Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1426/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı mənzilin həbsdən azad olunması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Yayon Məhkəməsinin 2(004)-570/2020-023 nömrəli icra sənədi üzrə tələbin yönəldildiyi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin həbsdən azad edilməsi və həmin fərdi yaşayış evinin bazar qiyməti ilə satışı həyata keçirilərək əldə edilən məbləğin kreditor - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-570/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X5, X1, X3, X7, X6 və İddiaçı müştərək qaydada 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 45.206,05 ABŞ dolları faiz borcu, 1.500 ABŞ dolları cərimə olmaqla, cəmi 199.314,98 ABŞ dollarının, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 7.278,90 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 19.796,97 ABŞ dollarının, ümumilikdə 219.111,95 (iki yüz on doqquz min bir yüz on bir dollar doxsan beş sent) ABŞ dollarının (ödəniş günü, ödəniş yerinin məzənnəsinə uyğun olaraq manatla) məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 60 (altmış) manat xidmət haqqının tutularaq Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, tutmanın ilkin satış qiyməti 100000 (bir yüz min) manat müəyyən edilməklə X2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 140.000 (bir yüz qırx min) manat müəyyən edilməklə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, ilkin satış qiyməti 62.000 (altmış iki min) manat müəyyən edilməklə X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X5, X1, X3, X7, X6 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra X2 Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evindən və X4 Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilindən çıxarılması və ipoteka predmetlərinin boşaldılması qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yefləşən 61 saylı fərdi yaşayış evə dair tərəflər arasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli ünvandan çıxarılması və ipoteka predmetinin boşaldılmasına dair tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmış və qanuni qüvvəyə minmişdir. Hazırkı iddia həmin evin həbsdən azad edilməsi olmaqla, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırki tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, iş artıq icra icraatında olduğu üçün həbsdən çıxarılma və s. tələbi ilə bağlı şəxs şikayətlə icra icraatı qaydasında müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı mənzilin həbsdən azad olunması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1426/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1426/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver