Məhkəmə qərarları › İş №e-2(003)-1830/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1830/2023

06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1830/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edildiyi 10 iyun 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 10 aprel 2023- cü il tarixədək olan 3 il 9 ay müddətində Cavabdeh 1011 (min on bir) ABŞ dolları faiz borcunun (5187/100%=:51,87 x 5%=259,35 ABŞ dolları, 259,35 ABŞ dolları x 3,9 il = 1011 ABŞ dolları) ödəniş günü manat məzənnəsi ilə və ödənilmiş 42 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi.barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003)-747/2016 saylı qətnaməsinə əsasən iddiaçı tərəf olaraq İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh 5187 (beş min yüz səksən yeddi) ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi iş üzrə cavabdeh tərəfindən icra edilmədiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(003)-2297/2019 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq onun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003 )-747/2016 saylı qətnaməsinin qəbul edildiyi 19 aprel 2016-cı il tarixdən “pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 10 iyun 2019-cu il tarixədək olan 3 (üç) il müddətində hər il üçün 259 (iki yüz əlli doqquz) ABŞ dolları, cəmi 777 (yeddi yüz yetmiş yeddi) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilib. Lakin, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003)- 747/2016 saylı qətnaməsini yenə də, icra etməyib. Göstərilənlərə əsasən “pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdim edildiyi 10 iyun 2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə göndərildiyi 10 aprel 2023-cü il tarixədək olan 3 il 9 ay müddətində Cavabdeh 1011 (min on bir) ABŞ dolları faiz borcunun (5187/100% 51,87 x 5%=259,35 ABŞ dolları, 259,35 ABŞ dolları x 3,9 il = 1011 ABŞ dolları) ödəniş günü manat məzənnəsi ilə və ödənilmiş 42 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi zəruridir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-746/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) ABŞ dolları məbləğində əsas borc, 187 (bir yüz səksən yeddi) ABŞ dolları məbləğində faiz borcu ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(003)-2297/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı tərəf olaraq İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003)-747/2016 saylı qətnaməsinin qəbul edildiyi 19 aprel 2016-cı il tarixdən “pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 10 iyun 2019-cu il tarixədək olan 3 (üç) il müddətində hər il üçün 259 (iki yüz əlli doqquz) ABŞ dolları, cəmi 777 (yeddi yüz yetmiş yeddi) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsini 2(003)-747/2016 saylı qətnaməsinin qanuni qüvvəyə minib icraya yönəldilməsinə baxmayaraq icra edilməməsi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 3(003)-710/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddia ərizəsi üçün iddiaçı tərəfindən 42,00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-747/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) ABŞ dolları məbləğində əsas borc, 187 (bir yüz səksən yeddi) ABŞ dolları məbləğində faiz borcu ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-747/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(003)-2297/2019 saylı qətnaməsi ilə iddiaçı tərəf olaraq Südabə Tamazanzadınin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilərək Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003)-747/2016 saylı qətnaməsinin qəbul edildiyi 19 aprel 2016-cı il tarixdən “pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 10 iyun 2019-cu il tarixədək olan 3 (üç) il müddətində hər il üçün 259 (iki yüz əlli doqquz) ABŞ dolları, cəmi 777 (yeddi yüz yetmiş yeddi) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli 3(003)-710/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətə inzibati həbs növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Lakin bu günə kimi Cavabdeh iddiaçıya olan borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1 və 29.3-cü maddələrinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.” Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, "mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir." Azərbaycan Respublikası Mülki Məcəlləsinin. 442-ci maddəsinə əsasən "Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işləfdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür." Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən "özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər." Hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur." Həmin Məcəllənin 439.2 və 439.3-cü maddələrinə əsasən “Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.” Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 747/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh 5187 ABŞ dolları və 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-747/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün müvafiq icra və probasiya şöbəsinə yönəldilmişdir. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(003)-2297/2019 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2016-cı il tarixli 2(003)-747/2016 saylı qətnaməsinin qəbul edildiyi 19 aprel 2016cı il tarixdən “pul” tələbinə dair 10 iyun 2019-cu il tarixli iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 10 iyun 2019-cu il tarixədək olan 3 (üç) il müddətində hər il üçün 259 (iki yüz əlli doqquz) ABŞ dolları, cəmi 777 (yeddi yüz yetmiş yeddi) ABŞ dolları pul vəsaitinin (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Lakin, bu günə kimi Cavabdeh iddiaçıya olan borcundan ödəniş etməmişdir. Belə olan halda xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə 5187,0 ABŞ dolları ümumi məbləğə illik 5 % hesablanmaqla cavabdehdən pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi məqsəsədə müvafiqdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə olan dövr ümumilikdə 3 il, 10 ay təşkil edir. 5187,0 ABŞ dollarına illik 5 faiz dərəcəsi ilə hesablandıqda həmin məbləğə illik hesablanmalı olan faiz 619,35 (5187 x 5% = 259,35) ABŞ dolları, aylıq 21,61 (5187 x 5% /12 = 21,61 ) ABŞ dolları təşkil edər. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-747/2016 saylı, 19 aprel 2016-cı il tarixli qətnaməsiinə əsasən iddiaçının da öz tələbində göstərdiyi vaxt dövrü olan xx.xx.2019-cu il tarixdən xx.xx.2023ci il tarixədək 5187,0 ABŞ dolları əsas borca illik 5 faizlə hesablanmaqla 994,15 ((3 il x 259,35) + (10 ay x 21,61)) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh 10 iyun 2019-cu il tarixdən 10 aprel 2023-cü il tarixədək olan 3 (üç) il 10 (on) ay müddətində hər il üçün 5187 (beş min yüz səksən yeddi) ABŞ dollarına beş faiz hesablanmaqla cəmi 994,15 (doqquz yüz doxsan dörd ABŞ dolları, on beş sent) ABŞ dolları pul vəsaiti ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar