Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1323/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB-nin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB-nin Cavabdeh X6 və Maraqlı şəxs qarşı «xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB Cavabdeh X6 və Maraqlı şəxs qarşı «xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs Səhman oğlu ilə “Azneft” İBnin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bağlanmışdır. Maraqlı şəxs 05.08 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X2 Mərkəzi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X1, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək X5, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Modern Hospital tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etmişdir. Sözü gedən sonuncu xəstəlik vərəqəsi bağlanaraq xx.xx.2022-ci il tarixdə işə çıxmağı tövsiyə olunmuş və Maraqlı şəxs Səhman oğlu xx.xx.2022-ci il tarixdən işə çıxmışdır. Qeyd olunduğu kimi Maraqlı şəxs Səhman oğlu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və o, xx.xx.2021-ci il tarixdən başlayaraq müxtəlif diaqnozlar üzrə xəstəlik vərəqələri təqdim edərək işdən yayınmışdır. xx.xx.2022-ci il tarixdə işə çıxmış və “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin xx.xx.2022-ci il tarixli 453-K saylı əmri ilə 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsinin texnolofi nəqliyyat dəstəsinin quyuların sementlənməsi üzrə maşinist vəzifəsində işləyən Maraqlı şəxs ilə bağlanmış 01,12.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Maraqlı şəxs işdə olmuş, 1 saylı A və XTS-nin Texnolofi Nəqliyyat işçilərinin iş yerində təlimatlandırılmasının qeydiyyatı jurnalına imza etmiş, ona 028070 saylı yol vərəqi verilmişdir. Həmin yol vərəqindən də olan imzalarından da görünür ki, Maraqlı şəxsl 1-xx.xx.2022-ci il tarixlərdə işdə olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə saat 17:00-da iş vaxtı bitdikdən sonra o, X3 müraciət etmiş və xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi əldə etmişdir. Bir idarə olaraq Tibb Mərkəzləri tərəfindən köhnə tarixə verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrə rast gəlmək olur. Buda işə götürənin işinə mənfi təsir edir. Belə ki, işə götürən qanunvericiliyin tələblərinə əməl edilməklə işçilə bağlanmış əmək müqaviləsinə xitam versə də, Tibb Mərkəzləri tərəfindən verilmiş qanunsuz və əsasız xəstəlik vərəqələri işə gotürənə bir başa maddi ziyan vurmaqla yanaşı onun işgüzar nüfuzuna xələl gətirir. X5 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə açdığı xəstəlik vərəqəsi qanunsuz olması ilə yanaşı həmdə etibarsızdır. Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 37-ci bəndi ilə Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçun həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Əmək qabiliyyətinin ekspertizası üzrə işlərin qoyulması, xəstəlik vərəqələrini və arayışların verilməsi, onların saxlanılması, qeydiyyatının aparılması məsuliyyəti baş həkimə tapşırılır. X5 tərəfindən Maraqlı şəxs Səhman oğlunun adına xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsi etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İBnin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs vəkili və nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməyərək, iddia tələbinin təmin olunmasına etiraz etdi. Cavabdehn nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İşin halları ilə müəyyən olundu ki, Maraqlı şəxs Səhman oğlu ilə “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi arasında əmək müqaviləsi bağlanmışdır. Maraqlı şəxs səhətində olan xəsətəliklərlə əlaqədar ona xəstəxana tərəfindən əmək qabiliyyətinin olmaması barədə vərəqələr verilmişdir. O, xx.xx.2022-ci il tarixdə işə qayıtmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, cavabdeh və maraqlı şəxs isə iddianı etiraf etməyərək rədd edilməsini xahiş etmişlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı X5 tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə açdığı xəstəlik vərəqəsi qanunsuz və etibarsız olduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB-nin Cavabdeh X6 və Maraqlı şəxs qarşı «xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi» barədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İB-nin Cavabdeh X6 və Maraqlı şəxs qarşı «xx.xx.2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyəti olmaması vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1323/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1323/2024
01.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver