Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-178/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürən X15 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərər tələbinə, müstəqil tələb irəli sürən X15 İddiaçı qarşı mənəvi zərər tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 276444 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, müvəqqəti təminat tədbiri kimi ödədiyi 57 manat, sorğu verilməsi ilə əlaqədar olaraq ödənilmiş 52 manat, iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 568 manat və hüquqi yardım üçün ödədiyi 111 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini, həmçinin cavabdeh İddiaçı barəsində AR CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə o şəxsi vəsaiti hesabına ünvan 3ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ərazidə 0.0734 ha torpaq sahəsini 48100 manata dostu Oqtay Bayramovun adına alqı-satqı müqaviləsi əsasında almışdır. Sonradan dostu həmin torpağı onun adından çıxarmağını xahiş etmiş və o da həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına keçirmişdir. Həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində o, 2014-2015-ci illər ərzində şəxsi vəsaiti hesabına 13.30 x 9.60 ölçüdə, iki mərtəbəli, 6 otaq 1 mətbəxdən ibarət mişar daşından monolit karkaz olmaqla inşa etdirmişdir. Fərdi evin tikintisinə ümumilikdə 157000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Tikintidə istifadə olunan inşaat materialları onun tərəfindən tanıdığı şəxsin dükanından alınmış, usta və fəhlələr işə cəlb edilmiş, onların əmək haqqları tərəfindən ödənilmişdir. Həmin ev tam təmir edilmişdir. Uşaq bağçası kimi icarəyə verilmişdir. Bundan başqa, 2020-ci ilin aprel ayında o, şəxsi vəsaiti hesabına Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsi 46 ünvanında yerləşən ərazidə 0.0402 ha torpaq sahəsini 28000 manata Cavabdeh adına alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində o 2021-ci ildə şəxsi vəsaiti hesabına üç mərtəbəli, 09.60 x 07.60 ölçülü, birinci mərtəbəsi mişar daşında, qalan iki mərtəbəsi kərpicdən olmaqla inşa etdirmişdir. Fərdi evin tikintisinə ümumilikdə 54000 manat məbləğində pul vəsaiti xərcləmişdir. Tikintidə istifadə olunan inşaat materialları onun tərəfindən tanıdığı şəxsin dükanından alınmış, usta və fəhlələr işə cəlb edilmiş, onların əmək haqqları tərəfindən ödənilmişdir. Bundan başqa, 2011-ci ildə aldığım ünvan 3ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ərazidə 0.0734 ha torpaq sahəsinin 0.0190 ha hissəsində 2020-ci ildə iki mərtəbəli kürsüsü mişar daşından, arakəsməsi beton monolitdən, 1 zal 1 mətbəx, 3 otaqdan və bir tualet hamamdan ibarət 8.5 x 7 ölçülü fərdi ev tikmişdir. Evi 95% təmir etmişdir. Evin tikintisinə ümumilikdə 63000 manat pul xərcləmişdir. Bundan başqa, 2019-cu ilin aprel ayında şəxsi vəsaiti hesabına ünvan 3ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ərazidə 0.01092 ha torpaq sahəsini 66000 manata dostu Oqtay Bayramovun adına alqı-satqı müqaviləsi əsasında almışdır. Sonradan dostu həmin torpağı onun adından çıxarmağını xahiş etmiş və o da həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına keçirmişdir. 2021-ci ilin təxminən sentyabr ayında Qərib Səba adlı qadınla ailə qurmuş, sonradan ona telefonda bu barədə məlumat vermişdir. Həmin vaxt o Ukrayna Respublikasında olmuşdur. Qərib Səba ilə evləndikdən sonra ona qarşı münasibəti mənfi istiqamətdə tamamilə dəyiş və telefonda ona bildirmişdir ki “bütün əmlaklar onundur, heç bir əmlak və ya pul verməyəc, ona deyən də ki axı o heç bir yerdə işləməmiş və qazancı da olmamışdır, o bildirmişdir ki, ondan xahiş etməmişdir ki ona torpaq al və ya ev tik.....". Hal-hazırda ona məlum olmuşdur ki, onun öz şəxsi vəsaiti hesabına Cavabdeh adına aldığı torpaq sahələrini və onların üzərində yenə də şəxsi vəsaiti hesabına inşa etdiyi fərdi evləri, Cavabdeh dəyər dəyməzinə müxtəlif şəxslərə satmışdır. Hətta bu əmlakların bəzilərini (ünvan 3ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ərazidə 0.0734 ha torpaq sahəsini-halbuki həmin torpaq sahəsi üzərində 13.30 x 9.60 ölçüdə, iki mərtəbəli, 6 otaq 1 mətbəxdən ibarət mişar daşından monolit karkaz olmaqla inşa etdirdiyi fərdi ev və iki mərtəbəli kürsüsü mişar daşından, arakəsməsi beton monolitdən, 1 zal 1 mətbəx, 3 otaqdan və bir tualet hamamdan ibarət 8.5 x 7 ölçülü fərdi ev mövcuddur, eyni zamanda Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsi 46 ünvanında yerləşən ərazidə 0.0402 ha torpaq sahəsinin 0.0262 ha hissəsini) nikahda olduğu X15 bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Bununla da Cavabdeh ümumilikdə onun əmlaklarını mənimsəməklə ona torpaqlara dair 130000 manat, evlərə dair isə 276444 manat məbləğində maddi ziyan vurmuşdur. Torpaqları öz səhvidirki Qəribin xüsusi mülkiyyətinə almışdır. İnşa etdirdiyi evlərin və torpaqların pulları tam şəkildə ona qaytarılmalıdır. Eyni zamanda “Kia Sprotec”, 2007-ci il buraxılış 17000 manat dəyərində öz şəxsi pul vəsaiti ilə Cavabdeh adına almışdır. Özü burda yaşamamış və Ukraynada yaşamışdır. Ona görə də maşını da Qəribin adına almışdır. Cavabdeh həmçinin ona mənəvi zərər də vurmuşdur. Çünki Cavabdeh onu aldatmış ona olan inamımdan sui istifadə etmiş və Səba adlı qadınla əlbir olaraq onun əmlaklarını mənimsəmiş və ona da acıqla ondan xahiş etməmişdirki onun adına torpaq almazdı, ev tikməzdi demişdir. Bu isə onun əsassız olaraq əsəb və stres keçirməsi ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitutsiyasını, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, bu konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Müstəqil tələb irəli sürən X15 İddiaçı qarşı mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi zərərin əvəzinə görə 8000 manat pul vəsaitinin və 100,4 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 276444 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 10000 manat məbləğində pul vəsaitinin, müvəqqəti təminat tədbiri kimi ödədiyi 57 manatın, sorğu verilməsi ilə əlaqədar olaraq ödənilmiş 52 manatın, iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 568 manatın və hüquqi yardım üçün ödədiyi 111 manat məbləğində pulun alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə İddiaçı vəkili və nümayəndəsi Vəkil1, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 3ci məhəllədə (525-ci marşurutun son dayanacağında) yerləşən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış (daha sonra isə 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin 25 aprel 2022-ci il tarixli, 4Ə-718 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmiş) 0.0734 ha torpaq sahəsinin və üzərindəki 13.30 x 9.60 ölçüdə, iki mərtəbəli, 6 otaq 1 mətbəxdən ibarət mişar daşından monolit karkaz olmaqla inşa olunmuş fərdi evin, ünvan 3ci məhəllədə (525-ci marşurutun son dayanacağında) yerləşən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış (daha sonra isə 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin 25 aprel 2022-ci il tarixli, 4Ə-718 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmişdir) 0.0734 ha torpaq sahəsinin 0.0190 ha hissəsində inşa olunmuş iki mərtəbəli kürsüsü mişar daşından, arakəsməsi beton monolitdən, İ zal 1 mətbəx, 3 otaqdan və bir tualet hamamdan ibarət 8.5 x 7 ölçülü fərdi evin, 25 oktyabr 2021-ci il tarixdə ********** (**********67) reyestr nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və eyni tarixdə - yəni 2 saylı Bakı "ASAN xidmət" mərkəzində 25 aprel 2022-ci il tarixli, 4Ə-717 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmiş Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsi 46 ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0262 ha torpaq sahəsinin və üzərindəki üç mərtəbəli, 09.60 x 07.60 ölçülü fərdi evin hər hansı formada üçüncü şəxs X34 və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023 cü il tarixli 16(003)-23/2023 sayl qərardadı ilə ərizə qismən təmin edilərək İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0734 ha torpaq sahəsinin və ünvan 4i ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0262 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi üçüncü şəxs X22 və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardadın qəbul edilməsi X15 hüquqlarını pozmaqla yanaşı ona ciddi dərəcədə ziyan vurmuşdur. Belə ki, ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0734 ha torpaq sahəsi üzərində 27 noyabr 2017-ci il tarixdə ********** (**********68) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin 25 aprel 2022-ci il tarixli, 4Ə-718 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmişdir. Eləcə də, ünvan 4i ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0402 ha torpaq sahəsi üzərində 27 aprel 2020-ci il tarixdə ********** (**********14) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinin 0.0262 ha hissəsi üzərində 25 oktyabr 2021-ci il tarixdə ********** (**********67) reyestr nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, daha sonra 2 saylı Bakı ASAN xidmət mərkəzində 2 aprel 2022-ci il tarixli, 4Ə-717 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-915/2023 saylı qətnaməsi ilə X34 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş və onlar faktiki olaraq ayrı yaşayır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər rayon məhkəməsinə müraciət edən zaman heç bir əsas olmadan X23 da üçüncü şəxs kimi işə cəlb etmiş və əsassız olaraq mülkiyyətində olan torpaq sahələrinin özgəninkiləşdirilməsi X22 qadağan edilmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, iddia predmeti torpaq sahələri və ya onların üzərində inşa edilmiş tikililərlə bağlı yox, evlərin inşası üçün çəkilən xərclərin tələb olunması ilə bağlıdır. Belə olan halda necə ola bilər ki, məhkəmə X22 aid olmayan bir tələblə bağlı və eləcə də mübahisə (iddia predmeti) X15 mülkiyyətimdə olan əmlakla bağlı olmadığı halda əmlakının özgəninkiləşdirilməsi X22 qadağan edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-23/2023 saylı qərardadı X15 mülkiyyət hüquqlarını pozur və X34 əmlakı ilə bağlı sərəncam verə bilmir. Bu da onu göstərir ki, İddiaçı S.S.Şərifiyə qarşı qanunsuz hərəkətlərə yol vermiş və onun hüquqlarını məhdudlaşdırmışdır. X34 mülkiyyətində olan həmin torpaq sahələrini satmaq istədikdə məlum olmuşdur ki, sözügedən topaq sahələrinin özgəninkiləşdirilməsi ona qadağan edilmişdir. Belə olan halda X34 torpaq sahələrini almaq istəyən müştərini itirmiş və hal-hazrıda da həmin əmlaklarını sata bilmir. X34 maddi vəziyyətini yaxşılaşdırmaq üçün həmin torpaq sahələrini satmaq məcburiyyətindədir. Lakin hazırki məhdudiyyət onun vəziyyətini daha da ağırlaşdırır. Hazırki iddia ilə bağlı sözügedən əmlakların özgəninkiləşdirilməsi X22 qadağan edilməsi nəticəsində S.S.Şərifi mənəvi ziyana uğramışdır. S.S.Şərifi sözügedən əmlakları sata bilmədiyindən müştəri itirmiş və gəlirlərindən məhrum edilmişdir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında olan mübahisəyə heç bir aidiyyəti olmadığı halda S.S.Şərifi mənəvi zərərə uğramışdır. Belə ki, İddiaçı S.S.Şərifiyə qarşı qanunsuz hərəkətləri nəticəsində S.S.Şərifi mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini, müstəqil tələb irəli sürən X15 ona qarşı mənəvi zərər tələbinə iddianı etiraf etməyək təmin edilməməsi xahiş etdi və izahatında bildirdi ki, o, zəhmətkeş insandır, işləmiş və ailəsinə baxmışdır. Torpaqları özü almış və xəstə oluduğundan torpaqları Qəribin adına rəsmiləşdirmişdir. Həmin zaman Qəribə tapşırmışdır ki, o olmayanda ədalətli olsun və 5 uşaqdırlar, öz aralarında bölüşdürər. Hazırda isə yalandan deyir ki, özü işləmiş, qazanmışdır. Qərib Moskva şəhərində oxumuş, təhsilini bitirdikdən sonra gəlib əsgərliyini etmişdir. Bakıda şaurma kafesi açmış Qəribə vermiş, lakin oranı işlədə bilməmiş, daha sonra isə Adil müəllimin yanında mühafizəçi işləmiş, lakin qovulmuşdur. Moskva şəhərində olan mənzilini satmış və torpaq sahlərini almışdır. Özü alış-veriş işləri ilə məşğul olur və bilirdi ki, gələcəkdə torpaq sahələrinin qiyməti artacaqdır. Ona görə də torpaq sahələrini almış və Qərib böyük oğlu olduğundan onun adına rəsmiləşdirmişdir. Bundan başqa arvadı ilə soyuq münasibət olmuş və gələcəkdə aralarında dartışma olmaması məqsədilə Qəribin adına rəsmiləşdirmişdir. Torpaq sahəsində evlər tikiləndə Qəribə demişdir ki, ağ evin yanında olan ev onundur. Həmin evdə digər oğlu İskəndərdə işləmişdir. Ukrayna Respublikasında gedən vaxtı evin qapıları vurulmamışdır, ona görə Qəribə 10000 manat pul vermiş, həmçinin bir nəfər ona 2000 manat borclu olmuş, həmin pulun götürməsini demiş, işlətməyə kafe vermiş, bundan başqa bağçanı vermişdir. Belə ki, bir nəfər xahiş etmişdir ki, o bağça eləsin və uşaqları həmin bağçaya getsin. Ona görə də evlərin birini bağça eləmişdir. O, Ukrayna Respublikasına gedəndən sonra bu hadisələr baş vermişdir. Hesabladığına görə Qəribə verilmiş 144000 manatdan əlində heç bir məbləğ qalmamışdır. İddiaçı verilmiş suallara cavab olaraq bildirmişdir ki, Qəribin hərəkətlərinə görə çox pis olmuş, stres keçirmişdir. Ona görə də mənəvi zərər tələb edir. 7,5 sot olan torpaq sahəsini təxminən 2013-cü ilin axırında, digər torpaq sahəsini isə 2014-2015-ci illərdə almış, dəqiq yadında qalmamışdır. Torpaq sahələrini tanışı Oqtayın adına almışdır. Daha sonra isə torpaq sahələri Oqtayın adından alqı-satqı yolu ilə Qəribin adına rəsmiləşdirilmişdir. Bağça olan ev 2014-cü ildə tikilib, həmin zaman torpaq sahəsi Oqtayın adına olmuşdur. 2-ci evi isə torpaq sahəsi Qəribin adına olan zaman tikmiş, 2011-ci ilin avqust ayının axırlarında tikinti işi başlamışdır. Qərib üçün tikdirdiyi ev 7 sot torpaq sahəsinin içərisində yerləşir. Mübahisə predmeti olan torpaq sahələrindən başqa Badamdar qəsəbəsində torpaq sahəsi olub, arvadı Səbinənin adına olmuşdur. Şahidlərdən başqa, evlərin tikintisi ilə bağlı sənədləri, qəbzləri və dəftəri olmuş, onun evində olmuşdur. Lakin həmin sənədləri evindən götürmüşlər. 7,5 sot torpaq sahəsində evin inşasına təxminən 163000-165000 manat xərci çıxmışdır. Tikinti də istifadə edilmiş böyül materialları Masazır qəsəbəsində olan “Qurtuluş” ofisinin yanında böyük mağazadan almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirdi ki, şəxs özünə hər hansı tikinti işləri aparanda materiallaırn alınması ilə bağlı sənədlərin özündə saxlaması ağlabatan deyil. Məhkəmə iclasında dindirilmiş şahidlərdə tikinti işlərinin iddiaçı tərəfindən aparıldığını təsdiq etmişlər. Hesab edir ki, kifayət qədər sübutlar məhkəməyə təqdim edilmiş, ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, torpaq sahələri Qəribin öz şəxsi vəsaiti vəsaiti hesabına alınmış və tikililərdə onun hesabına inşa olunmuşdur. Özü şəxsən Masazır qəsəbəsində yaşayır. Ona görə də əmindir ki, oarada olan mağazalarda alış-veriş zamanı müvafiq qəbzlər təqdim edilir. Həmçinin bildirmişdir ki, Qərib əvvəlki arvadı Elşanə ilə, Nicat isə öz arvadı ilə boşanan zamanı hər ikisinə məxsus torpaq sahələri Oqtayın adına rəsmiləşdirilmişdir. Daha sonra isə Oqtayın xahişi ilə Qəribin öz əmlakları alqı-satqı yolu ilə onun öz adına keçirilmişdir. Torpaq sahələrində tikintilər inşa olunan zaman isə Qərib işlədiyindən və bu məsələrlə məşğul ola bilmədiyindən tikinti işlərin üzərində atasının durmasını xahiş etmişdir. Bu məqsədlə etibarnamə də vermişdir. Ona görə də tikinti işləri ilə bağlı iddiaçı məşğul olmuş, ona görə də işdə dindirilmiş şahidlər iddiaçını tanıdıqlarını bildirmişlər. Lakin vəsait Qəribin vəsaiti olmuş və onun vəsaiti hesabına tikililər inşa olunmuşdur. Ona görə də hesab edir ki, iddia tamamilə əsassızdır. Məhkəmə çıxışda isə həmçinin iddia müddətinin ötürüldüyün bildirdi. Verilmiş suallara Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavab olaraq bildirmişdir ki, Qərib işdən kənar vaxtlarında gedib tikinti işləri ilə maraqlanmışdır. Lakin işlədiyinə görə mütəmadi olaraq gedə bilməmiş və bu məsələlərlə bağlı atasından məşğul olmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən X15 nümayəndəsi və vəkili Vəkil3 X15 iddiasını müdafiə edərək təmin olunmasını, İddiaçı iddia tələbinin isə təmin edilməməsi xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izhat verdi. İzahatında həmçinin bildirdi ki, İddiaçı hazırki iddianın irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. İşin halları ilə bağlı qeyd etdi ki, iddia ərizəsində qeyd olunan 2011-ci ildə əldə edilmiş torpaq sahəsi Oqtayın adına alınmış və həmin torpaq sahəsi Oqtayın adına olan zaman tikili inşa edilmiş daha sonra isə alqı-satqı müqaviləsi əsasən Cavabdeh satılmışdır. Buna görə də hesab edir ki, həmin evə dair çəkilmiş xərc Qəribdən deyil Oqtaydan tələb olunmalıdır. Çünki evin tikintisi zaman yerləşdiyi torpaq sahəsi Oqtaya məxsus olmuşdur. Ona görə də hesab edir ki, İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, torpaq sahələri əvvəl Oqtayın adına olmuş, daha sonra isə alqı-satqı müqavilələri əsasında Cavabdeh adına rəsmiləşdirilmişdir. Digər tərəfdən hesab edir ki, hazırki iddianın qaldırılması üçün müddət də ötürülmüşdür. Həmçinin iddiaçı izahatında qeyd edir ki, torpaq sahələrini və evi Qəribə bağışlamışdır. Bununlda da hədiyyə olunmuş əmlakın geri tələb edilməsi əsassızdır. Ona görə də iddia tələbi bir neçə səbəbə görə tamamilə əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, iddiaçı onun adına torpaq sahələri almış və o da iddiaçıya 75 il müddətinə etibarnamə vermişdir. Daha sonra iddiaçının göstərişi ilə torpaq sahələrini alqı-satqı yolu ilə Cavabdeh adına keçirtmişlər. Həmçinin bildirmişdir ki, onun adına torpaq sahələrini alanda iddiaçı pulu ödəmişdir. İddiaçının göstərişi ilə torpaq sahələrini cavabdehin adına alqı-satqı etmişlər. Cavabdeh adına torpaq sahələrini keçirəndə pul cavabdehin yerinə ödənilmiş, alqı-satqı olunan zaman depozitə pulu iddiaçı tərəfindən qoyulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, iddiaçını 10 ilə yaxındır ki tanıyır. İddiaçıya məxsus 1-ci Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvanda 2 mərtəbəli evi təməlindən tikib tam təhvil vermişdir. Həmin evə iddiaçı 30000 manat pulu ancaq usta xərci üçün xərcləmişdir. İddiaçıya məxsus olan 2-ci Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsi 46 ünvanında yerləşən 3 mərtəbəli evi təməlindən tikib üstünün damını örtüb vermişdir. Həmin evin içərisinin təmiri qalmış və evə görə iddiaçı 17000 manat ancaq usta puluna xərc çəkmişdir. İddiaçıya məxsus 3-cü Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvanda 2 mərtəbəli evi təməlindən tikib tam təhvil vermiş. Qeyd etdiyi hər 3 evi o tikib iddiaçıya təhvil vermişdir. Əlavə olaraq iddiaçıya məxsus 20 sot torpaq sahəsinin hasarını tikmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh tikinti zamanı gəlib köməklik etməmiş ancaq görülən işlərə baxıb getmişdir. Cavabdeh tikinti zamanı gəlib ancaq işə baxmış, əlavə ustalara pul və ya materiallar gətirməmişdir. Həmin evlərin tikintisinin pulunu ancaq iddiaçıdan almışdır. Cavabdeh pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvanda 2 mərtəbəli evin hörgü və hasarın tikmişdir. Həmin evə materialları iddiaçı özü alıb gətirmiş və materiallar çatmayanda isə iddiaçı dükana zəng vurmuş, o da gedib materialları götürmüşdür. Materialların pulun isə iddiaçı ödəmişdir. Həmçinin bildirmişdir ki, həmin evin tikintisinə görə ona Cavabdeh pul verməmişdir. Cavabdeh yalnız 1 dəfə gəlib tikintiyə baxıb getmişdir. Ondan sonra tikintiyə gəlməmişdir. İddiaçı həmin evə 50000 manata yaxına xərc çəkmişdir. Ona gördüyü işə görə isə iddiaçı 6000-10000 manata yaxın pul verimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, iddiaçını 6 ilə yaxındır ki tanıyır. O iddiaçının evində fəhləlik etsədə iddiaçı ona qarşı həmişə atalıq etmişdir. İddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvanda 2 mərtəbəli evi, Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsi 46 ünvanında yerləşən 3 mərtəbəli evi, həmçinin Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvanda 2 mərtəbəli evi tikintisində axıra kimi fəhləlik etmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh ancaq iddiaçının kafesində görmüşdür. Cavabdeh tikintidə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvana, ünvan 2 Abşeron rayonu Masazır qəsəbəsi Yeni ünvan 1 ünvana evin tikintisi üçün daş gətirmişdir. 2013-cü ildən başlayaraq axırıncı dəfə isə 2020-ci ildə 50 maşına yaxın iddiaçı üçün daş gətirmişdir. Həmçinin bildirmişdir ki, gətirdiyi daşların pulunu ancaq iddiaçı özü şəxsən vermişdir. İddiaçının oğlunu tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, iddiaçını 10 ilə yaxındır ki tanıyır. İddiaçı evin tikintisi üçün materialları dükandan alıb və onun yanında həmin malların pulunu verimişdir. O həmin alınan malları pulunu ödəyəndən sonra isə maşına yükləmiş və iddiaçıya məxsus evlərə aparıb boşaltmışdır. Həmçinin bildirmişdir ki, iddiaçı dükana gəlib alınacaq malların siyasını yazdırmış, daha sonra həmin malların pulunu ödəyəndən sonra ona qəbzi təqdim edərək malları maşına yükləmişdir. İddiaçının oğlunu tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, iş üzrə iddiaçı atası, cavabdeh isə qardaşıdır. Qardaşı bildirir ki, işləri atası ilə şərikli görmüş, lakin bildiyinə görə bütün əmlakları atası tikmişdir. Həmçinin şahid X18 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 29 yaşı var. Evlərin tikintisini görmüş, qardaşına aid balaca evin tikintisində iştirak etmişdir. Evlərin tikintisində qardaşının fiziki işləməsini, maddi vəsait xərcələməsini görməmişdir. Qardaşı ilə münasibəti normaldır. Evin tikintisi ilə bağlı qardaşı ilə söhbəti olmamışdır. Balaca evin tikintisində iştirak etmiş, həmin ev qardaşına məxsus olmuşdur. Qardaşı başqa yerdə işləmiş, atasına köməklik etməmişdir. Qardaşının iş yeri olmuş, qazancını bilmir. Bildiyinə görə 450 manatdan 700 manat məbləğində qazancı olmuşdur. Evlərin tikintisini öz gözləri ilə görmüş, atası tikmişdir. Hətta balaca tikilinin tavanını o vurmuşdur. Lakin qardaşını həmin evdə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 oğlu ifadəsində bildirmişdir ki, iş üzrə iddiaçı və cavabdehi tanıyır. 2014-cü ildə İddiaçı torpaq sahəsi satmışdır. Masazırda qohumu olmuş və onun 1 hektar torpaq sahəsi olmuşdur. O, maklerdir, həmin torpaq sahəsini satmaq üçün etibarnamə ilə ona vermişdir. Həmin torpaq sahəsini 20 nəfər arasında bölüb satmışdır. Təxminən 2013-2014-cü il olmuşdur. İddiaçı 7.5 sot torpaq sahəsi satmışdır. Həmin torpaq sahəsi Masazır qəsəbəsində “Qurtuluş” massivində yerləşir. Həmçinin şahid X9 oğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısı notariusda olmuş və pul da notariusda kassaya ödənilmiş, İddiaçı ödəmişdir. İddiaçı kassaya pul ödədiyini görmüşdür. Alqı-satqıda olan sənədlərdə torpaq sahəsinin kim tərəfindən alınıb və pulu kimin ödəməsi barədə məlumatı var. İddiaçı 7.5 sot torpaq sahəsi satmışdır. 2013-cü ildən 2020-ci ilədək fəaliyyət göstərmişdir. Nicata satdığı torpaq sahəsində tikili inşa edilmişdir. Bildiyinə görə Nicat orda uşaq bağçası tikmişdir. Nicatın oğlunu çox görmüş, lakin başqa yerlərdə görmüşdür. Alqı-satqı zamanı Nicatın oğlunu görməmişdir. Nicat alıcı kimi alqı-satqıda iştirak etmişdir. Nicata satdığı torpaq sahəsi onun obyektinin yanında yerləşir. Nicatın həmin torpaq sahəsinin yanında obyekti var. Torpaq sahəsində uşaq bağçasının tikilməsini bilir. Həmin bağçanı Nicat tikmişdir. Şahid kimi məhkəmə iştirak etməyi ilə bağlı ona təzyiqlər olmamışdır. Torpağın neçəyə satıldığı yadında deyil. Torpaq sahəsinin qiyməti alqı-satqı sənədlərində olmuş olar. Alqısatqı Xırdalan qəsəbəsində, İcra hakimiyyətinin yanında yerləşən notariusda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, Nazimdən torpaq almış, Nicatı tanıyır, onunla qonşudur. Həmçinin şahid X29 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Masazır qəsəbəsində qızına məxsus ev var. Nazimdən aldığı torpağı qızı üçün almışdır. Nicatında orda torpaq sahəsi var, yerini bilir. Nicata məxsus torpaq sahəsində ev var, həmin evi Nicatın özü tikmişdir. Onlarla qonşuluqda olan Nicata məxsus torpaq sahəsində bir tikili var. Nicat torpaq sahəsini onlardan əvvəl almışdır. Torpaq alınandan sonra Nicat da ev tikmiş, onlar da ev tikmişlər. Gördüyünə görə bilir ki, torpaq sahəsini Nicat almışdır. Sənəd əsasında bildirmir, gördüyünə görə bilir ki, torpağı Nicat almış, evi Nicat tikdirmişdir. Torpaq sahəsində Nicatın oğlunu görməmiş və tanımır. Torpaq sahəsi Masazır qəsəbəsi Qurtuluş massivində yerləşir. Torpaq sahəsini ona və Nicata Nazim satmışdır. Nazimdən 3 sot torpaq sahəsi almışdır. Nazim ona demişdir ki, həmin torpaq sahəsini Nicata satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, 2011-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikah dövründə onun işlədiyini görməmişdir. Bir tək, Aydın Bəşirovun yanında işləmişdir. Orda da etdiyi səhvlərə görə işdən çıxartmışlar. Həmçinin şahid X30 verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisə predmeti olan tikililəri oğlunun babası Nicat tikdirmişdir. Bir ailə olduqlarından bu barədə məlumatı var. Atası onlara qonaq gələndə dəfələrlə evdə söhbət olmuş və eşitmişdir ki, Nicat hardasa nəsə alıb, nəsə tikdirmişdir. Torpaq sahəsinin nəyə görə Qəribin adına olması barədə məlumatım yoxdur. 2014-cü ildə Qəriblə ayrılmışlar. 2 ildən sonra barışmışlar və 1 il, 1 6 aydan sonra yenidən ayrılmışlar. Təxminən 2018-ci ildə Qəriblə münasibətləri tamamilə bitmişdir. Birgə yaşadıqları vaxtı Qəribin torpaq sahəsi almasını, ev tikməsini eşitməmişdir. Yaşadıqları evi Nicat təmin etmişdir. Həmin evə təmir lazım olmuş, Qərib hətta həmin evi təmir etdirməmişdir, oranı Nicat təmir etdirmişdir. Mübahisə predmeti olan evlərin kimin aldığını bilir. Tarix dəqiq yadımda deyil. Belə ki, bir dəfə atası, yəni qaynatası Nicat onları Masazıra çağırmış və demişdir ki, onlar üçün ev tikirir. İki mərtəbəli ev olmuş, həmin evə baxış keçirmişlər, lakin köçməmişlər. Belə ki, həmin evdə təmir işləri getmişdir. Sonra isə onlar ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Nicatın keçmiş arvadıdır, onunla evlənəndə Qəribin 5 yaşı olmuşdur. Qəribi o böyütmüşdür. Nicat Moskva şəhərində olurmuş və onları mütəmadi olaraq oraya aparıb-gətirmişdir. Sonra isə birdəfəlik olaraq onlar da oraya getmişlər. Orada evləri olmuş, atası Nicat onlarla qalmamış, başqa bir qadınla yaşamışdır. Lakin Qərib onunla birlikdə işləmişdir. Üç dükanı olmuş, birində atası oturmuş, birində Qərib oturmuş, birində isə hazırda ailə qurduğu qadın oturmuşdur. Qərib orada qiyabi oxumuş və işləmişdir. Həmçinin şahid X31 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Masazırda olan torpaq sahələri Qəribə məxsusdur. Çünki, atası ilə Bakıya gələndən sonra atası ilə birlikdə “Dünya” bazarında “Şaurma Bakı”nı açmışlar, ondan sonra çirkin yanında “Şaurma Bakı” açmışlar. Orada da atası ilə birlikdə işləmişdir. Onun balaca oğluda orada onlarla birlikdə satıcı işləmişdir. Lakin Qərib idarə etmişdir. Moskva şəhərində bəri onlar birlikdə işləmiş, birlikdə qazanmışlar. Torpaq sahələri Qəribə məxsusdur. Ata da onun yanında olub, dəstək olmuşdur. Torpaq sahəsində olan tikililər Qərib tərəfindən aparılmış, atası isə nəzarət etmiş, özünün prorabı olmuş, yaşadıqları evi də həmin prorab tikmişdir. Xərclər Qərib tərəfindən çəkilmiş, dəftəri olmuş, orada qeydlərini aparmışdır. Alimentlə bağlı Qəribin 10000 manat borcu yaranmış, həmin borcu Qərib özü ödəmişdir. Oğlum İskəndər, əsgərliyə getməmiş, yararsızdır, əsəb sistemində problemləri olduğuna görə əsgərliyə getməmişdir. Moskva şəhərində olan dükanlarda olmuşdur. Qərib həmin zaman institutda oxumuşdur. Həmin dükanlarda ata-oğul birlikdə işləmişlər. Hərəsinə bir dükan məxsus olmuş, dükanlardan əldə etdikləri qazanclar çox olmuş, milyonlar qazanmışlar. “Şaurma Bakı”nı açanda 16000 manat xərc qoymuş, 6 ay ərzində 16000 manat qazanc əldə ediblərsə, onda deməli qazancları olmuşdur. Qəribin dediyinə görə bilir ki, tikililəri Qərib inşa etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Qəribin dostudur. Qəriblə 2011-ci ildə təhlükəsizlik xidmətində işləmişlr, dostluq münasibəti yaranmışdır. 2012-ci ildə Qəriblə birlikdə işləyəndən sonra, Qərib özü üçün biznes qurmuş, bir müddət o da onunla işləmişdir. Qəriblə hər zaman söhbət etdikləri vaxtı ondan soruşmuşdur ki, torpaq sahəsi var, nə zaman ev tikdirəcəkdir, o da bildirmişdir ki, işləyir, çalışıram ki, nəsə özü üçün etsin. Qəriblə birlikdə işlədikləri dövrdə, 2011-ci ildə gəlirləri az olmuş, onları qane etməmişdir. Qərib sonra özü üçün biznes qurmuş, daha sonra başqa yerdə də işləməyə başlamışdır. Həmin yerdə hazırda o da işləyir. Qəribin qazancı yaxşı olmuşdur. O da dostu olaraq bunun şahidi olmuşdur. Masazırda Qəribin mülkləri olması, Qəribin adına mülklərin olması barədə məlumatı olmuşdur. Lakin həmin mülkləri kimin alması barədə xəbərim yoxdur. Qərib bildirirdi ki, torpaq sahəsinə dair sənədləri var, yəqin çıxarışları olmuşdur. Qərib bildirmişdir ki, özü üçün ev tikmək istəyir. İşlədiyinə görə Qəriblə hər zaman görüşə bilməmişlər, lakin bilirdi ki, Qərib torpaq sahəsində tikinti işləri aparır. Torpaq sahəsində tikintiləri görməmiş, Qərib telefonla danışanda bildirmişdir ki, tikinti işləri gördürür. Qəribi 2011-ci ilin oktyabr ayından tanıyır. Qərib, 28 Mayda şaurma biznesi qurmuşdur. Ondan əvvəl təhlükəsizlik xidmətində, sonra isə reklam agentliyində işləmişdir. Təhlükəsizlik xidməti deyəndə mühafizə xidmətini nəzərdə tutur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın olub-olmaması barədə cavab məktubundan görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü Cavabdeh respublika üzrə mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki: ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0734 ha torpaq sahəsi üzərində 27 noyabr 2017-ci il tarixdə ********** (**********68) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin 25 aprel 2022-ci il tarixli, 4Ə-718 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X15 adına özgəninkiləşdirilmişdir, ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0208 ha torpaq sahəsi üzərində 29 mart 2019-cu il tarixdə ********** (**********32) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Abşeron rayonu 1 saylı notariat kontorunun 03 fevral 2020-ci il tarixli, 4Ə-283 reyestr nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir, ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.1092 ha torpaq sahəsi üzərində 05 aprel 2019-cu il tarixdə ********** (**********31) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinin 0.01 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorun 08 aprel 2019-cu il tarixli, 4Ə-711 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0992 ha torpaq sahəsi üzərində 19 iyun 2019-cu il tarixdə ********** (**********09) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra, bölgü eskizinə əsasən həmin torpaq sahəsinin 0.02 ha hissəsi 03 iyul 2019-cu il tarixdə ********** (**********52) qeydiyyat nömrəli, 0.0792 ha hissəsi 22 iyul 2019-cu il tarixdə ********** (**********45) qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmış, lakin 0.02 ha torpaq sahəsi Abşeron rayonu 1 saylı notariat kontorun 04 iyul 2019cu il tarixli, 4Ə-1483 reyest nömrəli alqı-satqı müqaviləsinə əsasən X6, 0.0792 ha torpaq sahəsinin 0.02 ha hissəsi isə Bakı şəhəri 20 saylı notariat kontorunun 04 avqust 2020-ci il tarixli, 4Ə-60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0592 ha torpaq sahəsi üzərində 30 sentyabr 2020-ci il tarixdə ********** (**********72) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinin 0.012 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunun 07 oktyabr 2020-ci il tarixli, 4Ə-1674 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0472 ha torpaq sahəsi üzərində 12 noyabr 2020-ci il tarixdə ********** (**********23) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərə çatdırılmışdır ki, həmin torpaq sahəsinin 0.02 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorun 18 may 2022-ci il tarixli, 4Ə-874 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 özgəninkiləşdirilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, ünvan 4i ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0402 ha torpaq sahəsi üzərində 27 aprel 2020-ci il tarixdə ********** (**********14) qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsinin 0.014 ha hissəsi Abşeron rayonu 1 saylı notariat kontorunun 06 sentyabr 2021-ci il tarixli, 4Ə-1872 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X32 özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.0262 ha torpaq sahəsi üzərində 25 oktyabr 2021 -ci il tarixdə ********** (**********67) reyestr nömrəli çıxarış ilə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin 2 saylı Bakı "ASAN xidmət" mərkəzində 25 aprel 2022-ci il tarixli, 4Ə-717 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X22 özgəninkiləşdirilmişdir. -xx.xx.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4i ünvanında yerləşən 0.0734 ha torpaq sahəsi X24 tərəfindən Cavabdeh 5000 manata satılmışdır. -xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4i ünvanında yerləşən 0.1092 ha torpaq sahəsi X24 tərəfindən X24 tərəfindən Cavabdeh 5000 manata satılmışdır. -xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4i ünvanında yerləşən 0.0208 ha torpaq sahəsi X24 tərəfindən X24 tərəfindən Cavabdeh 2000 manata satılmışdır. -xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 rayonu, Masazır kəndində yerləşən çıxarış reyestr nömrəsi **********68 olan 0.0734 ha torpaq sahəsinin üzərində sərəncam verməsi, satması və s. hərəkətləri aparılması İddiaçı etibar edilmişdir. Etibarnamə 75 il müddətinə verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, İddiaçı bankda 2013-2015-ci illər üzrə əməliyyat aparılmamışdır. -"xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına bankda açılmış cari hesablarda 2012-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək xarici ölkələrdən pul köçürülməsi barədə heç bir qeyd müəyyən edilməmişdir. -məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/8532 nömrəli ekspert rəyindən görünür ki, Mərkəzdə 2014-2015ci ildə olan bazar qiymətlərinə (materialın dəyəri və usta haqqı) dair məlumat olmadığına, eləcə də, fərdi yaşayış evinin tikintisi və təmiri üçün istifadə olunan tikinti materiallarına dair bütün qaimələr Mərkəzə təqdim olunmadığına görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı İstiqlaliyyət küçəsi 5-ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ikimərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin 2014-2015-ci ilə olan bazar dəyərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı İstiqlaliyyət küçəsi 5-ci məhəllə (525-ci marşurutun son dayanacağında) yerləşən ikimərtəbəli fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti və təmir işlərinin ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 134000 manat məbləğində olduğu müəyyən olunmuşdur. Digər tədqiqat obyekti olan fərdi yaşayış evlərinin qapısı bağlı olduğuna görə, qərardadın digər evlərlə bağlı sualları cavablandırılmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16(003)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X20 vəkili və nümayəndəsi Vəkil1 müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 4i ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.0734 ha torpaq sahəsinin və ünvan 4i ərazisində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.0262 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi üçüncü şəxs X22 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, İddiaçı, iddia tələbini mübahisə predmetinə daxil olan tikililərin onun vəsaiti hesabına inşa edilməsini və həmin tikililərin yerləşdiyi torpaq sahələrinin qanunsuz Cavabdeh tərəfindən özgəninkiləşdirilməsini əsaslandırsa da bu hallarla bağlı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiasının əsasını 0.0734 ha torpaq sahəsində 2014-2015-ci illərdə 2 mərtəbəli, 6 otaq, 1 mətbəxdən ibarət inşa edilmiş tikiliyə görə 157000 manat, həmin torpaq sahəsinin 0.0190 ha hissəsində 2020-ci ildə 2 mərtəbəli, 1 zal, 3 otaq, 1 mətbəx və bir sanitar qovşağından ibarət evin inşasına görə 63000 manat və 0.0402 ha torpaq sahəsində 2021-ci ildə 3 mərtəbəli evin inşasına görə 54000 manat pul məbləğlərinin xərcləməsinin təşkil etməsinə baxmayaraq bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, işin hallarından görünür ki, mübahisə predmetinə daxil olan tikililərin yerləşdiyi torpaq sahəsi əvvəllər X12 məxsus olmuş, daha sonra isə rəsmi alqısatqı müqavilələri əsasında həmin torpaq sahələri Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiasının əsaslı olmasını təsdiq edən amillər isə yalnız məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri təşkil edir ki, həmin şahidlərin ifadələrini isə məhkəmə hesab edir ki, iddianın əsaslığının təsdiqedici sübut kimi qəbul edilməsi mümkün deyil. Belə ki, şahid ifadələri hər hansı bir digər maddi sübutlarla möhkəmləndirilməmiş və əlaqələndirilməmişdir. Ən əsası tikililərin inşasında xərclənmiş vəsaitin İddiaçı məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş 1 ədəd fleş kartda olan səs yazılarında isə məhkəmə tərəfindən tədqiq olunan zaman iş üzrə sübut kimi əhəmiyyət kəsb edən ifadələr müəyyən edilməmişdir. Bundan başqa İddiaçı inşa edilmiş tikililərin hansı məqsədlə tikilməsini və həmin əmlakların Cavabdeh tərəfindən özgəninkiləşdirilməsi nəticəsində hansı səbəblərə görə ona zərərin dəyməsi barədə hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hesab edilsə ki, mübahisə predmeti olan tikililər İddiaçı tərəfindən inşa edilmişdir. Onda onun məhkəmədə verdiyi izahatından görünür ki, tikililər könüllü olaraq onun tərəfindən Cavabdeh verilmişdir. Bu halda isə könüllü olaraq verilmiş əmlaka görə həmin əmlakın əldə edilməsinə (tikilməsinə) xərclənmiş vəsaitin əmlakın verilmiş şəxsdən tələb edilməsi də əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı tikililərin inşasında xərclənmiş pul vəsaitinin tələb edilməsi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddia tələbinin əsas hissəsi təmin edilmədiyindən və bu hissə iddia tələbinin digər hissələri ilə əlaqəli olduğundan həmin hissələrindən əsaslı olmasının qəbul edilməsi mümkün deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə, müstəqil tələb irəli sürən X15 İddiaçı qarşı mənəvi zərər tələbinə dair iddiasına qiymət verərək qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müstəqil tələb irəli sürən X34 iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahələrinin İddiaçı müvvəqqəti təminat tədbirinə dair ərizəsi əsasında məhkəmə qərardadı ilə özgəninkiləşdirilməsi qadağan edildiyindən həmin torpaq sahəsini sata bilməmiş və bununla bağlı ona mənəvi zərər dəymişdir. Lakin müstəqil tələb irəli sürən X34 iddiasının əsasını təşkil edən hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiası əsassızdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 276444 manat pul vəsaitinin, mənəvi zərərə görə 10000 manat pulun vəsaitinin, müvəqqəti təminat tədbiri kimi ödədiyi 57 manat, sorğu verilməsi ilə əlaqədar ödənilmiş 52 manatın, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 568 manatın və hüquqi yardım üçün ödədiyi 111 manatın cavabdehdən alınıb ona verilməsi barədə iddiası, müstəqil tələb irəli sürən X15 İddiaçı qarşı mənəvi zərərin əvəzinə görə 8000 manat pul vəsaitinin və 100,4 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 276444 manat pul vəsaitinin, mənəvi zərərə görə 10000 manat pulun vəsaitinin, müvəqqəti təminat tədbiri kimi ödədiyi 57 manat, sorğu verilməsi ilə əlaqədar ödənilmiş 52 manatın, iddianın verilməsi üçün dövlət rüsumuna görə ödədiyi 568 manatın və hüquqi yardım üçün ödədiyi 111 manatın cavabdehdən alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Müstəqil tələb irəli sürən X15 İddiaçı qarşı mənəvi zərərin əvəzinə görə 8000 manat pul vəsaitinin və 100,4 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-178/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-178/2023
20.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver