Məhkəmə qərarları › İş №e-2(003)-140/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-140/2025

07.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-140/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda hasarı sökməklə avtoyuma məntəqəsinin inşa etməsi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin avtoyuma məntəqəsinin sökülməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı ş., Mərdəkan qəs, M.Şahbazov küç., ev 14 (köhnə: 28 May küçəsi, dalan 3, Sahə 3/518) onun xüsusi mülkiyyətidir, buna görə də həmin ev həm rəsmi, həm də faktiki yaşayış ünvanı olaraq onun və 7 nəfər ailə üzvlərinin (körpəsi ilə, cavanı ilə) sahiblik və istifadəsindədir. Həyat yoldaşı da, o da şəkər və gipertoniya xəstələridirlər, yaşları da artıq 70-ə çatıb. Onların evlə üzbə-üz (4-5 metr məsafədə) ünvan 1 ünvanda yaşayan Cavabdeh qanunvericiliyin tələblərini pozaraq hasarının küçəyə çıxan hissəsini söküb, qanunsuz şəkildə həmin yeri içtimai iaşə obyektinə çevirib və burada avtoyuma məntəqəsi açıb. Avtoyuma məntəqəsi yerli İcra hakimiyiyyəti və sair aidiyyatı oraqanlardan heç bir icazəsi, sərəncamı, texniki şərti və hüquqi sənədi yoxdur. Avtoyuma məntəqəsi "xxxx" ASC tərəfindən texniki şərtin olmadığı üçün kanalizasiya və su sistemi özbaşına düzgün çəkilməmişdir və bütün gün avtomobillərin çirkli suyu küçəyə axıdılaraq, antisanitariya yaradır. Eyni zamanda “Azərişıq” tərəfindən də texniki şərti olmadığı üçün bütün elektrik naqillər özbaşına çəkilmiş və 3 faza ilə işləyən moyka avadanlıqları ətrafdakilər üçün təhlükə yaradır. Bunun nəticəsində onun evində elektrik gərginliyin oynaması baş verir ki, elektrik avadanlıqların sıradan çıxmasına gətirib çıxarır. Xüsusi olaraq bildirmək istiyir ki, bu məntəqənin tikilişi X5 Xidməti ilə razılaşdırılmadan tikilib və heç bir lahiyə sənədi yoxdur. Yanğın mühafizə qaydaları kobud şəkildə pozulmuş bu tikilinin qapısı, divarları və dam örtüyü cox təhlükəli haldadır. Bu səbədən tikilinin hər an uçma və yanma təhlükəsi var. Bundan başqa məntəqənin qarşısında daim müştərilərin avtomobillərinin kütləvi düzüldüyü üçün, hadisə zamanı yanğınsöndürmə avtomobillərin yolu məhdudlaşdırılıb. Gecə gündüz qanunsuz fəaliyyət göstərən bu avtoyumada hər an fövqəladə hal baş verə bilər. Bu azmış kimi cavabdeh özünə məxsus olan avtoyumada gecə bilmir, gündüz bilmir işləyir, hər gün burada avtomobillərin, avtoyuma apparatlarının və gələn insanların etik qaydalara sığmayan səs-küyündən, söyüşlərindən yaşamaq mümkünsüz hala gəlib. Bir neçə dəfə bura yığışan naməlum şəxslərlə oğlanları arasında ağır mübahisələr baş verib və bu hal davam edir. Dəfələrlə bu barədə Xəzər rayon İcra Hakimiyyətinə, müxtəlif nazirliklərə və Polis İdarəsinə rəsmi müraciət etməyimizə baxmayraq, yoxlama zamanı ünvanına gələn əməkdaşların Cavabdeh kobud şəkildə qanun pozduğu aşkarlasa da, lakin onlara məlum olmayan səbəblərdən fəaliyyəti dayandırmıyıblar. Əksinə ona Cavabdehla mehriban əlaqə yaradıb və narahat olmamamağını tövsiyyə ediblər. Bir neçə dəfə müxtəlif məmurların Cavabdehla saatlarla “çox mehriban” danışmaları və gizlin hərəkətləri Avtoyuma önündə qurduqları müşahidə kamerası ilə qeydə alınıb. Bundan başqa “AZƏRİŞİQ” və "xxxx" Səhmdar Cəmiyyətləri tərəfindən avtoyumaya qeyri qanuni işiq və su təminatı yaradılması ilə bağlı rəsmi şikayət edilsə də, müraciətə səthi baxılmış və əməli tədbir görülməmişdir. Fövqəladə Hallar Nazirliyin əməkdaşları avtoyumanın heç bir hüqüqi əsası (layihə sənədi, İcbarı sığorta, və s.) olmamağına, Tikilinin dam konstruksiyası, divarları, burada işlənilən bütün apparatlar nasaz olmağına və burada hər an fövqəladə hal baş vermə riski olmağına baxmayaraq FHN əməkdaşları burda heç bir əməli tədbir görmürlər. Bu barədə bütün sadaladığı qurumlara dəfələrlə şikayət etməyinə baxmayaraq, heç bir qanun pozuntusu aradan qaldırılmayıb, şikayətlərə baxılmayıb və rəsmi olaraq heç birinə cavab verilməyib. Yalnız bir dəfə qeyd olunan ünvanda Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü Ərazi X7 İdarəsi tərəfindən plandankənar yanğın-texniki müayinə keçirilmiş, aşkar olunmuş yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı ilə əlaqədar obyektin sahibi olan Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin bütün bunlara baxmayaraq müraciət etdiyi səlahiyyətli orqanlar ona təsəlli verməklə və ya qanunsuz fəaliyyət göstərən avtoyuma obyektinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmağı tövsiyyə etməklə onları yola veriblər. Hesab edir ki, cavabdehin inşa etdiyi fəaliyyət göstərdiyi avtoyuma obyekti qanunsuz inşa edildiyi kimi, fəaliyyəti də qanunsuzdur və vətəndaş olaraq onun Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından irəli gələn hüquqlarını (mülkiyyət, istirahət, təhlükəsiz yaşamaq hüququ və s. hüquqlar) kobudcasına pozmaqdadır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır. Cavabdehlə 30 ildir qonşudurlar. 1-2 il əvvəl cavbdeh tərəfindən qanunsuz olaraq avtoyuma məntəqəsi tikildi. Onun evinin avtoyuma məntəqəsi ilə 4-5 metr məsafəsi var. Avtoyuma məntəqəsi fəaliyyətə başladıqdan sonra gələn maşınların səsindən, işləyən aparatların səs-küyündən, oraya gələn insanların nalayiq hərəkətlərindən yaşamaq mümkünsüz hala gəlib. Avtoyuma məntəqəsində texniki qaydalara düzgün riyayət olunmamış, kanalizasiya və su sitemi, elektrik xətləri özbaşına çəkilmiş, yuyulan avtomobillərin çirkli suları küçəyə axıdılaraq anti-sanitariyaya səbəb olmuş, yanğın mühafizə qaydaları kobud şəkildə pozulmuşdur. O, Dəfələrlə müfaviq orqanlara müraciət etmiş, lakin onun müraciətlərinə səthi baxılmış və əməli tədbir görülməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirdi ki, avtoyuma olub, lakin 3 aydan çoxdur fəaliyyətini saxlayıb. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, M.Şahbazov küçəsi, ev 14 İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası "xxxx" ASC Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, Xəzər rayon SKİ-nin nümayəndələri tərəfindən sızın göstərdiyiniz ünvana baxış keçirildi.Adı çəkilən ünvanda içməli su mövcuddur Sudan istifadə olunmur.Çünki xətt tərəfimizdən qapadılmışdır.Küçədə "xxxx" ASC-yə məxsus çirkab su xətti də mövcud deyil.Abonentin həyətində şəxsi su quyusu da var.Avtoyumada istifadə olunan su quyu suyudur. -AZ-İİ seriyalı 025397 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü Ərazi X6 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun sürətindən görünür ki, əməkdaşları tərəfindən qeyd olunan ünvanda plandankənar yanğın-texniki Yüayinə keçirilmişdir. Müayinə zamanı aşkar olunmuş yanğın təhlükəsizliyi qaydaları "ozulması hallarına görə obyektin sahibi Cavabdeh barəsində inzıbatı əta haqqında protokol tərtib edilmişdir. Müraciətdə qeyd etdiyiniz obyektin qəzalı əziyyətdə olub-olmamasının qiymətləndirilməsi X6 Xidmətinin səlahiyyətlərinə aid olmadığı səbəbindən daxil olmuş müraciətin icrası ilə bağlı tərəfimizdən üvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd olunan digər nöqsanlarla bağlı üvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirlıyı Tikintidə X3 Agentliyinə müraciət etmək tövsiyyə edilir. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavininin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubunun sürətindən görünür ki, Xəzər rayon İcra Hakımıyyəti başçısnın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinın əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində şikayət ərizənizdə qeyd olunan ünvanda vətəndaş Cavabdeh mülkiyyətində olan 3/325 saylı sahədə avtoyuma fəaliyyəti ilə məşgul olduğdu müəyyən edilmişdir. Nümayəndəlikdən verilən məlumatda 3/325 saylı sahədə fəaliyyət göstərən avtoyuma məntəqəsi həmin ərazıdə yaşayan sakinlərin şikayətinə səbəb olması barədə vətəndaş R İ.Dadaşova izah edilmiş və qonşuların narahatçılığına səbəb olan amillərin tez bir zamanda aradan qaldırılması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-X9 xx.xx.2023-cü il tarixli məktubunun sürətindən görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağlar massivində yaşayan vət. İddiaçı onun, yazmış olduğunuz ərizənizə tərəfimizdən baxılmışdır, şikayətçi olduğunuz şəxs ilə profilaktik söhbətlər aparılmış və bir daha belə hallara yol verməmələri məqsədilə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/1958 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 74-cü maddələrinin tələblərini nəzərə alaraq mübahisəli tikilinin tikintisinə icazə tələb olunan tikililərə aid olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında tikilinin inşa olunmasına dair hər hansı icazə sənədinin olmadığı, verilmiş vəsatətdə icazə sənədlərinin Mərkəzə təqdim edilməsi xahiş olunsa da, təqdim edilmədiyi səbəbindən tədqiq olunan tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin tələblərinə uyğun olub-olmamasını müəyyən edilməsinə dair tədqiqat aparılmır. Yerli baxış protokolundan görünür ki, məhkəmə tərəfindən mübahisəli ünvana baxış keçirilmiş və işlək vəziyyətdə avtoyuma məntəqəsi aşkar edilməmişdir. Cavabdehin jaluz darvazası bağlı olduğundan içəri daxil olmaq mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın predmeti – ünvan 4 ünvanında yerləşən və cavabdeh tərəfindən inşa edilərək istismar olunan avtoyuma məntəqəsinin sökülməsi tələbi olmuşdur. İddiaçı bu tikilinin və onun fəaliyyəti nəticəsində yaranmış səs-küy, antisanitariya, texniki təhlükəsizlik və hüquqi sənədlərin olmaması kimi halların onun mülkiyyət hüququna, sağlam mühitdə yaşamaq və dinc istirahət hüquqlarına müdaxilə etdiyini iddia etmişdir. İddiaçının təqdim etdiyi izahat və sənədlərdən, eləcə də məhkəmə tərəfindən keçirilmiş araşdırmalardan görünür ki, cavabdeh tərəfindən bir müddət əvvəl qeyd olunan ünvanda ictimai iaşə obyekti kimi fəaliyyət göstərən avtoyuma məntəqəsi tikilmiş və istismara verilmişdir. Lakin iş üzrə mövcud sübutlar və məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş izahat əsasında müəyyən olunmuşdur ki, hal-hazırda həmin obyekt fəaliyyət göstərmir, digər şəxslərə narahatlıq yaratmır və bu obyektin fəaliyyəti 3 aydan artıqdır ki, dayandırılıb. Eyni zamanda məhkəmənin yerində müayinə zamanı da avtoyuma məntəqəsinin olmadığı, fəaliyyət göstərmədiyi müəyyən edildi. Göründüyü kimi, iddiaçı tərəfindən əsas gətirilən Azərbaycan Respublikasının Konstitusiyasından və müvafiq qanunvericilikdən irəli gələn mülkiyyət hüququ, dinc istirahət hüququ, təhlükəsiz yaşamaq hüququ kimi hüquqlarının pozulması iddiası hazırkı vəziyyətdə mövcud deyildir. Belə ki, cavabdehin avtoyuma məntəqəsi artıq fəaliyyətdən çıxarılmış və onun istismarı nəticəsində iddiaçının hüquqlarına hər hansı real, davamlı və konkret müdaxilə faktiki olaraq yaranmamışdır. Buna görə də, vətəndaşın Konstitusiya ilə təmin olunmuş mülkiyyət və digər fundamental hüquqlarının pozulduğunu iddia etmək üçün əsaslar mövcud deyil. Qanunvericilikdə və məhkəmə praktikasında hüquq pozuntusunun mövcudluğu üçün həmin pozuntunun aktual, davamlı və real olması tələb olunur. Lakin hazırkı iş üzrə mövcud olan vəziyyətə əsasən, cavabdehin fəaliyyəti artıq dayandırıldığından və mülkiyyət hüququ ilə bağlı hər hansı zərərverici təsir faktiki olaraq aradan qalxdığından, iddiaçı hüquqlarının pozulduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməklə müəyyən etmişdir ki, iddiaçının irəli sürdüyü hüquq pozuntusu faktiki olaraq aradan qalxmışdır, yəni, obyektin fəaliyyəti dayandırıldığından, iddianın predmeti olan pozuntu halı mövcud deyil. Bundan əlavə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar və iş üzrə toplanmış materiallar əsasında qərar qəbul edə bilər. İddiaçının təqdim etdiyi materiallar və sübutlar, hal-hazırda obyektin fəaliyyətdə olduğuna və onun konkret olaraq yaşayış şəraitinə hazırkı anda real və davam edən təhlükə və ya zərər yaratdığına dair inandırıcı və hüquqi baxımdan əsaslı dəlillərlə təmin olunmamışdır. Qanunvericilikdə mülki hüquqların müdafiəsi yalnız pozuntu baş verdikdə və ya pozulma təhlükəsi real və aktual olduqda mümkündür. Lakin bu halda pozuntu faktiki olaraq aradan qalxdığından və obyektin fəaliyyəti artıq həyata keçirilmədiyindən, həmin iddianın təmin edilməsi hüquqi məqsədəuyğunluq baxımından da əsassız hesab olunur. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarında təsbit olunmuş mülkiyyət hüququnun müdafiəsi ilə yanaşı, mülkiyyət hüququndan istifadə zamanı digər şəxslərin hüquq və mənafelərinin qorunması da hüquqi balans prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən bu balans nəzərə alınaraq müəyyən edilmişdir ki, cavabdehin fəaliyyəti hal-hazırda baş vermədiyindən, bu fəaliyyətin hüquqi nəticələrinin aradan qaldırılması (məsələn, tikilinin sökülməsi) artıq zəruri deyil və iddialı müdaxilə kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunan sübutlar əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş avtoyuma məntəqəsi artıq fəaliyyət göstərmir və iddiaçının göstərdiyi narahatlıqların aktual hüquqi əsası yoxdur. Bu səbəbdən, iddianın təmin olunması üçün hüquqi əsaslar mövcud deyil və iddia rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100,0 manat məbləğində pul İddiaçı alınaraq X1 hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100,0 (yüz) manat İddiaçı tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar