Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-194/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı “Paşa Sığorta" ASC-nin Cavabdeh1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı "ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2094,50 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2124,9 manat alınaraq iddiaçı “Paşa Sığorta" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sonradan şirkətə məlum olmuşdur ki, Cavabdeh2 MMC-yə məxsus ** JK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı nəqliyyat vasitəsini müqavilə əsasında Cavabdeh1 idarə etmək üçün vermişdir. Odur ki, hesab edir ki, cavabdehlər arasında işçi münasibəti olmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh2 MMC-ni cavabdeh qismində işə cəlb olunmasına əsas vardır. Cavabdeh2 MMC-nin (Nəsimi rayonu, İzzət Həmidov küçəsi, ev 3, mənzil 54) cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 2094,50 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC cavabdeh qismində işə cəlb olunmuşdur. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-yə məxsus və Cavabdeh1 tərəfindən idarə olunan ** JK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PX *** dövlət qeydiyyat nişanlı Haval H6 markalı avtonəqliyyat vasitəsinə 30.06.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar 02.07.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PX *** dövlət qeydiyyat nişanlı Haval H6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 3670 (üç min altı yüz yetmiş) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 15.05.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 3670 manat məbləğində sığorta ödənişinin zərərçəkənin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Belə ki, zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2468,00 (iki min dörd yüz altmış səkkiz) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin 250,00 (iki yüz əlli) manat azadolma çıxılmışdır. Sığorta tərəfindən sığortalıya 2094,50 (iki min doxsan dörd manat əlli qəpik) manat məbləğində vəsatin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək iddianın ekspert rəyinə əsasən çıxarılmış məbləğ üzrə qəbul edir. Məhkəmədən iddianın ekspert rəyinə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 MMC məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan avtonəqliyyat vasitələrinin kasko sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 25.02.2020-ci il tarixdən 24.02.2024-cü il tarixədək sığorta olunmuşdur. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Cavabdeh2 MMC-yə məxsus ** JK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtomobil "xxxx" ASC-də sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 15 iyul 2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitələrinin qiymətləndirilməsinə dair hesabatlara əsasən “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ümumilikdə 3920 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 15 may 2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş "xxxx" MMC-nin kart hesabına 3670 manat köçürməsi qərara alınmış və köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 17 iyun 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 1575,50 manat köçürülmə həyata keçirilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 24.07.2020-ci il tarixli, 059- 28725-1220 saylı arayışına əsasən 30.06.2020-ci il tarixdə saat 11:15 radələrində Binəqədi şossesində “Ford Transit” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, ** JK *** dövlət qeydiyyat nişanlı Ford Transit markalı avtonəqliyyat vasitəsi ilə “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan inzibati xəta haqqında ******* saylı protokolun surətindən aydın olur ki, 30.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 30.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 60 manat cərimə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Haval H6” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş avtomobil nəqliyyatı vasitəsindən istifadəyə dair 24.06.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan Hilal qızına 24.07.2020-ci ilədək etibarnamə vermişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Transit” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 MMC-dir. İş materiallarında olan 01.01.2020-ci il tarixli vəkalətnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-yə məxsus “Ford Transit” markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 31.12.2020-ci il tarixədək vəkalətnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7958 saylı, 24.12.2021-ci il tarixli rəyindən görünür ki, “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə 3806,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin, “Ford Transit” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, işin materialları ilə sübut olunur. Məhkəmə hesab edir ki, sığortalanmış “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə “Ford Transit” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə həmçinin cavabdehlərin mülki məsuliyyətlərini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi Cavabdeh2 MMC-yə məxsus olsa da, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Haval H6” markalı, ** PX *** qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də ziyan bilavasitə Cavabdeh1 tərəfindən vurulduğundan vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, “Ford Transit” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-yə məxsus olsa da, həmin avtomobili etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Belə olan halda məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh1 daşımalı, Cavabdeh2 MMC-yə münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh1 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh1 oğlundan alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 3920,0 manat məbləğində deyil, 3806,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 3806,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin məbləğinin 3806,0 manat olduğundan və eyni zamanda qanunvericilikdə və tərəflər arasındakı sığorta müqaviləsində 250 manat azadolma məbləği nəzərdə tutulduğundan, dəymiş zərərin ödənilməsi barədə iddia təmin edilərkən ekspert rəyi ilə müəyyən edilmiş 3806,0 manat məbləğindən 250 manat azadolma və "xxxx" ASC tərəfindən "xxxx" ASCnin hesabına köçürülmüş 1575,50 manat məbləği çıxılmalı (yəni 3806,0-250- 1575,50=1980,5 manat) və sığortalanmış “Haval H6” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərin sığorta ödənişi miqdarı əvəzi 1980,5 manat Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1980,5 (bir min doqquz yüz səksən manat, əlli qəpik) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx) manat bank xərci olmaqla, cəmi 2010,5 (iki min on manat, əlli qəpik) alınaraq "xxxx" ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-194/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-194/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver