Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1343/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və Cavabdeh5, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsini bağlanmış hesb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, KİA RİO markalı,**-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında İddiaçı ilə X3 arasında alqı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, KİA RİO markalı,**-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil uzun illərdir ki, İddiaçı faktiki mülkiyyətində və istifadəsindədir. İddiaçı həmin avtomobili X3 ilə özaralarında şifahi alqı-satqı müqaviləsi bağlayaraq iddiaçı Mirzəyev Allahverdiyə manat məbləğində pul ödəyərək əldə etmişdir. Habelə mülkiyyətçi İddiaçı xx.xx.2021-ci il tarixli, ƏN-Vİİ 545109 №-li 10 illik müddətinə etibarnamə vermişdir. O vaxtdan bu günə kimi avtomobil iddiaçının istifadəsindədir. Lakin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları rəsmi şəkildə əldə edilməmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük savxozunda qeydiyyatda olan xx.xx.1978ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra mərhumun bir neçə miras əmlakı qalmışdır. Bununla bağlı cavabdehlər, yəni Mirzəyev Allahverdinin vərəsələri Cavabdeh5,Cavabdeh3, Cavabdeh4,X4, Cavabdeh1 və Cavabdeh2 müariətləri əsasında Azırbaycan RespublikasıƏdliyyə Nazirliyi Bakı şəhər 31 saylı notarius ofisində 2V-28 reyestr nömrəli vərəsəlik işi açılmışdır. 17.02..2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, caavbdehlər vərəsə kimi tanınaraq X11nin mülkiyyıtində olan ** CD *** qeydiyyat nişanlı İKARUS markalı, ** CG *** qeydiyyat nişanlı İKARUS markalı, ** RL *** qeydiyyat nişanlı MERCEDES BENZG55 markalı, ** UN *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** VU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** OH *** qeydiyyat nişanlı KİA RİO (MİNİK) markalı, ** OU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** UR *** qeydiyyat nişanlı İKARUS 250 59 (avtobus )markalı nəqliyyat vasitələrinə vərəsəlik şəhadətnaməsi vermişdir. Belə ki, iş materiallarına əlavə olunmuş elektron notariat informasiya sistemindən çıxarışa əsasən, mərhum mülkiyyətində olan digər nəqliyyat vasitələrini də başqa şəxslərə satmış və bunun əsasında etibarnamə də imzalayaarq vermişdir. Göründüyü kimi iddiaçı ilə mərhumun arasında heç bir qohumluq əlaqəsi olmamışdır. Verilən etiabrnamələr də alınan nəqliyyat vasitəsinə istinad olaraq verilmişdir. Hal-hazırda bununla bağlı tərərflər arasında mübahisə yaranmışdır. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırda da Azərbaycanda geniş şəkildə tətbiq edilən etibarnamə üzrə avtomobil alqı-satqısı nəticəsində iddiaçının mərhumdan pul qarşılığında aldığı avtomobilin rəsmi şəkildə iddiaçının mülkiyyətinə verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və eyni zamanda Cavabdeh5 bildirmişdir ki, avtobuslara 1/6 paylar müəyyən edilib. Kia rio markalı avtomobil satılıb, başqa şəxsdədir hazırda. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, onun mərhum oğlu avtomobil alqı-satqısı ilə məşqul deyildir. Coxsaylı avtobuslar və avtomobillər almışdır və həmin əmlakları başqa şəxslərin adına alıb. Hazırki avtomobil barədə məlumatı yoxdur. Onun yaşadığı ünvana bir kişi gələrək ona qarşı nəlayiq ifadələr istifadə etmiş. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -xx.xx.2023-cü il tarixli Bakı şəhəri 31 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X2 vərəsələri: Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, Mövsümova Aysel aallahverdi qızı miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ** CD *** qeydiyyat nişanlı İKARUS markalı, ** CG *** qeydiyyat nişanlı İKARUS markalı, ** RL *** qeydiyyat nişanlı MERCEDES BENZG55 markalı, ** UN *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** VU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** OH *** qeydiyyat nişanlı KİA RİO (MİNİK) markalı, ** OU *** qeydiyyat nişanlı İKARUS 256 (avtobus )markalı, ** UR *** qeydiyyat nişanlı İKARUS 250 59 (avtobus) markalı nəqliyyat vasitələrindən ibarətdir. -xx.xx.2022-ci il tarixli arayışın sürətindən görünür ki, X3 vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olmuşdur. -ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə yuxu arteriyasının travması səbəbi ilə ölmüşdür. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 (0,0219 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X8 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini X7 15000 manata satmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42E saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cü maddənin İİİ hissəsi - Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3-cü mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1-ci fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 1151.1-ci mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir Maddə 1153-cü şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəlişəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə qaydasında müəyyən edilən işlərdəndir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehlərin izahatlarını və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iddiaçı iddiasını şifahi alqı-satqı müqaviləsinə istinadla əsaslandırmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə görə, nəqliyyat vasitəsinin alqı-satqısı yalnız yazılı müqavilə ilə və notarial qaydada rəsmiləşdirilməklə etibarlıdır. Şifahi razılaşma nəqliyyat vasitəsinin mülkiyyətinin keçməsi üçün hüquqi əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülki hüquqlar və öhdəliklər müvafiq müqavilənin bağlanması və icrası nəticəsində yaranır. Mülki Məcəllənin müddəalarına görə, alqı-satqı müqaviləsi daşınar əşyalarla (o cümlədən nəqliyyat vasitələri ilə) bağlı bağlandıqda, həmin əmlakın alıcının mülkiyyətinə keçməsi üçün müqavilənin bağlanması və əmlakın faktiki olaraq təhvil verilməsi kifayət sayılır. Lakin, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət hüququ əmlakın yeni sahibinə keçdiyi andan qüvvəyə minir. Lakin, nəqliyyat vasitəsinin mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün normativ hüquqi aktlara əsasən həmin nəqliyyat vasitəsi müvafiq dövlət qeydiyyatına alınmalı və mülkiyyətçi kimi dövlət qeydiyyatı şəhadətnaməsində göstərilməlidir. Azərbaycan Respublikasının hüququnda mülki dövriyyənin əsas prinsiplərindən biri – hüquqi müəyyənlik və şəffaflıq prinsipidir. Əgər alqı-satqı müqaviləsi yalnız şifahi razılaşmaya əsaslansaydı, mülki dövriyyədə subyektlər üçün hüquqi qeyri-müəyyənlik yaranardı. Xüsusilə nəqliyyat vasitələri kimi qeydiyyata alınmalı əmlakın mülkiyyət hüququ yalnız notarial qaydada rəsmiləşdirilmiş müqavilə və qeydiyyat əsasında tanınmalıdır. İddiaçı tərəfindən təqdim olunan xx.xx.2021-ci il tarixli 10 illik müddətə verilmiş yalnız hüquqi nümayəndəlik funksiyası daşıyır və mülkiyyət hüququnun ötürülməsi haqqında sübut xarakteri daşımır. İddiaçının tələbi ondan ibarətdir ki, etibarnamə və faktiki istifadə əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılsın. Lakin bu, hüquqi baxımdan yolverilməzdir. Məhkəmə yalnız qanunla müəyyən olunmuş hallar üzrə və mövcud hüquqi əsaslar çərçivəsində qətnamə çıxara bilər. Satıcı şəxsin vəfat etməsi, şifahi razılaşmanın olması və alıcının adında dövlət qeydiyyatının olmaması halında, iddiaçının tələb etdiyi nəticənin tanınmasına hüquqi əsas yoxdur. Etibarnamə yalnız nümayəndəlik səlahiyyəti verir, mülkiyyət hüququ keçirmir. Etibarnamənin mövcudluğu özü-özlüyündə müqavilə sübutu sayıla bilməz. Həmçinin, etibarnamə birtərəfli hüquqi əməl hesab olunur və onun verilməsi nəticəsində əmlak üzərində sərəncam hüququ yaranmır. Yəni, etibarnamə əsasında hüquqi fakt (alqı-satqı) meydana gəlmədiyindən, "bağlanmış hesab edilməsi" hüquqi konstruktunda da tətbiq edilə bilməz. X11 ilə istinad edilən şifahi alqı-satqı razılaşması, hətta baş vermiş olsa belə, bu hüquq münasibəti yalnız onun sağlığında hüquqi nəticə doğura bilərdi. X1 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən sonra, onun əmlakı üzərində vərəsəlik hüququ qanuni vərəsələrə keçir. Qeyd olunan qanunvericiliyə uyğun olaraq, mülkiyyət hüququ mərhumun vərəsələrinə keçir və bu şəxslər həmin əmlakla bağlı sərəncam vermək səlahiyyətinə malik olur. Belə olan halda, mərhumun sağlığında bağlanmamış və notarial qaydada rəsmiləşdirilməmiş alqı-satqı münasibətləri hüquqi nəticə doğurmur. Mülki hüquq sisteminə görə, əqdin subyekti dəyişdikdə (bu halda satıcının vəfatı ilə), əqdin bağlanması texniki və hüquqi olaraq mümkün olmur. Vəfatla hüquq münasibəti kəsilir, yarımçıq qalmış əqdlər hüquqi qüvvəsini itirir. Bu baxımdan, artıq vəfat etmiş şəxslə "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" hüquqi cəhətdən mümkün deyil, çünki qarşı tərəf artıq hüquq subyekti deyil və mübahisəli iradə ifadəsinin qiymətləndirilməsi imkanı yoxdur. Qanunvericiliyə əsasən hüquqi faktların müəyyən edilməsi üçün xüsusi qayda nəzərdə tutur. Lakin məhkəmənin alqı-satqı müqaviləsinin “bağlanmış hesab edilməsi” barədə qətnamə çıxarması üçün əsas yalnız bağlanmış, lakin formal pozuntuya görə tanınmayan hallarda mümkündür. Bu işdə isə müqavilə heç bir formada mövcud deyil, iddiaçının yalnız faktiki münasibət və etibarnamə əsasında istifadə iddiası var. Bu isə mülki dövriyyənin sabitliyini pozaraq, ölmüş şəxslə müqavilə bağlanması presedenti yarada bilər ki, bu da hüququn ümumi prinsiplərinə ziddir. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri 31 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri mövcüddur və vərəsəlik işləri açılmışdır. Mərhumun vəfatından sonra onun əmlakı üzərində sərəncamvermə səlahiyyəti yalnız qanuni vərəsələrə keçir. Vərəsəlik hüququ AR Mülki Məcəlləsinə əsasən, mirasın açıldığı andan yaranır və bu şəxslərin razılığı olmadan avtomobil üzərində mülkiyyət hüququ ötürülə bilməz. Bu halda iddiaçının avtomobili öz adına keçirmək niyyəti yalnız vərəsələrin iradəsi ilə mümkün ola bilər. Məhkəmə tərəfindən birtərəfli şəkildə müqavilə bağlanmış hesab edilə bilməz. Yuxarıda qeyd olunan hüquqi arqumentlərə əsasən, iddiaçının təqdim etdiyi sənədlər və istinad etdiyi hallarla alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, yalnız vərəsələr tərəfindən rəsmi qaydada müqavilə bağlanarsa, iddiaçı həmin avtomobilin mülkiyyətini əldə edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsini bağlanmış hesb edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı "alqı-satqı müqaviləsini bağlanmış hesb edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1343/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1343/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver