Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1892/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı istifsadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 808 nömrəli reyestr kitabının 75369 nömrəli vərəqində qeydiyyat aparılaraq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə "xxxx"KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli “Asan 1” vasitəsilə əldə olunmuş AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASCnin mükiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh ailə üzvləri olan X7 və X5 qeydiyyatdadır və bu şəxslərin həmin mənzildə qeydiyyatda qalması iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Qeyd olunan mənzildə hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ailə üzvləri olan X7 və X5 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh ailə üzvləri olan X4 və X1 həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh ailə üzvləri olan X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilində qeydiyyatda olması qeyri-qanunidir. Qeyd edək ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Hazırda Bakı şəhəri, Xəzərrayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin Cavabdeh Şarıx qızı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştiak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 istifadə hüquqlarına xitam verilməsi, həmçinin cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılmasıdır. Məhkəmə ilk olaraq iddiaçının iddia tələbinin iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 istifadə hüquqlarına xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmilşdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsindən və iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatından aydın olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil hərracın nəticəsi olaraq alındığı üçün və mübahisəli mənzil "xxxx" KB ASC-nin mülkiyyətində olduğu halda mənzildə qeyd edilən şəxslərin mənzilə hüquqlarının qeydiyyatı ilə bağlı əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçı cavabdehin istifadə hüquqlarının itirilməsini tələb etsə də, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi publik hüquq münsibətinə aid olduğundan və ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1845/18 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-347/17 saylı, 16 may 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X6, X2 müştərək qaydada iddiaçının xeyrinə əsas kredit borcuna görə 54953,75 ABŞ dolları, faiz borcuna görə 16182,96 ABŞ dolları, cərimə borcuna görə 1000 ABŞ dolları, cəmi 72136,71 ABŞ dollarının, 30 manat dövlət rüsumunun, 30 manat bildirişin qeydə alınması ilə bağlı dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus yuxarıda qeyd olunan mənzilə yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci 1 ay ərzində cavabdeh Mətləb Məlikov və Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci tarixli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-1845/18 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2017-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət edilmişdir. Halbuki, prosesual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət edilməsi hüququnu istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmçinin məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehna qarşı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilinə cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh və onun ailə üzvləri olan X4 və X1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən 4 saylı evin, 45 saylı mənzilindən çıxarılmaqla, həmin mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş (xx.xx.2022-ci il tarixli ödəniş qəbzi, mədaxil nömrəsi 8********) 100 manat dövlət rüsumu dövlət büdcəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1892/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1892/2022
23.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver