Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1600/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı “cehiz əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus 1. Yataq mebeli dəsti 2. Qonaq otağı üçün stol-stul 3. “LG” markalı Televizor - 1 ədəd 4. Pərdə - 2 ədəd 5. Çilçıraq - 1 ədəd 6. Xalça - 2 ədəd 7. Ütü - 2 ədəd (Polaris və Saturn markalı) 8. Mikser – 1 ədəd
9. Servis dəst - 1 ədəd 10. Qazan dəsti 11. Qazan tefal dəsti 12. Bıçaq dəsti 13. Qaşıq dəsti 14. Süzgəc plastik qab 15. Qəndqabı – 2 ədəd 16. Çaşka dəsti 17. Meyvə qabı 18. Stəkan dəsti 19. Boşqab dəsti 20. Stəkan - 12lik dəst 21. Meyvə qabı 4 ədəd 22. Taxt döşəyi - 1 ədəd 23. Taxt yorğanı - 1 ədəd 24. Adyal - 1 ədəd 25. Yastıq - 2 ədəd 26. Pakrıval - 2 ədəd 27. Çexol prostinya - 4 ədəd 28. Dəsmal hamam üçün (böyük) - 6 ədəd
29. Əl üz dəsmalı - 4 ədəd 30. Çay dəsmalı - 8 ədəd 31. Stol dəsmalı - 10 ədəd 32. Süfrə - 6 ədəd 33. Cavabdehə məxsus paltarlar 34. Oyuncaqların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında göstərdi ki, İddiaçı1 ilə cavabdeh 2017-ci il tarixdə nikaha daxil olmuşlar və evlənəndən sonra iddiaçıların faktiki istifadəsində olan sözügedən ünvanda yaşamışlar, həmçinin cavabdehin cehiz əşyaları da bu evə yerləşdirilmişdir. Evin çıxarışı yoxdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. İddiaçı1 ilə Cavabdeh arasında olan nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Sözügedən ev həyət evidir və 3 otaqlıdır. İddiaçılar bu evdə ailələri ilə birgə yaşayırlar. Cavabdehə əşyalarının çıxarılması dəfələrlə təklif olunsa da, cavabdeh razılaşmamışdır. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında nümayəndə və vəkilin izahatını təsdiqləyərək göstərdi ki, Cavabdeh nikah pozulduqdan sonra əşyalarını götürmədən evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Əşyaların çıxarılması dəfələrlə təklif olunsa da, cavabdeh əşyalarını çıxarmamışdır. Özü hal-hazırda evli olduğu üçün cavabdehin əşyaları evdə narahatlığa səbəb olur. İddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (atası) X4 məhkəmə iclasında göstərdi ki, tələbi qəbul edir, lakin əşyaları çıxarmazdan öncə hansı əşyaların işləyib-işləməməsini yoxlamaq istəyir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh göstərdi ki, hal-hazırda atası ilə birgə Nərimanov rayonunda yaşayır. Əşyalarının çıxarılmasına razıdır, amma əşyaları çıxarmazdan əvvəl əşyaların vəziyyətini yoxlamaq istəyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZ-İ seriyalı, 498149 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında olan nikah tərəflərin razılığına əsasən xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon İHB-nın Qala qəsəbəsi İƏD üzrə nümayəndəliyində xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmədə müəyyən olundu ki, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur, bu halda Cavabdeh İddiaçı1 keçmiş ailə üzvü hesab olunur və Cavabdeh hal-hazırda faktiki yaşayış ünvanı olduğu üçün onun sözügedən yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh cehiz əşyaları olan 1. Yataq mebeli dəsti 2. Qonaq otağı üçün stol-stul 3. “LG” markalı Televizor - 1 ədəd 4. Pərdə - 2 ədəd 5. Çilçıraq - 1 ədəd 6. Xalça - 2 ədəd 7. Ütü - 2 ədəd (Polaris və Saturn markalı) 8. Mikser – 1 ədəd 9. Servis dəst - 1 ədəd 10. Qazan dəsti 11. Qazan tefal dəsti 12. Bıçaq dəsti 13. Qaşıq dəsti 14. Süzgəc plastik qab 15. Qəndqabı – 2 ədəd 16. Çaşka dəsti 17. Meyvə qabı 18. Stəkan dəsti 19. Boşqab dəsti 20. Stəkan - 12lik dəst 21. Meyvə qabı 4 ədəd 22. Taxt döşəyi - 1 ədəd 23. Taxt yorğanı - 1 ədəd 24. Adyal - 1 ədəd 25. Yastıq - 2 ədəd 26. Pakrıval - 2 ədəd 27. Çexol prostinya - 4 ədəd 28. Dəsmal hamam üçün (böyük) - 6 ədəd 29. Əl üz dəsmalı - 4 ədəd 30. Çay dəsmalı - 8 ədəd 31. Stol dəsmalı - 10 ədəd 32. Süfrə - 6 ədəd 33. Cavabdehə məxsus paltarlar 34. Oyuncaqları iddiaçıların yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evindən çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh cehiz əşyaları olan 1. Yataq mebeli dəsti 2. Qonaq otağı üçün stol-stul 3. “LG” markalı Televizor - 1 ədəd 4. Pərdə - 2 ədəd 5. Çilçıraq - 1 ədəd 6. Xalça - 2 ədəd 7. Ütü - 2 ədəd (Polaris və Saturn markalı) 8. Mikser – 1 ədəd 9. Servis dəst - 1 ədəd 10. Qazan dəsti 11. Qazan tefal dəsti 12. Bıçaq dəsti 13. Qaşıq dəsti 14. Süzgəc plastik qab
15. Qəndqabı – 2 ədəd 16. Çaşka dəsti 17. Meyvə qabı 18. Stəkan dəsti 19. Boşqab dəsti
20. Stəkan - 12lik dəst 21. Meyvə qabı 4 ədəd 22. Taxt döşəyi - 1 ədəd 23. Taxt yorğanı - 1 ədəd 24. Adyal - 1 ədəd 25. Yastıq - 2 ədəd 26. Pakrıval - 2 ədəd 27. Çexol prostinya - 4 ədəd 28. Dəsmal hamam üçün (böyük) - 6 ədəd 29. Əl üz dəsmalı - 4 ədəd 30. Çay dəsmalı - 8 ədəd 31. Stol dəsmalı - 10 ədəd 32. Süfrə - 6 ədəd 33. Cavabdehə məxsus paltarlar 34. Oyuncaqları İddiaçı2 və İddiaçı1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evindən çıxarsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əkrəm Qəhrəmanov