Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1673/2023 02.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı informasiya sorğusuna cavab verilməsi öhdliyinin qoyulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı informasiya sorğusuna cavab verilməsi öhdliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada tələb olunan sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin "xxxx" MMC-nin sahibi və direktoru Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ömrünün 76-cı ilini yaşayır. Ali ixtisas təhsilli peşəkar jurnalist kimi kütləvi informasiya vasitələrində 56 il qüsursuz əmək fəaliyyəti göstərmişdir. Bu müddət ərzində vətəninə, dövlətinə ləyaqətlə xidmət etmiş, hazırda da missiyasını ictimai əsaslarla davam etdirir. İndiyədək heç bir ciddi qanun pozuntusuna yol verməmiş, kiminsə qanuni mənafeyinə toxunmamışdır. Barəsində həm mediada, həm də ictimaiyyət arasında yalnız müsbət rəy formalaşmışdır. Bu il fevralın 12-də saat 12:04-də Cavabdeh sahibi və direktoru olduğu, Azərbaycan əhalisinin 99 faizinin mənasını başa düşmədiyi, özünün qeydiyyat sənədinə uyğun olmayan "xxxx" adlandırdığı və bu adla fəaliyyət göstərən onlayn media subyektində elə "xxxx"-in müəllifliyi ilə barəsində şərəf və ləyaqətinə zərbə vuran, heç bir konkret fakta söykənməyən, yazılış tərzi etik normalara sığmayan və fotoşəkili ilə müşaiyət olunan geniş bir dezinformasiya yayımlanmışdır. Dərhal 30-dan artıq sayt da bu dezinformasiyanı "xxxx"-ə istinadla olduğu kimi kopyalayaraq öz səhifəsində vermişdir. Bir sözlə, barəsində heç vaxt təsəvvür etmədiyi təşkil olunmuş qarayaxma kompaniyası baş vermişdir. Həm bu dezinformasiyanın heç bir araşdırma aparılmadan qəfil ortaya çıxması və yayılması, həm də təcili şəkildə bu qədər başqa saytlarda tirajlanması peşəkar jurnalistika prinsiplərinə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun, digər qanunlarının tələblərinə tamamilə ziddir. "xxxx", eyni zamanda ordan köçürərək yayımlayan digər saytların bu hərəkətləri böhtandır, ağır cinayətdə suçlamadır, təhqirdir və AR CM 147 və 148-ci maddələri ilə yazı müəllifi və məsul redaktorlar üçün cinayət məsuliyyəti və mülki məsuliyyət yaradır. Odur ki, bu saytlar və onların rəhbərləri barədə qeydiyyatda olduqları rayonların məhkəmələrinə xüsusi ittiham qaydasında şikayətlər vermişdir. Lakin, bu şikayətlərinin icraata qəbulundan imtina edilmiş o səbəblə ki, o, həmin yazının müəllifinin və informasiyanı saytlarda yerləşdirən məsul əməkdaşın kimliyini dəqiq müəyyən etdikdən sonra həmin fiziki şəxslər barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət verə bilər. Bu faktları müəyyən etmək üçün əvvəlcə həmin saytların, o cümlədən, dezinformasiyanın “episentri” "xxxx"-in direktoru Cavabdeh poçtla sorğu göndərmişdir. Sorğuda dezinformasiyanın saytdan dərhal çıxarılması və təkzib verilməsi tələbini də qoymuşdur. Sorğu belədir: "xxxx" İnformasiya Agentliyinin həmin yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir? (Dəqiq adı, soyadı, ata adı, ünvanı, əlaqə vasitələri göstərilməklə) 2. Həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? 3. Bu yazının dərc olunmasına "xxxx" İnformasiya Agentliyinin hansı məsul əməkdaşı qərar vermişdir? (adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı). Cavabdeh sorğusuna 26 aprel 2022-ci ildə aşağıdakı məzmunda (səhvlərə düzəliş etmədən olduğu kimi göstərirəm, eyni zamanda təqdim edirəm) cavab göndərmişdir: BAKU.VVS xəbər portalına ünvanladığı 08 saylı 17 aprel 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirirlər ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 34 və 36cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil”. Digər saytların rəhbərləri hərəkətsizlik nümayiş etdirərək sorğusuna cavab verməmişlər, bəziləri isə xəbəri öz saytlarından dərhal silmişlər. Sorğusuna qanunvericiliyin tələblərinə uyğun cavab verilməməsi ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə - Ombudsmana yazılı şikayət göndərmişdir. Müraciəti əsasında yuxarıda qeyd etdiyi saytların rəhbərləri Ombudsman aparatına dəvət olunmuş, BAKU.WS istisna olmaqla digər saytlar böhtan yazını səhifələrindən dərhal çıxarmışlar. Ombudsman aparatında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinə əsaslanmaqla inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas olduğundan inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, icraat çərçivəsində sorğusu üzrə məsul vəzifəli şəxs olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol (MN № 1202302) tərtib edilməklə müvafiq qaydada baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 3(006)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374.1ci maddəsi ilə təqsirli bilinməklə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti də təmin edilməmişdir. Bu inzibati tənbehdən sonra Cavabdehun tutduğu əməldən peşman olacağı, saytında təkzib verərək sifarişli yazısı ilə ona atdığı böhtandan peşman olacağı, ondan üzr istəyəcəyi ehtimalları da boşa çıxmışdır. Ona 29 sentyabr 2022-ci il tarixdə poçtla eyni məzmunda 2-ci yazılı sorğu göndərmişdir. Cavabdeh qanunazidd cavab məktubu daha acınacaqlı olmuşdur. Burada Cavabdeh sorğusunu qanunvericiliyin tələbləri səviyyəsində cavablandırmaq əvəzinə tamamilə başqa, lüzumsuz mülahizələrini izah etmişdir. Cavabdehə 3-cü yazılı sorğusuna 3 mart 2023-cü ildə göndərilən “cavabı” isə onu heyrətə gətirmişdir. Sayta imza edən, lakin adını, soyadını göstərməyən naməlum şəxs yazır: “Sizin xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-də (? E.İ.) yayımlanan qeyd etdiyiniz məqalənin müəllifi bizim sayt deyil...”. Qırmızı yalana bax! Yazının altında müəllif yerində açıq-aşkar BAKU.WS yazılıb! Həm də yazı göstərilən tarixdə saat 15:04-də deyil, 12:04-də tirajlanmışdır. BAKU.WS canlı insan deyil ki, qələm-kağız götürüb, yaxud kompüter arxasına keçib informasiya yazsın və onu saytda dərc etsin. İmza yerinə BAKU.WS yazılıbsa, deməli, bu yazını redaksiyanın rəhbərinin, yaxud onun səlahiyyət verdiyi digər əməkdaşının göstərişi ilə hansısa insan, müəllif yazmışdır. Bu müəllif heç bir halda redaksiya rəhbərinin tanımadığı, əlaqəsi olmadığı şəxs ola bilməz. Cavabdeh və sonda onun adından sorğusuna cavab verməyə səlahiyyət verdiyi naməlum şəxs tərəfindən imzalanan hər üç cavab bir-birini təkzib edir və sorğusunun düzgün, əsaslandırılmış cavablandırılmasını təmin etmir. Cavabdehə göndərdiyi sorğular və cavablar, həmçinin Ombudsmanın məktubları, protokol, məhkəmə qərarları və digər sənədlər iddia ərizəsinə əlavə edildiyi üçün bu barədə geniş yazıb mətləbi uzatmaq istəmir. Sənədlər hər şeyi dəqiq göstərir və sübut edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və direktoru Cavabdeh “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun bütün müddəalarını bilərəkdən pozmuşdur. İddiaya baxılması zamanı iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh adına göndərdiyi 17 aprel 2022-ci il tarixli, 08 №-li, 31 avqust 2022-ci il tarixli 19 №-li, 3 mart 2023-cü il tarixli 02 №-li yazılı sorğularında verdiyi "xxxx" saytında 12 fevral 2022-ci ildə saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” şərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstəriməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla) 25 fevral 2023-cü il tarixli, 2 №-li yazılı sorğusuna cavab məktubunu imzalayan əvvəlkilərdən fərqli mövzuda “cavab” göndərən, məktubu imzalayan və adını, soyadını göstərməyən direktor vəzifəsini müvəqqəti icra edən şəxsin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? (Şəxsə hansı tarixdən hansı tarixədək "xxxx" MMC direktoru vəzifəsini müvəqqəti icra etmək səlahiyyəti verilməsi barədə əmrin (sərəncamın, qərarın, digər aidiyyəti sənədlərin) surətlərinin MMC rəhbərliyi tərəfindən təsdiq edilmiş surətlərini təqdim etməklə) suallarına “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, tələb olunan sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi və direktoru Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izhat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, Cavabdeh hal-hazırda işləmir, "xxxx" MMC-nin ona heç bir aidiyyəti yoxdur. Dərc olunmuş məlumatların çox hissəsi silinmişdir. "xxxx" saytında cavabdehin nə vəzifəsi daşıması bilinmir, o, orada heç bir vəzifə daşımır. Məlumat 60-a yaxın saytda dərc olunmuşdur. Sübut yoxdur ki, həmin məlumatı ilk olaraq onlar dərc etmişlər. Onlardan əvvəl həmin məlumat başqa saytda dərc edilmişdir. Sorğulara verilmiş cavablar iddiaçını qane etmirsə bu iddianın təmin olunmasına əsas deyil. Həmçinin ən pis halda belə informasiya sahibi fiziki şəxs deyil, məqalənin dərc olunduğu sayt ola bilər. Ona görə də cavabdeh düzgün seçilməmişdir. Cavabdehin iddiaçının sorğularına cavab vermək səlahiyyəti yoxdur. Hesab edir ki, iddiaçının sorğularına tam əsaslandırılmış cavablar verilmişdir. İnformasiyanın mənbəyi onlar deyillər, məlumatlar başqa saytdan götürülmüşdür. İnformasiyanın əsas mənbəsi barədə məhkəməyə sübut təqdim edə bilmir. Lakin, məqalə başqa saytda yayılmış, onların saytı həmin məlumatı avtomatik götürərək yayımlamışdır. İddiaçının iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Cavabdeh əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsi təklif edilmiş, cavabdeh razı olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılmasını davam etdirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 08 nömrəli informasiya sorğusundan (təkrar) görünür ki, iddiaçı tərəfindən "xxxx" saytında xx.xx.2022-ci ildə 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” başlığı altında dərc olunmuş informasiya ilə bağlı "xxxx" İnformasiya Agentliyinin həmin yazıda göstərdiyi faktlar konkret olaraq hansı mənbədən əldə edilmişdir? (Dəqiq adı, soyadı, ata adı, ünvanı, əlaqə vasitələri göstərilməklə), həmin yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir?, bu yazının dərc olunmasına "xxxx" İnformasiya Agentliyinin hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı) kimi sorğu verilmişdir. Həmin sorğuya "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 001 nömrəli cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Kütləvi İnformasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 34 və 36cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 19 nömrəli informasiya sorğusundan (təkrar) görünür ki, iddiaçı tərəfindən “"xxxx" saytında 12 fevral 2022-ci ildə, saat 12:04-də barəsində “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” sərlövhəli yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı necədir? Bu yazının dərc olunmasına "xxxx" saytının hansı məsul əməkdaşı qərar vermişdir? (Adı, ata adı, soyadı, təhsili, ixtisası, vəzifəsi, qeydiyyat və faktiki ünvanı göstəriməklə və əmək müqaviləsinin surəti təqdim olunmaqla).” kimi sorğu verilmişdir. Həmin sorğuya "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli 003 nömrəli cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Media haqqında” Qanunun 5.1-ci, 5.3-cü və 5.5-ci maddələrinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 15.1.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına media subyekti və jurnalist tərəfindən yol verilmir. Eyni Qanunun 18.1-ci maddəsinə görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa, “İnformasiya əldə etmə haqqında” Qanunun 21.1.1-ci maddəsinə görə sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, iddiaçının sorğu ilə tələb edilən məlumat həmin məlumatı vermiş şəxsin razılığı olmadığı üçün ona verilməsi mümkün olmamış və bu barədə sorğuya tərəflərindən verilən 26 aprel 2022-ci il tarixli cavab məktubunda ona bildirilmişdir. İş materiallarında olan Azərbyacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın) Aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, “ölkə.az” saytına göndərdiyi xx.xx.2022-ci il tarixli informasiya sorğusuna cavab verilməsində köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına) ünvanladığı müraciət əsasında müvafiq məlumatlar “Ölke.az” saytından tələb olunmuşdur. Verilmiş cavabda bildirilmişdir ki, ünvanladığı xx.xx.2022-ci il tarixli informasiya sorğusu “Ölke.az” saytının redaksiyasına daxil olmamışdır. Eyni zamanda cavabda qeyd edilmişdir ki, sorğu olaraq göndərilən xəbər az" xəbər “Ölke.az” saytının yazısı deyil, "xxxx" saytına istinadla dərc olunan xəbərdir. İş materiallarında olan Azərbyacan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombusdmanın) Aparatının rəhbəri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında Protokolun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75, Baku.ws saytı vasitəsilə xx.xx.2022-ci il tarixdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının 10.4.2 və 24.1-ci maddələrinin tələbləri pozulmaqla inzibati xəta törədilməsi müəyyən edilmiş, nəticədə Cavabdeh, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-2174/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, məhkəmədə dədqiq edilmiş sənədlərə esasən, İddiaçı media subyekti və informasiya sahibi "xxxx" informasiya agentliyinin direktoru Cavabdeh xx.xx.2022-ci il tarixdə müraciət edərək, barəsində 12 fevral 2022-ci illə saat 12:04-də "Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” başlığı altında — "xxxx" saytında dərc edilmiş infomasiya ilə bağlı agentliyin bu yazıda göstərdiyi faktların konkret olaraq hansı mənbədən əldə edilməsi, yazının müəllifinin adı, ata adı, soyadı, qeydiyyat və faktiki ünvanı, yazının dərc olunmasına agentliyin hansı məsul işçisinin qərar verməsi barədə məlumatın təqdim edilməsini xahiş etmişdir. "xxxx" İnformasiya agentlyinin direktoru Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 26 aprel 2022-ci il tarixli məktubda qeyd etmişdir ki, "Kütləvi İnformasiya vasitələri barədə” Qanunun 34 və 36-cı maddələrinin tələblərinə görə sorğuda qaldırılmış sualların cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyilir. Göründüyü kimi İddiaçı "İnformasiya əldə etmək barədə” Azərbaycan Respublikası Qanuna uyğun informasiya sahibi "xxxx" İnformasiya agentliyinə onun barəsində dərc edilmiş yazı ilə bağlı müvafiq məlumatların əldə olunması üçün müraciət etmiş, müraciətin 1-ci sualı üzrə ("xxxx" İnformasiya agentliyin yazıda göstərdiyi faktlar hansı mənbədən əldə edilmiş?) məlumatın verilməsi “Media barədə” Qanunun 15.2-ci maddəsinə görə açıqlanmalı olmasa da, digər sualların (yazı müəllifin adı, ata adı, soyadı ,qeydiyyat faktiki ünvanı necədir?; yazının dərc edilməsinə Agentliyin hansı məsul əməkdaşı qərar vermiş?) açıqlanmasına hər-hansı məhdudiyyət qoyulmaması səbəbindən, inlormasiya sahibi məlumatları informasiya sorğusu verənə təqdim etməli idi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)- 2052/2022 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 006 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-də yayımlanan qeyd etdiyi məqalənin müəllifi onların saytı deyil. Belə ki, xx.xx.2022-ci il tarixində sorğusuna əlavə etdiyi və etmədiyi bir çox saytlarda qeyd edilən başlıqda məqalə yayımlanmışdır. Başqa saytlarda yayımlanan, müəllifi onların saytı olmayan məqalələr xüsusi proqram vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başa saytda yerləşdirilir və yayımlanır. Bildirdikləri kimi, qeyd edilən məqalənin yayımlanması müəllifi onların saytı olmadığına görə dərc edilməsi üçün hər hansı bir məsul şəxs qarar verməmişdir. http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla hər hansı bir müqaviləsi olmamışdır. Qeyd edilən yazının müəllifi onlar olmadıqlarından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə tərəfindən hər hansı əks arqument təqdim olunmamışdır. İş materiallarında olan Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaya yazılı etirazınında bildirmişdir ki, iddia tam əsassızdır, göstərilənlərə əsasən rədd edilməlidir. Əvvəla, iddiaçı Cavabdeh "xxxx"-in rəhbəri olması barədə məhkəməyə sübut təqdim etməmiş, sorğuya cavabda göstərilən "xxxx"-in direktoru Cavabdeh məhz hazırki cavabdehin olması müəyyənləşdirilməmiş. Bununla belə qeyd etmək istəyir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, informasiya sorğusuna "xxxx" tərəfindən iki dəfə cavab verilmişdir. a) "xxxx"-in xx.xx.2022-ci il tarixli cavabından görünür ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 34 və 36-cı maddələrinin tələblərinə müvafiq olaraq sorğuda qaldırdığı sualların tərəflərindən cavablandırılması digər şəxslərin qanuni mənafeyinin qorunması baxımından mümkün deyil”. b) "xxxx"-in xx.xx.2023-cü il tarixli cavabından görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli sorgusuna cavab olaraq bildirmişlər ki, http://www.baku.ws saytında xx.xx.2022-ci il tarixində 15:04-da yayımlanan geyd etdiyi məgalənin müəllifi onların saytı deyil. Belə ki, xx.xx.2022-ci il tarixində onun sorğusuna əlavə etdikləri və etmədikləri bir çox saytlarda qeyd edilən başlıqda məqalə yayımlanmışdır. Başqa saytlarda yayımlanan, müəllifi onların saytı olmayan məqalələr xüsusi program vasitəsi ilə heç bir insan müdaxiləsi olmadan bir başqa saytda yerləşdirilir və yayımlanır. Bildirdikləri kimi, qeyd edilən məqalənin yayımlanması müəllifi onların saytı olmadığına görə dərc edilmasi üçün hər hansı bir məsul şəxs qərar verməmişdir. http://www.baku.ws saytının qeyd edilən məqalənin yayımlandığı müddətdə yazının dərc edildiyi digər saytlarla və eyni zamanda heç bir saytla har hansı bir müqaviləsi olmamışdır. Qeyd edilən yazının müəllifi onlar olmadıqlarından həmin yazıya təkzib verilməsi vəzifəsini daşımırlar, eyni zamanda həmin məqalənin yalan olması barədə tərəflərindən hər hansi əks arqument təqdim olunmamışdir. Eyni zamanda qeyd etmək istəyirlət ki, iddiaçı məqalənin xx.xx.2022-ci il tarixdə saat 12.04-də yayımlanmasını qeyd edir, lakin saytdan görünür ki, məqalə xx.xx.2022-ci il tarixdə saat 15.04-də yayımlanmışdır. ((link məhkəmə tərəfindən kopyalanaraq baxıla bilər) https://baku.ws/sports/141375 ). İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sorğuya əlavədən görünür ki, iddiaçı özü etiraf edir ki, bir çox saytlarda məqalə dərc olunmuş və silinmişdir. Digər saytların linklərinə girdikdə müəyyən olunur ki, qeyd edilən saytlarda dərc edilmə saatı "xxxx"-də dərc edilmə saatındən əvvəl baş vermişdir. Məsələn, həmin əlavədə olan “7times.az” saytında ( https://7times.az/vezifeden-getmek-ucun-yarimmilyonu-sert-qoyan-eldar-ismayilov-kimdir ) olan yayımlamadan görünür ki, saytda məqalə xx.xx.2022-ci il tarixdə, saat 12.28-də dərc edilmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, informasiya sorğusuna cavab verilməsi və ya sorğuçunun istədiyi cavabın verilməməsi, belə bir cavabın verilməsi öhdəliyinin qoyulması barədə iddia verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 27-1-ci maddəsinə əsasən Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir. Göründüyü kimi bu barədə iddia deyil şikayət verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçının sorğularına "xxxx" tərəfindən cavab verilmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda sorğunun icrasından imtina edir. Qanunun 21.2-ci maddəsinə görə, sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaradırsa və ya əsassız böyük məsrəflərə səbəb olursa; sorğunun icrası informasiyanın sistemləşdirilməsini, təhlil edilməsini və ya sənədləşdirilməsini tələb edirsə, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Adı çəkilən Qanunun 27-ci maddəsinə görə isə, informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə və informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Cavabdeh "xxxx"-in rəhbər şəxsi olmasa belə hüquqi nöqteyi nəzərdən hesab edirlər ki, hazırki iddia ərizəsi üzrə "xxxx" informasiya sahibi hesab edilə bilməz. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə görə, bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. Adı çəkilən Qanunun 21.2.2-ci maddəsinə görə isə, bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3- cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə, informasiya sahibi sorğunun icrasından imtina edə bilər. Hesab edirlər ki, "xxxx", “İnformasiya əldə etmək haqqında” qanunun məqsədləri baxımından informasiya sahibi hesab edilə bilməz, bu səbəblə də, həmin qanuna istinadən onun üzərinə müxtəlif suallara cavab verilməsi vəzifəsinin qoyulması yolverilməzdir. İş materiallarına əlavə edilmiş informasiya sorğularından görünür ki, iddiaçı informasiya sorğularına şəxsiyyətini təsdiq edən sənədi də əlavə etməmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa görə - İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edir: sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda (21.1-ci maddə). Bu Qanunun icrasına nəzarəti: informasiya sahibinin rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik əsasında; Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) - “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirir (42.1-ci maddə). İddiaçının informasiya sorğusuna "xxxx" tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavab verildiyi üçün "xxxx" tərəfindən qanunsuz hərəkətsizliyə yol verilməmiş və iddiaçının hüquq və azadlıqları pozulmamışdır. Bu səbəbə görə nəticəyə gəlirlər ki, iddia rədd edilməlidir. Qeyd edir ki, informasiya sorğusuna göndərilən cavabın iddiaçı tərəfindən alınmaması və həmin cavabda göstərilən məlumatların iddiaçını qane etməməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, informasiya sorğusuna göndərilən cavabın sorğuçu tərəfindən alınıb-alınmaması üçün informasiya sahibi məsuliyyət daşımır. Eyni zamanda həmin cavabda göstərilən məlumatların məzmunu hazırki mübahisənin predmetini təşkil etmir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi Cavabdehdur. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 1lçisi X1r. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-nin icraçı direktoru, "xxxx" MMC-nin isə direktorudur. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 3.0.5-ci maddəsinə əsasən informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslər; Həmin Qanunun 9.1.1 və 9.1.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr; ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibləri sayılır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. Həmin Qanunun 10.1., 10.2 və 10.3-cü maddələrinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən: -İnformasiya sahibinin rəhbəri informasiya xidmətlərinin təşkili ilə əlaqədar daxili icraat qaydalarını müəyyənləşdirir. (11.1.) -Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulan informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. (11.2.) -Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. (11.3.) -İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır. (11.4.) Sadalanan “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarından göründüyü kimi, informasiya sahibi - dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslərdir. İnformasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. İnformasiya sahibi bu məqsədlə informasiya məsələləri üzrə vəzifəli şəxs təyin edir, yaxud struktur bölmə yaradır, informasiya xidmətləri göstərir. İnformasiya məsələləri üzrə vəzifəli şəxsin təyin olunmaması və ya struktur bölmənin yaradılmaması informasiya xidmətləri göstərməkdən imtina üçün əsas ola bilməz. Əgər informasiya sahibi informasiya məsələləri üzrə vəzifəli şəxs təyin etməyibsə, yaxud struktur bölmə yaratmayıbsa, informasiya sorğusunun icrasına məsuliyyəti informasiya sahibinin bu funksiyanın yerinə yetirilməsi üçün müəyyənləşdirdiyi şəxs daşıyır. İnformasiyanın bu Qanunla müəyyənləşdirilmiş qaydada açıqlanması üçün məsuliyyəti, bu funksiyanın icrası rəsmi qaydada başqasına həvalə olunmayıbsa, informasiya sahibinin rəhbəri daşıyır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq, həmçinin aşağıdakı sadalanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddiaya cavab verməli olan şəxs olmadığından iddianın təmin edilməsi mümkün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 50.1-ci maddəsnə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı barəsində "xxxx" informasiya saytında “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan İddiaçı kimdir?” adlı məqalə paylaşılmış, iddiaçı həmin məqalinin müəllifi, həmin yazının "xxxx" saytında dərc olunmasına qərar vermiş məsul əməkdaşı barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu vermiş, lakin onun sorğusuna cavab verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi və direktoru olduğundan verilmiş sorğuya cavab da onun tərəfindən verilməlidir. İddiadan və işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində məlumat "xxxx" informasiya saytında paylaşılmışdır. Yəni, informasiya sahibi "xxxx" MMC-dir. "xxxx" MMC-nin qanuni təmsilçisi X2, direktoru isə Cavabdehdur. Göründüyü kimi iş üzrə cavabdeh informasiya sahibi deyil, o, informasiya sahibində rəhbər vəzifəsində çalışan şəxsdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh, iddiaçı tərəfindən tələb olunan məlumatla bağlı informasiya sahibi olmadığından hazırki iddiaya cavab verməli şəxs kimi qəbul edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada informasiyanın verilməsi öhdəliyinin onun üzərinə qoyulması qanuna uyğun deyil. O, qanunvericiliyə əsasən yalnız informasiya sahibi tərəfindən sorğu edilən informasiyanın sorğuçuya verilməli olduğu halda bu funksiyanın yerinə yetirilməməsinə görə rəhbər vəzifəli şəxs kimi məsuliyyət daşıyan şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh informasiya sahibi olmadığından hazırki iddia tələbi üzrə cavab verməli olan şəxs deyil. Ona görə də ona qarşı irəli sürülmüş hazırki iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı informasiya sorğusuna cavab verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1673/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1673/2023
02.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver