Məhkəmə qərarları › İş №e-2(003)-139/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-139/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-139/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 477 saylı sərəncamı (qərarı) və digər qanuni müşayiətedici sənədlərlə mülkiyyətimə ayrılmış olan, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar (1200 kvadrat metr) ölçüdə torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarımın tanınmasına,həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq naturada mənim faktiki sahiblik və istifadəmə verilməsinə, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsinə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Keçmiş Əzizbəyov (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 477 saylı sərəncamı(qərarı) ilə Bakı şəhəri, Qala qəsəbəsində ev tikmək üçün ona 1200kv.m. torpaq sahəsi ayrılmışdır. Eyni gündə də onunla alqı-satqı müqaviləsi bağlanmış və tərəfindən ödəniş edilmişdir. Alqı-satqı müqaviləsi əsasında tərəfindən eyni tarixdə həmin torpaq sahəsinin alq-satqısı üçün müqavilə qiyməti – keçmiş kursla ******* manat pul vəsaiti ödənilmiş,həmin vəsait Qala bələdiyyəsinin hesabına mədaxil edilmiş,bununla bağlı ona kassa mədaxil orderi qəbzi verilmişdir. Qala Bələdiyyəsi tərəfindən mülkiyyətimə verilən torpaq sahəsinin yerləşmə yerinin sxemi də tərtib olunmuş və bələdiyyənin möhürü ilə təsdiqlənərək mənə təqdim edilmişdir. 2005-ci ildən torpaq sahəsi qanuni istifadəsində və sahibliyində olub. Torpaqla bağlı bələdiyyə vergiləri bir neçə illər ərzində tərəfindən ödənilmişdir. 2006,2007,2008-ci illərin bələdiyyə torpaq vergisini ödəməyimə dair qəbzim vardır. 2011ci il tarixində həmin torpaq sahəsini hər birinə 0,06 ha olmaqla X7 və X4 ad-soyadlı şəxslərin etibarnaməli idarəçiliyinə vermiş və bununla bağlı onlara notariat qaydasında təsdiq olunmuş uzunmüddətli etibarnamə də vermişdir. Çünki,gələcəkdə həmin torpaq sahəsini onlara satmaq,rəsmiləşdirərək onların mülkiyyətinə vermək fikri var idi. Sonrakı illərdə qeyd edilən bələdiyyə vergiləri etibarnaməli nümayəndələri tərəfindən vaxtlıvaxtında ödənilmişdir.Onlar vergi ödəyicisi kimi uçota alınmışlar. Qeyd edim ki, torpaq sahəsi etibarnaməli nümayəndələri tərəfindən hasarlanmış və bir hasar hündürlüyü qədər divar hörülmüşdü. Bir müddət bundan əvvəl ona məlumat verilmişdir ki,həmin torpaq sahəsi kimlərsə tərəfindən zəbt edilib,orada qanunsuz olaraq tikinti işləri aparılıb.Bununla əlaqədar etibarnaməli nümayəndələrinə bildirmişdir ki,polisə müraciət etsinlər.Onların müraciəti əsasında Xəzər RPİ-nin istintaq şöbəsində təhqiqat aparılmış,cavabdehlərin bizə məxsus torpaq sahəsinə qanunsuz sahibləndikləri müəyyən edilmişdir.Belə ki,Cavabdeh1 təhqiqata təqdim etdiyi guya xx.xx.2013-cü il tarixli Abşeron RİH-nin sərəncamının qanuniliyi yoxlanmış,bununla bağlı həmin RİH-ə sorğu göndərilmişdir. Sorğuya alınmış cavabda Abşeron RİH tərəfindən 2013-cü il tarixində vətəndaş Cavabdeh1 X14 ərasizində 12 sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməməsi ifadə edilmişdir. Hansı ki,Cavabdeh1 belə bir sənədi nümayəndələrinə təqdim edərək qanuni sahib olduğunu bildirmişdir. Müvafiq icra hakimiyyəti orqanı isə belə bir sənəd vermədiyini təsdiq etmişdir. Bununla belə,nəyə görəsə,cinayət işi başlanmamış, təhqiqat orqanı tərəfindən məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. Təhqiqatın gedişində vətəhqiqat qərarı verildikdən sonra biz dəfələrlə cavabdehlərə müxtəlif vasitələrlə məlumat göndərərək məsələni öz aralarında məhkəmədənkənar qaydada həlletməyə çalışmışıq və onları könüllü olaraq ərazini tərk etməyə dəvət etmişik. Bildirmişik ki,bu torpaq sahəsi bizə(ona və etibarnamə ilə nümayəndələrinə) məxsusdur, onun əlimdə qanuni və hüquq müəyyənedici sənədləri vardır,yaxşı olar ki,onlar buranı könüllü olaraq tərk etsinlər. Lakin cavabdeh tərəf bizimbu təklifimizi qəbuletməyib, özlərinin də sənədləri olduğunu bildirsələr də bunu göstərməyiblər vətəqdimetməyiblər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mübahisəli torpaq sahəsi ilə bağlı bələdiyyənin ona təqdim etdiyi qərar və müqavilə aktı qüvvədədir, indiyə kimi heç kim tərəfindən ləğv edilməmiş və mübahisələndirilməmişdir. Bundan əlavə,Qala bələdiyyəsi özünün xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli arayışları ilə bir daha təsdiq etmişdir, Onu da qeyd edimki,hələ bu cavabdehlərədək həmin torpaq sahəsi X18 ad-soyadlı şəxs tərəfindən də zəbt edilmək istənmişdi. Lakin etibarnaməli nümayəndələrinin müraciətləri əsasında həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmiş,həbs edilmiş və məhkəməyə verilmişdir. Göründüyü kimi,biz öz torpaq sahəmizi hələ hazırkı cavabdehlərə qədər də kənar şəxslərin qanunsuz müdaxilələrindən və özbaşınalığından qorumuşuq. Bu isə bizimhəmin torpaq sahəsi üzərində qanuni istifadə və sahiblik hüquqlarımızın olduğunu təsdiqləməkdədir. Belə ki, Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Anar Məmmədovun icraaatında olan ********* saylı cinayət işi üzrə verdiyi 24 may 2022-ci il tarixli arayışdan görünür ki, X18 məhz ona ayrılmış olan,lakin etibarnaməli nümayəndələrimin faktiki sahibliyində olan torpaq sahəsi ilə bağlı qanunsuz tikinti işləriapardığına görə və sənəd saxtalaşdırılması cinayətə görə məsuliyyətə cəlb edilib. İstintaq orqanının apardığı ibtidai araşdırılma ilə sübut olunmuşdur ki, bu torpaq sahəsi mənimqanunisahibliyimdə,nümayəndələrimin isəetibarnaməliistifadəsindədir. Hal-hazırda sözügedən torpaq sahəsinin hazırkı işdə adları keçən cavabdehlər tərəfindən zəbt edilməsi ilə bağlı sahiblik və istifadə hüquqlarımı həyata keçirə bilmir, mülki və digər hüquqlarımı gerçəkləşdirə bilmir .Bu üzdən hüquqlarını məhkəmə qaydasındat anıtdırmaq və qorumaq,bərpaetdirmək qərarına gəlib. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə vərərək Xəzər rayonu Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 477 saylı sərəncamı (qərarı) və digər qanuni müşayiətedici sənədlərlə mülkiyyətimə ayrılmış olan, Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar (1200kvadrat metr) ölçüdə torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınaraq mənim istifadəmə verilməsi, həmin torpaq sahəsinin üzərindəki qanunsuz tikililərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz hesablarına sökülməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavadeh Cavabdeh2 iddianı etiraf etməyərək, rədd olunmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında Cavabdeh1 bildirmiş ki, iddianı etiraf etmir. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı tərəfin əlində olan bələdiyyə sənədində göstərilən torpağın kordinantları cavabdehlərin əlində olan Abşeron rayon İcra Hakimiyyətinin ayırdığı torpaqdan tamamı ilə ayrı yerlərdədir. Hətta Bələdiyyə sənədində olan kordinantlara və ölçülərə baxsaq bizə aid olan torpaqdan fərqlənir. Məhkəmə zalında sizə təqdim etdiyim sənədlərdə də göründüyü kimi biz o torpağı Asan xidmətdə alqı-satqı etmişik. 12 sot torpağın ölçülərinə və kordinantlarına həm onlara məxsus bələdiyyə sənədində həm də bizə məxsus Abşeron rayon icra sərəncamında baxılsa, fərqli yerlərdə olduğunu görünür. O xəstələndiyi üçün məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəməyə iştirakım olmadan baxılmasını və iddianın rədd olunmasını, ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əzizbəyov (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 477 saylı sərəncamı(qərarı) ilə Bakı şəhəri, Qala qəsəbəsində ev tikmək üçün ona 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Qala bələdiyyəsinin sədri X9 ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki Qala bələdiyyəsi 1200 m2 torpaq sahəsi sonuncuya satılmışdır. İş materiallarında olan 16 dekabr 2005 tarixli 233952 saylı saylı Əzizbəyov (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin mədaxil qəbzindən görünür ki, ******* manat ödəniş İddiaçı tərəfindən olunub. İş materiallarında olan 31 mart 2011-ci il tarixli AR-İ №110634 saylı və 31 mart 2011-ci il tarixli AR-İ №1106333 etibarnamələrdən görünür ki, Nəcəfov X10 rayon Qala bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 477 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qala -qəsəbəsində mənə ayrılmış 1200 kv.m torpaq sahəsindən 0.06 ha torpaq sahəsnə dair zəruri sənədlər toplamağı, torpaq sahəsi üzərində tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Kadastr planı almaqı, Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış, 1№ arayış almağı, adından ərizə verməyi, imza etməyi, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı bununla bağlı digər hərəkətləri etməyi X1 və X5 31 mart 2061-ci ilədək etibar etmişdir. İş materiallarında olan Qala bələdiyyəsinin yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamələrdən görünür ki, X2 və X8 vergi ödəyicisi kimi qeydə alınmışdır. İş materiallarında olan torpaq vergisi üzrə 2009-2011, qalıq-2013-cü illər üzrə X2 və X8 hər biri ayrılıqda 10 manat 80 qəpik və 7 manat 20 qəpik ödəniş etmişlər. İş materiallarında olan torpaq vergisi üzrə 2006-2008 illər üzrə İddiaçı 21 manat 60 qəpik ödəniş etmişdir. İş materiallarında olan Abşeron İcra Hakimiyyətini başçısının xx.xx.2013-cü il tarixli 251 saylı sərəncamı ilə Abşeron rayonun X20 Fondunda saxlanılmış torpaqlardan 3 saylı X6 ərazisində sahibkarlıq tikinti məqsədilə 0,12 hektar 99 il müddətinə icarə qaydasında Cavabdeh1 torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaq ayırma sənədləri təstiq edilmişdir. İş materiallarında olan Abşeron İcra Hakimiyyətini başçısının xx.xx.2013-cü il tarixli 1127 saylı sərəncamı ilə vətəndaş Cavabdeh1 istifadəsində olan 3 saylı X6 ərazisində 0,12 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materallarında olan Abşeron İcra Hakimiyyətinin 5/X/2056 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə vətəndaş Cavabdeh1 X14 ərazisində 12-sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İstintaq Şöbsinin müstəntiqi, polis kapitanı Anar Bəxtiyarovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında başlanmış cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Bədəlov X15 İcra Hakimiyyətini başçısının xx.xx.2013-cü il tarixli sərəncamı ilə istifadəsində olan Abşeron Rayon 3 saylı X6 ərazi hüquqdları daxilində sahibkarlıq fəaliyyəti üçün ayrılmış 0,12 ha torpaq sahəsinin 0,6 ha hissəsinə dair alıcı Cavabdeh2 ilə ilkin alqı-satqı müqavilənin hal-hazırda bağlanmasının və gələcəkdə əsas alqı-satqı müqavilənin bağlamağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarnda qeyd edilmişdir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə. Hüseynovun və A.Ə. Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi İddiaçı hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bələdiyyə sərəncamı əsasında ona ayrılmış sahədən sahiblik və istifadə hüquqlarının həyata keçirə bilmək üçün iddiaçı kimi həmin sahənin başqasının qeyri-qanuni sahibliyindən qaytarılmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəməyə təqdim edilmiş Abşeron İcra Hakimiyyətinin 5/X/2056 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə vətəndaş Cavabdeh1 X14 ərazisində 12-sot torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi barədə heç bir sərəncam verilməmişdir. Göründüyü kimi Cavabdeh1 istinad etdiyi torpaq ayırma və tikintiyə icazə barədə sərəncam verilməyib və onun mübahisəli torpaq üzərində subyektiv hüquqları yoxdur. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyətlə bağlı yanaşmasından da göründüyü kimi “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdehlər Cavabdeh1 və Quliyev X11 (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 477 saylı sərəncamı (qərarı) ilə fərdi evin tikilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxırılmalı, həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilməli, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Quliyev X11 (indiki) Xəzər rayonu, Qala bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 477 saylı sərəncamı (qərarı) ilə fərdi evin tikilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yerləşən 0,12 hektar torpaq sahəsindən çıxıralsın, həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilsin, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar