Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1906/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Mecnun oğlunun Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Mecnun oğlunun Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0.075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0.12 ha torpaq sahələrinin Cavabdeh ilə paylarına uyğun 1/2 hissədə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 6/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerkəşən 0.075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0,12 ha torpaq sahələrində İddiaçı 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi və onun adına müvafiq yəlişn verilməsinin Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 baylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, İddiaçı tərəfindən həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun ona keçən andan bir il müddətinə özgəninkiləşdirilməsi, özgəninkiləşdirmədiyi təqdirdə torpaq sahələrinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada məcburi satın alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinin “torpaq sahələrinin 1/2 hissəsi üzərində pay hüququnun müəyyən edilməsi və Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada məcburi qaydada özgəninkiləşdirilməsi və ya satın alınması” hissələrində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin həmin hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qərardadına əsasən Cavabdehn apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi” hissəsində ləğv edilməsi və iş üzrə icraata həmin hissədə xitam verilməsi, iddiaçıya həmin tələblə aidiyyəti inzibati orqana müraciət etmək, bundan imtina edildikdə isə müvafiq inzibati-iqtsadi məhkəmədə iddia qaldırmaq hüququnun izah olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 18 noyabr 2020-ci il tarixli qərardadna əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpasına dair Cavabdeh ərizəsinin təmin ediməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2004/2021 nömrəli 20 may 2021-ci il tarixli qərarına əsasən cavabdeh Dadaşeva Vahid qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6956/2019 nömrəli 18 noyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 18 noyabr 2020-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair Cavabdeh ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2004/2021 nömrəli 20 may 2021-ci i tarixli qərarına əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 18 noyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlandması qərara alınmışdır. Bakı Apeliyasiya Məhkəməsinin 2(103)- 8956/2019 nömrəli 24 iyul 2019-cu İl tarixli qətnaməsi 27 noyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0,075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0.12 ha torpaq sahələrinin 1/2 hissəsi üzərində mənim mülkiyyət hüququ vardır. Lakin cavabdeh mülkiyyətindən olan torpaq sahələrindən istifadə etməyinə maneçilik törədir. Ona görə də hesab edir ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0.075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0.12 ha tomaq sahələri Cavabdeh ilə paylarına uyğun naturada bölünməlidir. Torpaq sahələrinin naturada bölünməsi barədə cavabdehlə razdıq əldə etmək mümkün deyildir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra İddiaçı Mecnun oğlunun vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha və 3/462 saylı sahədə yerləşən 0.075 ha torpaq sahələrinin (cəmi 0.135 ha torpaq sahəsi) tamamilə İddiaçı, həmçinin, Mərdəkan qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin (3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 saylı sahədə yerləşən 0.12 ha torpaq sahələri) yol kənarına düşən hissəsindən 0.0525 ha torpaq sahəsinin naturada ayrılaraq İddiaçı verilməsi, 0.24 ha torpaq sahəsinin qalan 0.1875 ha hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0.075 ha torpaq sahələrinin naturada İddiaçı istifadəsinə verilməsinə, Mərdəkan qəsəbəsi 409C saylı sahədə yerləşən 0,24 ha torpaq sahəsindən (3-7 saylı sahədə yerləşən 0,12 ha və 3/409 saylı sahədə yerləşən 0,12 ha torpaq sahələri) yol istiqamətindən eni 15 metr və uzunu 35 metr olmaqla 0,0525 ha torpaq sahəsinin naturada bölünərək İddiaçı verilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh adına olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 6/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerkəşən 0.075 ha, 3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 sahədə yerləşən 0,12 ha torpaq sahələrində İddiaçı 1/2 (ikidə bir) hissədə payının müəyyən edilməsi və onun adına müvafiq yəlişn verilməsinin Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 baylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, İddiaçı tərəfindən həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun ona keçən andan bir il müddətinə özgəninkiləşdirilməsi, özgəninkiləşdirmədiyi təqdirdə torpaq sahələrinin Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada məcburi satın alınması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)- 167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinin “torpaq sahələrinin 1/2 hissəsi üzərində pay hüququnun müəyyən edilməsi və Torpaq Məcəlləsində nəzərdə tutulmuş qaydada məcburi qaydada özgəninkiləşdirilməsi və ya satın alınması” hissələrində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin həmin hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8956/2019 nömrəli 24 iyul 2019-cu il tarixli qərardadına əsasən Cavabdehn apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(103)-167/2019 nömrəli 27 mart 2019-cu il tarixli qətnaməsinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi” hissəsində ləğv edilməsi və iş üzrə icraata həmin hissədə xitam verilməsi, iddiaçıya həmin tələblə aidiyyəti inzibati orqana müraciət etmək, bundan imtina edildikdə isə müvafiq inzibati-iqtsadi məhkəmədə iddia qaldırmaq hüququnun izah olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2004/2021 nömrəli 20 may 2021-ci il tarixli qərarına əsasən cavabdeh Dadaşeva Vahid qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6956/2019 nömrəli 18 noyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/4674 saylı rəyindən görünür ki, Mərdəkan qəsəbəsi 5/1 saylı sahədə yerləşən 0,06 ha və 3/462 saylı sahədə yerləşən 0,075 ha torpaq sahələ, dörd tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğundan və bu torpaq sahələrinə faktiki olaraq giriş-çıxış yolları mövcud olmadığından, həmin torpaq sahələrinin tərəflər arasında bölünməsi texniki çəhətdən mümkün deyildir. Mərdəkan qəsəbəsi 409C saylı sahədə yerləşən 0,24 ha torpaq sahəsi (3-7 saylı sahədə yerləşən 0,12 ha və 3/409 saylı sahədə yerləşən 0,12 ha torpaq sahələri) faktiki olaraq üç tərəfdən qonşu torpaq sahələri ilə və bir tərəfdən isə küçə ilə əhatə olunduğundan, həmin torpaq sahəsinin tərəflər arasında 1/2 paylara uyğun, naturada istifadələrinə ayrılması (bölünməsi) texniki cəhətdən mümkündür. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Mecnun oğlu ilə Cavabdeh rəsmi nikaha daxil olmuş. Tərəflər birgə nikah müddətində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha və 3/462 saylı sahəsi, Mərdəkan qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin (3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 saylı sahəsi vardır. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha, 3/462 saylı sahədə yerləşən 0.075 ha torpaq sahələrinin naturada İddiaçı istifadəsinə verilməsinə, Mərdəkan qəsəbəsi 409C saylı sahədə yerləşən 0,24 ha torpaq sahəsindən (3-7 saylı sahədə yerləşən 0,12 ha və 3/409 saylı sahədə yerləşən 0,12 ha torpaq sahələri) yol istiqamətindən eni 15 metr və uzunu 35 metr olmaqla 0,0525 ha torpaq sahəsinin naturada bölünərək İddiaçı verilməsinə etirazının olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.3. maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.1. maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, göstərilən əmlak tərəflərin birgə nikahda olduqları müddətdə Cavabdeh adına qeydə alınmışdır. Buna görə də, mübahisəli daşınmaz əmlak tərəflərin birgə nikah müddətində əldə edildiyindən, onların 1/2 hissədə payları müəyyən edilməlidir. Bundan başqa iş materiallarında olan ekspert rəylərindən də aydın olur ki, Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0,06 ha və 3/462 saylı sahədə yerləşən 0,075 ha torpaq sahələ, dörd tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunduğundan və bu torpaq sahələrinə faktiki olaraq giriş-çıxış yolları mövcud olmadığından, həmin torpaq sahələrinin tərəflər arasında bölünməsi texniki çəhətdən mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mərdəkan qəsəbəsi 409C saylı sahədə yerləşən 0,24 ha torpaq sahəsi (3-7 saylı sahədə yerləşən 0,12 ha və 3/409 saylı sahədə yerləşən 0,12 ha torpaq sahələri) dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından, bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, mübahisəli sahələrin cavabdehin adına rəsmiləşdirilməsinə baxmayaraq onların ümumi birgə mülkiyyətində olduğu cavabdehin razılığı ilə tam təsdiq olunduğundan həmin evdə onların hər birinin payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci tərəflərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olaraq 150,0 manat birgə qaydada iddiaçı və cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik akt normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha və 3/462 saylı sahədə yerləşən 0.075 ha torpaq sahələri tamamilə İddiaçı mülkiyyətinə verilməlidir. Mərdəkan qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin (3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 saylı sahədə yerləşən 0.12 ha torpaq sahələri) yol kənarına düşən hissəsindən, eni 15 metr və uzunu 35 metr olmaqla 0.0525 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı, qalan 0,1875 ha hissəsinin isə Cavabdeh payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 5/17 saylı sahədə yerləşən 0.06 ha və 3/462 saylı sahədə yerləşən 0.075 ha torpaq sahələri tamamilə İddiaçı mülkiyyətinə verilsin. Mərdəkan qəsəbəsində yerləşən 0.24 ha torpaq sahəsinin (3-7 saylı sahədə yerləşən 0.12 ha və 3/409 saylı sahədə yerləşən 0.12 ha torpaq sahələri) yol kənarına düşən hissəsindən, eni 15 metr və uzunu 35 metr olmaqla 0.0525 ha torpaq sahəsi naturada ayrılaraq İddiaçı, qalan 0,1875 ha hissəsinin isə Cavabdeh payları müəyyən edilsin. İddiaçı Mecnun oğlunun və Cavabdeh müəyyən edilmiş hissədə paylarının hüquqların dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 150,0 manat İddiaçı Mecnun oğlundan və Cavabdeh birgə qaydada tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-1906/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1906/2024
30.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver