Məhkəmə qərarları › İş №e-2(003)-1475/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1475/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1475/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X6, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Cavabdeh2 qarşı sərəncamın ləğv edilməsi və uşağın alınaraq ona verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri, Cavabdeh1nə və Cavabdeh2 qarşı sərəncamın ləğv edilməsi və uşağın alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Cavabdeh1 100 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamının ləğv edilməsi və azyaşlı uşağı xx.xx.2021-ci il təvəllüdlü X2 Cavabdeh2 alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Telli X1 ilə qeyri-rəsmi nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 adlı bir övladı olmuşdur. Uşağın atası Qardaşxan Əhmədli xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Atalıq Lənkəran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli şəhadətnaməsi ilə müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, uşaq onun himayəsində ola-ola, onun məlumatı və razılığı olmadan qaynatası Cavabdeh2 Cavabdeh1nə müraciət edərək guya onun ölkə ərazisində olmamağı, uşağa onun baxması barədə düzgün olmayan məlumat verməklə uşağın qəyyumu təyin olunmasını xahiş etmişdir. Cavabdeh orqan da, onun yalan məlumatlarını araşdırmadan, 100 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə onu uşağın üzərində qəyyum təyin etmişdir. Qaynatası da bu sərəncamı əldə etdikdən sonra uşağı onun əlindən almış və onu ana qayğısına ehtiyacı olan körpə balasından məhrum etmişdir. Halbuki cavabdeh orqan Dövlət Sərhəd Xidmətinə sorğu vermiş olsaydı onun ölkə ərazisində olduğunu müəyyən edə bilərdi. Bundan əlavə, qaynatasının evinə baxış keçirib yaşayış şəraiti ilə maraqlanmış olsaydı onun da həmin evdə uşaqla birgə yaşadığını görmüş olardı. Cavabdeh orqana müraciət edərək Sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin surətlərini əldə etdikdən sonra məlum olmuşdur ki, cavabdeh orqan heç bir araşdırma aparmadan Cavabdeh2 sadə ərizəsinə və yaşayış yerindən arayışına əsasən onun uşaq üzərində qəyyum təyin edilməsi barədə müsbət qərar vermiş, bütün həqiqəti diqqətinə çatdırmağına baxmayaraq, sərəncamın ləğv edilməsi barədə müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina edərək ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Halbuki bu tövsiyəni həmin vaxt qəyyum təyin edilməni xahiş edən şəxsə qarşı etməli idi. Həm də onun müraciətindən imtina edilməsi üçün hər hansı bir səbəb göstərmədən əsaslandırılmamış imtina vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Mülki Məcəllənin 33.3-cü maddəsində qeyd edilən əsaslardan heç biri mövcud olmadığı üçün hesab edir ki, Bakı şəhəri, Cavabdeh1 100 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamının ləğv edilməli və azyaşlı uşağı - xx.xx.2021-ci il təvəllüdlü X5 Cavabdeh2 alınaraq onun himayəsinə verilməlidir. Uşağın cəmi 2 yaşı var. Onun ana qayğısına ehtiyacı var. Uşağın anası ola-ola onun babasının qəyyumluğunda olması üçün heç bir əsas yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, uşağının qəyyumluğa verilməsi barədə məlumatı olmamışdır. Belə ki, o, əri öləndən sonra qaynatası Cavabdeh2la bir evdə yaşamış və 4-5 ay əvvəl uşağının qəyyumluğa verilməsini bilmişdir. Bundan sonra aralarında mübahisə baş vermiş və o, evi tərk etmişdir. Hazırda valideynləri ilə birlikdə Xəzər rayonu Binə qəsəbəsində yerləşən evdə yaşayır. Uşağını isə ona vermirlər. Hazırda onun uşağına baldızı baxır. İzahatında həmçinin bildirdi ki, əri şəhid olan zaman bu barədə də ona deyilməmiş, sadəcə ərinin yaralandığını bildirmişlər. Ərini gətirdikləri günü o evdən çölə çıxan zaman tabutu görmüş və ərinin öldüyü baş düşdükdə özünü pis hiss etmişdir. Həmin zaman hamilə olmuşdur. Bundan sonra səhətində problemlər yaranmış və o, bir müddət müalicə olmuşdur. O, son 4-5 aya kimi əri ilə birgə yaşadıqları evdə qaynatası Cavabdeh2la birlikdə yaşamış, uşağına özü baxmışdır. Sonrada isə Cavabdeh2 uşağına qəyyum təyin olunmasını bilmişdir. O, əvvəllər Gürcüstan Respublikasının vətəndaşı olmuş, lakin uşağa qəyyum təyin edilən vaxtı Azərbaycan Respublikasında olmuş və qaynatası ilə bir evdə yaşamışdır. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, uşağı qəyyumluğa verilməsi barədə Cavabdeh1 sərəncamı mülki qanunvericiliyin tələblərinə uyğun qaydada verilməmiş, uşağın qəyyumluğa verilməsinə heç bir əsas olmamışdır. Şəhid ailəsi kimi Cavabdeh2 hörmət olunaraq uşağın qəyyumu təyin edilmişdir. Hazırda uşağın ana qayğısına ehtiyacı vardır. İddiaçı uşağın ona verilməsi barədə Cavabdeh2 müraciət etmiş, lakin onun qarşısından müəyyən şərtlər qoyulmuşdur. İddiaçıya bildirilmişdir ki, onlarla yaşasın. O isə gəncdir və gələcəyi qarşıdadır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi X9 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Cavabdeh2 müraciəti əsasında xx.xx.2021-ci il təvəllüdlü Əhmədli Qardaşxan qızının üzərində qəyyum təyin olunması haqqında sərəncam verilmişdir. Cavabdeh2 müraciətində bildirmişdir ki, onun oğlu şəhid olmamışdan əvvəl İddiaçı ilə olan qeyri-rəsmi nikahından oğlunun uşağı olmuşdur. İddiaçı uşağı onların himayəsində qoymuş, özü isə Gürcüstan Respublikasına getmişdir. Bu səbəbdən həmin sərəncam verilmişdir. Həmçinin izahatında bildirdi ki, sərəncamın verildiyi vaxtı “Covid-19” pandemiyası ilə bağlı karantin dövrü olduğundan qəyyumluq və himayəçilik komissiyasının tam qaydada keçirilməsi mümkün olmadığından lazımi araşdırma da aparılmamışdır. Cavabdeh2 uşağın anasının Gürcüstan Respublikası vətəndaşı olması və həmin vaxtı Gürcüstan Respublikasında olduğunu bildirdiyindən uşağının anasının kim olması, harada olması barədə məsələlər araşdırılmamış, uşağın manafeləri nəzərə alınaraq qəyyum təyin edilmişdir. Əlavə olaraq iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, İddiaçı, şəhid olmuş oğlunun arvadı olmuşdur. Oğlu şəhid olandan sonra İddiaçı səhhətində problemlər yaranmışdır. O, İddiaçı və uşağın Azərbaycan Respublikası vətəndaşlığının alınmasında bütün sənədləşdirmə işlərini görmüş və bunun üçün xərc çəkmişdir. Uşağa isə öz uşağı kimi baxır və bütün tələbatlarını ödəyir. O, uşaqla nəfəs alır və uşaq oğlunun yadigarıdır. Ona görədə iddianın təmin edilməməsini xahiş edir. İzahatında həmçinin bildirdi ki, oğlu şəhid olduqdan sonra İddiaçı onlarla yaşamışdır. O, uşağa qəyyum təyin olunan vaxtı İddiaçı vəziyyəti pis olduğundan xəstəxanada olmuşdur. Ona görə də qəyyumluq komissiyasına uşağın anasının Azərbaycan Respublikasında olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, İddiaçı səhhətində, yəni psixoloji durumunda problemlər var və bu səbəbdən iddianı əsassız hesab edir. Ona görə hesab edir ki, iddiaçı uşağı saxlamaq iqtidarında deyil. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın, AZ-İV seriyalı 592900 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2021-ci ildə Bakı şəhərində doğulmuş X2 atası X7, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 404881 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7, xx.xx.2021-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 148103 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamından görünür ki, Cavabdeh2, azyaşlı nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Cavabdeh1 Başçısının xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçının ərizəsinə icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasında baxılmış və azyaşlı X2 üzərində 2021-ci ildə müəyyən edilmiş qəyyumluq sərəncamının ləğvi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunan sərəncamın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsinə dair məhkəmə sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri, Cavabdeh1 Başçısının xx.xx.2023-cü il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin olunmasına əsas olan sənədlər - Cavabdeh2 ərizəsindən, yaşayış yerinə dair arayışdan, uşağın doğum haqqında şəhadətnaməsindən, Cavabdeh2 nikahın bağlanması haqqında şəhadətnaməsindən, X4 ölüm haqqında şəhadətnaməsindən, atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən və Cavabdeh2 şəhid ailəsi üzvü olmasına dair vəsiqədən ibarət olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5, İddiaçı, Cavabdeh2 mərhum oğlu, X7 ilə olan qeyri-rəsmi münasibətlərindən doğulmuşdur. Uşaq doğulduqdan sonra anası, İddiaçı ilə birlikdə Cavabdeh2 yaşadığı evdə sonuncu ilə birgə yaşamışlar. İddiaçı razılığı olmadan Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamı ilə Cavabdeh2, azyaşlı nəvəsi xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 136-cı maddəsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qəyyumluq və himayə - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qeyd olunan qanunvericilik normalarının tələblərindən görünür ki, yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Qəyyumluq və himayə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayan fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Hazırki iş üzrə xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində qəyyumluq təyin edilməsi məsələsini araşdıraraq məhkəmə hesab edir ki, onun üzərində qəyyumluq müəyyən edilməsinə zərurət olmamış və bu barədə qəbul edilmiş Bakı şəhəri, Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamı əsassızdır. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2021-ci il təvəllüdlü X2 anası var (iddiaçı), ana hər hansı bir səbəblərə görə valideynlik hüquqlarından məhrum edilməmişdir. Uşaq, üzərində qəyyum təyin edildiyi vaxtı anasının (iddiaçının) himayəsində olmuşdur. Həmçinin uşağın üzərində qəyyum təyin edilən zaman onun valideyn himayəsindən məhrum olması, anasının uşağının saxlanılmasında imtina etməsi və sairə bu kimi hallar mövcud deyildir, və bu barədə Bakı şəhəri Cavabdeh1 Başçısının Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən zəruri araşdırma aparılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində Cavabdeh2 qəyyum təyin olunması haqqında Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamı əsassız olduğundan ləğv olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X5, Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 63.1 və 63.2-ci maddələrinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Qeyd olunan qanunvericlikdə nəzərdə tutulmuş halları, yəni valideynin istəyinə zidd olaraq uşağı ondan ayırmağın (bunun üçün zəruri hallar olmadıqda) qanunsuz olmasını, uşağın öz valideynini tanımaq, onunla birgə yaşamaq, öz valideyni tərəfindən tərbiyə almaq və sairə hüquqlarının olmasını, eyni zamanda valideynin də öz uşağı ilə yaşamaq, onun qayğısına qalmaq, uşağının tərbiyyə, təhsil və sairə məsələlərində iştirak etmək, uşağının yaşayış yerini seçmək hüquqlarının olmasını, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X2, müvafiq əsaslar olmadan üzərində Cavabdeh2 qəyyum təyin edilməsini, qəyyumluq ləğv olunduqdan sonra onun Cavabdeh2 yanında qalmasına əsasların olmamasını, iddiaçıya, yəni anasına verilməsi (qaytarılması) məsələsinin onun marağına zidd olmamasını, bunun üçün zəruri halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X5 Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Əlavə olaraq məhkəmə, İddiaçı psixi durumu ilə bağlı uşağının ona verilməsinin məqsədə müvafiq olmaması ilə bağlı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı uşağının atasının şəhid olması barədə məlumatı öyrəndikdən sonra onun səhətində problemlərin baş verməsi və bu problemlərə görə müalicə alması, onun valideynlik hüququndan məhrum olmasına və ya valideynlik hüququnun məhdudlaşdırılmasına əsas vermir. Eyni zamanda bu dəlili irəli sürməklə hazırda da iddiaçının psixi durumunda uşağının manəfelərinə zidd olacaq halların olması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə bu dəlili əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il təvəllüdlü X2 üzərində Cavabdeh2 qəyyum təyin olunması haqqında Bakı şəhəri Cavabdeh1 Başçısının xx.xx.2021-ci il tarixli, 100 nömrəli sərəncamı ləğv olunsun. xx.xx.2021-ci il təvəllüdlü X5 Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar