Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1477/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu Fuad Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun başlanması barədə bildirşlərin, xx.xx.2022-ci il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə bildirişin və xx.xx.2023-cü il tarixli notarius tərəfindən icra qeydinin aparılması barədə icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair e-2(003)-1477/2023 saylı mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair e-2(006)-1664/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, icraatda İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə və üçüncü şəxs "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğvi” tələbinə dair e- 2(003)-1477/2023 saylı mülki iş vardır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğvi” tələbinə dair e-2(006)-1664/2023 saylı mülki iş vardır. Qeyd olunan iş xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı xx.xx.2023-cü tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və notariusun icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurana başlanıldığı bildirilmişdir. Daha sonra isə həmin bildirişlər əsasında notariusun icra qeydi üçün müraciət olunmuş və 8İ-978 reyestr nömrəli icra qeydi verilmişdir. Hazırda İddiaçı yuxarıda qeyd olunan icra qeydinin verilməsi üçün əsas olan xx.xx.2023-cü il tarixli bildirişi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində mübahisələndirir. İddiaçı xx.xx.2023-cü il tarixli bildirişin ləğv edilməsinə dair iddia həcminin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə vermişdir. xx.xx.2023-cü il tarixli bildiriş icra qeydinin verilməsinə əsas olduğundan icraatda olan iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan digər işlə əlaqəlidir və həmin işin nəticəsinin icraatda olan hazırki işin nəticəsinə də birbaşa təsiri var. Məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi X1 Sübhan Çingiz oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1664/2023 saylı mülki işin olduğunu bildirmiş və hazırki işin ona birləşdirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğv edilməsi” tələbinə dair e-2(006)-1664/2023 saylı mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır və hazırki e-2(003)-1477/2023 saylı mülki iş üzrə mübahisə predmeti ilə əlaqəlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan e-2(006)-1664/2023 saylı mülki işlə e-2(003)-1477/2023 saylı mülki işlərin biri biri ilə bağlı tələb olmasını, yəni eyni növlü tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Məhkəmə bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC və Bakı şəhəri Xəzər rayon İcra şöbəsi) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair e-2(003)-1477/2023 saylı mülki iş, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin ləğv edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-1664/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşdirilmiş icraatda e-2(006)-1664/2023 nömrəsi saxlanılmaqla hazırkı e-2(003)- 1477/2023 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinə (üçüncü şəxs "xxxx" ASC və Xəzər rayon İcra şöbəsi) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki iş birləşdirilib aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-1477/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1477/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver