Məhkəmə qərarları › İş №e-2(003)-1901/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1901/2022

02.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1901/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 8İ-329 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (Xətai filialı) ilə onun arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 15 000 məbləğində illik 18 % ödəmək şərti ilə şəxsi istehlak məqsədləri üçün kredit verilmişdir. O, kredit müqaviləsinə əlavəyə əsasən aylq ödəniş və faizləri bir müddət ödəmişdir. Lakin 2022-ci ilin mart ayında pandemiyanın düşməsi səbəbi ilə ödənişləri ödəməsində ləngimələr olmuş və ödənişləri qısa müddətə ödəyə bilməmişdir. Lakin bir müddət sonra ödənişlərə davam etmişdir. xx.xx.2022-ci il tarixdə Pirallahı rayon İcra Şöbəsinin icra məmuru Oqtay İsayev onu çağıraraq barəsində icra qeydi və tələbin ödənilməsi ilə bağlı icra işinin olması barədə məlumat vermişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə onun barəsində İcra qeydi və onun əsasında icra işinin olmasını bilmişdir. İcra qeydində göstərilən məbləğ onun tərəfindən mübahisələndirilir. Qeyd olunan 11378 manat şişirdilmiş məbləğdir. İddiaçı tərəfindən ödənilən məbləğlər nəzərə alınmamışdır. Borc barəsində hazırda mübahisə mövcuddur. Mübahisənin aradan qaldırılması barədə "xxxx" ASC-yə müraciət etsə də, bank hesabdan çıxarışı verməkdən imtina etmişdir. Mübahisəli məbləğ bankın hesabından çıxarışı təqdim etməsi və müvafiq sahədə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi ilə aradan qaldırıla bilər. Bank tərəfindən İcra qeydinin verilməsi ilə bağlı bildiriş və ya hər hansı məlumat ona təqdim edilməmişdir. Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisində İcra qeydinin hansı formada aparılması və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-79cu maddələrinin tələblərinin yerinə yetirilib-yetirilməməsi müəyyən etmək üçün notariat ofisinə tərəfindən müraciət edilmiş, hazırki cavabdeh tərəfindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 22 iyun 2021-ci il tarixli Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisində 8İ-329 № ilə qeyd edilmiş icra qeydi ilə bağlı notariat işinin notariat ofisindən tələb edilməsi zərurəti yaranmışdır. Nə qədər ki, icra qeydi qüvvədədir iddiaçının məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməklə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, "xxxx" ASC tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən notariat orqanına müraciət edilməsindən 20 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə borcun qaytarılması barədə iddiaçıya xəbərdarlıq göndərilmişdir. İcra qeydi isə xx.xx.2021ci il tarixdə verilmişdir. İş üzrə cavabdeh Bakı şəhəri 33 saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış “kredit müqaviləsinin” surətindən görünür ki, həmin müqavilə bank tərəfindən İddiaçı 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 15000 manat məbləğində kreditin verilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu xx.xx.2019cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 440,7 manat, sonuncu ay isə 435,52 manat ödəməklə qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8İ-329 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 33 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "xxxx" ASC xeyrinə İddiaçı xx.xx.2019cu il tarixli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 11378.29 manat tutulmalıdır. Bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 11398.29 manat pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Oqtay İsayevin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 33 saylı notariat ofisinin 8İ-329 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildirişdən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcun 20 gün müddətində ödənilməyəcəyi halda öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan qaimədən görünür ki, yuxarıda qeyd olunan icra qeydinin aparılacağı barədə xəbərdarlı məktubu xx.xx.2021-ci il tarixdə borcluya göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış olan kredit müqaviləsi üzrə bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilməmiş və bank tərəfindən icra qeydinin aparılacağı barədə borcluya bildiriş məktubu ünvanlanaraq göndərilmişdir. ünvan Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin təlimatın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdiyi hallarda icra qeydləri aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Beləki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edi ki, İddiaçı cavabdeh Bakı şəhəri 33 saylı Dövlət Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 33 saylı Dövlət Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar