Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-154/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması, evin boşaldılması və ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı qarşı “uşağı ilə birgə evə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağın İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı olan Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 il birgə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 3297/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair e-2(003)-3297/2024 saylı mülki iş, İddiaçı Cavabdeh qarşı “əşyaların təhvil verilməsi” tələbinə dair e-2(003)-3095/2024 saylı mülki işlə bir icraatda birləşdirilməklə həmin işlərə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 göstərdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 1170/2023 saylı qətnaməsi ilə onların nikahı pozulmuşdur. Cavabdeh cehiz əşyalarının bir qismi İddiaçı məxsus birgə nikah dövründən əvvəl alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qalmışdır, cavabdeh hal-hazırda evlidir və ailəsi ilə birgə o evdə yaşayır və Cavabdeh əşyalarını evdən çıxarmaqdan imtina edir. Bu isə mülkiyyətçinin istifadə hüquqlarını pozur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh köçürülmək istədiyi sözügedən evdə çox az üst-üstə gələndə təxminən 1 ilədək yaşamışdır, o İddiaçı ilə əsasən Şəmkir rayonunda İddiaçı atasına məxsus evdə və Moskva şəhərində yaşamışlar. Daha sonra isə Cavabdeh atasının yas mərasimi ilə bağlı Moskva şəhərindən Şəmkir rayonuna qayıtdıqdan bu günədək anasıgildə Şəmkir rayonunda yaşayır. Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiasının rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçı Cavabdeh göstərdi ki, İddiaçı ilə xx.xx.2019-cu ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan X3 dünyaya gəlmişdir. Evləndikdən sonra az müddətdə qaynatasına məxsus Şəmkir rayonundakı evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı Moskva şəhərinə köçmüş və orda yaşamışlar. 2021-ci ilin mart ayında Bakıya gəlmişlər və 2022-ci ilin avqust ayının sonlarınadək sözügedən evdə yaşamışlar. Daha sonra İddiaçı işi ilə bağlı yenidən Moskva şəhərinə getmişlər, lakin o atasının yas mərasimi ilə əlaqədar olaraq xx.xx.2022-ci ildə Moskva şəhərindən Şəmkir rayonuna qayıtmışdı, bəzi narazılıqlar yarandığı üçün elə həmin tarixdən indiyədək anasıgildə Şəmkir rayonunda yaşayır. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 1170/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Sözügedən evdən cehiz əşyalarının iddiaçı tərəfindən çıxarılmasını və artıq cehiz əşyalarının o evdə olmamasını bildirdi. İddianın rədd olunmasını xahiş etdi. Öz iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iddiaçının izahatını təsdiqləyərək, İddiaçı iddiasının rədd olunmasını xahiş etdi. Cavabdeh iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası təmin olunmalıdır, Cavabdeh iddiası isə rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1170/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Səadət sarayında 798 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, X2 anası Cavabdeh yanında qalmasına və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur, belə halda Cavabdeh İddiaçı keçmiş ailə üzvü hesab olunur və Cavabdeh hal-hazırda faktiki yaşayış ünvanı olduğu və nikahları pozulduğu üçün onun sözügedən yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmalı, evi boşaltmalı və İddiaçı təhvil verməlidir. Eyni zamanda, məhkəmədə müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən uzunmüddət istifadə etməmiş və 2022-ci ildən bu günədək anasıgildə yaşamışdır. Bununla da məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab edir ki, Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh cehiz əşyaları olan 1 ədəd tozsoran, 1 ədəd ət çəkən maşın, 1 ədəd ütü və ütü masası, 1 ədəd duxovka, 1 ədəd televizor, 1 ədəd şirəçəkən, 1 dəst yataq mebeli, 1 dəst qonaq mebeli, 1 dəst pərdə, 4 ədəd xalça, 2 ədəd çilçıraq və qab-qacağı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxararaq, evi boşaltsın və evi İddiaçı təhvil versin. Cavabdeh “uşağı ilə birgə evə köçürülməsi” iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-154/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-154/2025
10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver