Məhkəmə qərarları › İş №e-2(003)-170/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-170/2023

12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-170/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9300,0 manat məbləğində pul vəsaitinin və 113,0 manat məbləğində dövlət rüsumunun cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı instaqram sosial şəbəkəsində Vəfa adlı profili olan xanımla tanış olmuşdur. Cavabdeh X3 özünü “Okus" kriptovalyuta alqı-satqısı ilə məşğul olan şirkətin əməkdaşı kimi təqdim etmişdir. Cavabdeh V.E.İskəndərova ona "okus" adlı kriptovalyuta almağı təklif etmiş, həmin kriptovalyutanı alsalar 2 ay ərzində qoşulan pulun 30 faizini gəlir kimi qazanmaq mümkün olacaq demişdir. O da həvəsə düşüb 2021-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhərində yerləşən lombarddan 5000 manat pul götürüb Vəfanın ona göndərdiyi Unibanka məxsus Cavabdeh2 (Vəfanın atasıdır) adına olan 5243 7544 1050 6370 hesab nömrəli karta 5100 manat cəmi 3000 ABŞ dolları pulu Sumqayıt şəhərində Unibankın içərisində olan ödəmə terminalından göndərmişdir. Sonuncu dəfə 500 dollar yəni 850 manat pulu isə xx.xx.2021ci il tarixdə Nəsimi rayonunda yerləşən 28 MALL Ticarət Mərkəzində yerləşən Bravo supermarketindəki ödəmə terminallarından birindən həmin kart hesabına göndərmişdir. Tərəfindən edilmiş ödənişlər videogörüntü vasitəsilə qeydə alınmışdır. Həmin videogörüntü CD diskdə təqdim edilir. O, cavabdeh X1 ümumilikdə 14 300 manat məbləğində pul vermişdir. Cavabdeh V.E.İskəndərova həmin məbləğdən ona 5 000 manat pul qaytarmış, hal-hazırda isə 9 300 manat isə borcu qalmışdır. Bundan sonra o, cavabdehlə əlaqə saxlayıb 9300,0 manat pulunu geri tələb etsə də cavabdeh bu günədək həmin pulu qaytarmamışdır. Həmçinin, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından göründüyü kimi cavabdeh X3 polisə verdiyi izahatında qeyd etmişdir ki, o İddiaçı 2021-ci il ərzində Vəfanın təqdim etdiyi bank kartına 14300,0 manat pul vermiş, sonuncu 5000 manat pulu qaytarmış və hal-hazırda ona 9300,0 manat borcu qalmışdır. Bundan əlavə digər Cavabdeh2 da polisə verdiyi izahatında özünəməxsus olan bank kartını qızı V.E.İskəndərovaya verdiyini etiraf etmişdir. Həmin Qərar hazırkı iddia ərizəsinə əlavə olunur. Tərəfindən dəfələrlə cavabdehlər X3 və Cavabdeh2 ilə əlaqə saxlanılaraq 9300,0 manat pulu ödəməyini tələb etsə də, onlar ödəmək imtina etmiş və hal-hazıradək ödəməmişlər. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etmədi və etirazını onunla əsaslandırdı ki, iddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, instaqram sosial şəbəkəsində Vəfa adlı profili olan xanımla tanış olmuşdur. Cavabdeh1 özünü “Okus” kriptovalyuta alqı-satqısı ilə məşğul olan şirkətin əməkdaşı kimi təqdim etmişdir. Cavabdeh V .İsgəndərova ona “Okus” adlı kriptovalyuta almağı təklif etmiş, həmin kriptovalyutanı alsa 2 ay ərzində qoşulan pulun 30 faizi gəlir kimi qazanmaq mümkün olacaq demişdir. O da, 2021-ci il noyabr ayının ortalarında Sumqayıt şəhərində yerləşən lombardan 5000 manat pul götürüb Vəfanın ona göndərdiyi Unibanka məxsus Cavabdeh2 adına olan **********506370 hesab nömrəli karta 5100 manat yəni 3000 ABŞ dolları pulu Sumqayıt şəhərində unibankın içərisində olan ödəmə terminalından göndərmişdir. Sonuncu dəfə 500 dolları isə yəni 850 manatı pulu isə xx.xx.2021-ci il tarixdə Nəsimi rayonunda yerləşən 28 Mall ticarət mərkəzində yerləşən Bravo supermarketindəki ödəmə terminalından göndərmişdir. İddiaçı cavabdehə ümumilikdə 14300 manat pul göndərdiyini bildirir. Həmçinin qeyd edir ki, cavabdeh həmin məbləğin 5000 manatını ona qaytarmış, 9300 manat isə borcu qalmışdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi digər hal, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin xx.xx.2022-ci 11 tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardır. Halbuki həmin qərarda Cavabdeh1 öz izahatında bildirmişdir ki, heç yerdə işləmir. 2020-ci ildə internet sosial şəbəkəsində yerləşdirilmiş Okus valyuta şirkətinə üzv olmuşdur. Həmin şirkətin fəaliyyəti müəyyən məbləğdə pul yatırımı etdikdən sonra coin almaq və həmin coin müddət keçdikcə dəyəri artacaq və coinləri satıb pula çevirib gəlir əldə etməkdən ibarət olmuşdur. Dünya Səidovanın onun barəsində etdiyi şikayətlə tanış olmuş və bildirmişdir ki, o, Dünyanı onun xalası Vəsilə xanım sayəsində tanımışdır. O, Dünyanın onunla əlaqə saxlayıb xalası Vəsilənin adını verərək onunla tanış olduğunu, Okus şirkətinin iş prinsipini ona izah etdikdən sonra könülü şəkildə onun xalası Vəsilinin şirkətdəki hesabı üzərinə qeydiyyata almışdır. Dünya Seyidova bir neçə dəfə ondan coin istəyərək pul yatırmış və daha sonra həmin coinləri nağdılaşdırmış və həmin nağdılaşmış pul Dünyanın özünə ödənmişdir. xx.xx.2021-ci il tarixdə Dünya onun atası Cavabdeh2 məxsus olan Unibank hesab kartına 500 ABŞ dolları pul köçürmüşdür. Dünya Seyidova həmin puldan əlavə 5100 manat yeni 3000 ABŞ dollarını da həmin karta ödəmişdir. 2021-ci il ərzində Dünya Seyidova qeyd edilən bank kartına ümumilikdə 14300 manat pul köçürmüş, o da həmin pul məbləğində coin alıb hesab nömrəsini və şifrəsini Dünyaya vermiş, daha sonra o, Dünyanın istəyi ilə həmin coinlərdən 5000 manatlıq olan hissəni nağdlaşdırıb həmin 5000 manatı ona ödəmişdir. X4 9300 manat pulu qalmış və həmin pul coin şəkilində Okus şirkətinin bazasında, hesab nömrəsində mövcüd olmuşdur. O da, şəxsi vəsaiti ilə Dünya Seyidova kimi həmin şirkətdən coin almış, onun aldığı coinlərdə hər hansı dəyər qazanmadan şirkətin bazasındadır. O, mesalaşma proqramı olan Teleqram proqramı vasitəsi ilə Okus şirkəti tərəfindən bütün üzvülərə səbirli olmaları və coinlərin dəyər qazanaraq biryaya çıxmasını gözlədiyni bildirmişdir. İş üzrə Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, o, Polad əritmə zavodunda kran maşinisti işləyir. Təqaüdə çıxma yaşı çatmamışdır. 2021-ci illin sentyabr ayının sonunda unibankdan özü üçün debetkartı götürmüşdür. Lakin ondan özü istifadə etmədiyi üçün həmin ərəfələrdə kartı qızı Cavabdeh1 onda istədiyi üçün ona vermişdir.Həmin vaxtdan kartla bağlı hər hansı məlumatı olmamış, həmin kartdan heç vaxt istifadə etməmişdir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına surəti əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 şikayəti üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, heç yerdə işləmir. 2020-ci ildə internet sosial şəbəkəsində yerləşdirilmiş Okus valyuta şirkətinə üzv olmuşdur. Həmin şirkətin fəaliyyəti müəyyən məbləğdə pul yatırımı etdikdən sonra coin almaq və həmin coin müddət keçdikcə dəyəri artacaq və coinləri satıb pula çevirib gəlir əldə etməkdən ibarət olmuşdur. Dünya Səidovanın onun barəsində etdiyi şikayətlə tanış olmuş və bildirmişdir ki, o, Dünyanı onun xalası Vəsilə xanım sayəsində tanımışdır. O, Dünyanın onunla əlaqə saxlayıb xalası Vəsilənin adını verərək onunla tanış olduğunu, Okus şirkətinin iş prinsipini ona izah etdikdən sonra könülü şəkildə onun xalası Vəsilinin şirkətdəki hesabı üzərinə qeydiyyata almışdır. Dünya Seyidova bir neçə dəfə ondan coin istəyərək pul yatırmış və daha sonra həmin coinləri nağdılaşdırmış və həmin nağdılaşmış pul Dünyanın özünə ödənmişdir. xx.xx.2021-ci il tarixdə Dünya onun atası Cavabdeh2 məxsus olan Unibank hesab kartına 500 ABŞ dolları pul köçürmüşdür. Dünya Seyidova həmin puldan əlavə 5100 manat yeni 3000 ABŞ dollarını da həmin karta ödəmişdir. 2021-ci il ərzində Dünya Seyidova qeyd edilən bank kartına ümumilikdə 14300 manat pul köçürmüş, o da həmin pul məbləğində coin alıb hesab nömrəsini və şifrəsini Dünyaya vermiş, daha sonra o, Dünyanın istəyi ilə həmin coinlərdən 5000 manatlıq olan hissəni nağdlaşdırıb həmin 5000 manatı ona ödəmişdir. X4 9300 manat pulu qalmış və həmin pul coin şəkilində Okus şirkətinin bazasında, hesab nömrəsində mövcüd olmuşdur. O da, şəxsi vəsaiti ilə Dünya Seyidova kimi həmin şirkətdən coin almış, onun aldığı coinlərdə hər hansı dəyər qazanmadan şirkətin bazasındadır. O, mesalaşma proqramı olan Teleqram proqramı vasitəsi ilə Okus şirkəti tərəfindən bütün üzvülərə səbrli olmaları və coinlərin dəyər qazanaraq biryaya çıxmasını gözləyir. Həmin şikayət üzrə izahatı alınmış Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, o, Polad əritmə zavodunda kran maşinisti işləyir. Təqaüdə çıxma yaşı çatmamışdır. 2021-ci illin sentyabr ayının sonunda Unibankdan özü üçün debetkartı götürmüşdür. Lakin ondan özü istifadə etmədiyi üçün həmin ərəfələrdə kartı qızı Cavabdeh1 onda istədiyi üçün ona vermişdir. Həmin vaxtdan kartla bağlı hər hansı məlumatı olmamış, həmin kartdan heç vaxt istifadə etməmişdir. İş materiallarına OCOS.UK şirkətinə aid sosial media paylaşımlarının fotoşəkilləri əlavə edilmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 şifahi formada razılığa əsasən kriptovalyuta alınması məqsədilə İddiaçı 14300 manat pul vəsaiti almışdır. Həmin pul vəsaiti Cavabdeh1 atası, həmçinin iş üzrə cavabdeh olan Cavabdeh2 məxsus bank kartı vasitəsilə köçürülmüşdür. Həmin pul vəsaitindən 5000,0 manatı İddiaçıya qaytarılmış, qalan 9300 manatın isə qaytarılmamışdır. Cavabdeh1 iddiaçıdan almış olduğu pul vəsaitinin iddiaçının adına kriptovalyuta şirkətinin hesabına yatırıldığını bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. İşin məhkəmə iclasında araşdırılan halları, iş materialları və hər iki tərəfin izahatı ilə təsdiq olunur ki, Cavabdeh1 iddiaçıdan almış olduğu 9300,0 manat pul vəsaitini ona qaytarmamışdır. Cavabdeh hüquqi əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göründüyü kimi, Cavabdeh1 kriptovalyuta alınması məqsədi ilə İddiaçı 14300 manat pul vəsaiti almış, həmin pul vəsaitinin 5000,0 manatını geri qaytarmış, qalan 9300,0 manatını isə qaytarmamışdır. Odur ki, iddiaçı verdiyi pul vəsaitini cavabdeh İddiaçı tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, 14300,0 manat məbləğində pul vəsaitinin Cavabdeh1 verilməsi və həmin pul vəsaitinidən 5000,0 manatının qaytarılması, son nəticədə təsdiq olunduğundan, iddia tələbi 9300,0 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə dair hissədə əsaslıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh1 qeyd olunan kriptovalyutanın alınmasına görə iddiaçıdan 14300,0 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh1 geri tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Məhkəmə iddianın cavabdeh Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, o, tərəflər arasında olan öhdəlik münasibətlərində iştirak etməmiş, pul göndərilməsi ona məxsus bank kartı vasitəsilə həyata keçirilsə də, o özü həmin münasibətdə formal olaraq iştirak etmiş və hər hansı rolu olmamışdır. Odur ki, iddianın həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh1 9300,0 manat məbləğində pul alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi iddia məbləğinə münasibətdə tam təmin edildiyindən, ödənilmiş 113,0 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 9300,0 manat və ödənilmiş dövlət rüsumuna görə 113,0 manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar