanmadığından, eyni zamanda İddiaçı göstərilən razılaşma əsasında vəzifələrin daşıyıcısı olmadığından, eyni zamanda avtomobilin dəyəri kimi 5500,0 manat İddiaçı verilmədiyindən, həmçinin həmin avtomobil İddiaçı tərəfindən zədələnmədiyindən mövcud iddia tələbi əsassızdır. Odur ki, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı və 25 (iyirmi beş) manatı Cavabdeh1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. “Kia Rio” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı, istehsal ili 2006, mühərrik nömrəsi H074286, BAN KNEDE **********40 olan avtomobil Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh1 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı 9300 manat pulun və 113 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı və 25 (iyirmi beş) manatı Cavabdeh1 tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar