Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1527/2025 29.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi - Qanuni nümayəndə) qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (qanuni nümayəndəsi - Qanuni nümayəndə) qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilər arasında naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha paylı torpaq sahəsinin ona aid 3/6 (0.085 ha) hissəsinin naturada bölünüb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha torpaq sahəsi İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha torpaq sahəsinin 3/6 hissəsi xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı paya münasibətdə xüsusi mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsinin ona düşən hissəsinin naturada ayrılıb mülkiyyətinə verilməsi barədə cavabdehlərdən notarial qaydada razılıq ərizəsinin verilməsini xahiş etsə də, sonuncular bundan qəti şəkildə imtina etmişlər. Bu da İddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha torpaq sahəsinin 3/6 hissəsi üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
Proses iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında, cavabdehlərin onun doğma qardaşı uşaqları olduğunu, qardaşı X6 vəfat etdiyini, mübahisə predmeti olan daşınmaz əmlakın iddiaçının anası (cavabdehlərin nənəsi) X1 qaldığını, həmin əmlakın onun və qardaşının arasında 1/2 payla bölündüyünü, lakin qardaşı vəfat etdiyi üçün ona məxsus payın uşaqları (Cavabdeh2, Cavabdeh1, Cavabdeh3) arasında bölündüyünü, iddiaçı ilə onlar arasında heç bir problemin olmadığını, hətta torpağın naturada bölünməsi üçün əvvəlcə öz aralarında razılaşdıqlarını və DƏDRX tərəfindən bölgü sxeminin də tərtib olunub möhürləndiyini, ancaq cavabdehlərin sonradan ona məlum olmayan səbəbdən həmin bölgü sxemini imzalamqdan imtina etdiyini, öz torpaq sahəsini naturada ayırmaq istədiyini və bu bölgünün aparılmasının cavabdehlərin mülkiyətinə, əmlakdan istifadələrinə hər hansı müdaxilə yaratmadığını, bunun barəsində ekspertin rəyinin də mövcud olduğunu, torpağın 3/6 pay ilə vərəsəliklə ona məxsus olduğunu və həmin hissədə ev olmadığını, boş torpaq sahəsi olduğunu, cavabdehlərə məxsus yerdə isə ev olduğunu bildirmişdir. İddiaçı əlavə olaraq, qardaşı uşaqları olan cavabdehlərin doğma analarının da vəfat etdiyini, qardaşının daha sonra Qanuni nümayəndə ilə rəsmi nikaha daxil olduğunu, Qanuni nümayəndə qardaşı uşaqlarının (cavabdehlərin) üzərində qəyyum təyin edildiyini, hazırda cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatdığını, Cavabdeh1 isə hazırda yetkinlik yaşına çatmadığı üçün Qanuni nümayəndə onun qanuni nümayəndəsi olduğunu, cavabdehlərin, eləcə də Qanuni nümayəndə gah mübahisəli torpaq sahəsində yerləşən evdə, gah da başqa yerdə yaşadığını, cavabdehlərlə və Qanuni nümayəndə ilə dəfələrlə danışsa da məhkəməyə gəlməyəcəklərini bildirdiklərini qeyd etmişdir. O, həmçinin cavabdehlərin qardaşı uşaqları olmasını nəzərə alaraq, ödənilmiş dövlət rüsumunun məbləğinin ona aid edilməsinə və keçirilmiş ekspertizanın xərcinin də özü tərəfindən ödənilməsinə razı olduğunu bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin telefon vasitəsilə əlaqə saxlayaraq məhkəmə prosesinin gedişatı üzrə məlumat aldıqlarını, cavabdehlərin iştirakı ilə məhkəmə prosesinin keçirilməsini iddiaçı tərəfin də istədiyini, lakin cavabdehlərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlardan heç birinin indiyədək olan məhkəmə iclaslarında iştirak edilməməsini, iddiaçının naturada bölünməsini istədiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sübutların olmasının və naturada bölgüsünün mümkünlüyü barədə ekspert rəyinin olduğu nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və qanuni nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. 28.04.2023-cü il tarixli“Qanun üzrə vərəsəlik hüququ haqında” Şəhadətnamədən görünür ki, V-124/2018 nömrəli vərəsəlik işi üzrə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X4 miras əmlakının 1/2 hissəsinə vərəsə İddiaçıdır. Miras əmlakının digər 1/2 hissəsinə vərəsə X6 xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq, mirasın ona çatan hissəsi bərabər paylarda Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 keçmişdir.
7. Həmin şəhadətnamədən görünür ki, miras əmlak BM 002062 saylı Qeydiyyat Vəsiqəsinə əsasən mərhumə X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 332 saylı bağ evindən ibarətdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha paylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə 3/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 adına xx.xx.2023-cü il tarixində **********93 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
9. ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin DƏTİ və QT şöbəsinin müdir müavini tərəfindən imzalanaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin “texniki sənədlər üçün” möhürü ilə təsdiqlənmiş Bölgü sxemindən görünür ki, yuxarıda qeyd olunan torpaq sahəsi tərəflərin 3/6 və 1/6 paylarına uyğun mütənasib paylara bölünmüş, lakin bölgü sxemi torpaq sahəsinin paylı mülkiyyətçiləri tərəfindən imzalanmamışdır.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2906 nömrəli Məhkəmə mühəndis-texniki ekspertizasınım rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha torpaq sahəsinin faktiki vəziyyəti, yəni iki tərəfdən küçə ilə həmsərhəd olması, eləcə də, ayrı-ayrı giriş-çıxış qapılarının açılmasının mümkün olması nəzərə alınaraq, tədqiq olunan torpaq sahəsinin tərəflərin 3/6 və 1/6 paylarına uyğun olaraq, təcrid formada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və bölgü variantı rəyə əlavə edilmiş plan sxemdə göstərilmişdir.
11. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 24 nömrəli Sərəncamından görünür ki, Qanuni nümayəndə Cavabdeh1 üzərində qəyyum təyin edilmiş və onun hüquq və mənafelərin müdafiəsi Qanuni nümayəndə tapşırılmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyasının:
12. 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
13. 26-cı və 60-cı maddələrinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.
14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “MM”):
15. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
18. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
20. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
21. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
22. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Yəni ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsinin dəlillərini, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəmədə müəyyən edilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunun yoxlanılmasından ibarətdir.
26. Hazırda tərəflər arasında mübahisə ümumi müllkiyyətdə olan daşınmaz əmlakdan iddiaçının (paylı mülkiyyətçinin) ona məxsus payın naturada ayrılmasını tələb etməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan qanunvericilikdə ümumi mülkiyyətçinin ona məxsus payın ümumi mülkiyyətdən naturada ayrılması ilə bağlı müxtəlif hüquqi əsaslar nəzərdə tutulmuşdur. Hazırki tələbin qanuni əsasını isə bilavasitə Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Belə ki, həmin normanın tələbinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi məhkəmə qaydasında öz payının naturada ayrılmasını tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə “...Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”.
27. Qanunveriiciliyin tələbindən və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, hazırki tələbin qanuni həlli edilməsi üçün ilk növəbədə mübahisə predmeti olan daşınmaz əmlakın paylı mülkiyyətdə olub-olmaması və həmin əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir.
28. İşin mübahisəsiz halları ondan ibarətdir ki, hazırki mübahisə predmeti olan daşınmaz əmlak (ünvan 3 X1 miras qalmış əmlakdır, həmin əmlak vərəsəlik yolu ilə iddiaçının və cavabdehlərin mülkiyyətinə keçmiş və xüsusi (paylı) mülkiyyət hüququ ilə 3/6 hissəsi İddiaçı, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1 və 1/6 hissəsi Cavabdeh3 adına dövlət qeydiyyatına alınmışdır. Beləliklə, İddiaçı və cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha torpaq sahəsinin paylı mülkiyyətçisi olması məhkəmə iclasında araşdırılan mümkün və mötəbər sübutlarla tam təsdiq olunur. (§ 6-8) Belə olan halda, yuxarıda qeyd olunan hüquq normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə qeyd edir ki, iddiaçının paylı əmlakın mülkiyyətçisi olaraq ilk növbədə ümumi əşyadan öz payının naturada ayrılmasını tələb etmək hüququ vardır.
29. Həmin əmlakın naturada bölünməsinin mükünlüyü ilə bağlı isə məhkəmə qeyd edir ki, bu halın müəyyənləşdirilməsi üçün məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və keçirilmiş ekspertizanın rəyinə əsasən, mübahisə predmeti olan ümumi (paylı) mülkiyyətdə olan torpaq sahəsinin faktiki vəziyyəti, yəni iki tərəfdən küçə ilə həmsərhəd olması, eləcə də, ayrı-ayrı giriş-çıxış qapılarının açılmasının mümkün olması nəzərə alınaraq, tədqiq olunan torpaq sahəsindən iddiaçının paylı mülkiyyətində olan hissəsinin digər hissələrdən təcrid formada (yəni ümumi mülkiyyətdə olan əmlaka və paylı mülkiyyətçilərə zərər vurulmadan) bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və bölgü variantı rəyə əlavə edilmiş plan sxemdə göstərilmişdir. (§ 10) Məhkəmə, bu halın xüsusi bilik tələb edən məsələ olmasını və həmin rəyi şübhə altına alan hər hansı bir dəlilin olmadığını nəzərə alaraq qeyd edir ki, həmin ekspert rəyi mümkün və mötəbər sübut kimi qiymətləndirilməlidir. Habelə, hər nə qədər tərəflər imzalamış olmasa da, DƏTİ və QT şöbəsinin müdiri müavini tərəfindən imzalanaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin “texniki sənədlər üçün” möhürü ilə təsdiqlənmiş Bölgü sxemindən görünür ki, ünvan 2 (köhnə qaydalarla ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin tərəflərin paylarına uyğun bölünməsi müəyyən edilmişdir. (§ 9) Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsindən payın naturada ayrılması mümkündür.
30. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər, o cümlədən Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iştirak etməməsi, məhkəmə qarşısında duran mübahisənin həll edilməsinə mane deyildir. Belə ki, hər bir şəxsin mülkiyyət hüququ toxunulmazdır, qanunla qorunur və dövlət tərəfindən müdafiə olunur. Eləcə də hər bir şəxs ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan maneəsiz istifadə etmək və ona dair sərəncam vermək hüququdna malikdir. Digər tərəfdən də, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək, o cümlədən, özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiyi halda isə paylı mülkiyyətin mülkiyyətçisinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmək hüququ qanunda birbaşa nəzərdə tutulmuşdur. Ona görə, cavabdehlərin məhkəmə iclaslarında iştirak etməməsi, digər mülkiyyətçinin (iddiaçının) hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha paylı torpaq sahəsindən İddiaçı məxsus 3/6 hissə naturada ayrılmalıdır.
33. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddiaçı məhkəmə iclasında verdiyi izahatda, cavabdehlərin qardaşı uşaqları olduğu üçün ödənilmiş dövlət rüsumunun məbləğinin özünə aid edilməsinə və keçirilmiş ekspertizanın xərcinin də özü tərəfindən ödənilməsinə razı olduğunu bildirmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməli, habelə iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 332 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1076, ünvan 1 ünvanında yerləşən 0.17 ha paylı torpaq sahəsindən İddiaçı məxsus 3/6 hissə naturada ayrılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kod 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov