Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1399/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı həyata keçirilmiş hərəkətlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Əliyeva (Muradlı) Aysel Zabit qızı tərəfindən 24 may 2017-ci il tarixində Cavabdeh2 Bakı şəhəri 7 notariat ofisində verilmiş etibarnamənin və ünvan 3də təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, reyesterdə 8İ-5755 nömrə ilə qeydiyyata alınmış ərizənin, habelə etibarnamə əsasında Cavabdeh2 tərəfindən onun adından verilmiş və Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və reyesterdə 8İ-9718 nömrəsi ilə 02 iyun 2017-ci il tarixli ərizənin və həmin etibarnaməyə və ərizələrə uyğun olaraq həm daşınmaz əmlaklara, həm də daşınar əmlaklara dair həyata keçirilmiş hərəkətlərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının təqdim etdiyi hesabata görə cavabdeh birgə yaşayış dövründə onlara məxsus olan torpaq sahələrini, bağ evini habelə onlara məxsus olan avtomaşınları satmaqla ümumilikdə 420000 manat gəlir əldə etmiş və iddiaçıya bildirmədən, heç bir hesabat vermədən həmin gəliri mənimsəmişdir. Halbuki həmin 420000 manat dəyərində olan əmlakın 50%-i yəni, 210000 manatı iddiaçıya verilməli idi. Həmçinin ona verilməli olan 210000 manat məbləğində pulun üzərinə qanunvericiliyə uyğun qaydada 40000 manat məbləğində faiz hesablanmalıdır. Hazırda iddia tələbi 250000 mananatdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 mart 2009-cu il tarixində onunla Cavabdeh2 arasında nikah münasibətləri meydana gəlmiş və həmin nikah münasibətləri Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 mart 2009-cu il tarixində 138 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra tərəflər arasındakı ailə münasibətlərində uyğunsuzluq yarandığından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli 2(003)- 168/2020 nömrəli qətnaməsi ilə onunla Cavabdeh2 arasında 14 mart 2009-cu il tarixində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində 138 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikah münasibətləri dövründə keçmiş əri Cavabdeh2 etibarından sui-istifadə edərək onu 24 may 2017-ci il tarixində Bakı şəhəri Xəzər rayonunda yerləşən 7 saylı notariat ofisinə aparaq adından istənilən hərəkətlərin həyata keçirilməsi ilə bağlı etibarnamə almış və həmin etibarnamə reyesterdə 7E-4783 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd etmək zəruridir ki, həmin sənədin etibarnamə olması, həmin etibarnamənin hansı müddətə verilməsi, etibarnamə üzrə səlahiyyətlərin nədən ibarət olması barədə məlumatlı olmamış və yalnız imza etmişdir. Həmin imza ona qarşı həmin notariat orqanında psixoloji təzyiqin göstərilməsi səbəbindən çəkilmiş, imzanın dərhal çəkilməli olduğu bildirilmiş, imza atan zaman etibarnamə üzrə səlahiyyətlər hissəsi cavabdeh tərəfindən əli ilə qapadılmış, yalnız etibarnamə üzrə imzanın nəzərdə tutulduğu qrafanın imzalanmalı olduğu bildirilmiş, etibarnamə imzalandıqdan sonra etibarnaməni təsdiq etmiş notariat ofisinin rəhbəri tərəfindən təsdiq edilmə həyata keçirilən zaman verilmiş etibarnamənin hansı səbəbə və gələcəkdə hansı hüquqi nəticələrə səbəbolacağı ona izah edilməmiş, etibarnamə notarial qaydada təsdiq edilən zaman notariusun yanına daxil olmağına icazə verilməmişdir. Halbu ki, etibarnamə verilən zaman etibarnamənin məzmunu, verilmiş səlahiyyətlər üzrə hazırki iş üzrə Cavabdeh2 tərəfindən hansı hərəkətlərin onun iştirakı olmadan həyata keçirilə bilmə imkanı tam olaraq ona izah olunmalı və etiraz etmədiyi təqdirdə həmin etibarnamə notariat orqanı tərəfindən rəsmi qaydada təsdiqlənməli idi ki, qeyd edilən halların heç biri baş verməmiş, Cavabdeh2 tərəfindən və notariat ofisi tərəfindən etibarnamə ona imzalatdırılan, təsdiq edilən zaman etibarnamənin məzmumunu və həmin məzmunun onun həqiqi iradə ifadəsini əks etdirib-etdirməməsi müəyyən edilməmişdir. Məhz həmin etibarnamə əsasında Cavabdeh2 tərəfindən əvvəlcə 03 iyun 2017-ci il tarixində reyesterdə 4Ə-731 reyester nömrəsi ilə qeydiyyata alınmış alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə edilmiş və Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 1 X1 və həmin müqavilə Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsinin imzalanmasından bir gün əvvəl, yəni 02 iyun 2017-ci il tarixində Cavabdeh2 onun adından 24 may 2017-ci il tarixində verilmiş və reyesterdə 7E-4783 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə əsasında ərizə yazaraq Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin satılmasına etiraz etməməsi, həmin əmlaka dair heç bir tələbinin olmaması və gələcəkdə də bu barədə məhkəməyə müraciət edilməyəcəyi əks olunmuşdur. Qeyd edilən ərizə Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və reyesterdə 8İ-9718 nömrəsi ilə 02 iyun 2017-ci il tarixində qeyd edilmişdir. Həmin ərizdə konkret olaraq göstərilmişdir ki, onun adından ərizə Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin alqı-satqı müqaviləsinin hansı səbəbdən Bakı şəhəri Xəzər rayonunda yerləşən notariat kontorunda aparılmaması qeyri-müəyyən olmaqla bərabər, ərizənin Cavabdeh2 tərəfindən özünün mənafeyinə uyğun olaraq imzalaması və buna uyğun olaraq notariat hərəkətləri apararaq həmin əmlakın istənilən məbləğə satması qeyri-müəyyəndir. Həmin bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin satılması zamanı onun adından verilmiş razılıq ərizəsi onun tərəfindən imzalanmamışdır. Həmin ərizə məhz hazırki iş üzrə Cavabdeh2 tərəfindən 24 may 2017-ci il tarixli etibarnamə əsasında tərtib edilmişdir ki, həmin etibarnamə üzrə verilmiş səlahiyyətlər onun iradəsi xaricində olmuşdur. Həmin ərizə şəxsən onun tərəfindən deyil və onun iradə ifadəsinə uyğun olmayaraq həyata keçirildiyindən etibarsızdır və həmin ərizə əsasında bağlanmış alqı-satqı müqaviləsi də etibarsızdır. Bundan başqa Cavabdeh2 həmin etibarnamə əsasında 03 iyul 2018-ci il tarixində ona məxsus olan və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına dair ünvan 3də ayrıca etibarnamə vermiş və buna uyğun olaraq həmin əmlakın da onun xəbəri olmadan və iradə ifadəsinə uyğun olmadan satılmasına nail olmuşdur. Adından 03 iyul 2018-ci il tarixində ünvan 3də **********755 nömrəli ərizə yazılaraq bildirmişdir ki, “Yazıb Sizə bildirəm ki,ərim-Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi,36 ünvanında yerlşən qeyri-yaşayış sahəsinin satılmasına etirazım yoxdur”. Həmin ərizə Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən “tələb oluna yerə” adı ilə xx.xx.2018-ci il tarixində reyesterdə 8İ-5755 nömrə ilə qeydiyyata alınmış, ərizədə nə onun, nə də Cavabdeh2 şəkili çəkilməmiş və həmin hissə boş saxlanılmış, ərizədə mobil telefon nömrəsi kimi cavabdehin mobil telefon nömrəsi qeyd edilmiş, ərizənin məzmununda isə həmin qeyri-yaşayış sahəsinin hansı məbləğə satılması, həmin əmlakın ümumi hansı kv.m olması nəzərdə tutulmamışdır. Bundan əlavə həmin notariat orqanı tərəfindən bildirilmişdir ki, ərizə məhz onun iştirakı ilə tərtib edilmişdir. Halbu ki, həmin tarixdə həmin ərizə ümumiyyətlə onun tərəfindən imzalanmamış, həmin vaxt o notariat kontorunda iştirak etməmiş və həmin əmlakın satılmasına heç bir razılıq verməmişdir. Notariat orqanında iştirak etməməyi onunla təsdiq olunur ki, ərizənin tərtibi zamanı və ondan sonrakı müddətdə onun fotoşəkili çəkilməmiş, eyni zamanda həmin ərizədəki imza ona məxsus olmamışdır. Bu fakt bir daha sübut edir ki, cavabdeh X6 və Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən onun adından yalançı ərizə tərtib edilmiş, həmin ərizədəki imza onun tərəfindən icra edilməməsinə və onun iştirakı orada olmadan onun adından rəsmiləşdirilmişdir. Halbuki qeyd edilən notariat kontoru faktiki olaraq əvvələr yaşadığı ünvanın yaxınlığında olmuşdur ki, həmin ərizənin imzalanması üçün onun notariat kontoruna yaxınlaşmağında heç bir maneə olmamışdır. Məhz hazırki iş üzrə Cavabdeh2 ona verilmiş etibarnamədən sui-istifadə etmiş, onu aldatmaqla həmin əmlakın satışını istədiyi məbləğə satmış, həmin hadisə barədə onu məlumatlandırmamış, həmin əmlakın satışından əldə edilmiş vəsaiti ailənin saxlanılması üçün istifadə etməmişdir. Bundan başqa birgə nikah dövründə cavabdeh tərəfindən əvvəlcə xx.xx.2011-ci il tarixində onun adından qeydiyyatdan keçmiş və yenə onun tərəfindən xx.xx.2018-ci il tarixində satılmış **-LR-*** dövlət qeydiyyat nişanlı “VAZ 21074” minik maraklı və xx.xx.2016-cı il tarixində qeydiyyatdan keçmiş və xx.xx.2019-cu il tarixində satılmış **-UU-*** dövlət qeydiyyat nişanlı, “X14” minik marakl nəqliyyat vasitəsinə münasibətdə də tətbiq edilmişdir ki, həmin avtomobillərin hansı aralıqda satılması, hansı məbləğdə satılması mənə yalnız sonradan məlum olmuşdur. Etibarnamənin məzmunu ilə tanış olamamış, həmin etibarnamənin hüquqi nəticələri ona izah edilməmişdir. Etibarnamə əsasında satılmış həmin əmlakların kimə, nə vaxt və hansı məbləğdə satılması, satışın hansı notariat kontorlarında və hansı formada həyata keçirilməsindən həmin an məlumatlı olmamışdır. Mövcud vəziyyətdən yalnız tərəflər arasında bağlanmış nikah münasibətlərinə xitam verildikdən sonra aidiyyəti üzrə məhkəməyə müraciət edilən zaman məlumatlı olmuşdur. Tərəfindən Cavabdeh2 24 may 2017-ci il tarixində ünvan 3də verilmiş və reyesterdə 7E-4783 nömrəsi ilə qeydiyyata alınmış etibarnamə tərəfindən 08 yanvar 2020-ci il tarixində ünvan 3ə edilmiş müraciət əsasında ləğv edilmişdir və həmin ərizə reyesterdə 8İ-81nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçı Əliyeva (Muradlı) Aysel Zabit qızı tərəfindən 24 may 2017-ci il tarixində Cavabdeh2 Bakı şəhəri 7 notariat ofisində verilmiş etibarnamənin və ünvan 3də təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, reyesterdə 8İ-5755 nömrə ilə qeydiyyata alınmış ərizənin, habelə etibarnamə əsasında Cavabdeh2 tərəfindən onun adından verilmiş və Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş və reyesterdə 8İ-9718 nömrəsi ilə 02 iyun 2017-ci il tarixli ərizənin və həmin etibarnaməyə və ərizələrə uyğun olaraq həm daşınmaz əmlaklara, həm də daşınar əmlaklara dair həyata keçirilmiş hərəkətlərin etibarsız hesab edilməsi, habelə onlara məxsus olan avtomaşınların ½ hissədə dəyərinin iddiaçıya ödənilməsi hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdeh və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsi, cavabdeh və cavabdehin nümayəndəsinin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 Aslan oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 Asif oğlu iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştiak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-404/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər Cavabdeh2, X2, X4, ünvan 3ə, Bakı şəhəri 53 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə X9 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3in xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə X7 arasında ünvan 5 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi. 118 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya ½ hissədə X3, ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsi, “Hyundai Azera" minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, "Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X14" minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula ½ hissədə X3 ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsi və ½ hissədə payın dəyərinin Cavabdeh2 alınıb X5 verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə X9 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3in xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə X7 arasında ünvan 7 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə, ünvan 7 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya ½ hissədə X3, ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsi, Cavabdeh2 adına olan bank hesablarında pul vəsaitinə ½ hissədə X3 payının müəyyən edilməsi “Hyundai Azera” minik markalı, **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, “Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X14” minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula ½ hissədə X3, ½ hissədə Cavabdeh2 payının müəyyən edilməsi və ½ hissədə payın dəyərinin Cavabdeh2 alınıb X5 verilməsi barədə qətnamə qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-404/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, "xxxx" MMC-də 1 payın ½ hissəsinə X3, ½ hissəsinə Cavabdeh2 payları müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi nikah münasibətlərində olan dövrdə tərəflərin əmlakı onların birgə mülkiyyəti hesab olunur. Bundan başqa əmlakda paylar müəyyən olunduğu təqdirdə bu paylı mülkiyyət, paylar müəyyən edilmədiyi təqdirdə isə birgə mülkiyyət hesab olunur. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Hazırkı mülki iş üzrə iddiaçı cavabdehlə birgə yaşayış dövründə onlara məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi 3984 a saylı bağ sahəsinin satışından əldə olan gəlirin 50%-i iddiaçıya verilməli olduğunu iddia edir. Lakin həmin əmlak üzrə onların payları məhkəmə qaydasında müəyyən edilmədiyindən iddiaçının hazırkı halda əmlakların satışından əldə edilmiş gəlirin ½ hissəsini tələb etmək hüququ müəyyən edilmir. Məhkəmə həmçinin iddianın 40000 manat faizinin hesablanması tələbinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə birgə nikah dövründə əldə edilən əmlakların ½ hissəsində əldə olunan mıəbləğə münasibtədə hesablanmışdır. Odur ki, iddianın birgə nikah dövründə əldə edilən əmlakların ½ hissəsindən əldə olunan gəlirin cavabdehdən alınaraq iddiaçıya verilməsi hiissəsi təmin olunmadığından faizin tutulması hissəsi də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi 3984 a saylı bağ sahəsinin satışından əldə olan gəlirin 50%-i iddiaçıya verilməsi və 40000 manat məbləğində faizin cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair iddia rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 ünvan 3ə qarşı Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi 3984 a saylı bağ sahəsinin satışından əldə olan gəlirin 50%-i iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1399/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1399/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver