Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1449/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Ücüncü şəxs şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evinin 160.9 kv.m olan hissəsinə və evin yerləşdiyi 0,0582 hektar torpaq sahəsinin 2/1 hissəsinə mülkiyyət hüququnun tanınması və 2/1 hissəsinin naturada ayrılaraq istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə xx.xx.2005-ci ildə rəsmi nikahdan keçməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2007-ci ildə Ayan adlı qızları doğulmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evini əldə etmişlər. xx.xx.2021-ci ildə nikahları məhkəmə qaydasında pozulmuş və xx.xx.2021-ci ildə boşanma haqqında şəhadətnamə almışlar. Birgə nikah dövründə əldə etdikləri evin aralarında bölünməsini təklif etmişdir. Cavabdeh hər dəfə vaxt istəmişdir. Lakin faktiki olaraq vədinə əməl etməmişdir. Düşünür ki, cavabdeh vaxt qazanmaq istəmişdir. Belə ki, nikahın pozulmasından sonra 3 il ərzində əmlak tələbi ilə iddia qaldıra bilər. Vaxt ötür, mübahisə həll olunmamış qalır. Mübahisənin predmetinin birgə nikah dövründə əldə olunması 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022- ci il tarixli, **********92 saylı məktubu ilə təstiq olunur. Həmin sənəddən də görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı Bağ evi xx.xx.2018-ci ildə əldə edilmişdir. İşə baxılması zamanı iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə müraciət edərək Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 30M saylı bağ evinin 160.9 kv.m olan hissəsinə və evin yerləşdiyi 0,0582 hektar torpaq sahəsinin 2/1 hissəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin işə baxılması zamanı "xxxx" ASC cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, mübahisə predmetinə daxil olan əmlakın "xxxx" ASC-də ipotekaya qoyulması və Cavabdeh "xxxx" ASC-yə olan borcun həmin əmlaka yönəldilməsi barədə məhkəmə qətnaməsinin mövcudluğu daşınmaz əmlakın birgə nikah dövründə əldə edilməsinin müəyyən edilməməsi üçün əsas ola bilməz. Belə ki, daşınmaz əmlakın birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında ücüncü şəxs şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh ümumilikdə 102983,64 manat borcun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m ümumi sahədən ibarət 30M saylı bağ evinə yönəldilməsi həmin bağ evinin açıq hərracdan satılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m ümumi sahədən ibarət 30M saylı bağ evinin "xxxx" ASC-də ipotekaya qoyulması ilə bağlı məlumatı olmuş və bu barədə razılıq vermişdir. Ona görə də iddianın əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh bildiriş göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -AZ-İ seriyalı, 208951 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2005-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. -AZ-İ seriyalı, 890451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflrin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X2 doğulmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160.9 kv.m olan bağ evi və 0.0582 hektar torpaq sahəsi Bakı şəhəri 46 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş 4Ə-582 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. -AZ-İ seriyalı, 385621 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha Xəzər Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2021-ci ildə xitam verilmiş, nikah pozulduqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş seriya RX, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun surətlərindən görünür ki, ünvan 1 (160.9 kv.m yaşayış evi və 0.0582 ha torpaq sahəsi) xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin bağ evi Cavabdeh tərəfindən 3-G1-2-0-705-18 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Qeyd olunan müqavilə satıcı X1, ipoteka saxlayan "xxxx" İKB ASC və alıcı (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış və həmin müqaviləyə əsasən daşınmaz əmlakın dəyəri 182000 manat olmaqla 63000 manat hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 119 manat məbləğində hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2018-ci il tarixli 3-G1-2-0-705-18 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-48/2023 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbi qismən təmin edilərək Cavabdeh ilə "xxxx" İKB ASC ("xxxx" ASC) arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 3-G1-2-0- 705-18 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 79454,49 manat, əsas borca hesablanmış faiz borcu 20259,15 manat, cərimə 3200,0 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 102983,64 (yüz iki min doqquz səksən üç, altmış dörd qəpik) manatın tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə yönəldilməsi, bağ evinin ilkin satış qiyməti 214000,0 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin "xxxx" ASC-yə olan borcun qaytarılmasına ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 160.9 kv.m. ümumi sahədən ibarət 30 “M” saylı bağ evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh həmin mənzildən çıxarılması və evin boşaldılması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4293/2023 saylı qətnaməsinə əsasən "xxxx" ASC və maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-48/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə müəyyən edilir ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, xx.xx.2021-ci il tarixdə aralarında olan nikah pozulmuşdur. Mübahisə predmetinə daxil olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evi (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) birgə nikah dövründə, yəni xx.xx.2018-ci il tarixdə 3-G1-2-0-705-18 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında əldə edilmişdir. Həmçinin müəyyən olunur ki, mübahisə predmeti olan daşınmaz "xxxx" ASC qarşısında Cavabdeh tərəfindən ipotekaya qoyulmaqla əldə edildiyindən və Cavabdeh "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəmə qətnaməsi əsasında ondan tutulmalı olan borcun həmin daşınmaz əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. İşin müəyyən edilmiş hallarını və qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evi (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) iş üzrə tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, tərəflərin birgə nikah müddətində əldə etdikləri əmlak olan göstərilən bağ evinə onların hər birinin payı bərabər hesab edilməlidir. Eyni zamanda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evinin (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsinin) "xxxx" ASC qarşında ipotekaya qoyulması və məhkəmə qətnaməsi əsasında Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı olan borcun həmin daşınmaz əmlaka yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması məsələlərinə məhkəmə qiymət verərək qeyd edir ki, həmin məsələlər bağ evinə (birgə nikah dövründə əldə edilmiş əmlaka) dair iddiaçının payının müəyyən edilməsini istisna etmir. Belə ki, həmin əmlak birgə nikah dövründə əldə edildiyindən tərəflərin ümumi birgə mülkiyyəti hesab edilir ki, həmin əmlakın ipoteka predmeti olması və digər mülkiyyətçinin borcunun ödənilməsi məqsədilə açıq hərracdan satılması ilə bağlı məhkəmə qətnaməsinin mövcudluğu əsasında iddiaçının payının müəyyən edilməməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozulması ilə nəticələnər. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evə (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) dair İddiaçı ½ hissədə mülkiyyət hüququ müəyyən edilməlidir. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evinin gələcəkdə açıq hərracda satılması ilə bağlı anlaşılmazlığın yarana biləcək ehtimalını nəzərə alaraq izah etməyi zəruri hesab edərək qeyd edir ki, həmin əmlak İddiaçı və Cavabdeh tərəfindən ümumi mülkiyyət kimi əldə edilməklə, eyni zamanda "xxxx" İKB ASC ("xxxx" ASC) qarşısında Cavabdeh 24 dekabr 2018-ci il tarixli, 3-G1-2-0- 705-18 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün ipoteka predmeti olmaqla borcun ödənilməsi üçün təminat üsulu olmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evi satıldığı zaman iddiaçının satın almaq üstünlüyü nəzərə alınmalı, satıldığı zaman isə əldə edilmiş məbləğ borca ödənildikdən və hərracda satılması ilə bağlı digər məcburi ödənişlər çıxıldıqdan sonra qalıq qaldığı təqdirdə həmin vəsait payçılar arasında, yəni İddiaçı və Cavabdeh arasında bərabər şəkildə bölünməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 30 M saylı bağ evə (160.9 kv.m olan yaşayış evi və 0.0582 ha olan torpaq sahəsi) dair İddiaçı ½ hissədə mülkiyyət hüququ müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1449/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1449/2023
04.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver