Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-149/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər İsmayıl Nazim oğluna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:- İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 42 saylı evin yerləşdiyi torpaq sahəsində Cavabdeh adına 0,05 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və cavabdehin adına olan ********** qeydiyyat №-li 0,05 ha torpaq sahəsinə çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli e-2(003)-1334/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi qismən təmin edilmiş; - 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 41 saylıev və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X9 adına verilmiş 27 aprel 2021- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin ev və torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat №-li 30 aprel 2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi; - Cavabdeh X27 ilə Cavabdeh arasında Bakışəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanılmış 16 iyun 2021-ci il tarixli daşınmazəmlakın bağlanmasına dair müqavilənin etibarsız hesab edilməsi; - Cavabdeh adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat №-li 25 iyun 2021-ci il tarixliçıxarışın etibarsız hesab edilməsi; - Cavabdeh X9 adına verilmiş ********** qeydiyyat №-li 08 iyul 2021-ci il tarixli, 0,0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi; - İddiaçılar X3 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı ev əvə həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüququ tanınaraq ½ hissədə payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh ilə X28 arasında bağlanmış 28 yanvar 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsinin ümumimiras əmlakdan çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli, 2(103)-6713/2022 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(003)-1334/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etdikləri qətnamədən tərəflər kassasiya şikayəti verməmiş və həmin mülki iş üzrə qətnamənin icrası ilə bağlı müvafiq icra vərəqələri məhkəmə tərəfindən qəbul edilmiş və icraya yönəldilmişdir. Bundan sonra işin icrası ilə bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisinin notariusu tərəfindən mirasqoyan X11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 ünvanında yerləşən əmlaka çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmiş, mirasqoyanın adına olan əmlaka dair çıxarışın verilməsi mümkün olmamışdır, ona görə ki, əmlakın üzərində məhkəmə qərardadı əsasında “həbs və qadağalar” mövcud idi. Bundan sonra həmin əmlakın üzərindən “həbs və qadağalar”ın ləğv olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmiş, ərizələr təmin edilmiş, məhkəmə tərəfindən müvafiq qərardadlar qəbul edilmiş, həmin qərardadlar qanuni qüvvəsini alandan sonra, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin notarius tərəfindən verilmiş məktubun icrası mümkün olmamışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi məlumata görə, “Cavabdeh tərəfindən ********** qediyyat №-li 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsi özgninkiləşdirildikdən sonra X10 ********** qeydiyyat №-li, Cavabdeh isə ********** qeydiyyat №-li çıxarış hazırlanmışdır. Lakin Cavabdeh mülkiyyətində olan ********** qeydiyyat №-li 0,05 ha torpaq sahəsinə müvafiq icra vərəqəsində münasibət bildirimədiyindən icra sənədinin icrasında müəyyən çətinliklər yaranmış və bu səbəbdən izah verilməsini zəruri etmişdir.” Bildirirlər ki, yuxarıda qeyd olunan mülki iş üzrə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğular göndərilmiş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarə tərəfindən verdiyi məktublarda da və göndərdiyi sənədlərdə Cavabdeh adına ********** qeydiyyat №-li 0,05 ha torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı məlumat verilməmişdir. Eyni zamanda, məhkəməyə təqdim olunmuş notariat işlərində və məktublarda cavabdehin adına 0,05 ha torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı məlumat verilməmişdir. Bundan başqa, məhkəmə artıq mübahisəli olan torpaq sahəsinin və evin X9 adına olan qanun üzrə vərəsəlik şəhadətnaməsinə və çıxarışa, bundan sonraki əqdlərə, yəni X2 İsmayıl Nazim oğlu arasında bağlanılan 0,09 ha torpaq sahəsinə dair bağışlama müqaviləsinə və çıxarışa münasibət bildirmiş, bununla bağlı qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Hesab edirlər ki, yuxarıda göstərilən əqdlər və çıxarışlar etibarsız hesab olunduğundan, qanuni qüvvəyə minmiş qətnamə mövcüd olduğu üçün və iddaçıların mübahisəli evə və torpaq sahəsinə tam payda vərəsəlik hüququ tanındığından Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evin Cavabdeh adına olan ********** qeydiyyat №-li 0,05 ha torpaq sahəsinə dair çıxarış etibarsız hesab edilməlidir. Beləliklə, yuxarıda göstərildikləri kimi X27 ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanılmış 16 iyun 2021-ci il tarixli daşınmaz əmlakın bağlanması bağışlama müqaviləsi etibarsız hesab olunduğundan, Cavabdeh adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat №-li 25 iyun 2021-ci il tarixli çıxarış etibarsız hesab edildiyindən həmin ünvanda yerləşən Cavabdeh adına olan ********** qeydiyyat №-li 0,05 ha torpaq sahəsinə dair aparılan qeyd və çıxarış etibarsız hesab edilməlidir. Proses iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirdmişdir ki, hazır ki,ləğv olunmasını xahiş etdiyi çıxarışın mövcudluğundan onların xəbəri olmamışdır. İddiaçılar X12, İddiaçı2 və onların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. İddiaçılar X4 və İddiaçı2 nümayəndəsi və vəkilləri Nümayəndə məhkəmnəyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia tələblərini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X9 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X27 ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X9 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə paylarının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsinin ümumi mirasın əmlakdan çıxılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6713/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh tərəfindən ********** qeydiyyat nömrəli 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsi özgəninkiləşdirildikdən sonra X10 ********** qeydiyyat nömrəli, Cavabdeh isə ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. Lakin Cavabdeh mülkiyyətində olan ********** aevdiwat nömrəli 0.05 ha torpaq sahəsinə müvafiq icra vərəqəsində münasibət bildirilmədiyindən icra sənədinin icrasında müəwən çətinliklər yaranmış və bu səbəbdən izah verilməsini zəruri etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh aid məlumat pəncərəsindən görünür ki, ********** qeydiyyat nömrə çıxarışa əsasən Cavabdeh adına ünvan 2 sahə ünvanında 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsindən görünür ki: -Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X21 20 may 1970-ci il tarixdə, X19 17 noyabr 1989-cu il tarixdə, X13 16 dekabr 1994-cü il tarixdə, X22 31 iyul 1999-cu il tarixdə, X29 13 iyul 2012-ci il tarixdə, X23 28 aprel 2013-cü il tarixdə, X14 09 noyabr 2011-ci il tarixdə ölmüşdürlər. -Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası X30, anası X19 olan X17 xx.xx.1945-ci ildə, X24 xx.xx.1947-ci ildə, X15 xx.xx.1950-ci ildə və X25 xx.xx.1965-ci ildə doğulmuşdurlar. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X22, anası X16 olan X32 xx.xx.1962-ci ildə doğulmuşdur. -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X6 01 avqust 1998ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Adıgözəlova soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X29, anası İddiaçı1 olan X18 xx.xx.1999-cu ildə doğulmuşdur. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 (0,111930 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyatdan keçmişdir. -xx.xx.2021-ci il tarixli Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə vəfat etmiş- X5 vərəsələri: oğlu X22, lakin onun xx.xx.1999-cu il tarixdə ölməsi ilə əlaqədar Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında qeydiyyatda olan nəvəsi X27 o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X11 verilmiş **********35-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv/metr olan fərdi yaşayış evindən mülkiyyətdə olan 0,111930 ha torpaq sahəsindən ibarətdir. -Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X27 Bakı şəhəri, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 ünvanında yerləşən ümumi sahəsi 0,11193 ha torpaq sahəsinin 0,04 ha hissəsini oğlu Cavabdeh bağışlamışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42F saylı sahə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42 (0,0219 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsini X10 15000 manata satmışdır. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42E saylı sahə xüsusi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyatdan keçmişdir. - Məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 42F saylı sahə (0,05 ha) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddənin İ hissəsi - İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cü maddənin İİİ hissəsi - Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 148.2.daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2.əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 329.1. əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilən işin faktiki halları ondan ibarətdir ki, 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsi cavabdeh X9 adına 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh X27 ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Cavabdeh ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış əldə etmişdir. Cavabdeh X27 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarış verilmişdir. Bundan sonra iddiaçılar yuxarıda qeyd olunan çıxarışları və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirmişdirlər. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1334/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, sözügedən çıxarışlar və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmçinin qətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə payları müəyyən edilmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsinin ümumi mirasın əmlakdan çıxılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(003)-1334/2022 saylı qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh X27 notariat orqanına müraciət edərkən vərəsələrin dairəsini nəzərdə tutan ərizəsini qanunla nəzərdə tutulan formada, yəni digər vərəsələrin olması barədə məlumatı verməmiş, nəticədə notarius da həmin vərəsələrin çağrılması üçün zəruri hərəkətlər etməyərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir ki, bununla da iddiaçıların həmin əmlakdan pay almaq hüququ pozulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X9 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız sayılmalıdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayıldığından, onun əsasında X9 adına mübahisəli evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindəaparılan qeyd və çıxarış da etibarsız sayılmalıdır. Etibarsız əqd hüquqi nəticələr yaratmadığından, o cümlədən cavabdeh X9 həmin əmlak barədə sərəncam vermək hüququnun əmələ gəlməsi nəticələrinə, həmçinin mülkiyyətçi hüququnun yaranmasına səbəb olmadığından, bununla da cavabdehin həmin əmlak üzərində sərəncam vermək hüququ olmadığından həmin əqd buna müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığından etibarsızdır. Ona görə də, X27 ilə Cavabdeh arasında olan bağışlama müqaviləsi də etibarsız hesab edilməlidir. Məhkəmənin sözügedən qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6713/2022 saylı qətnaməsi ilə təmin edilməmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1334/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1334/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Sözügedən qətnamə icra olunan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisəli ünvanda yerləşən və məhkəmə qətnaməsi ilə mübahisələndirilən 0,05 ha torpaq sahəsinə Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışın verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçılar Cavabdeh qarşı sonuncunun adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəmə müraciət etmişdirlər. Məhkəmə iddianı, mülki iş materiallarını və qanuni qüvvəyə minmiş qətnamələrinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə nəticəyə gəlmişdir ki, iddiaçıların tələbi tamamilə əsaslıdır və onlar məhkəmə müdafiəsindən istifadə edərək, pozulmuş hüquqlarının bərpa edilməsinə dair iddia tələbini irəli sürmüşdürlər. Belə ki, tərəflər arasında qanuni qüvvəyə minmiş qətnamələr ilə müəyyən edilmiş faktlar mövcuddur və hazırkı tələb preyudisial əhəmiyyət kəsb edir və yenidən araşdırılmamalıdır. Ona görə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bu baxımdan məhkəmə hesab edir ki, 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsi cavabdeh X9 adına 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış yuxarıda qeyd edillən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən ləğv edilmişdir. Hazırki iddia isə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən və çıxarışdan törəmə münasibəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi mübahisəli ünvanda yerləşən və məhkəmə qətnaməsi ilə mübahisələndirilən 0,05 ha torpaq sahəsi Cavabdeh adına ********** qeydiyyat nömrəli çıxarışın verilməsi müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X9 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X27 ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X9 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq ½ hissədə paylarının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsinin ümumi mirasın əmlakdan çıxılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarınan müəyyən olunur ki, hazırda mübahisələndirilən Cavabdeh adına ********** qeydiyyat nömrəli,xx.xx.2022-ci il tarixli çıxarış Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində Cavabdeh ilə X20 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsinin qalan 0,05 ha hissəsinə verilmiş çıxarışdır. Göründüyü kimi mübahisəli çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik şəhadətnaməsi və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(003)- 1334/2022 saylı qətnaməsi ilə 20 may 1970-ci il tarixdə vəfat etmiş X5 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X9 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X9 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X27 ilə Cavabdeh arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına verilmiş ünvan 2 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış etibarsız hesab edildiyindən, Cavabdeh adına ünvan 2 ünvanında yerləşən 0,05 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh adına ünvan 2 ünvanında yerləşən 0,05 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-149/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-149/2025
06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver