Məhkəmə qərarları › İş №e-2(003)-1909/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1909/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1909/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Bakı şəhəri Maraqlı şəxs olmaqla) “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Bakı şəhəri Maraqlı şəxs olmaqla) “şəxsin ölmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20.08.*963-cü il təvəllüdlü X2*, onun əri (həmdə xalası oğlu) 04.07.*959-cu il təvəllüdlü X6, bacımın oğlanları *6.07.*990-cı il təvəllüdlü X7 və *8.07.*984-cü təvəllüdlü X4 onun arvadı 05.0*.*99*-ci lil təvəllüdlü X5, onların oğlu 05.05.20*2-ci il təvəllüdlü X*6, qızları 05.*0.20*3-cü il təvəllüdlü X8 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bacısı 20.08.*963-cü il təvəllüdlü X33 və onun əri (həmdə xalası oğlu) 04.07.*959-cu il təvəllüdlü X22 bacısının oğlanları *6.07.*990-cı il təvəllüdlü X23 və *8.07.*984-cü təvəllüdlü X*7 onun arvadı 05.0*.*99*-ci lil təvəllüdlü X*8 onların oğlu 05.05.20*2-ci il təvəllüdlü X30, onların qızı 05.*0.20*3-cü il təvəllüdlü X24 birlikdə 20*5-ci ildə Tükiyə Tespublikasına getdilər. Getdikləri vaxtdan sonra bir müddət bizim onlarla əlaqələri var idi. Aradabir bacı və onun əri Möhtərəmlə telefon əlaqəsi saxlayamışdır. Bir müddət sonra təxminən 20*6-ci ilin yaz aylarında telefon əlaqəsi saxlayarkən bacısı Turkiyədən ərazisindən Suriya ərazisinə oradan isə İraqın Mosul vilayətinə gəldiklərini bildirdi. Bundan sonra bacısı ilə bir neçə dəfə “WhatsApp Messenger” vasitəsilə əlaqə saxlayaraq yazışmalar aparmışdır. Lakin bir müddət sonra bacısı ilə əlaqəsi qəfildən kəsilmişdir. Belə ki, onun “WhatsApp Messenger” nömrəsi işləməmişdir. Təxminən 20*7-ci yay aylarında məlumat gəlmişdir ki, bacısı və onun ailəsi birlikdə Turkiyə Respublikasının ərazisindən Suriya Respublikasının ərazisinə, oradan isə İraq Respublikasının ərazisinə keçiblər və orada Mosul ətrafında radikal dini qruplaşmalara qoşulmuşdurlar. Bundan sonra bacısı ilə əlaqəni itdiyinə görə qohum tanışları İraqa getmiş şəxsləri xeyli müddət axtarmış və sonda Qusar rayonunda yaşayan bir müəllimə işləyən xanımı tapmış, onunda qızı bacısıgil kimi ailəsi ilə birlkdə Turkiyəyə oradan isə İraqın Mosulşəhərinə getmişdilər. Həmin qadının qızı İraqda həbs edilib saxlanılsa da, onun məktəb yaşlı oğlu ölkələrinə qaytarılmışdır. Həmin uşaq bildirmişdir ki, mərmi atəşi zamanı yaşadıqları evin mərmilərlə partladılması nəticəsində bacısı və onun bütün ailə üzvləri həlak olmuşdur. Lakin üstündən 7 ildən artıq vaxt keçməsinə baxmayaraq nə bacısı, nə də ki, onun ailə üzvləri məhkəmə qaydasında ölmüş elan edilməmişdir. Məhz bu hal bacısı və onun ailəsinin yaxın qohumu olaraq bir sıra hüquqlarını həyata keçirməyinə maneçilik törədir. Belə ki, məsələn doğma anası dünyasını dəyişib, onun adına olan bir sıra daşınar və daşınmaz əmlak qalmış, lakin o, bu günə qədər həmin əmlakı vərəsəlik qayadasında qəbul etsə də, anasının digər varisi bacısı olmadıgına göeə həmin əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilmir. Bu kimi digər problemlərdə mövcuddur. Aşağıda göstərilən hüquqiəsaslara görə hesab edirik ki, bacısı və onun ailə üzvləri məhkəmə qaydasında ölmüş elan edilməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X** ifadəsində bildirdi ki, 20.08.*963-cü il təvəllüdlü X33, 04.07.*959-cu il təvəllüdlü X22 onun qudaları, *6.07.*990-cı il təvəllüdlü X23 qudalarının övladı, *8.07.*984-cü təvəllüdlü X*, 05.0*.*99*-ci lil təvəllüdlü X*8, 05.05.20*2-ci il təvəllüdlü X30 və 05.*0.20*3-cü il təvəllüdlü X24 nəvələridir. Tengiz və Orxan Türkiyə Respublikasına işləmək adı ilə getdilər. Sonradan kürəkəni həyat yoldaşı Nigarı, yəni onun qızını və nəvələrini Türkiyə Respublikasına aparmışdır. Onlar Adana şəhərində yaşamışlar. Mütəmadi olaraq onlarla əlaqə saxlamışdır. Lakin bir müddət sonra qızı ilə əlaqələri kəsilmişdir. Qudası Möhtərəm övladlarını və nəvələrini Türkiyə Respublikasından gətirmək adı ilə yanlarına getmişdir. Lakin onları gətirə bilməmişdir. Məcburi olaraq digər qudası Hafisə və Möhtərəm birlikdə onların yanına getmişdir. Onlarla bir müddət əlaqə saxlamış və onların Suriyə Respublikasında olmalarını bilmişdir. Onlarla telefon danışıqları olmuş, telefon danışığı zamanı qudası Möhtərəm sərhədin bağlı olması səbəbindən geri dönə bilmədiklərini bildirmişdir. Beləcə 20*7-ci ilə kimi onlarla telefon əlaqəsi saxlamışdır. Lakin sonuncu dəfə qızı Nigar başqa yerə gedəcəklərini, oradan əlaqə saxlayacaqlarını demişdir. Həmin tarixdən onlarla əlaqələri kəsilmişdir. Sonradan Qusar rayonunda olan qohumlarının oradan qayıtdıqlarını eşitmiş, onlarla söhbət edən zaman qızının və digərlərinin bomba partlayışı zamanı vəfat etmələrini eşitmişdir. 20*7-ci ildən övladı və digərlərindən heç bir məlumatları yoxdur. Məhkəmə iclasında şahid X*2 ifadəsində bildirdi ki, ölmüş elan edilməsi istənilən şəxslər onların qonşusu olmuşdurlar. Onunlarla demək olar ki, bir həyətdən gediş-gəlişləri olmuşdur. Onların Türkiyəyə getdiyini bilmişdir. 20*7-ci ildən onlardan məlumatı yoxdur. Lakin onların Suriyə ərazisində ölmələrini eşitmişdir. Məhkəmə iclasında şahid X28 ifadəsində bildirdi ki, ölmüş elan edilməsi istənilən şəxslər onların qonşusu olmuşdurlar. Orxan və Tengizin vahabi təriqətinə qoşulmalarını eşitmişdir. Sonradan isə onların Türkiyəyə Resplikasına getməsini, oradan da Suriyə Respublikasına keçmələrini və orada vəfat etmələrini eşitmişdir. Maraqlı şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti və Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli 3-39-5/2-*92*/2024 saylı məktubundan görünür ki, 04.07.*959-cu il təvəllüdlü X22, 20.08.*963-cü il təvəllüdlü X33, *6.07.*990-cı il təvəllüdlü X23 *8.07.*984-cü il təvəllüdlü X*9, 05.0*.*99* -ci il təvəllüdlü X*8 və sonuncunun övladları - 05.05.20*2-ci il təvəllüdlü X3*, 05.*0.20*3-ci il təvəllüdlü X2 və İraq ərazisində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin iştirakçları və onların ailə üzvləri kimi məlumdurlar. Qeyd olunan şəxslərdən T.Əliyev 03.03.20*4-cü il tarixdə, O.Əliyev və N.Əliyeva *2.05.20*4-cü il tarixdə, M.Əliyev və H.Əliyeva isə 20.04.20*5-ci il tarixdə ölkəni Türkiyə istiqamətində tərk etmişlər və bu günədək geri qayıtmamışlar. Onların Suriya və ya İraqdakı münaqişə bölgələrində öldürülməsinə dair məlumatlar daxil olmuşdur. Lakin sözügedən münaqişə bölgəsində mövcud vəziyyəti nəzərə alaraq, buna dair təsdiqləyici rəsmi məlumatlar əldə etmək imkanlarımız xaricindədir. Onların Türkiyədən kənara rəsmi yolla səfər etmədikləri müəyyən edilmiş, həmin ölkə ərazisindən qeyri-leqal yollarla Suriyaya getdiklərinə dair məlumatlar daxil olmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin *0.05.2024-cü il tarixli, 3-38-2/33-*598/24 saylı məktubundan görünür ki, 20.08.*963-cü il təvəllüdlü X2* 20.04.20*5-ci il tarixdə, 04.07.*959-cu il təvəllüdlü X6 20.04.20*5-ci il tarixdə, *6.07.*990-cı il təvəllüdlü X7 *2.05.20*4-cü il tarixdə, *8.07.*984-cü il təvəllüdlü X4 03.03.20*4-cü il tarixdə, 05.0*.*99* -ci il təvəllüdlü X5 *2.05.20*4-cü il tarixdə, 05.05.20*2ci il təvəllüdlü X20 *2.05.20*4-cü il tarixdə və 05.*0.20*3-cü il təvəllüdlü X8 *2.05.20*4-cü il tarixdə çıxmaları müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin *8.07.2024-cü il tarixli, 3-*3-*2/2-*255*6/2024 saylı məktubuna əlavə edilmiş tələblamələrdən görünür ki, 20.08.*963-cü il təvəllüdlü X29, 04.07.*959-cu il təvəllüdlü X*3, *6.07.*990-cı il təvəllüdlü X*4, *8.07.*984-cü il təvəllüdlü X9, 05.0*.*99* -ci il təvəllüdlü X*0, 05.05.20*2-ci il təvəllüdlü X26 və 05.*0.20*3-cü il təvəllüdlü X*5 aid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 əməliyyat-sorğu kartotekasında cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi barədə məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin MABS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, 20.08.*963-cü il təvəllüdlü X33, 04.07.*959-cu il təvəllüdlü X22, *6.07.*990-cı il təvəllüdlü X23 və *8.07.*984-cü il təvəllüdlü X*7 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 54 və 05.0*.*99* -ci il təvəllüdlü X*8 Bakı şəhəri, A.Şaiq küçəsi, ev *05 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası MPM-nin 305.*.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 3*2.*-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 3*5.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.*-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, ərizəçi İddiaçı 20.08.*963-cü il təvəllüdlü X33 qardaşı, 04.07.*959-cu il təvəllüdlü X22 ərizəçinin bacısının əri (həmdə xalası oğlu), *6.07.*990-cı il təvəllüdlü X23 və *8.07.*984cü təvəllüdlü X*7 ərizəçinin bacısının oğlanları, 05.0*.*99*-ci lil təvəllüdlü X*8 ərizəçinin bacısının gəlini, 05.05.20*2-ci il təvəllüdlü X30 və 05.*0.20*3-cü il təvəllüdlü X24 ərizəçinin bacısının nəvələridir. Onlar 20*7-ci il tarixdən Azərbaycan Respublikasından Türkiyə Respublikası istiqamətində çıxmışdırlar və onların yaşayış yerində onun harada olması barədə artıq 4 ilə yaxındır ki, məlumat yoxdur. Bundan başqa ölmüş elan edilməsi xahiş olunan şəxslərin terror təşkilatlarının tərkibinə daxil olub silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etməsi müəyyən edilmişdir. 20*7-ci ildən isə onlardan hər hansı xəbər əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, 20.08.*963-cü il təvəllüdlü X33, 04.07.*959-cu il təvəllüdlü X22, *6.07.*990-cı il təvəllüdlü X23, *8.07.*984-cü təvəllüdlü X*7, 05.0*.*99*-ci lil təvəllüdlü X*8, 05.05.20*2-ci il təvəllüdlü X30 və 05.*0.20*3-cü il təvəllüdlü X8 ölməsi ərizəçinin izahatı, şahid, yəni 05.0*.*99*-ci lil təvəllüdlü X5 atasının və digər şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin bacısı 20.08.*963-cü il təvəllüdlü X2*, onun əri 04.07.*959-cu il təvəllüdlü X6, bacısının oğlanları *6.07.*990-cı il təvəllüdlü X7 və *8.07.*984-cü təvəllüdlü X4, onun arvadı 05.0*.*99*-ci lil təvəllüdlü X5, onların oğlu 05.05.20*2-ci il təvəllüdlü X*6, qızları 05.*0.20*3-cü il təvəllüdlü X8 20*4-20*5-ci illərdə aralıqlarla Azərbaycan Respublikasından getmələri, təxminən 20*7-ci illərdə Suriya Respublikasında vəfat etmələri iş materiallarında olan sübutlarla təsdiq olunduğundan, verilmiş ərizə təmin olunmalı, qətnamənin qanuni qüvvəyə mindiyi gün 20.08.*963-cü il təvəllüdlü X2*, 04.07.*959-cu il təvəllüdlü X6, *6.07.*990-cı il təvəllüdlü X7 və *8.07.*984-cü təvəllüdlü X4, 05.0*.*99*-ci il təvəllüdlü X5, 05.05.20*2-ci il təvəllüdlü X*6, 05.*0.20*3-cü il təvəllüdlü X8 ölüm günü hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20.08.*963-cü il təvəllüdlü X33, 04.07.*959-cu il təvəllüdlü X22, *6.07.*990-cı il təvəllüdlü X23, *8.07.*984-cü təvəllüdlü X*7, 05.0*.*99*-ci il təvəllüdlü X*8, 05.05.20*2-ci il təvəllüdlü X30, 05.*0.20*3-cü il təvəllüdlü X24 ölmüş elan edilsinlər. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X2*, X6, X7, X4, X5, X*6 və X8 ölüm günü hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar